Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 60 
bələdəm. Vətən uğrunda kimin zəhməti varsa, o dövlətimiz 
tərəfindən layiqincə qiymətləndirilsin. 
 
Batalyon komandiri İbad Həsənovun dediklərindən:  
 
Fəqət zirvələrdən baxan kəslərin,  
Qanı bu torpağa axan kəslərin, 
Canını odlara yaxan kəslərin  
Şəninə heykəllər ucalacaqdır. 
Ona xor baxanı kor eyləyəcək,  
Vətən müqəddəsdir, Vətən ocaqdır. 
Tarix bildirəcək, haqq söyləyəcək,  
Vətəni satanlar tapılacaqdır. 
 
Mən buna əminəm. Haçansa Vətəni tamahının qurbanı 
eləyənlər öz layiqli cəzasını almalıdır. Kimin ki, bu vətən 
uğrunda zəhməti var, Allahdan arzu edirəm ki, bizim dövlətimiz 
bunu layiqincə qiymətləndirsin. Biz buna inanır və bilirik ki, bu 
belə olacaq. Fikrət Nəbiyev belə oğlanlardan biridir. 
 
Komandir batalyonun müavini Şəfaət Əliyevin ifadəsi: - 
Bir  şeyi də qeyd edim. Azərbaycan xalqı sabiq prezidentimiz 
Heydər Əliyevə çox şey borcludur. Azərbaycanın demokratik bir 
dövlət olması, atəşkəsi qoruyub saxlaması, Azərbaycanda 
gənclərin yenidən şəhid olmaması mərhum prezidentimiz Heydər 
Əliyev cənablarının siyasəti nəticəsində mümkün olmuşdur. Hal-
hazırda onun oğlu İlham Əliyev cənabları həmin yolu davam et-
dirir. Heydər  Əliyev cənabları Azərbaycan xalqına çox töhfələr 
vermişdir. Heydər  Əliyev cənabları Azərbaycanın ümummilli 
lideridir, dünya səviyyəli siyasətçidir. Türk dünyasında belə 
deyirlər ki, o dahinin qarşısında Azərbaycan xalqı çox şey bor-
cludur. Bunu da qeyd edə bilərəm ki, kapitan İbad Həsənov, kapi-
tan Fikrət Nəbiyev, kapitan Kamil Qədimov Heydər  Əliyev qu-
ruculuğu, Heydər 
Əliyev rəhbərliyi, Heydər 
Əliyev 
vətənpərvərliyi altında fəaliyyət göstərmiş  vətəndaşlardır. Yəni 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 61 
Azərbaycan xalqının dövlətinin azadlığı, demokratiyası, 
Azərbaycan xalqının nurlu gələcəyinin yaranması, gənclərin 
həyata baxışı, hamısı Heydər  Əliyev siyasəti sayəsində for-
malaşmışdır. Bu faktları danmaq olmaz. Biz hörmətli 
prezidentimizə dayağıq, onun siyasətini dəstəkləyirik. Onun 
dövləti idarəetmə mexanizminə, gələcək siyasətinə inanırıq. 
Əminəm ki, Azərbaycan Avropada tanınan bir dövlət olacaq. 
 
Fikrət Nəbiyev: - Mən sizin hər birinizlə fəxr edirəm. Mən 
ilk gündən sizin kimi qardaşlarla, Sizin kimi yüksək mənliyə, 
ideala malik olan təmiz adamlarla fəxr etmişəm. Bu gün 
Azərbaycan torpağının bir hissəsi erməni və rus faşistləri 
tərəfindən zəbt olunub. Bizim İbad müəllim kimi, Şirin Mirzəyev 
kimi qəhrəmanlarımız olmasa, Şəfayət kimi, Kamil kimi, Vüqar 
kimi yüzlərlə  cəsarətli cəngavərlərimiz olmasa bu gün 
Azərbaycan torpağı yox idi. Bizim Heydər  Əliyev kimi 
qəhrəmanlarımız olmasaydı, hakimiyyətə gəlməsəydi, öz siyasəti 
nəticəsində müharibəni dayandırmasaydı Qarabağ torpağı artıq 
hissə-hissə zəbt olunmuşdu. Yəqin ki, bu belə olmalıydı. Əhalinin 
ancaq bir hissəsi Arazdan o tərəfə İrana keçə biləcəkdi, bir hissəsi 
təcavüzün qurbanı olacaqdı. Sağ qalanlar İranda qışqırıb 
deyəcəkdi ki, Bakı bizimdir. Dahi şairimiz Nizami Gəncəvinin 
belə misrası var: «Hünərə göz yummaq bir hünər deyil». Heç ol-
masa qəhrəmanlıq səviyyəsində 
iş görən insanları 
qiymətləndirmək lazımdır. Etiraf etmək lazımdır ki, Məmməd, 
Əli, Həsən qəhrəmandır. O, vətən yolunda, dövlətçilik yolunda 
əziyyət çəkən, torpağın zəbt olunmasının qarşısını alan insandır. 
Biz o vaxt əsgər hazırlığı ilə bağlı elə  vəziyyət yaratmışdıq ki, 
uzun müddət Ağdam  ərazisi boyu erməni rus təcavüzkarları 
tərəfindən zəbt olunmasına qarşı sədd yaranmışdı. Təkcə Ağdam 
bölgəsində 2000-dən çox ancaq bizim əsgərimizvə zabitimizin 
döyüş  fəaliyyəti olmuşdur. Bu əsgərlər təcavüzkarların qarşısını 
almışdır. Bu əsgərlərin həm fiziki, həm də  mənəvi hazırlığı çox 
güclü idi. Onlar bir nəfəsə dağa dırmaşıb düşə bilirdilər. Bunları 
deməkdə məqsədim odur ki, əsgər olaraq bu bizim borcumuz idi. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 62 
Biz bir azərbaycanlı kimi bu işi görməliyik. Bu təcavüz təkcə 
milli ayrıseçkiliyin nəticəsi idi. Bu azərbaycanlı olduğumuza görə 
bizə olunan təcavüz idi. Məsələn, 1941-45-ci illər müharibəsində 
milli qaynaqdan söhbət gedə bilməzdi. Qarabağ döyüşü milli 
dəyərlərə malik olan qəhrəmanlıq döyüşü idi. Bunu etiraf etmək 
lazımdır.  
Sizin hamınıza öz minnətdarlığımı bildirirəm. Sizin fik-
rinizi, ürək sözünüzü eşitdim. Mənim arzum ondan ibarətdir ki, 
siz neyləyim, necə eyləyim sualı altında qalmayasınız. Biri var 
kimsə  nəsə desin, biri var özün görəsən. Sizin şəxsinizdə 
cəngavər ruhlu bütün insanlara uzun ömür, ailə  səadəti, gələcək 
həyatda müvəffəqiyyət arzu edirəm. 
 
Batalyon komandirinin müavini Şəfayət  Əliyev: Fikrət 
müəllim biz də sizə tutduğumuz yolda uğurlar, can sağlığı, səadət 
arzu edirik. Allah öz cəlalı xatirinə ürəyinizdəki niyyəti 
qəlbinizdə qoymasın, həyata keçirsin. Sizin timsalınızda  İbad 
Həsənova can sağlığı, uzun ömür, Kamil Qədimova, Vüqar qar-
daşıma, ümumən Azərbaycan xalqının gənclərinə uzun ömür, can 
sağlığı, mehribanlıq, səadət diləyirəm. Şəxsən sizin içinizdə, əldə 
etdiyiniz nailiyyətlərə qibtə edirəm. Allah cəlalı xatirinə sizin tut-
duğunuz yolda sizin nə fikir, nə arzularınız varsa, həyata keçirsin. 
Biz də bir Azərbaycanlı kimi, yoldaş kimi, keçmiş zabit kimi, 
Sizinlə,  İbad müəllimlə, Mustafa Əliyevlə hal-hazırda 70 yaşlı 
polkovnik-leytenant, 70 yaşlı ağsaqqalla fəxr edək. 
 
Batalyon komandiri İbad Həsənov:  Bir keçmiş döyüşçü, 
bir Azərbaycanlı kimi mənim bir arzum var. Tezliklə müharibə 
olsun və biz müharibə yolu ilə öz torpaqlarımızı azad edək. 
 
Batalyon komandirinin müavini Şəfaət  Əliyev: - Mən 
bunu arzulamazdım. Azərbaycan xalqının elə gözəl ordusu var ki, 
bizə ehtiyac qalmayacaq. 
Mən onu demək istərdim ki, prezidentimizin siyasətinin da-
vamçısı İlham Əliyev cənabları torpaqlarımızı sülh yolu ilə azad 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə