Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə35/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   29   30   31   32   33   34   35   36   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 133 
Kinolentlər Fikrət Nəbiyevə, onun döyüş yolunda göstərdiyi 
şücaətə həsr olunub. 
 
Qarabağ döyüşləri xatırlanır 
 
Qeyd edim ki, Fikrət Nəbiyev düz 6 il – 1991-1996-cı 
illərdə Azərbaycan Milli Ordusu tərkibində döyüş bölgəsində ol-
muş, tabor komandirinin müavini, divizyon komandirinin müav-
ini və divizyon komandiri vəzifəsində xidmət göstərmişdir. 
Döyüş yolu Ağdam və Beyləqandan keçmişdir.  Əvvəldən qeyd 
etdiyim kimi F.Nəbiyev həm də idmanın karate və  əlbəyaxa 
döyüş növünə lazımınca yiyələndiyinə görə, təkcə Ağdam döyüş 
bölgəsində 2000-dən çox əsgər və zabitin mənəvi və fiziki 
cəhətdən döyüşə hazırlanmasında fəallıq göstərmişdir. Hər dəfə 
məşq dövründə döyüşçülərin qol və ayaq zərbələrinin dalğası 
düşməni lərzəyə salardı.  Əsgərlər istənilən anda düşmənlə 
əlbəyaxa döyüşə girməyə hazır idilər. Məhz onların belə döyüş 
hazırlığı uzun müddət erməni birləşmələrinin Ağdamı  zəbt 
etmələrinə imkan verməmişdir. 
İ.İbadoğlunun «Sərkərdə» adlı kitabında («İşıq», 1995, 
səh.131) F.Nəbiyevin öz ifadəsi ilə söylədiyi hadisənin bir 
yerində belə deyir: «Tam silahlanıb savaş meydanına yollandıq. 
Düşmən Qaralar və  Əliağalılar kəndinə doluşmuşdu. Daxili 
xidmət qoşunlarının bir qrup əsgəri isə  ağciyərlik edib geri qa-
çırdı. Tanklar da onların ardınca. Yaxınlaşıb Şirin Mirzəyevə bu 
barədə məlumat verdik. Elə bu zaman qoçaq komandir texnikanı 
geri qaytarmağa səy göstərib, onları ürəkləndirdi: «Qorxmayın, 
arxanızca gəlirik». Dərhal cinahlara bölünüb irəliləməyə başladıq. 
Şirin Mirzəyev hamıdan qabaqda düz düşmən üstünə yeriyirdi. 
Komandirin şəxsi heyəti ilə köməyə göndərdiyimiz polislərin bir-
liyi nəticəsində elə  həmin gün düşmən  Əliağalılar kəndindən 
uzaqlaşdırılıb geri oturduldu. Əfsus ki, Milli qəhrəmanımız Şirin 
Mirzəyev bu döyüşdə böyük igidlik göstərdi və şəhidlik zirvəsinə 
yüksəldi». 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 134 
 
Fikrət terrorun qarşısını necə aldı… 
 
Sənədli filmdə başqa bir mühüm məsələyə  də toxunulur. 
Qeyd olunur ki, döyüş bölgəsində tez-tez təxribatlar və terror hal-
ları da özünü göstərirdi. Elə bu təxribat nəticəsində gözəl insan, 
layiqli tabor komandiri Mustafa Əliyev xüsusi təyinatlı silahlılar 
tərəfindən tutularaq, bir neçə gün dəmir barmaqlıqlar arasında 
saxlanır, ona qarşı fiziki və  mənəvi təzyiq həyata keçirilir. Bir 
gün ayıq komandir Fikrət Nəbiyev görür ki, xüsusi təyinatlı si-
lahlılar tabor komandirini öldürməyə  cəhd göstərirlər. Onlardan 
biri – UAZ markalı maşının qabağında oturmuş zabit avtomat si-
lahı maşının qapısından çıxararaq Mustafa Əliyevə tuşlayıb. 
Bunu görən F.Nəbiyev bir göz qırpımında özünü xain 
təxribatçının üstünə tullayır, təhlükə sovuşur. Beləliklə, cəsur və 
qoçaq Fikrət Nəbiyev cəldlik göstərərək ölümlə  nəticələnə 
biləcək terror aktının qarşısını almış olur. O vaxtdan Mustafa 
Əliyev ömrü boyu öz xilaskarına minnətdarlığını bildirir. 
Həmin gün Fikrət Nəbiyevlə – kapitan rütbəsi ilə ehtiyata 
çıxmış keçmiş  hərbçi ilə söhbətimiz uzun çəkdi. Həmin 
söhbətdən bəzi məqamları oxucuya təqdim edək. 
- Fikrət, artıq 8 ildir ki, döyüş bölgəsindən ayrılmısan. O 
vaxtdan özünü necə hiss edirsən? 
- Nə deyim? Son dərəcə narahatlıq keçirirəm. Səbəbi aydın-
dır.  İyirmi faiz torpaqlarımız  əsir düşüb.  Şuşa, Ağdam, Laçın, 
Kəlbəcər, Füzuli, Cəbrayıl… qan ağlayır, xilaskarlarını gözləyir. 
Biz hələ  də öz sözümüzü deyə bilmirik. İnanın ki, döyüş 
bölgələri, vuruşduğum yerlər, döyüşçü dostlarım, ölən və sağ 
qalanlar hər gecə yuxuma girir. Gecələr yuxum ərşə  çəkilir. 
Ölənlər, Vətən yolunda şəhid olanlar məni qınayırlar ki, tor-
paqlarımız hələ  də düşmən tapdağı altındadır. Doğru sözümdür, 
Qarabağ azad olunmayınca narahat günlərim məni tərk 
etməyəcək. 
- Bəs anan necə, sənin Qarabağ bölgəsinə döyüşə getməyinə 
icazə verdimi? 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 135 
- Axırıncı  dəfə anamın yanına gəldim, qarşısında dayanıb 
dedim: Ana, xeyir-dua ver, mən gedirəm Qarabağa, düşmənlə 
döyüşə… Anam elə buna bənd imiş kimi: «Get oğul, elə mən də 
səndən bunu gözləyirdim», - dedi. O, mənimlə görüşdü və ar-
dımca su atdı. 
- Qarabağın xilasını  nədə görürsən? Sülh yoluna üstünlük 
verirsən, yoxsa… 
- Əlbəttə, heç kim qan tökülməsini istəmir. Biz də sülh yolu 
ilə Qarabağın qaytarılmasının tərəfdarıyıq. Ancaq görünür, 
ermənilər heç bir laylaya yatmaq istəmirlər. Onda ikinci yola əl 
atmaq lazım gələcək. Mən keçmiş hərbçi kimi bu gün ordumuzun 
güclü olduğuna inanıram. 
- Səfərbərlik elan edilsə, yenidən döyüşə atılmağa hazır-
sanmı? 
- Doğru sözümdür: bir işarəyə  bəndəm. Səfərbərlik elan 
edilən kimi dərhal cəbhə bölgəsinə yollanıb sözümü 
deyəcəyəm… 
Bəli, bu gün Fikrət Nəbiyev kimi keçmiş zabit və 
komandirlər, qeyrətli oğullarımız, özünün dediyi kimi bir himə 
bənddirlər. Onlar bu gün yatmış şirə bənzəyirlər. Lazım gələndə 
Vətənin müdafiəsinə qalxmağa hər an hazırdırlar. 
Vətən sizlərlə fəxr edir, əziz Fikrət! 
 
 
İDRİS HACIZADƏ, 
«Naxçıvan» qəzeti,  
5 mart 2004-cü il, № 09 
 
 
 
 
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 136 
 
 
VƏTƏN SEVGİSİNİ ÜSTÜN TUTANLAR 
 
Fikrət Nəbiyev: «Millətin adının üstündən məğlubiyyət  
damğası mütləq götürülməlidir» 
 
Namuslu oğullar  şəhid doğular – həm də  şəhidlər Vətənin 
Simurq quşlarıdır. Məmləkətin başının üstünü fəlakətlər alanda, 
yadelli düşmənlər ona hücum edəndə, millət qəfil bəlalarla 
üzləşəndə yeldən qanad taxar, seldən ayaq bağlar özünə. Gücünü, 
qüvvəsini, qollarını yığıb şığıyar düşmən üstünə, ölər, ancaq basıl-
maz, yenilməz heç vaxt... 
48 yaşlı Qarabağ müharibəsi veteranı Fikrət Nəbiyev məhz 
belə düşünür. O, Ağdam uğrunda döyüşlərdə  iştirak edib. Onun 
cəbhə yolundan danışmazdan  əvvəl Fikrətin ömür-gün yaşamının 
bir neçə səhifəsini vərəqləmək istədik. Elə isə tanış olun: 
Fikrət Həbib oğlu Nəbiyev 1956-cı ildə ölkəmizin cənub 
bölgəsində – Lənkəran rayonunun Port-İliç qəsəbəsində dünyaya 
gəlib. Ağdamdakı internat məktəbini bitirdikdən sonra mühəndis 
və hüquqşünas ixtisaslarına yiyələnib. 1983-1985-ci illərdə 
Moskva şəhərində hərbi hissələrin birində rota komandirinin siyasi 
işlər üzrə müavini, 1991-1996-cı illərdə Milli Ordumuzun 
tərkibində döyüş bölgələrində olmaqla tabor komandirinin müav-
ini, divizyon komandirinin müavini və divizyon komandiri 
vəzifələrində çalışıb. 
Dərd bilib söz anlayandır Fikrət. Keçmiş SSRİ vaxtında onun 
paytaxtı Moskvada baş girləmək, hərbidə qulluq etmək, bununla 
azərbaycanlıya xas cəhətləri nümayiş etdirmək hər oğulun işi dey-
ildi. Amma Fikrət özünügöstərmə meydanında bu xüsusiyyətləri 
ilə seçilir, Sovet Ordusuna gərəkli hesab olunurdu. Çox sınaqlar-
dan mətinliklə  çıxır, dəhşətləri gözü ilə görürdü. Hətta erməni 
zabitlərinin bic hərəkətlərinə sayıqlıqla cavab verir, məkrli 
niyyətlərinin baş tutmaması üçün ciddi-cəhdlə çalışırdı. F.Nəbiyev 
1991-ci ildə Vətənə artıq yetkin bir gənc, sınaqlarda bərkimiş zabit 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə