Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   29   30   31   32   33   34   35   36   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 122 
keçirirdilər. Bu da təbiidir. Ciddi təlim və  məşq keçməyən 
təcrübəsiz gənclər az bir vaxtda bütün göstərişlərə can-başla əməl 
edir və tezliklə  cəsur döyüşçü kimi başqa bölmələrə yola 
salınırdılar. 
- Şirin Mirzəyevi necə xatırlayırsınız? 
Bu sualı eşidən Fikrət bir anlığa, elə bil donub qaldı. Baxış-
ları bir nöqtəyə zilləndi, handan-hana yaranmış sükutu pozub 
cavab verdi: 
- Onun haqqında danışmaq mənim üçün çətindir. Nə deyim, 
əsl xalq qəhrəmanı idi Şirin bəy. Böyük döyüş yolu keçmişdi 
rəhmətlik.  Əfqanıstan döyüşlərində  bərkdən-boşdan çıxmışdı, 
neçə  dəfə ölümün pəncəsindən xilas ola bilmişdi. Vətən 
məhəbbəti onu Azərbaycana səsləmişdi və o, Qarabağ torpağı 
uğrunda mübarizədə sədaqətini bir daha sübut etdi. Gözəl taktika 
və strategiyası var idi ki, bu da komandir üçün ümdə keyfiyyətdir. 
Sözükeçən, eyni zamanda sadə, mehriban, qayğıkeş bir insan idi. 
Onun hərb üçün vacib olan ötkəmliyindən bir epizod desəm, 
yəqin ki, hər şey sizə aydın olar: 
Vətən qeyrətli, 60 yaşlı batalyon komandiri Mustafa 
Əliyevin zəngin həyat təcrübəsi var, uzun illər hərbi komissar 
işləyib. Bu el ağsaqqalı bir gün kazarmaya girdi və «həyəcan» 
komandası verdi. Bir anda batalyon ayağa qalxdı  və  sıraya 
düzləndi. Məlumat verdi ki, ermənilər Əliağalılar kəndinə hücum 
ediblər. Alay komandiri Ş.Mirzəyevin göstərişi ilə serjant və 
əsgərlərdən ibarət xüsusi döyüş qrupu hazırlandı və təcili olaraq 
həmin kəndə göndərildi. Bu elə vaxt idi ki, daxili qoşun əsgərləri 
həmin kəndi tərk edirdilər. Tanklar da geri çəkilirdi. Bunu görən 
cəsur alay komandirinin qəlbində qanı qaynadı  və o, bir anda 
bütün  əsgərlərə geri qayıtmaq barədə  əmr verdi. Əsgərlər və 
tankçılar qorxduqlarına görə geri çəkildiklərini etiraf etdilər. 
Lakin  Ş.Mirzəyevin rəhbərliyi ilə  Əliağalılar kəndində  əvvəlki 
mövqelərimizi tutduq. Beləliklə, qoşun hissələri sağa-sola yay-
ılaraq kəndə dolmuş erməni yağılarını geri oturtmağa müvəffəq 
oldular. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 123 
Həmin  əməliyyatdan cəmi 3 gün sonra Qaralar kəndində 
postu dəyişib qayıdarkən alçaq düşmənin basdırdığı minaya tuş 
gələn igid həmyerlimiz  Şirin Mirzəyev gözlərini  əbədi yumdu. 
Onun əziz xatirəsi bizim -adını daşıdığı batalyonun əsgər və ser-
jantlarının, zabitlərinin xatirində əbədi yaşayacaqdır. Bizə təsəlli 
verən odur ki, belə  oğulları olan Vətən heç bir vaxt basılmaz. 
Onun qanı tökülən torpaq gec-tez düşmənlərdən təmizlənəcəkdir. 
Yalnız o zaman Şirin Mirzəyev kimi cəsur döyüşçülərimizin ruhu 
şad olacaqdır. 
 
 
İDRİS HACIOĞLU 
«Bakı» qəzeti, 23 mart, 1993-cü il.  
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 124 
 
QARABAĞ MÜHARİBƏSİNİN BÜTÜN ÜZÜNÜ  
GÖRƏN KAPİTAN 
 
FİKRƏT NƏBİYEV: «BİZ TÜRKÜK, TORPAQLARIN 
İTİRİLMƏSİ İLƏ BARIŞMAQ BİZİM  
XİSLƏTİMİZƏ YADDIR» 
 
10 ildən artıq müddətdə torpaqlarımızın işğaldan azad 
edilməməsi ötən illər  ərzində ortalığa qoyulan təkliflərin bu 
münaqişənin  ədalətli həllinə xidmət etməməsi, zaman-zaman 
döyüş çağırışları ilə müşayiət olunur. Beynəlxalq qurumların, 
aparıcı dünya dövlətlərinin səylərinin nəticə verməməsi sonucda 
bu variantın üzərində dayanılacağı qənaətini qətiləşdirir. 
Döyüş çağırışları ürkəklik doğurmamalı, düşməndə vahimə 
yaratmaq üçün ictimaiyyətdə döyüş ruhunun daha da 
yüksəldilməsinə xidmət etməlidir. Bunun üçünsə ilk növbədə 90-cı 
illərin  əvvəllərində qazanılan döyüş  təcrübəsi yetərincə  təbliğ ol-
unmalıdır. Cəbhə  xəttində  işğal olunmuş  ərazilərin qalması ilə 
müvəqqəti atəşkəs elan olunsa da, atəşkəsədək keçdikləri yol örnək 
hesab edilə biləcək qəhrəmanlar az deyil. Məhz onlar sonu bizim 
üçün mütləq qələbə ilə bitəcək Qarabağ müharibəsində  qələbənin 
özülünü qoyurlar. 5 ildən artıq ermənilərlə üzbəüz döyüşlərdə ol-
muş Fikrət Nəbiyev belə  hərbçilərdən olub. 3 ali məktəb bitirən 
F.Nəbiyev Vətən qarşısındakı  təhlükəni görərək çağırış 
gözləməyib. Cəbhəyə getdiyini ailələrinə açıq söylədikdə anası 
«Mən elə bunu gözləyirdim» deyərək xeyir-dua verib. 
Ehtiyatda olan zabit kimi Qarabağa yollanan Fikrət ilk döyüş 
günlərini Ağdam istiqamətində yaşayıb.  İlk qulluq etdiyi hərbi 
birləşmənin rəhbəri Milli Qəhrəman  Şirin Mirzəyev olub. Tanış-
lıqdan sonra Milli Qəhrəman onu təlim-tərbiyə  məsələləri üzrə 
müavin təyin edib. Yeniyetmə çağlarında öyrəndiyi  Şərq döyüş 
növləri fəndləri bu zaman köməyinə  gəlib. Onun hərbçilərə  aşı-
ladığı yüksək döyüş ruhu həmin hərbi birləşmənin  əksər 
döyüşlərdən qələbə ilə qayıtmasına yardımçı olub. F.Nəbiyevin 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 125 
tabeçiliyində olmuş bölük komandiri Kamil Qədimov həmin 
günləri xatırlayarkən öncə o illərin  şəraitindən bəhs edir. Hərbçi 
«Ordu hələ formalaşmamışdı, yenicə qayda-qanun yaranırdı. 
Fikrətin gəlişi bizim hərbi hissəni qısa zamanda bütün tapşırıqları 
yerinə yetirməyə qadir birləşməyə çevirdi. Onun hərbçilər arasında 
formalaşdırdığı döyüş ruhu qibtə ediləcək idi. Artıq hərbi 
birləşmədə hamını yalnız döyüş, torpaqların geri alınması 
düşündürürdü. Başıpozuqluqdan, intizamsızlıqdan  əsər-əlamət 
qalmamışdı» deyərək  Şirin Mirzəyev və Fred Asiflə birlikdə 
keçdikləri döyüşləri yada salır, Fikrətin hərbi hissə komandirini 
ölümdən qurtarmasını xatırlayır. «Həmin dövrdə ordu yenicə for-
malaşmağa başladığından mənfi təzahürlər də özünü göstərirdi. 
Bəzən naməlum  şəxslərin komandirlərə hücumları olur, onları 
qətlə yetirməklə  hərbi hissəni başsız qoyur və  həmin birləşmənin 
qoruduğu istiqamətdəki  ərazilərin ermənilər tərəfindən işğalına 
şərait yaradılırdı. 1992-ci ildə  hərbçilərin  əksəriyyəti ön xətdə 
keşikdə olduğu vaxt naməlum  şəxslər  avtomobildə  hərbi hissə 
qərargahına hücum etdilər. Onların niyyəti komandiri öldürmək və 
Ağdamın strateji mövqelərinin ermənilərə təhvil verilməsini təmin 
etmək idi. Çıxılmaz vəziyyət yaranmışdı, amma Fikrət 
gözlənilmədiyi halda özünü ölümə atdı. Xoşbəxtlikdən hər  şey 
bizim üçün yaxşı qurtardı. Ölümü göz altına alan Fikrət təkbaşına 
naməlum  şəxsləri tərksilah etməyi bacardı. Bütöv bir hərbi hissə 
komandirsiz qalmaq təhlükəsindən qurtuldu...» 
Kamil Qədimov Fikrətlə birgə  ən ağır döyüşləri Ağdam 
istiqamətində keçdiklərini söyləyir. Düşmənin böyük önəm verdiyi 
bu ərazilərin yüzlərlə insanın qanı bahasına qorunduğunu söyləyən 
hərbçi bu istiqamətdə  dəfələrlə strateji əhəmiyyət daşıyan 
döyüşlərdən qalib çıxdıqlarını bildirib. «1992-ci ilin əvvəllərində 
cəbhədə əsas diqqət Ağdam uğrunda döyüşlərə yönəlmişdi. Bunun 
nəticəsi idi ki, ermənilər xeyli kəndi işğal etdilər. Bizim vəzifəmiz 
kəndlərin boşaldılması idi. Fikrətin tapşırıqları ilə başlanan döyüş 
uğurla başa çatdı.  Əliağalılar və Qaralar kəndi istiqamətində 
həftələrlə döyüş getdi. İtki verdik, lakin hər iki kəndi boşaltmağa 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə