Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə36/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   29   30   31   32   33   34   35   36   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 137 
kimi qayıtdı. Əsl Azərbaycan kişisinin bütövlüyü ilə Azərbaycana 
döndü Fikrət. Yay möhkəm sıxılanda daha çox məsafə  qət edər 
qanunu ilə  həyata atıldı o da... Ötən  əsrin  ən böyük faciəsi kimi 
dünyanı  lərzəyə  gətirən Xocalı  dəhşəti baş verəndə o daha evdə 
oturmağı qeyrətinə  sığışdırmadı. Rusiyada hərbinin hər üzünü 
görmüş zabit Fikrət Nəbiyev özü kimi canında, qanında el-oba, 
yurd təəssübü gəzdirən oğullarımızla birgə yenidən  əyninə  əsgər 
paltarı geyinib silaha qurşandı. 
O, Milli Qəhrəman, alay komandiri, polkovnik-leytenant 
Şirin Mirzəyevlə bir xeyli eyni cinahda vuruşub, dəfələrlə  Ağ-
damda düşmən təcavüzünün qarşısını alıb. Döyüş cəsarətini, hərbi 
təcrübəsini görən  Ş.Mirzəyev bir müddət sonra onu tabor ko-
mandirinin müavini təyin edib. 
Döyüş yoldaşlarından biri, rota komandiri Kamil müəllimin 
F.Nəbiyev haqqında söyləmələrindən: 
- Ermənilərin  Əliağalı  kəndini  ələ keçirmələrini yaxşı xatır-
layıram. Kəndin azad edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin 
geri qaytarılması  əmri verildi. Döyüşü yenicə  uğurla başa vurub 
əsgərləri ilə qayıdan Fikrət müəllimin qurduğu dialoq hamımızın 
təəcübünə səbəb oldu. Hücuma tam hazır idik. Tanklarla irəliləyib 
döyüşü qələbə ilə başa vurduq. Əliağalılar kəndindəki yüksəklikdə 
qərar tutmuş erməniləri mövqelərindən uzaqlaşdırdıq. Beyləqan 
Şirə zavodundakı partlayışla bağlı sıradan çıxan zenit qurğularının 
yararlı  vəziyyətə  gətirib döyüş mövqeyinə  çıxarmaqda da divizi-
yonumuz xeyli zəhmət çəkdi. Belə misalların sayını çox artıra 
bilərik. Bu gün də döyüş ruhluyuq, mübarizə  əzmindəyik. 
Səfərbərlik elan olunarsa, bizi yenidən ön sıralarda görə bilərsiniz. 
Biz veteranlar torpaqlarımız tam azad olununadək bu Vətənə bor-
cluyuq. 
F.Nəbiyev özü isə deyir: 
- 1993-cü ilin mart ayında zenit-raket diviziyasında siyasi işlər 
üzrə komandir müavini kimi xidmətimi davam etdirməyə başladım. 
O vaxtlar Xocalı RİH-in başçısı olmuş, hazırda MM-in deputatı El-
man Məmmədov bizə çox qayğı göstərirdi. Diviziyanın həkimi 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 138 
Məmmədi, döyüşçülərdən Şahmalı, Pənah, Rövşən və Elşəni həmişə 
xatırlayıram. 
Beyləqandakı  məlum partlayışdan sonra işimiz o vaxt Ali 
Baş komandan, ümummilli liderimiz H.Əliyev tərəfindən yüksək 
qiymətləndirildi. Onda motoatıcı briqadanın zenit-raket diviziyas-
ına komandir təyin edildim. 
Bu gün torpaqlarımız mənfur düşməndədir. Bir veteran kimi 
müstəqil Azərbaycanın Milli Ordusunun tərkibində yenidən öndə 
getməyə, vuruşmağa hazıram.  Əgər ermənilərlə sülh danışıqları 
müharibə, döyüşlə əvəz olunarsa, millətimizin adının üstündən qa-
çqınçılıq, məğlubiyyət damğası mütləq götürülməlidir. 
Məhəmməd peyğəmbərimiz buyurub ki, Vətəni sevmək 
imandandır. Fikrət Nəbiyev kimi ərənlərimiz də Vətən, torpaq sev-
gisini hər şeydən üstün tuturlar – hətta ailələrindən də. 
 
 
CEYRAN BƏHLULOVA, 
«Həqiqətlər və faktlar» qəzeti,  
16-23 mart 2004-cü il, № 05-06. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 139 
 
POLKOVNİK VƏZİFƏSİNDƏ KAPİTAN 
 
Fikrət Həbib oğlu Nəbiyev 1956-cı ildə  Lənkəran rayo-
nunun Port-İliç qəsəbəsində dəmiryolçu ailəsində anadan olmuş-
dur. Ağdam şəhər internat məktəbini bitirdikdən sonra mühəndis 
və hüquqşünas ixtisaslarına yiyələnmişdir. 1983-85-ci illərdə 
Moskva şəhərində Ryazan yolu yaxınlığındakı hərbi hissədə rota 
komandirinin siyasi işlər üzrə müavini, 1991-1996-cı illərdə 
Azərbaycan Milli Ordusunun tərkibində döyüş bölgələrindəki 
hərbi hissələrdə taqım komandirinin müavini, diviziyon ko-
mandirinin müavini və diviziyon komandiri vəzifələrində xidmət 
etmişdir. 1998-ci ildən elmi fəaliyyətə başlayıb, onlarla elmi 
məqalənin, «Siyasi təfəkkür» adlı monoqrafiyanın müəllifidir. Ali 
məktəblərin bir çoxunda müəllim kimi fəaliyyət göstərib. Hazırda 
MEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda elmi 
işçi vəzifəsində çalışır. 
HAŞİYƏ: Tanrı bütün yaratdıqlarını bir gözdə görür. İn-
sanlar dünyaya göz açarkən bərabər doğulurlar. Dünyada 
yaşamağa fiziki gücü çatmayanlara yaradan ağıl da verir. Qulağı 
zəif eşidənə iti göz bəxş eləyir... 
Hərdən boylu-buxunlu, qəddi-qamətli, mətin, döyüşkən və 
eyni zamanda ağıllı insanlar da xəlq eləyir yaradan. Tanrı belə 
insanları sınaqlardan keçirib, odun-alovun içinə salsa da, onların 
canlarına dəymir və sanki bu insanların nümunəsində, bəşər öv-
ladını necə möhkəm, necə  mətin yaratdığını nümayiş etdirməyə 
çalışır. 
 
Qeyri-adi döyüş 
 
Ermənilər Ağdamın Qaralar və  Əliağalı  kəndləri 
istiqamətində hücuma keçmişdilər. Daxili xidmət qoşunlarının 
əsgərləri artıq kənddən çıxmışdı... Tanklar da geri çəkilirdi... 
Taqım komandiri Şirin Mirzəyev (sonralar o, Azərbaycan Re-


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 140 
spublikasının Milli Qəhrəmanı adına layiq görüldü) döyüşçüləri 
ruhlandıraraq onları geri qaytarmağa nail oldu. 
Kapitan Fikrət Nəbiyev cəsur komandir Şirin Mirzəyevə 
qoşularaq tankçıları ruhlandırmaq üçün (bəlkə  də müharibə 
tarixində ilk dəfə) döyüşə tankların önündə gedirdi. Güllə  və 
mərmilər yağış kimi yağırdı. Cinahlardan şiddətli atəş açaraq 
hücuma keçən döyüşçülərimiz Ağdamın Qaralar və  Əliağalı 
kəndlərini, düşmənlərdən təmizlədilər. Həmin gün gözəl insan, 
qorxmaz döyüşçü Şirin Mirzəyev şəhidlik zirvəsinə ucaldı. O, öz 
həyatına qıydı, doğma yurdun, Vətən torpağının bir qarışının da 
itirilməsinə razı olmadı... Bu, Şirin Mirzəyevin Fikrət Nəbiyevə 
verdiyi axırıncı qəhrəmanlıq dərsi idi... 
 
Öyrənən və öyrədən müəllim 
 
O, döyüşən orduda da müəllimlik edirdi. Tanınmış karate – 
idman ustası Mirəli Seyidovun məktəbini keçmişdi. Hələ Mosk-
vada hərbi xidmətdə olarkən, onun fiziki və  hərbi hazırlığı 
komandirlərinin diqqətini cəlb etmiş  və F.Nəbiyev Rusiya or-
dusunda rota komandirinin siyasi işlər üzrə müavini vəzifəsində 
işlədiyi zaman ona tapşırılan hərbi hissədə qayda, nizam-intizam 
yaratmağa nail olmuşdu. 
O, Milli Ordu quruculuğu işində  fəal iştirak etmiş, təkcə 
Ağdam bölgəsində iki mindən artıq  əsgər və zabitin fiziki və 
döyüş hazırlığının yüksəlməsində müstəsna rol oynamışdır. 
F.Nəbiyev 1993-cü ilin martından etibarən 708 saylı  hərbi 
hissənin zenit-raket divizionunda siyasi işlər üzrə komandir 
müavini vəzifəsində çalışıb. Xocalı divizionu kimi tanınan bu 
hərbi hissə  əsasən xocalılardan ibarət idi və Fikrət Nəbiyev 
əmindir ki, Xocalı faciəsini yaşamış bu insanların qələbə əzminin 
qarşısını heç bir qüvvə ala bilməz. 
F.Nəbiyev 1994-cü ilin mayından 181 saylı hərbi hissədə – 
motoatıcı briqadada zenit-raket divizionunun komandiri 
vəzifəsində xidmət edərkən partlayışdan sonra yararsız hala düş-
müş zenit qurğularını öz təşəbbüsü ilə  təmir edib döyüş 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə