Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə29/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 110 
olunmasını hamı istəyir, ancaq bu istəyi iradə aktına  əsaslanıb 
həyata keçirmək məsələsi hər adama xas deyil. Bu istək daxildən 
gəlməlidir, fiziki və zehni imkanlarından istifadə edərək həmin 
insanlar bilavasitə  fəaliyyət göstərməli və torpaqları azad 
etməlidirlər… 
 
Xüsusi müxbirin ifadəsi: 
- Gecənin bağrını yarırdı silah səsləri, top gurultuları. Səhəri 
isti ocaqlarında yox, yollarda, sığınacaqlarda, qayaların arasında 
açırdı döyüş bölgələrində yaşayanlar. Körpələrin bağrı yarılmışdı 
güllə  səsindən… Qarabağ  şikəstəsi daha qanadlanmırdı, 
kəsilmişdi təbiətin zənguləsi. O səsi, o ifanı bərpa etmək, Vətənin 
hər qarış torpağı  uğrunda ölməyə belə hazır olmaq arzusu ilə 
döyüşə atılmışdı 
vətənpərvər oğullar. Dövlətimizi, 
dövlətçiliyimizi,  ərazi bütövlüyümüzü qorumaq naminə döyüşə 
könüllü gedənlərdən biri Fikrət Nəbiyev  ən ağır mövqelərə can 
atan  əsgərləri ruhlandırıb, düşmən üstünə aparırdı. O, 
döyüşçülərin mənəvi və fiziki hazırlığına xüsusi diqqət yetirir
onları hər cür döyüşə hazırlayırdı. 
 
 
Fikrət Nəbiyevin ifadəsi: 
- Daxilən təmiz insanlar öz işini həyata keçirirdi, ancaq 
daxilən təmiz olmayan, daxilən çirkin, eybəcər olan insanlar da 
var idi ki, onlar bilavasitə ordunun yaranmasına mane olmaq 
istəyirdilər. Mən elə hesab edirəm ki, onlarda təcavüzkar in-
sanlara rəğbət hissi var idi və onlar bilavasitə həmin ordunu da-
ğıtmaq üçün müəyyən təxribat işləri ilə məşğul idi.  
 
Kamil Qədimovun ifadəsi: 
- Yeri gəlmişkən bir epizodu xatırlatmaq istəyirəm. Mən ro-
tanı  həyətdə düzmüşdüm. Gecə saat on bir radələrində, axşam 
gəzintisindən qayıtdıqdan sonra, gəlib gördüm ki, Fikrət çay içir 
(biz bir yerdə qalırdıq). Mən onun çayını içmək istədim. Birdən 
çöldə hay-küy, avtomat səsi gəldiyini eşitdik. Biz dik atıldıq. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 111 
Çölə çıxanda gördük ki, 5-6 nəfər batalyon komandirini öldürmək 
istəyir. Buna təxribat demək olmazdı, bunlar birbaşa erməniyə 
xidmət edirdilər. Belə adamlar da var idi. Inanın ki, Fikrət orda öz 
həyatını təhlükə altında qoydu. Əsas məqsədimiz erməniyə qarşı 
döyüşməkdi, amma bunlar gəlib ağsaqqal batalyon komandirinə 
qarşı terror törədirdilər.  
 
Xüsusi müxbirin ifadəsi: 
- Təəssüflə də olsa qeyd etməliyik ki, onda, xainlər, nəyə isə 
aldanıb düşmənə xidmət göstərənlər də var idi. Onlar 
döyüşçülərin arasında ruh düşkünlüyü yaratmağa, döyüş 
əməliyyatlarını pozmağa, 
şayiələr yaymağa, döyüşən 
komandirlərə qarşı terror aktları keçirməyə çalışırdılar. Fikrət 
belə terror aktlarının birinin qarşısını cəsarətlə almışdı.  
…Qarabağ  şikəstəsinə qulaq asan döyüşçülərdə ruh 
yüksəkliyi yaranırdımı? 
 
Fikrət Nəbiyevin ifadəsi: 
- Bəli insanlar o ruhnan ermənin üzərinə gedirdilər. Qarabağ 
şikəstəsi insanlarda döyüş ruhunu yüksəldirdi. Döyüşə gedən in-
san  əqidəcə ermənini öldürmək qüdrətinə malik olmalıdır. 
Düşmən gözü ilə onu görməlidir.  Əsgəri öyrətmək lazımdır ki, 
sənin birinci düşmənin ermənidir. İkinci, erməniyə qalib gəlmək 
üçün fiziki hazırlığımız lazımdır, hərbi-texniki sahədə hazırlıq 
lazımdır ki, erməninin qabağına çıxa biləsən. Belə bir misiyanı 
isə biz həyata keçirirdik. Məsələn, orada uşaqların dağlara 
birnəfəsə  çıxıb-düşmək məsələsini təşkil etmişdik. Artıq kom-
pleks karatedən, əlbəyaxa döyüşdən əlavə, dağlara çıxıb-düşmək 
məsələsi var idi. Biz bilirik Qarabağ düzəngah yer deyil, dağlıq 
yerdir. İndiki dövrdə isə artıq ordu formalaşıbdır. Həmin bu ordu 
da sərkərdəmizin başçılığı ilə torpaqlarımızı azad etmək ruhun-
dadır. Bu, biz veteranların vətənpərvərlik borcu, azərbaycanlı 
borcudur. Bir türk olaraq bizim borcumuz o idi ki, biz bu işi gör-
müşük. Bu gün də o borcu yerinə yetirməyə yeni də hazırıq. 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 112 
 
Xüsusi müxbirin səsi: 
- Şikəstəsiz qalan Qarabağ şikəst qala bilməz. Çünki o tor-
paqların hər qarışı  uğrunda savaşlara atılmış adamlar indi də 
özlərini  əsgər sayır. Onlar üçün Vətən torpaqlarından müqəddəs 
heç nə yoxdur, deyirlər. Buna da inanırlar ki, bu gün ölkəmizdə 
hər şey məmləkətimizin ərazi bütövlüyünü təmin etməyə xidmət 
edir. Bu müqəddəs işin uğurla başa çatmasında hamı ölkə 
rəhbərliyinə dayaqdır. Bu işi başa çatdıracaq çox güclü, qüdrətli 
ordumuz var. Biz öz ordumuza inanırıq. Və fürsətdən istifadə 
edib bütün xalqımızı, əsgər və zabitlərimizi Yeni il münasibəti ilə 
təbrik edir, tezliklə qələbəyə qovuşmağı arzulayırıq.  
 
 
03 yanvar 2004-cü il


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 113 
 
AZTV-1 KANALINDA YAYIMLANAN  
«EL BIR OLSA» PROQRAMININ STENOQRAMI 
 
Xüsusi müxbirin səsi: 
- Başımıza gətirilən bəlaları düşündükcə, gözlərimiz önündə 
əsrlərdən bəri olub-keçənlər canlanır. Tariximizin qanlı 
səhifələrini vərəqlədikcə, qəlbimizdə intiqam, qisas hissi baş 
qaldırır. Döyüşə atılmaq, qanına qəltan edilmiş, ayaqları çatılıb, 
başı  kəsilmiş, gözləri tökülüb, sinəsinə dağlar çəkilmiş soy-
daşlarımızın intiqamını almaq qəhrəman babalarımızın yolunun 
layiqli davamçısı olmağımızı sübut etmək istəyirik. Müstəqillik 
yolunu davam etdirməyə can atan Azərbaycanımızı 1990-ci il 20 
Yanvar faciəsini törətməklə susdura bilməyən imperiya qüvvələri 
yenə erməni amilindən istifadə etməyə başladı. 12 il öncə, 1992-
ci il fevralın 25-dən-26-na keçən gecə erməni quldurları keçmiş 
sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə 
Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xocalı şəhərinə soxu-
laraq, şəhəri yerlə-yeksan etdi. Bu amansız cinayət ərazi işğalın-
dan başqa, həm də Azərbaycan xalqına qarşı böyük bir soyqırım 
idi.  İnsanların kütləvi  şəkildə, amansızcasına qətlə yetirilməsi, 
yalnız onunla əlaqədar idi ki, öldürülənlər azərbaycanlı idilər və 
öz dədə-baba torpaqlarını düşmənə vermək istəmirdilər. O yerlərə 
dönmək,  şəhidlərin qanı ilə suvarılmış torpaqları ziyarət etmək 
istəyən insanlar uca dağı görəndə, istər-istəməz bu misraları 
təkrarlayırlar.  
 
Bu dağların iz biləni, yol bilənisən, 
Yol azanlar dönməliydi, dönmədilərmi? 
Bu dağların dərd qananı, dil bilənisən, 
Bu durnalar enməliydi, enmədilərmi? 
 
Qayıdacağıq o yerlərə, qayıdacağıq o torpaqlarımıza.  Əgər 
düşmən xoşluqla torpaqlarımızı azad etməsə, onda Azərbaycan 
igidləri öz sözünü deyəcək. Çünki indi Azərbaycanın çox 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə