Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   29   30   31   32   33   34   35   36   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 130 
 
FİKRƏT NƏBİYEV:  
«BU GÜN DƏ DÖYÜŞƏ GETMƏYƏ HAZIRAM» 
 
Tanışlıq 
 
Çoxdan tanıyırdım onu. Fikrət Nəbiyevi deyirəm mən. Düz 
20 il öncə Bakı Elektrik Termik Avadanlığı Zavoduna yenicə 
gəlmişdi. Gənc kadr kimi. Adına ilk əmək kitabçası da elə bu 
müəssisədə yazılmışdı. Ali savadlı mütəxəssis-texnoloq olan gənc 
Fikrət o vaxtkı AzPİ-nin metallurgiya fakültəsinin məzunu idi. 
Tez-tez redaksiyaya (Mən o zaman Azərelektroterm EİB-də çıxan 
«Məşəl» qəzetinin baş redaktoru idim) gələr, maraqlı yazılarla 
qəzetdə çıxış edər, təzə yazdığı şerləri mənə göstərər, məsləhətlər 
alardı. Bir sözlə, Fikrət «Məşəl»in ən fəal müxbirlərindən idi. Bir 
faktı da xatırladım. Bir dəfə  eşitdim ki, fotomüxbirimiz 
(milliyyətcə  yəhudi idi) qəflətən, bizdən xəbərsiz birdəfəlik 
İsrailə köçüb gedib. Belə bir vəziyyətdə Fikrət  əlimizdən tutdu. 
Fotomüxbir kimi də redaksiyanın karına gəldi. Fikrət Nəbiyev 
çox çalışqan, bilik və dünyagörüşünü zənginləşdirməyə çalışan 
gənc kimi daim diqqətimi cəlb edirdi. Ucaboy, şux qamətli bu 
gəncin güclü biləkləri var idi. 
Bir müddət görünmədi bu Fikrət. Öyrəndim ki, hərbi 
xidmətə çağırılıb, özü də Moskvada qulluq edir. Ancaq onu qı-
nadım ki, nə  əcəb mənimlə  gəlib görüşməyib? Beləliklə, 1983-
85-ci illərdə Moskva şəhərində, hərbi hissədə rota komandirinin 
siyasi işlər üzrə müavini vəzifəsində çalışıb. Sonra da Rusiya 
paytaxtında yaşayıb və  işləyib. Qazancı da pis olmayıb. Lakin 
qəriblik ona əl verməyib. Ana məhəbbəti, Vətən həsrəti hər şeyə 
güc gəlib. Ən başlıcası isə çörəkləri dizinin üstə olan nankor qon-
şularımızın bizi zorla müharibəyə sürükləmələri, Qarabağ 
uğrunda gedən qanlı döyüşlər, bir də Xocalı  dəhşətləri Fikrət 
Nəbiyev kimi vətənpərvər bir gənci heç cür rahat qoya bilməzdi. 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 131 
Vətən çağırır... 
 
Bəli, zaman-zaman türk qanına susamış, qızıldan qiymətli 
torpaqlarımız, yeraltı-yerüstü sərvətlərimiz yuxularına haram 
qatmış  bədnam ermənilər, son bir əsrdə (elə ondan əvvəl də!) 
dəfələrlə torpaqlarımıza hücum etmiş, qanlı  qırğınlar törətmiş, 
xalqımızın başına olmazın müsibətlər gətirmiş, misli görünməmiş 
vəhşiliklər törətmişlər. Sonuncu dəfə 1988-ci ildə  Qərbi 
Azərbaycanda yaşayan soydaşlarımızı öz əzəli torpaqlarından 
vəhşicəsinə qovan ermənilər Qarabağda yaşayan ermənilərə 
dəstək verərək oradakı soydaşlarımıza qarşı divan tutmağa ba-
şladılar. Beləliklə, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi 
yarandı. Növbəti dəfə  də  qəddarlıq simasını nümayiş etdirən 
məkrli qonşularımız bir-bir rayonlarımızı  işğal etdilər. Qeyrət 
qalamız olan ulu Şuşa, Laçın, Kəlbəcər… düşmən  əlinə keçdi. 
Sonra da XX əsrin faciəsi, bəşəriyyətə qarşı ən ağır cinayət kimi 
dünya tarixinə yazılmış Xocalı faciəsi… Bu dəhşətlərdən uzun 
zaman özünə gəlməyən Fikrət nəhayət, dəli bir nərə çəkir: «Daha 
bəsdir! Yetər! – deyir, - qaradan o yana rəng yoxlur! Vətənin bu 
dar günündə  kənarda, ondan uzaqlarda qala bilmərəm!..» Və 
beləcə, o, yad ölkədən Vətənə, onun müdafiəsinə qayıdır. Onu da 
deyim ki, bu illər  ərzində kifayət qədər bərkdən-boşdan çıxmış, 
həyatda bərkimiş, həm fiziki, həm də  mənəvi cəhətdən 
möhkəmlənmiş Fikrət kimi oğullar Qarabağa hava və su kimi 
lazım idi. Çünki o, özünü qanlı döyüşlərə tam hazırlamışdı. Hərbi 
texnikaya mükəmməl yiyələnmiş F.Nəbiyev həm də idmanın ka-
rate və  əlbəyaxa döyüş növlərini mənimsəmiş, onların sirlərinə 
lazımınca bələd olmuşdur. 
 
Müharibənin yazılmamış qanunları var 
 
…1993-cü ilin aprel ayı idi. Bir yas mərasimində, daha 
doğrusu, qəbristanlıqdan qayıdarkən təsadüfən mənə zillənmiş 
tanış bir baxışla qarşılaşdım. Gözlərimə inanmadım. Zabit for-
ması geymiş enlikürək, qaynar baxışlı gənc mənə tərəf addımladı. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 132 
Bu, Fikrət Nəbiyev idi, baş leytenant Fikrət Nəbiyev! 
Sevincdənmi, bir neçə il ayırıldıqdan sonrakı  təsadüfi 
görüşdənmi, bəlkə  də keçirdiyim dərin qürur hissindənmi, 
bilmirəm, gözlərim nəmləndi, kövrəldim. Qucaqlaşıb öpüşdük. 
Ayaqüstü onun işi-gücü, vəziyyəti, harada olması ilə 
maraqlandım. Cavabları məni xeyli sevindirdi. Söylədi ki, Ağdam 
bölgəsində vuruşur, onun xidmət etdiyi batalyon məşhur Qarabağ 
döyüşçüsü, Milli Ordumuzun cəsur komandiri Şirin Mirzəyevin 
adını daşıyır. Fikrətlə söhbət edə-edə hiss etdim ki, bu, bir qədər 
sadəlövh, çox şeyə inanan əvvəlki Fikrət deyil. Ölüm-dirim 
müharibəsi onu qədərincə  dəyişdirib, sözün həqiqi mənasında 
müdrikləşdirib, dünya görmüş bir ixtiyara çevirib. O zaman mənə 
məlum oldu ki, müharibənin öz qanunlar var, bəzən yazılmamış 
sərt qanunları. Sərtlik insanı nəinki bir ildə, hətta bir gündə, lap 
elə bir saatda da dəyişdirər,  əvvəlki  şuxluğunu,  şən və qayğısız 
ovqatını «oğurlaya» bilərmiş, elə Fikrət Nəbiyev kimi.  
Bu günlərdə köhnə dostum, uzun müharibə yolu keçmiş
Qarabağ uğrunda döyüşlərdə böyük mərdlik və şücaət göstərmiş, 
qayğıkeş komandir, cəsarətli zabit Fikrət Nəbiyevlə 
«Azərbaycan» nəşriyyatında görüşdük. Məni görməyə  gəlmişdi. 
Doğrudan da, illər öz işini görmüşdü. Fikrət yaşa dolmuşdu. 
Əvvəlki təravət, şuxluq onu tərk etmişdi. Axı Fikrət ömrünün ar-
tıq 48-ci baharına çatmışdı. Mənə avtoqraf yazılmış bir kitab 
bağışladı. «Siyasi təfəkkür» adlanırdı bu kitab. Müəllifi də Fikrət 
Nəbiyevin özü idi. Maraqlandım ki, bu nə kitabdır belə? Yoxsa 
indi də  fəlsəfə ilə  məşğul olursan? Düz tapmışdım, Fikrət 
Nəbiyev hazırda elmi fəaliyyətlə  məşğuldur. AMEA-da çalışır. 
Fikrət müəllimin monoqrafiyası, fəlsəfə, politologiya, 
siyasətşünaslıq, dövlət və hüquq nəzəriyyəsi fənləri tədris olunan 
ali məktəb müəllimləri və tələbələri üçün bir tədris vəsaitidir. 
Sonra F.Nəbiyev mənə iki kaset verdi. «Buyurun, bax-
arsınız, - dedi. Sonra fikrinizi deyərsiniz». Hər iki kasetə baxdım. 
AzTV-1 lentə alıb. Elə bu yaxınlarda. Sənədli filmlər belə ad-
lanır: «Azərbaycan Silahlı Qüvvələri», «El bir olsa…» 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə