Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 118 
Mən artıq bu hadisəyə biganə qala bilməyib əlimə silah aldım. Şir 
ürəkli qəhrəmanlarımızdan  Şirin Mirzəyevin rəhbərliyi altında, 
onun  şəxsi təşəbbüsü  əsasında batalyon komandirinin müavini 
vəzifəsinə təyin olundum. İlk həqiqi xidmət ordsunu yaradanlar-
dan biri də  mən oldum. Bu mənim demək olar ki, öncədən 
bəxtimə, taleyimə yazılan yazı idi. Hazırda  Şirin Mirzəyev kimi 
qəhrəmanlarımız çoxdur. Şirin Mirzəyevin və onun kimi igid 
oğlanların qanını yerdə qoymayacaqlar. Mən buna əminəm. Xa-
hiş edirəm bir dəqiqə sükutla ayağa duraq. Və həmin şəhid olan 
qəhrəmanlarımızı yad edək.  
...Heydər  Əliyevin təşəbbüsü ilə  əsgərlərimizə göstərilən 
qayğı bizim ürəyimizcədir. Allah-taalanın köməyi ilə yaxın 
gələcəkdə bu konsert məclislərimizi tez-tez, Xocalının özündə 
həyata keçirə bilək və biz qardaşlar, əsl mənada şadlıq edək. Xo-
calı İcra Hakimiyyətinə, onun prokurorluğuna və onlarla birlikdə 
bizim görüşümüzə  gəlmiş qardaş  və bacılarımıza bütün 
divizyonun adından öz minnətdarlığımı bildirirəm. Allah bizim 
hamımıza can sağlığı versin. Yaxın gələcək üçün qələbəmizi bay-
ram edək. Sağ olun. 
 
 
Verilişi hazırlayanlar: 
 
Müəllif: Nurəli Təmrasoğlu 
Rejissor: Ramiz Əliyev 
Operator: İdris Əliyev 
Montaj: Rasim Dadaşov 
Redaktor:Telman Nəzərli 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 119 
 
QƏHRƏMANIN ADINA LAYİQ 
 
Çoxdan tanıyıram onu. Fikrət Nəbiyevi deyirəm. On il 
əvvəl Bakı elektrik termik avadanlığı zavoduna təzəcə  işləməyə 
gəlmişdi. Ali savadlı mütəxəssis, AzPİ-nin metallurgiya 
fakültəsinin məzunu kimi. Texnoloq işləyirdi zavodda. 
Fikrət çalışqan, bilikli, daim dünyagörüşünü 
zənginləşdirməyə cəhd edən bir gəncdir. Həm də şair təbiətlidir; 
arabir şer də yazır, daim hərəkətdə olmağı sevir. Bir də görürdüm 
ki, Fikrət yoxa çıxıb. Öyrəndim ki, hərbi xidmətə çağırılıb, 
Moskvada qulluq edir, komandirin siyasi işlər üzrə müavinidir. 
Yaxşı hörmət qazanıb əsgərlər arasında. Sonra da bildim ki, Milli 
Münasibətlər üzrə universitetin tam kursunu bitirib. Özü də 
fərqlənmə diplomu ilə. Günlərin birində  mənə  xəbər çatdı ki, o 
artıq birliyin Bakı elektrik avtomatları zavodunda işləyir. 
Zavodun direktoru Mahmud müəllim mühüm tapşırıqların 
icrasını işgüzarlığı, dağı-dağ üstə qoymaq məharəti ilə fərqlənən 
bu gəncə tapşırır. Kollektivin etimadını qazanmış Fikrətin sex 
rəisi olduğunu eşidəndə də təəccüblənmədim… 
Son illər respublikamızda baş verən siyasi hadisələr, Qara-
bağ probleminin ortaya çıxması Fikrətin də narahatlığına səbəb 
olmuşdu. Azərbaycanın müstəqilliyi yoluna çıxmaq üçün öz 
hüquqlarını müdafiə etməsi, nəhayət, suveren respublika kimi öz 
üçrəngli bayrağını göylərə qaldırması F.Nəbiyevin qəlbində xoş 
ümidlər oyadır və o, hadisələrə biganə qalmır. Həqiqətin ağzına 
daş basmaq, dayaqlarının laxladığını boynuna almaq istəməyən 
imperiya respublikamızdakı demokratik hərəkatı boğmaq üçün öz 
çirkin  əməllərinə  əl atır,- 20 Yanvar faciəsini törədir. Bu qanlı 
hadisə Fikrəti də sarsıdır. Özü də az qala azadlıq qurbanlarından 
birinə çevriləcəkdi, təsadüfən sağ qalır. Həmin faciə onu bu mis-
raları yazmağa sövq edir: 
 
… 20 Yanvar günü! Yaddan çıxan deyilsən, 
Gülləbaran edildi o gün Bakı, bu Vətən! 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 120 
Əsdi Bakının üsdən acı ölüm ruzgarı, 
Al qana boyandılar Vətinin övladları. 
O gecə şəhid getdi neçə oğul, neçə qız, 
Bir Tanrı şahid oldu, bir də göydə Ay, ulduz. 
… Qəbirlər yan-yanadır, qəbirlər yaxın-yaxın, 
Ziyarətə gəlirlər bura hey axın-axın. 
Hər qəbrin başında ata-ana və bacı, 
Yas saxlayırlar onlar, ağlayıb acı-acı. 
Əbədiyyət məskəni, Şəhidlər xiyabanı, 
Almısan qucağına neçə igid aslanı. 
Şəhidlər ölməyirlər, göyə uçur ruhları, 
Əsrlər keçsə belə, kim unudar onları?! 
 
Azadlıq  əldə etmək üçün Azərbaycan hansı  sınaqlardan 
keçmədi az bir müddət  ərzində?! Lakin Xocalı faciəsi Fikrətin 
dözümunu  əlindən aldı. Daha bəsdir! – dedi, - Qaradan o yana 
rəng yoxdur! Vətənin bu dar günündə mən də silaha sarılmasam, 
bəs kim sarılacaq?! Belə də etdi Fikrət. Başqa cür edə bilməzdi. 
Həyatda bərkimiş, həm fiziki, həm də  mənəvi cəhətdən mökəm 
olan Fikrət kimi oğullar Qarabağa hava və su kimi lazım idi. 
… Zavod direktoru Mahmud müəllimin anasının dəfn 
mərasimində iştirak edirdik. Qəbiristandan qayıdanbaş təsadüfən 
mənə zillənmiş tanış bir baxışla qarşılaşdım. Gözlərimə inan-
madım! Zabit forması geymiş bu uca qamətli gənc kim olsa yax-
şıdır?! Baş leytenant Fikrət Nəbiyev! 
Sevincimdənmi, bir neçə il ayrılıqdan sonrakı  təsadüfi 
görüşdənmi, yoxsa keçirdiyim dərin qürur hissindənmi, bilmirəm
gözlərim nəmləndi. Qucaqlaşıb görüşdük. Ayaqüstü olsa da, onun 
vəziyyəti, işi-gücü, harada olması ilə maraqlandım. Aldığım cav-
ablar məni sevindirdi. 
Bu günlərdə onunla yenidən görüşdüm, xeyli söhbət etdik. 
Biləndə ki, onun xidmət etdiyi batalyon məşhur Qarabağ 
döyüşçüsü, Milli Ordunun cəsur komandiri Şirin Mirzəyevin 
adını daşıyır, söhbət çox uzandı. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 121 
Əmin oldum ki, Fikrət artıq  əvvəl gördüyüm bir qədər 
sadəlövh, çox şeyə inanan gənc deyildir. Müharibə  şəraiti onu 
yaman dəyişdirib, sözün əsl mənasında müdrik bir ağsaqqala
dünyagörmüş bir ixtiyara çevirib. İndi mənə  bəlli oldu ki, 
müharibənin öz qanunları – sərt, dəhşətli, bəzən isə yazılmamış 
qanunları varmış. Sərtlik, dəhşət insanı  nəinki bir ildə, hətta bir 
gündə, lap elə bir saatda da dəyişdirə,  əvvəlki  şuxluğunu,  şən 
ovqatını «oğurlaya» bilərmiş. O, təmkinlə söhbətə başladı: 
- Xocalı  dəhşəti məni bərk sarsıtdı. Mən də  əlimə silah 
götürməyi qərara aldım. Alay komandiri, xalqımızın qeyrətli oğlu 
Şirin Mirzəyevin komandanlığı altında qulluq etmək çoxdankı 
arzum idi. Özümü bu çətin işə hazır bilirdim. Həyat təcrübəm
fiziki hazırlığım, dözümlülüyüm və s. keyfiyyətlər özümə 
inamımı artırırdı. Belə ki, oxuduğum Politexnik Institutunun 
hərbi kafedrasında keçdiyim təlim, Moskvada hərbi qulluqda 
olarkən siyasi işlər üzrə komandir müavini vəzifəsində 
qazandığım təcrübə, eyni zamanda idmanın milli güləş və karate 
üzrə ustalığım köməyimə  gəldi. Tabeçiliyimdə olan döyüşçüləri 
ilk gündən fiziki cəhətdən yüksək səviyyədə hazırlamağa səy 
göstərdim. 
Nə gizlədim, ilk günlər buradakı vəziyyət məni bərk narahat 
etməyə başladı. Bəzi vzvod və rota komandirləri özlərini ümumi 
rəhbərlikdən kənara çəkir və  əsgərləri yalnız onları dinləməyə 
məcbur edirdilər. Beləliklə, batalyonda intizamsızlıq, özbaşınalıq 
yaratmaq istəyirdilər. Buna yol vermək olmazdı. Axı Milli Ordu 
yenicə formalaşırdı. Bizi ilk qaranquş adlandırırdılar. Beləliklə, 
hər  şey intizamdan başlandı. Vahid rəhbərlik tənzim olundu, 
getdikcə işlər öz qaydasına düşdü. İndi batalyonda möhkəm bir-
lik, dəmir intizam hökm sürür. Əsgərlərin fiziki və döyüş 
hazırlığına ciddi diqqət yetiririk. Əsgərlərə karate, əlbəyaxa 
döyüş üzrə fəndlər öyrədir, onlara dözümlülük tərbiyə edirdik. 
Batalyonda döyüşçülərimizin hər biri Vətənin qeyrətini 
qorumağa layiq igiddir. Respublikamızın müxtəlif guşələrindən 
gəlmiş bu günc döyüşçülər arasında  əlbəttə, elələri var ki, ilk 
günlər top, qrad səsi eşidəndə özlərini itirir, qorxu hissi 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə