Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə33/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   29   30   31   32   33   34   35   36   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 126 
müvəffəq olduq. Məhz bu döyüşün nəticəsi idi ki, Ağdam bir ildən 
artıq nəzarətdə saxlanıldı». 
F.Nəbiyevin qulluq etdiyi birləşmənin uğurlu  əməliyyatları 
atəşkəsədək davam edib. Bu yolda dəfələrlə ölümlə çarpışmadan 
qalib çıxan Fikrət daha sonra Xocalı diviziyonunda qulluq edib. 
Təlim-tərbiyə işlərinə cavabdeh olan hərbçi sonradan «Zenit» raket 
diviziyonunun komandiri olub, kapitan rütbəsində ikən polkovnik-
leytenantın vəzifələrini icra edib. Qarabağ müharibəsinin bütün 
üzünü görən kapitanı 96-cı ildə ordu sıralarından tərxis ediblər. 
«Biz türkük, torpaqların itirilməsi ilə barışmaq bizim xislətimizə 
yaddır. Döyüşdüyüm illərdə canımızı torpağa qurban demişik. 
Zamanı  gələndə yenə  də qarlı-boranlı meşələrdə, ilan mələyən 
düzlərdə olacağıq» deyir Fikrət Nəbiyev. 
 
«Şərq» qəzeti,  
17 fevral 2004-cü il, № 32. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 127 
 
TORPAQLARIMIZI AZAD ETMƏYƏ HAZIR  
OLANLARDAN BİRİ 
 
Fikrət Həbib oğlu Nəbiyevin 48 yaşı var. Ağdamda orta 
məktəbi bitirdikdən sonra mühəndislik və hüquqşünas təhsili alıb. 
Xeyli müddət Moskva şəhərində yaşayıb. Dediyinə görə günü-
güzəranı da pis olmayıb. Lakin Ermənistan tərəfindən qondarma 
Qarabağ problemi ortaya çıxdığı ilk vaxtlardan Vətənə qayıdıb. 
Xocalı, Ağdam uğrunda döyüşlərdə iştirak edib. Tabor, divizyon 
komandirinin müavini və divizyon komandiri vəzifələrində çal-
ışıb. 
1996-cı ildə kapitan rütbəsi ilə ordudan tərxis olunub. 
Hazırda elmi fəaliyyətlə  məşğuldur və  şəhid ailələri, müharibə 
veteranları ictimai təşkilatının sədr müavinidir. 
Söhbətə Xocalıdan başladıq. 
- Xocalını işğaldan qorumaq olardımı? 
- Olardı. Bu şərtlə ki, gərək o müsibəti əvvəlcədən duyaydı-
lar.  Əbdürrəhman Vəzirov kimi Qarabağ probleminə laqeyd, 
biganə münasibət bəsləyən ölkə başçısı  və onun xələfi Ayaz 
Mütəllibov Xocalını xilas etmək üçün heç bir tədbir görmədi. 
Doğrudur, Xocalının keşiyində olduqca hünərli, dəyanətli oğullar 
dururdu. Ancaq onların sayı az idi. Vaxtaşırı kömək gəlmirdi, 
qayğı göstərilmirdi. Azərbaycanın Milli qəhrəmanları Xocalı aer-
oportun rəisi  Əlif Hacıyevi, batalyon komandiri Tofiq Hüsey-
novu, onlarca başqa döyüşçüləri unutmaq olarmı?! 
O illərdə, «N» saylı  hərbi hissədə xidmət edirdim. 
Əsgərlərin, zabitlərin qeyrətlə döyüşmələrini, düşmənə layiqli 
cavab vermələrini, uğurla başa çatan hücumları ömrüm boyu un-
utmaram. Sıravi döyüşçülərimiz vardı, ön cəbhəyə getməzdən 
öncə, diz büküb torpağımızı öpərdilər, «Sənə düşmən ayağı 
dəyməsin deyə ölümə hazıram» - deyərdilər. Ağdamın işğalına 
iki  əsas amil səbəb oldu. Birinci, ərazidəki yüksəkliklərdə 
düşmən tərəfi mövqe tutmuşdu. Bu, hərbdə strateji üstünlük say-
ılır.  İkinci səbəbi daha acınacaqlı idi: özümüz özümüzə  qənim 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 128 
kəsilmişdik. Sıralarımızda satqınlar, bişərəflər vardı. Konkret bir 
misal: batalyon komandiri, çoxlarına öz hünəri ilə örnək olan, 
böyük vətənpərvər  Şirin Mirzəyevin mindiyi maşın döyüşə get-
diyi yolla geri qayıdanda minaya düşdü.  Şirinin vaxtsız aramız-
dan getməsi onu tanıyanlara dərd olmaqla yanaşı, həm də çox-
larımızın ürəyini göynədib həvəsdən saldı. 
- Məlumdur ki, 1992-ci il və 1993-cü ilin birinci yarısına 
qədər respublikamızda sabitlik pozulmuş, hərc-mərclik yaran-
mışdı. Baxmayaraq ki, hələ xeyli əvvəl milli ordunun yaradılması 
haqqında Ali Sovet qanun qəbul etmişdi, ancaq yenə  də 
özünümüdafiə batalyonlarına üstünlük verilirdi. 
- Bəli, ölkədə özbaşınalıq günbəgün artırdı. Anarxiya açıq-
aşkar duyulurdu. O dövrün iqtidarına vətənpərvər döyüşçü yox, 
satqın, düşmən mövqeyini dəstəkləyən əsgərlər, zabitlər lazım idi. 
Bu barədə bir faktı xatırladım. Tabor komandiri, polkovnik 
leytenant Mustafa Əliyev həmişə döyüşlərin ən qızğın yerlərində 
olur, uğurlu hərbi əməliyyatlar apararaq erməni silahlı dəstələrini 
darmadağın edirdi. Ancaq ona mane olanlar da tapıldı. Xüsusi 
təyinatlı silahlılar onu aparıb bir neçə gün dəmir qəfəsdə saxlayıb 
işgəncə verdilər. 
1993-cü ilin mart ayında 708 saylı hərbi hissədə zenit-raket 
divizyonunda siyasi işlər üzrə komandir müavini vəzifəsində 
xidmətə başladım. «Xocalı divizyonu» kimi tanınan bu hərbi 
hissənin xidmətləri danılmazdır. Yeri gəlmişkən, o vaxtlar Xocalı 
rayon  İH-in başçısı  vəzifəsində çalışan, hazırda Milli Məclisin 
deputatı Elman Məmmədovun qayğılarını çox görmüşük. Divizi-
yonun həkimi Məmmədi, döyüşçülərdən  Şahmalını, Pənahı, 
Rövşəni, Elşəni həmişə xatırlayıram. 
1994-cü ilin may ayında 81 saylı  hərbi hissədə motoatıcı 
briqadanın zenit-raket divizyonunun komandiri vəzifəsinə irəli 
çəkildim. Bu, o vaxtlar idi ki, ümummilli liderimiz Heydər 
Əliyevin qədirbilən xalqımızın istəyi ilə yenidən hakimiyyətə 
qayıdışının ildönümünə az qalmışdı. Arzuları ürəklərində qalan 
bəzi qüvvələr yeni terror törətdilər. Beyləqan rayonunun 
ərazisində  həyətinə çoxlu silah-sursat yığılmış  şirə zavodunu 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 129 
partlatdılar. Yararsız vəziyyətdə anbarlarda qalmış zenit qurğu-
larını  təmir edib yenidən döyüş bölgələrinə göndərdik. 
Xidmətimiz Ali Baş Komandan tərəfindən yüksək 
qiymətləndirildi. 
- Fikrət müəllim, ata-baba yurd yerlərimiz, nəyin bahasına 
olursa-olsun, hərbi yolla olsa da düşmən tapdağından azad 
edilməlidir. Bu barədə respublikamızın prezidenti, Ali Baş Ko-
mandan cənab  İlham  Əliyev də müxtəlif mötəbər toplantılarda, 
rəsmi görüşlərində bəyanat verib. 
- Torpaqlarımız işğaldan azad olmalıdır. Milyondan artıq 
qaçqın və məcburi köçkün öz el-obasına qayıtmalıdır. Ermənilər 
sülh danışıqlarına getməyib işğalçılıq niyyətlərindən  əl 
çəkməsələr, mütləq silah gücündən istifadə etməliyik. Müstəqil 
Azərbaycanımızın bu gün güclü ordusu, Silahlı Qüvvələri var. 
Hər iki halda öndə gedənlərdən biri də  mən olacağam. Təki 
məğlubiyyət damğası üstümüzdən götürülsün...  
 
 
Söhbəti yazdı: 
TELMAN MEHDIXANLI, 
«Azərbaycan» qəzeti,  
25 fevral 2004-cü il, № 46. 
 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə