Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə30/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 114 
qüdrətli, düşməni məhv etmək gücündə olan bir ordusu var. Bu 
ordu döyüşə-döyüşə, çətin yollar keçə-keçə yaranıb. Özü də, elə o 
illərin vətənpərvər zabitləri də  əsgərlərinə Koroğlunu, Nəbini, 
Qaçaq Kərəmi, Həzi Aslanovu, Hüseynbala Əliyevi,  Əliyar 
Əliyevi, Aqil Məmmədovu,  Əlif Hacıyevi və başqa igidlərimizi 
sevdirə-sevdirə döyüşə aparırdılar. Belə komandirlərdən biri 
Fikrət Nəbiyev haqqında ötən verilişlərimizin birində söhbət 
açmışdıq. Müharibə illərində  əsgərlərinə  Vətən sevgisinin 
əvəzolunmazlığını başa salan Fikrət kimi oğullar yenə də döyüşə 
hazırdır. O, yazdığı kitabda bu haqda ətraflı söhbət açır.  
 
Fikrət Nəbiyevin ifadəsi: 
- Bizim əsas məqsədimiz Qarabağın azad edilməsidir. 
Bunun üçün bizim vətənpərvər qardaşlarımız, daxilən döyüş ruhu 
ilə yaşayan insanlar həmin döyüşdə böyük fəaliyyət göstəriblər. 
Yəni bütün Azərbaycan xalqı ayağa durmuşdu, amma döyüş 
ruhlu insanlar səngərdə idi. Belə insanların bilavasitə  fəaliyyəti 
uzun müddət erməni təcavüzkarlarına qarşı bizim mübarizəmizin 
əsas, həlledici faktoru olaraq özünü göstərdi. Məsələn  İnsan var 
ki, döyüşdən söhbət gedəndə deyir mən də döyüşərəm. Ancaq 
onun daxilində elə bir enerji olmalıdır ki, o enerji o insanı döyüşə 
aparsın, erməni təcavüzkarlarının qarşısına aparsın. Yəni söz ilə 
əməlin vəhdəti olmalıdır. Əyninə döyüş paltarı geyinmiş, ürəkli, 
bu döyüşə könüllü gedən insanlar döyüşün müqəddəratını demək 
olar ki, həll etmək səviyyəsində idilər. Məsələn Kamil, İbad, 
Fəxrəddin, Allahverdi Bağırov, Yavər kimi döyüçü qar-
daşlarımız, Mustafa müəllim kimi komandirimiz ağsaqqallarımız 
olub. Onların tayları döyüşlər gedən vaxt evdə çay içməklə 
məşqul idilər. Ancaq bu insanların daxilində elə hesab edin ki
enerji artıqlığı var idi. 
 
Xüsusi müxbirin ifadəsi: 
- Bu ola bilər vətənpərvərlik hissi ilə bağlı idi. 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 115 
 
Fikrət Nəbiyev: 
- Bəli, bu vətənpərvərlik hissi ilə bağlı idi. Yəni bu tor-
paqların azad olunmasını hamı istəyir. Ancaq bu istəyi iradə ak-
tına əsaslanıb həyata keçirmək məsələsi hər adama xas deyil. Bu 
hisslər daxildən gəlməlidir və fiziki, zehni imkanlarından istifadə 
edərək həmin insanlar bilavasitə fəaliyyət göstərməli və torpaqları 
azad etməlidirlər. 
 
Xüsusi müxbirin ifadəsi: 
 
Könül sazı yad əllərdə köklənən olduq, 
Qanlı ayla, qanlı illə yüklənən olduq. 
 
Sağdan, soldan, yerdən, göydən təklənən olduq, 
Eh, kim gələ, eh, kim görə, eh, kim kövrələ. 
 
Fikrət Nəbiyev: 
- Bir şeyi demək istəyirəm ki, hər halda dövlətin dövlət ol-
ması üçün onun ordusu mütləq lazımdır. Ordusu olmayan xalq 
demək olar ki, öz müstəqilliyini qoruya bilməz. Bunun üçün bizə 
ordu indi yox, bəlkə  də iki-üç il bundan əvvəl lazım idi. Bunu 
əsaslandırmaq istəyirəm. Mənim fikrimcə,  əgər iki-üç il bundan 
əvvəl ordunun yaradılmasına başlansaydı Dağlıq Qarabağda olan 
vəziyyət indiki qədər mürəkkəb olmazdı… 
 
Xüsusi müxbirin ifadəsi: 
-  Əsgərləri çevik, sərt görmək istəyən komandir, dağ 
döyüşlərinə, əlbəyaxa savaşlara çox üstünlük verərdi.  
Nə biləydik gözümüzün yağışı öndə, 
Nə biləydik talelərin qarğışı öndə. 
Nə biləydik tənhalığın çağırışı öndə, 
Eh, kim gələ, eh, kim görə, eh, kim kövrələ. 
 
Sinəmizi qızartdılar nar ağacıtək, 
Boyumuzu qanladılar dar ağacıtək. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 116 
Yağı düşmən üstümüzdə dor ağacıtək, 
Eh, kim gələ, eh, kim görə, eh, kim kövrələ. 
 
Qəlbimizdə qəm-qüssənin dünya xətri var, 
Hara dönsək çiçək qəbri, sevgi qəbri var. 
Açan guldə aman Allah, ölüm ətri var
Eh, kim gələ, eh, kim görə, eh, kim kövrələ. 
 
Xocalı dərdi içimizdədir, qəlbimizdədir. Amma biz o dərdi 
ağlamırıq. Bunu mənfur düşmən də bilməlidir. Bilməlidir ki, biz 
bu qanın qisasını almaq haqda düşünürük. Hələ müharibə 
illərində 
əsgərlərimizin görüşünə 
gələnlər ordumuzun 
qüdrətlənməyindən inamla danışırdılar. 
 
Xocalı  İcra hakimiyyətinin başçısı Elman müəllimin 
ifadəsi (hazırda Milli Məclisin deputatıdır): 
- Komandirin sizinlə keçirdiyi məşqi görduk. Əsgər təlimdə, 
məşqdə nə qədər çox əziyyət çəksə, tərləsə, döyüşdə o qədər asan 
olacaq ona. Burada tökülən tər, burada görülən iş, sabah onun 
döyüşdən salamat qayıtmasına zəmanətdir. Ona görə 
komandirlərinizə minnətdar olmalısınız. Onların hər bir tap-
şırığını sözsüz yerinə yetirməlisiniz.  
 
Fikrət Nəbiyev: 
- Sizin kimi bacılar, sizin kimi qardaşlar bizə mənəvi dayaq 
olur. Gəlirlər, görüşürlər, gedirlər. Onların gücü birdirsə, siz 
gələndən sonra onların gücü olur on. Hazırda Şirin Mirzəyev kimi 
qəhrəmanlarımız çoxdur. Və  həmin qəhrəmanlar  Şirin 
Mirzəyevin və onun kimi qəhrəmanların qanını yerdə qoymay-
acaqlar.  
 
Xüsusi müxbirin ifadəsi: 
- Bəli bugün vətənini sevən, torpağını düşmən tapdağından 
azad etmək, Xocalı qisasını almaq haqda düşünən, yorulmadan 
məşq edən, döyüşə hazır olan oğullarımız var. Bu, əzizləri 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 117 
vəhşicəsinə  qətlə yetirilmiş Azərbaycan  əsgəridir.  Əldə silah 
Vətənin keşiyini çəkir, döyüş əmri gözləyir.  
 
Fikrət Nəbiyevin xocalı dvizyonu qarşısıeda çıxışından 
nümunələr: 
- Mən bir-iki kəlmə özüm haqqında danışmaq istəyirəm. 
Hamı kimi mən də demokratik hərəkatda iştirak etmişəm. Bakıda 
yaşamış, 20 Yanvar hadisəsinin  şahidi olmuşam. Həmin hadisə 
ilə əlaqədar bu misraları yazmağa məcbur oldum.  
 
Yanvarın 19-u, o qanlı cümə günü, 
Neçə cavan igidi, neçə ayı-ulduzu. 
Yedəyində apardı zülmət qaranlıqlara. 
İndi də ağı deyir millət qəhrəmanlara, 
«Allahu-əkbər!» səsi ucalır asimana. 
Qoy Allah kömək olsun, bəndə nə etsin buna. 
Qəbirlər yan-yanadır, qəbirlər yaxın-yaxın, 
Adamlar ziyarətə gəlirlər axın-axın. 
Hər qəbrin başında qohum-qardaş və bacı, 
Ağlayır səhər-axşam, ağlayır acı-acı. 
Bu soyuq məzarlarda qovuşdu əbədiyyət, 
Qovuşdu xalqın səsi bir də acı həqiqət. 
Qırx gün qara matəmdir, xalqın qara günüdür. 
Xalqımın Babəkləri məzardadır, ölüdür.  
Xalqım bu səhflər üçün hələ kimi söyəcək. 
Çomaq götürüb ələ hələ kimi döyəcək.  
Əlbət bunun hər biri tarixlərdə olacaq
Tarixi əbədiyyət tarixə yazılacaq. 
Eşq olsun öz xalqını birliyə çağıranlara, 
Milli mənlik uğrunda həqiqət arayanlara. 
…Siz məzarda deyilsiz, siz aşkar həyatdasız, 
Xalqımızın qəlbində əbədi çıraqsınız. 
 
Bunun ardınca erməni-rus hərbi birləşmələri Xocalı soy-
qırım faciəsini törətdilər. Xocalı hadisəsi məni daha da sarsıtdı. 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə