Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə19/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 73 
faciəsini yenidən yaşayardıq. Biz həqiqəti deməliyik. Xocalı 
faciəsi bizim də başımıza gələ bilərdi. Amma bizim qəhrəman 
Fikrət kimi Şəfayət kimi, Şirin Mirzəyəv kimi, İbad kimi 
oğlanlarımız var idi. Biz erməniləri qovduq. Bizim orada nə 
qədər  əskərlərimiz həlak oldu, amma Allah Təala bizə ölüm 
yazmayıbmış. Hətta mənim  şahidim də var ki, Fikrət müəllim 
buna şahiddir ki, ikimizin arasına bomba düşüb və partlamayıb.  
Bunu deməkdə məqsədim nədir. Bizim qeyrətli oğlanların-
mız olub. Erməni işğalına qarşı mübarizə aparıblar. Amma bayaq 
Səfayət müəllimin dediyi kimi, bizim daxili düşmənlərimiz, ordu 
quruculuğunu gözü götürməyənlər də olub. Mən sizə bir faktı 
çatdırmaq istəyirəm. Hansı ki, o faktla bağlı mən özüm canlı şa-
hid olmuşam. Hamınız bilirsiniz ki, biz Fikrət müəllimlə həmişə 
bir yerdə olmuşuq. Bizim bu birliyimizə qibtə edənlər də olmuş-
dur. Şəfayət müəllim bayaq qeyd etdi ki, 5-6 nəfər UAZ maşının-
ında bizə atəş açmışdı. Onlar bilmirdilər ki, Fikrət müəllim kimi 
bir qara kəmən ustası ilə üz—üzə gələcəklər.  
Vzvod komandiri Şakir müəllimin dediklərindən: 
Komandirlərin Fikrət Nəbiyev haqqında dediklərini təsdiq 
edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, yeni-yeni 
yaranan ordunu biz kimlərlə birlidə qururduq? Gənclərlə, 
könüllülərlə. Onların arasında xainlər də var idi. O xainlər də or-
dunun yaranmasını istəmirdilər. Hamınız çox gözəl məqamlara 
toxundunuz. Çox gözəl sözlər dediniz. Yəni Fikrət müəllim 
haqqında çox danışmaq olar. Yəni onun vətənpərvərliyi haqqında, 
həyat yolu haqqında çox danışmaq olar. Mən yenə  də qeyd 
edirəm ki, Azərbaycan xalqı belə  oğulların qədrini bilməlidir. 
Yəni gələcək nəsillərə örnək olar ki, Azərbaycanın belə 
qəhrəmanı var. O, Azərbaycan Respublikasının Milli qəhrəmanı 
adına layiq bir şəxsdir. Ona uzun ömür və can sağlığı arzu 
edirəm.  
Fikrət Nəbiyevin ifadəsi: Siz bu gün elə bir mövzuya 
toxundunuz ki, istəyirəm təvazökarlıqdan bir az uzuqlaşam. Mən 
şöhrətpərəst olmamışam.  Əgər  şöhrətpərəst olsaydım bu günə 
kimi öz hərbi fəaliyyətimlə bağlı müraciət edərdim. Sizin şahid 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 74 
kimi çox şeyi deməyiniz mənim xoşuma gəldi, çünki olan şeyi 
demək lazımdır. Mən buna Kamil müəllimin təkidi ilə razı 
oldum. Sizin bu təşəbbüsünüz sayəsində  dəyirmi masa keçirdik 
və siz öz münasibətinizi bildirdiniz.  
Mən  əminəm ki, torpaqlarımız sülh yolu ilə azad 
ediləcəkdir. Ancaq müharibə başlasa biz Ali baş komandan İlham 
Əliyevin rəhbərliyi altında silaha sarılıb döyüşə getməyə hazırıq. 
Heç bir zaman razı ola bilmərik ki, belə bir qarşıdurmada biz 
kənarda duraq. Bu bizim milli qeyrətimizə sığışmaz. Allah Təala 
bizə qismət eləsin ki, biz Qarabağ torpaqlarını alaq, düşmənləri 
torpaqlarımızdan qovaq. Allah bizə yar olsun! Biz öz haqqımızı 
tələb edirik, əslinə qalsa İrəvan torpaqları da bizim ərazimiz olub. 
Inşaallah vaxt gələr, biz öz torpaqlarımızı alarıq. Ermənilər öz 
havadarlarına arxalanaraq vaxtaşırı bizlərə  təcavüz edirlər. Ona 
görə də Azərbaycan xalqının birliyi, bir-birinə məhəbbəti lazım-
dır.  Əgər bizim birliyimiz olsa, ermənilər torpaqlarımızdan öz-
başına çıxıb gedəcək. Meydana o adam girir ki, qarşısındakına 
qalib gələcəyinə əmin olsun. O gücü özündə hiss etsin. Ermənilər 
çox hiyləgərdirlər.  
Mənim fikrimcə Düşmənə qalib gəlmək üçün gərək onu 
heyrətləndirməyi bacarasan. Bunun üçün biz gərək bir yerdə olaq. 
Müdafiədə  də, hücumda da. Əgər birinci zərbədə onları geri 
oturda bilsək, ikinci zərbəyə ehtiyac olmayacaq. Qarabağ tor-
paqları azad ediləcək. Hazırda prezidentimiz İlham  Əliyev bu 
təcavüzün qarşısını siyasi yolla almaq istəyir. Mən onun 
siyasətinə inanıram. Gün o gün olsun ki, qələbəni Ağdamda, Xo-
calıda, Xankəndində,  Şuşada, Laçında qeyd edək. Arzum budur 
ki, xalqımız bu bəladan xilas olsun. Qaçqınlarımız, köçkünlərimiz 
öz doğma torpaqlarına qayıtsın!  
 
Bərdə rayonu 
08 may 2005-ci il 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 75 
 
Şəkildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun 
direktoru, tanınmış filosof, fəlsəfə elmləri doktoru, professor Yusif 
Rüstəmovun sədrliyi ilə Fikrət Nəbiyev fəlsəfə elmləri namizədi 
alimlik dərəcəsi almaq üçün müdafiə şurasında çıxış edərkən. 
 
 
Fikrət Nədiyev elmi rəhbəri, tanınmış filosof, fəlsəfə elmləri 
doktoru Adil Əsədov və hüquqşünas Aytən xanımla birlikdə. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 76 
 
Şəkildə Fikrət Nəbiyev opponenti, tanınmış politoloq 
 Məcid Əfəndiyevlə birlikdə.  
 
 
Şəkildə Fikrət Nəbiyev İxtisaslaşdırılmış müdafiə şurasının  
elmi katibi, filosof Mətləb Mahmudovla birlikdə  


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 77 
 
 
Şəkildə Fikrət Nəbiyev AMEA Fəlsəfə  və Siyasi-Hüquqi 
Tədqiqatlar  İnstitutunun «Sosial fəlsəfə»  şöbəsinin alimləri və 
əməkdaşları ilə birlikdə (soldan sağa N.Əsədova, S.İbrahimova, 
f.e.n. A.Rüstəmova, f.e.n. F.Nəbiyev, f.e.n. D.İsmayılov, 
A.Veysəlova, H.Məmmədova) 
 
 
Mən Fikrət Nəbiyevi Milli Elmlər Akademiyasından 
tanıyıram. Ünsiyyətcil, mehriban adam kimi. Hazırda biz eyni 
institutda çalışırıq. 
Fikrət müəllim bizdə  işə başladığı ilk vaxtlarda mən onun 
döyüş bölgəsində bir neçə il vuruşması barədə  məlumata malik 
deyildim. Bir dəfə  təsadüfən Qarabağ  dərdini bölüşdürən zaman 
bildim ki, Fikrət Nəbiyev Vətən torpaqlarının qorunmasında igid, 
cəsur bir döyüşçü kimi vuruşub. Onun qəhrəman cüssəsi də 
bundan xəbər verirdi. O, öz qürurlu yerişi, səmimi münasibəti ilə 
başqalarından fərqlənir. Fikrət müəllim Vətən torpaqlarını azad 
etmək üçün bu gün də döyüşə hazır olduğunu həmişə  şəstlə 
vurğulayır. Onun bu mövqeyi şəxsiyyətinə  dərin hörmət 
qazandırır. 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə