Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 63 
edəcək və döyüşməyə ehtiyac olmayacaq. Əgər Ali Baş koman-
dan göstəriş verərsə, biz hamımız torpağımızın azadlığı uğrunda 
ölümə getməyə hazır adamlarıq.  
Fikrət müəllim! Arzu edirəm ki, doktorluq işi müdafiə 
edəsən! Döyüşdə göstərdiyin qəhrəmanlığı elmdə  də göstərəsən 
və o zirvəyə çatasan. 
 
 
Bərdə rayonu 
07 may 2005-ci il 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 64 
 
DƏYIRMI MASA 
 
II görüş 
 
Fikrət Nəbiyevin dedikləri: 
Əvvəlcə özüm haqqında bir neçə söz demək istəyirəm; Mən 
bir döyüşçü olaraq 1991-1996-cı illərdə Ağdam və Beyləqan döyüş 
bölgəsində hərbi xidmətdə olmuşam . Ağdam döyüş bölgəsində iki 
mindən çox əsgər və zabitin döyüşə hazırlanmasında, Azərbaccan 
Respublikasının Milli Qəhrəmanı polkovnik-leytinant Şirin 
Mirzəyevin yaratdığı 836 saylı alayının tərkibində polkovnik- 
leytinant Mustafa Əliyev,  İbad Həsənov,  Şəfayət  Əliyev, Kamil 
Qədimov, Xalid Cəfərov və başqa zabitlərlə birlikdə ilk Milli Ordu 
quruculuğunda iştirak etmişəm. Əvvəllər tabor komandirinin siyasi 
işlər üzrə müavini işləyirdim. Mənim vəzifəm əsgərlərin fiziki və 
mənəvi hazırlığı ilə  məşğul olmaq idi. İdman ustası Mirəli Seyi-
dovun krate döyüş  məktəbini keçmişdim. Hər məşq dövründə 
döyüşçülərin qol və ayaq zərbələri dağları  lərzəyə  gətirmişdi. 
Əsgərlərimizin düşmənlə əlbəyaxa döşüşə girmək  əzmi güclü idi. 
Bu bir tərəfdən dağın o tərəfindəki düşmənləri heyrətə 
gətirmişdisə, digər tərəfdən baş verən qışqırtının gücündən 
vəhşiləşmiş heyvanların taboru mühasirəyə alması faktı hamının 
gözləri qarşında baş verən real bir möcüzə idi. Bizim böyük 
məsuliyyət hissi ilə hazırladığımız əsgərlər uzun müddət Ağdamın 
erməni birləşmələri tərəfindən  zəbt edilməsinin qarşısını alan 
böyük qüvvə idi…  
O dövrdə xalqımızın ziyalılarının ordu quruculuğunda 
bilavasitə  iştirakı  əsgərlərin döyüş  əzmini artırmışdı. Xalq 
yazıçılarımızdan Anarın, Famil Mehdinin öz yazıçı dostları ilə 
yenicə  təşkil olunmuş ilk həqiqi xidmət taboru qarşısındakı 
təkrarsız nitqini mən əsl vətənpərvərlik adlandırıram…  
Mənim ifadəmə  əsaslanan faktlardan biri İbrahim  İbad 
oğlunun «Sərkərdə» (İşıq, 1995, səh. 131) kitabında öz əksini 
tapmışdır: «Tam silahlanıb savaş meydanına yollandıq. Düşmən 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 65 
Qaralar və  Əliağalı  kəndlərinə doluşmuşdu. Daxili xidmət qo-
şunlarının bir qrup əsgəri geri qaçırdılar. Tanklar da onların arx-
asınca düşmüşdü.  Şirin Mirzəyev yaxınlaşıb gəlişimiz barədə 
məlumat verdik. Sonra komandir texnikaları geri qaytarmağa səy 
göstərdi. Dedi: qorxmayın, arxanızca gəlirik. » 
Tankların mexaniki : «komandir bizi ölümə vermə» deyib 
ağlayırdı.  Axırda  əlacsız qalıb onları razı salmaq məqsədi ilə 
bildirdik ki, biz irəlidə gedirik, siz də arxamızca gəlin. Dərhal ci-
nahlara bölünüb irəliləməyə başladıq.  Şirin Mirzəyev hamıdan 
qabaqda düz ermənilərin üstünə yeriyirdi… Komandirin cəsarəti 
alayın  şəxsi heyəti ilə köməyə göndərilmiş polislərin birliyi 
nəticəsində elə  həmin gün düşmən  Əlağalı  kəndindən təmamilə 
geri oturduldu. Milli Qəhrəmanımız  Şirin Mirzəyev bu döyüşdə 
böyük qəhrəmanlıq göçstərdi və şəhidlik zirvəsinə yüksəldi. 
Sonralar ölkədə özbaşınalıq artdı, Təxribatların nəticəsi 
olaraq tabor komandiri Mustafa Əliyev bir neçə gün xüsusi 
təyinatlı silahlılar tərəfindən aparılıb dəmir barmaqlıqlar arasında 
saxlanılaraq, fiziki və  mənəvi təcavüzə  məruz qoyuldu. Bir gün 
onu avtomat silahla öldürməyə çalışan təcavüzkarlarla rastlaşdım. 
Onlardan biri UAZ markalı maşından avtomat silahı maşının 
qapısından çıxarıb atmaq istəyən vaxt özümü onun üstünə at-
dım… Beləliklə, mən ölümlə  nəticələnə biləcək terror aktının 
qarşısını ala bildim. Mustafa Əliyev vətənpərvər olduğu üçün onu 
qorumaq son dərəcə vacib idi…. 
1993-cü ilin martından etibarən 708 saylı hərbi hissədə ze-
nit raket divizionunun siyasi işlər üzrə komandir müavini 
vəzifəsində xidmət etmişəm. Tarixə «Xocalı divizionu» kimi 
daxil olan bu hərbi hissənin özünəməxsus fəaliyyəti olmuşdur. 
Əsasən xocalılardan ibarət hərbi hissəyə vaxtaşırı görüşə  gələn 
Xocalı rayon icra başçısı Elman müəllimin və Xocalı rayon pro-
kuroru Atakişi müəllimin mənəvi köməyi  əsgərlərimizin döyüş 
əzmini artırmışdı….Divizionda döyüşçülərdən Mamed həkimi, 
Şahmalı müəllimi, Pənah müəllimi, Rövşən müəllimi, Elşən 
müəllimi və onlarla zabitlərimizin fəaliyyəti unudula bilməz. 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 66 
  1994-cü  ilin  mayından 181 saylı  hərbi hissədə motoatıcı 
briqadada zenit raket divizionunun komandiri vəzifəsində xidmət 
etmişəm. Burada Beyləqan şirə zavodunun partlayışı ilə əlaqədar 
metalolom vəziyyətində ambarlarda qalmış zenit qurğularını öz 
təşəbbüsümlə yenidən təmir edib, döyüş mövqeyinə  çıxarmış, 
bununla da zenit raket divizionunun əsl hərbi hissə  vəziyyətinə 
gətirlməsində yaradıcı rol oynamışam…. Divizionun yaradıl-
masında və  fəaliyyətində mayor Məmmədşərifovun, Yavər 
müəllimin, Əfrail müəllimin, Namik müəllimin, böyük xidmətləri 
olmuşdur. 
 Nəhayət, 1998-ci ildən etibarən elmi fəaliyyətilə 
məşğulam…     
Batalyon komandirinin müavini Şəfaət Əliyevin ifadəsi: 
Məsələ burasındadır ki, fəlsəfə elmi insanın aliliyidir, insanın 
şəxsiyyətidir, yəni elmsiz insan həmişə cahil olar. Sizin bu 
təşəbbüsünüz qarşısında çox sağ ol deyirik. Xalqımızın, 
millətimizin qarşısında zəhmət çəkdiyimiz çətin yollardan 
keçdiyimiz o həyat tərzi yaxşı görünür. 
Bir insan, bir azərbaycan vətəndaşı kimi, bir zabit yoldaş 
kimi mən  Əliyev  Şəfayət Murad oğlu 1991-ci il Ağdam  ərazi 
özünümüdafiə batalyonunun şəxsi heyətinə Azərbaycan Respub-
likasının Milli qəhrəmanı polkovnik-leytenant Şirin Mirzəyev 
tərəfindən qəbul edilmişəm. Bir müddət həmin hissədə 
kəşfiyyatçı bölüyündə  fəaliyyət göstərmişəm. Bir neçə aydan 
sonra polkovnik-leytenant Şirin Mirzəyevin  əmri ilə  təhris bata-
lyonunun yaradılması üçün Ağdam rayonunun Çuğlu kəndinə 
göndərilmişəm. Biz Ağdam rayonundan hərbi xidmətə çağrılan 
gənclərimizi həmin o baza üzərində geyindirməyi və onların hər 
bir təminatını yerinə yetirməyi qarşımıza məqsəd qoymuşduq. 
Biz yoldaş polkovnikin əmrini dediyi kimi yerinə yetirdik. Çuğlu 
kənd məktəbində bir baza yaratdıq və onun rəhbərliyi altında 
əvvəl 300 yeniyetmə  gənc, ikinci qəbulda isə 205 cənc qəbul 
elədik və  Şirin Mirzəyevin sayəsində  tədris batalonunun 
bünövrəsi o zamandan başladı. Mən o tədris batalyonunda ko-
mandirin təchizat və  təminat üzrə müavini təyin edildim. Bir 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə