Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə22/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 86 
 
Rus yazıçısı Nikolay Ostrovski demişdir: «İnsan üçün ən 
əziz  şey həyatdır. O, adama bir dəfə verilir, ona görə  həyatı elə 
başa vurmaq lazımdır ki, mənasız yaşadığın illər səni 
yandırmasın. Rəzil və  mənasız həyat sürdüyün üçün qəlbin 
ağrımasın və dünyadan gedərkən deyə biləsən ki, mən bütün 
həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə bəşəriyyətin 
azadlığı uğrunda mübarizəyə həsr etmişəm». 
Fikrət müəllimin həyat idealı da «Polad necə  bərkidi» 
romanındakı  qəhrəmanın idealı kimidir. Bu idealda milli iftixar 
hissi, böyükdən kiçiyə qədər hamıya hörmət, izzət və səmimiyyət 
duyğuları çoxdur. 
Çalışdığı  və  fəaliyyət göstərdiyi AMEA Fəlsəfə  və Siyasi-
Hüquqi Tədqiqatlar  İnstitutunda onu tanımayan yoxdur. Xoş  və 
səmimi rəftarı, qəlbinin səsi ilə duymaq, qavramaq eşqi, təfəkkür 
və təxəyyülünün gücü ilə yazıb-yaratmaq səyi həyatının mənasını 
təşkil edir. 
Qədim dini kitablarda deyildiyi kimi: «Allah insanları  və 
xalqları hökmdarların iradəsi xaricində yaratmışdır. Yəni,  əgər 
hamı eyni əqlə, eyni əxlaqa malik olsaydı, hamı eyni cür 
düşünsəydi, onda təzadlar və rəngarənglik olmazdı, deməli həyat 
maraqsız və sönük görünərdi» (Ə.Tağıyev. Fəlsəfədən siyasətə. 
B., Təfəkkür, 2001, səh.115). 
Şəxsiyyətin rolu konkret həyatda, konkret cəmiyyətdə onun 
tutduğu yerlə, insanlara nə dərəcədə gərəkli olması ilə ölçülür. Bu 
mənada Fikrət Nəbiyevin timsalında yaşadığı 90-cı illərdən bu 
günə qədərki həyatı çağdaş gənclərimizə nümunə göstərilə bilər. 
Cəmiyyətin bütün yaralı yerlərinə  sığal çəkmək, onların 
tarazlığının bərpası üçün xalqın, millətin harayına səs verməklə 
Fikrət Nəbiyev kimi oğulların əvəzsiz xidmətlərindən danışdıqca 
daha da rahatlaşır, mənəvi borcumuzu ödəməyə çalışırıq. 
Harada  ədalətsizlik varsa, Fikrət müəllim onunla barışmır. 
Bürokratçılıq, başdansovduluq, saymamazlıq, laqeydlik, 
tənbəllik, səriştəsizlik ona tamam yaddır. Bu kimi bəlaların 
kökünün cəmiyyətimizdən götürülməsi üçün kəskin mübarizənin 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 87 
zəruriliyini inkar etmirik. Dövlət öz cəsarətli vətəndaşları ilə, 
daha da möhkəmlənir. 
Nəsirəddin Tusiyə görə, dövlət o yerdə yaranır ki, adamlar, 
öz maraqlarına görə könüllü şəkildə birləşib dövlət təşkil edirlər. 
Hazırda ulu öndər Heydər  Əliyevdən bu nəsillər üçün yadigar 
qalan dövlətimizdə qanunlarımızın daha da təkmilləşdirilməsi 
yolunda yorulmadan iş gedir. Biz inanırıq ki, ədalət üzərində 
qurulan dövlətin ömrünə heç vaxt xələl gəlməyəcəkdir. Fikrət 
müəllim bütün dünyada sülh və  əmin-amanlığın carçısı kimi 
tanınmış Heydər  Əliyevin dövlətçilik və demokratiya işığında 
möhkəm addımlayan xalqımızın gələcək nəsilləri üçün öz 
sınanmış həyat və döyüş yolu ilə bağlı sanki bir həyat proqramı 
hazırlayıb və hamıya  şərəfli yol keçib uğurlu addım atmağı 
tövsiyə edir. Sözümü dahi Füzulinin bir şeri ilə bitirmək 
istəyirəm. Bu şer Fikrət kimi qeyrətli vətən oğullarımızın insanlıq 
fəlsəfəsində  şərəf və  ləyaqətə, fədakarlıq və ucalığa bir 
analoqdur: 
 
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, 
Bu fəzilət daxili-əhli-kamal kim, eylər məni. 
 
Yaxud: 
 
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni, 
Bir dəm bəlayi-eşqdən etmə cüda məni. 
 
Bu beytlər fəzilət və  qəbahətləri gözəl dərk edən insanlara 
daha yaxındır. Burada qeyri-adilik görünsə  də, mahiyyət 
baxımından çox dərin qatlara gedən fəlsəfi fikirlər üzə çıxır. Eşq 
deyilən məfhumun məna çalarları çoxdur. Göylə, kosmosla bağlı 
məna çaları aspektlərindən yanaşıldıqda insanın tanrı  eşqindən 
ilham alıb hər çətinliyə, fədakarlığa hazır olub mənən yüksəlməsi 
və qəhrəmanlıq dərəcəsinə qədər uculması başa düşülür. Füzuliyə 
görə insan oğlu eşqin yolunu tərk edə bilməz, çünki bu özlüyündə 
qananlar üçün bir fəzilətdir, mənəvi yüksəlişdir, mənən «kamal 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 88 
əhli» olmaqdır.  İnsanı  həyatda bütün canlı  və qeyri-canlılara 
sevdirən eşqdir (sevgidir). Eşqdəki cazibəlikdə  ən böyük məna 
gizli olsa da, bu, rəftar və münasibətlərdə özünü büruzə verir. 
Tanrıdan «eşqin bəlası ilə dost olmağı, bu bəladan onu heç vaxt 
ayırmamağı» xahiş etməyin əsas mənası dünyanı, mövcudatı dərk 
etmək, hər  şeyin mahiyyətinə varmaq, şeylərin tərkibindəki 
cövhəri müəyyənləşdirmək, beləliklə,  əsl mənəviyyatı  cəmiyyəti 
həddindən artıq sevməkdə, və onu tərəqqidə görməkdir. 
Məhz bütün sadalanan cəhətlərin müəyyənləşməsində eşqin
sevginin başlanğıc rolunu dərk edən Fikrət müəllim sözün tam 
mənasında Azərbaycan xalqının iftixar etdiyi milli 
qəhrəmanlarının səviyyəsinə qalxmış və onun bu böyük və şərəfli 
ada layiq olduğu artıq sübuta yetmişdir. 
Hərbi təlim və döyüşlərdə  sınanmış Fikrət müəllim eyni 
zamanda elmi işlərinin icrasında, nüfuzlu kollektivdə  həm 
sınanır, həm də tapdığı yüksək mənəviyyatını uca tutur. 
 
ƏLI  İMANQULU OĞLU İBRAHİMOV, 
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu,  
Politologiya şöbəsinin əməkdaşı, elmi işçi.  
 
 
FİKRƏT NƏBİYEV HAQQINDA 
 
İnsan və onun yaşadığı mühit, fəaliyyət göstərdiyi  əmək 
kollektivinə, təmasda olduğu cəmiyyətin mümkün ola bilən hər 
fərdinə münasibətlərində çox şeylər meydana çıxa bilər. Qarşıya 
çıxan irili-xırdalı problemlər həm fərdi, həm də  cəmiyyətin özü 
ilə bağlı olduğundan həlli üçün insanı konkret yollar axtarmaq 
məcburiyyətində qoyur. Fikrət müəllim keçmiş Sovetlər 
İttifaqının ordu həyatından tərxis olunub vətəninə dönər-dönməz 
acı bir xəbər sarsıntısına düçar olur. Yağı düşmən Azərbaycanın 
Dağlıq Qarabağ  ətrafındakı rayonları, o cümlədən doğma 
Ağdamını təcavüzə məruz qoymuşdur. Mütəkəfəkkirlərin müdrik 
sözləri, ipə-sapa düzülməmiş inciləri qəlbinin səsi ilə yaşayanları 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə