Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə27/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 104 
AzTV-nin xüsusi müxbiri Nurəli müəllimin 
dediklərindən:  AzTV-də  hərbi vətənpərvərlik mövzusunda 
Fikrət Həbib oğlu Nəbiyev haqqında çəkdiyim sənədli filmlər 
bütün Azərbaycan xalqı tərəfindən qiymətləndirildi. Mənə çoxlu 
zənglər oldu. Çox şadam ki, Fikrət kimi oğullar indi də yaşayır və 
yaradır. Onunla bütün Azərbaycan xalqı  fəxr edir. Mən belə 
hesab edirəm ki, o dövlət səviyyəsində Azərbaycanın Milli 
Qəhrəmanı kimi yüksək ada layiq görülməlidir.  
Etiraf etməliyəm ki, filmin çəkilişləri zamanı çətinliklərimiz 
də olmuşdur. Mən operatorumla birlikdə 70 yaşından yuxarı 
yaşamış  və  Vətən yolunda xüsusi xidmətləri olan polkovnik –
leytenant Mustafa Əliyevi dindirmək və filmin əsas 
personajlarından biri kimi onun haqqında xalqa geniş  məlumat 
vermək istədim. Təəssüflər orlsun ki, biz onu ağır vəziyyətdə 
divanda uzanıqlı gördük və onun ifadələrini çəkilişdə verə 
bilmədik. Ancaq o bizə Fikrət müəllimin şücaətindən, onun ordu 
quruculuğundakı  fəaliyyətindən,  əvəzsiz bir kadr olması haqqda 
öz ürək sözlərini bildirdi. Fikrəti bizə tapşırdı, onu qorumağı 
bizdən xahiş etdi. O, məhz terrordan onu xilas edən Fikrət 
müəllimin qəhrəmanlığından xüsusi yanğı ilə danışdı. Fikrət 
müəllimin yazdığı «Siyasi təfəkkür» adlı monoqrafiyasında da bu 
terrorla bağlı qeydlər olduğunu bizə çatdırdı. 
 
«AZƏRBAYCAN SILAHLI QÜVVƏLƏRI»  
ADLI VERILIŞDƏN FRAQMENTLƏRIN  
STENOQRAMI  
(AZTV1, 3 yanvarn 2004-cü il) 
 
Xüsusi müxbirin ifadəsi: 
- Bu müharibədir. Ermənistanın Azərbaycana qarşı  iş-
ğalçılıq müharibəsi. Neçə-neçə bayram süfrəsi açıla qaldı. Heç əl 
uzadıb təam da qırılmadı. Kəndlərimiz, evlərimiz atəşə tutuldu. 
Bax onda heç bir çağırış gözləmədən Vətəni canından artıq sevən 
oğullar silaha sarılıb soyuq səngərlərdə düşmənlə üz-üzə dayandı-
lar. Hətta dünyanın müxtəlif yerlərində yaşayan, hər bir rahatlığı, 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 105 
iş gücü olan övladlarımız da doğma torpaqlarımızın müdafiəsini 
hər şeydən üstün tutdular. Onlar könüllü döyüşə atıldılar, sinəsini 
yurdlarımıza tuşlanan güllələrə sipər etdilər. O qanlı-qadalı illərin 
güllə yağışları altında çəkilmiş bir söhbət diqqətimizi çoxdan 
çəkmişdi. 
 
 
Fikrət Nəbiyevin ifadəsi: 
- Hər halda dövlətin dövlət olması üçün onun ordusu mütləq 
lazımdır. Ordusu olmayan xalq demək olar ki, öz müstəqilliyini 
qoruya bilməz. Bunun üçün bizə ordu indi yox, bəlkə də iki-üç il 
bundan  əvvəl lazım idi. Bunu nə ilə  əsaslandırmaq istəyirəm. 
Mənim fikrimcə indiki vəziyyətdə,  əgər iki-üç il bundan əvvəl 
ordunun yaradılmasına başlansaydı Dağlıq Qarabağda olan 
vəziyyət indiki qədər mürəkkəb olmazdı… 
 
 
Xüsusi müxbirin ifadəsi: 
-… Axtardıq, xoşbəxtlikdən həmin adamı sağ-salamat tap-
dıq. Tanış olduq. Bu Fikrət Nəbiyev idi. Döyüşçü yoldaşları ilə 
birlikdə söhbətləşmək, o illərin xatirəsini birlikdə dinləmək 
istəyimizi söylədik. Bir az qəmləndi. Şirin Mirzəyevə, Fred Asifə 
və başqalarıa rəhmət dilədi. Kamillə görüşə bilərik dedi. Getdik. 
Bərdədə görüşdük Kamillə. Deyəsən keçmiş döyüşçülər rastlaşdı-
lar. Biz istərdik ki, verilişimiz üçün bir keçmişi xatırlayaq. 
Müharibə illərini yada salaq!  
 
Fikrət Nəbiyevin ifadəsi: 
«Çox şad olarıq». Onda bəlkə çəkilək kənarda söhbət edək? 
 
Xüsusi müxbirin ifadəsi: 
- Sizin necə görüşdüyünüzü, necə qucaqlaşdığınızı gördük. 
Doğrudan biz də  şad olduq ki, o müharibənin odları-alovları 
içərisindən çıxmış insanlar bu gün də bir-birilərini görəndə elə 
sevinclə, necə deyərlər məhəbbətlə qarşılayırlar. Və zaman olub 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 106 
ki, siz bir-birinizlə  səngərlərdə görüşmüsünüz. Mən istərdim ki, 
söhbətimizi bir balaca o səngər illərini, müharibə illərini xatır-
lamaqla başlayaq… 
 
Kamil Qədimovun (müharibə dövründə Rota komandiri 
olub) ifadəsi: 
-… Bu gün Fikrət müəllimlə görüşdük. Orda olduğumuz 
illər mənim gözümün qabağına gəlir, kino lenti kimi canlanır. Biz 
döyüşə gedəndə 92-ci ilin axırları idi. Mən gedəndə. Biz öz 
kəndimizi müdafiə edirdik. Sonra Şirin Mirzəyev gəldi. Belə bir 
adamın adını eşidəndən sonra mən Müdafiə Nazirliyinə müraciət 
etdim. Bir köhnə zabit kimi məni göndərdilər. Məni Rota ko-
mandiri göndərdilər. Çullu zonası var. İkinci Çullu zonası, orada 
Fikrət müəllimlə görüşdüm. Mən tək olsam daha açıq sözlər deyə 
bilərəm. Düz çıxmır. Çətindir də. Adamın üzünə  tərifləməzlər. 
«Amma eybi yoxdur. Müharibə illərinin xatirələri həmişə əzizdir 
və o aşkarda qalır. Və biz onları  gələcək nəslə çatdırmalıyıq.» 
«Mən formada dayanmışdım. Yaxınlaşdı. «Siz burada yaşayır-
sız?» - deyə soruşdu. Mən dedim «Yox. Məni bura göndəriblər. 
Rota komandiri kimi». Dedi: «Mən də Bakıdan gəlmişəm. Məni 
də bura göndəriblər. Zampolit kimi. Hərbi-siyasi işlər üzrə 
müavin göndəriblər». «Hə. Biz orda tanış olduq. Birinci tanış-
lığımız orda oldu. Orda əsas rəhbər kimi iş Fikrət müəllimin 
üzərindəydi. Çünki Fikrət müəllim uşaqların təlim-tərbiyəsi ilə 
məşğul olmaqla bərabər, həm də döyüşçülərlə karate üzrə məşğul 
olurdu. Orada rotalar arasında yarışlar yaratmaqla - məsələn 
görürdün ki, rotalar gedirdi dağlarda döyüş hazırlığı keçirdi. 
Onun tərbiyə etdiyi, öyrətdiyi uşaqlar demək olar ki, müharibədə 
ön sıralarda gedirdilər. Yaxşı yadıma düşür bir dəfə ermənilər 
bizim  Əliağalı  kəndinə hücum etmişdi. Ağdamın  Əliağalı  kəndi 
var idi, oraya. Hətta bizə  məlumat belə çatdı ki, ermənilər 
Əliağalıda məktəbə daxil olub. Həyəcan oldu. Şirin Mirzəyevin 
ratsiyadan səsi gəldi,  Əliağalı gedir. Trevoqa verdi. Mənim ro-
tama da trevoqa verdi. Uşaqlar təzəcə döyüşdən qayıtmışdılar. 
Demək olar ki, yorğunluq, vahimə vardı. Ancaq Fikrət müəllim 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə