Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə18/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 70 
ancaq mən xahiş edirəm! Bizim bu Azərbaycan uğrunda, Qarabağ 
uğrunda şəhid olmuş qardaşlarımızın ruhunu bir dəqiqəlik sükütla 
yad edək. Allah onlara rəhmət etsin! Biz onların ruhu qarşısında 
borcluyuq. Nə  qədər ki, Azərbaycan torpaqları düşmən tapdağı 
altındadır biz özümüzü heç vaxt azad hiss edə bilmərik. Nə qədər 
ki, bizim torpaqlar erməni işğalçılarındadır, nə  qədər ki, bizim 
qaçqınlarımız, soydaşlarımız çadırlarda, pis gündə yaşayır. Bizim 
heç vaxt haqqımız yoxdur ki, nəyisə qeyd edək, nə iləsə  fəxr 
edək. Nə vaxt, bizim torpaqlarımz azad olacaq o zaman biz 
özümüzü xoşbəxt və azad hiss edəcəyik. Fikrət müəllim haqqında 
söhbət belədir ki, o mənim  ən yaxın dostum, cəbhə yoldaşım 
olub. Bu gün də bizim qonağımızdır. 
Mən 1970-ci ildən 87-ci ilə qədər Daxili Işlər orqanlarında 
xidmət etmişəm. Milis məktəbini əyani qurtarmışam. Daxili Işlər 
Nazirliyi sıralarında zabit kimi xidmət etmişəm. Erməni iş-
ğalçıları Azərbaycan torpaqlarına qarşı mübarizə etdiyi anda mən 
bir keçmiş zabit kimi televiziyada, mətbuatda erməni 
vəhşiliklərini görüb, bu haqsızlığa dözə bilməyib Müdafiə 
Nazirliyinə müraciət etmiş  və könüllü cəbhəyə yola düşmüşəm. 
Mən Ağdama gedəndə rəhmətlik polkovnik Şirin Mirzəyev həm 
alay komandiri, həm də hərbi komissar idi. Görüşdük, söhbət et-
dik. Mən özüm haqqımda ona məlumat verdim. O çox səmimi, 
gözəl insan idi. Mənim keçmiş zabit olmağımı nəzərə alıb 836-cı 
hərbi alaya göndərdi. 836 –ci alaya gəldik və biz orada bir 
müddət fəaliyyət göstərəndən sonra Şirin Mirzəyevin sərəncamı 
ilə  məni tədris batalyonuna rota komandiri təyin etdilər. Mən 
Çullu kəndinə  gələndə o batalyon Çullu kənd orta məktəbində 
yerləşirdi. Orada Şəfayət, Mustafa müəllim və başqa zabitlər 
söhbət aparırdılar. Mən Çullu məktəbiə daxil olanda gördüm ki, 
məktəbin qarşısında mülki geyimdə bir cavan oğlan dayaınıb. 
Mən ona yaxınlaşdım, salamlaşdım və soruşdum. Qardaş, siz bu-
ralısınız? Dedi: «yox mənidə bura göndəriblər». Mənim Fikrətlə 
tanışlığım Çullu məktəbində oldu. Sonra məlum oldu ki, Fikrət 
müəllim batalyona komandir müavini təyin olunub. Şəfayət 
müəllimin köməyi ilə biz hərbi forma geyindik. Öz xidməti 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 71 
fəaliyyətimizə həmin andan başladıq. Bunları deməkdə məqsədim 
odur ki, bilsəniz ki, mən Fikrət müəllimlə eyni gündə əmr alıb bir 
batalyonda fəaliyyətə başlamışıq. O komandir müavini kimi, mən 
isə rota komandiri kimi. Batalyonda qarşımızda duran əsas 
məqsəd nə idi? Döyüşə gələn cavanları geyindirmək, onlara silah 
atmağı öyrətmək və tezliklə onları erməni işğalçılarına qarşı 
müharibə aparmağa hazırlaşdırmaq idi. Üzərimizə düşən 
məsuliyyət həddindən artıq çox idi. İndiyə  qədər yadımdadır. 
Orta məktəbdə 120-130 nəfəri mənim rotamla şəxsi heyəti üç 
sinifə yerləşdirdik. Təzə –təzə ordu yaradırdıq. O vaxt 
Azərbaycanın qeyrətli oğlanları onun gələcəyini düşünən oğlanlar 
təzə-təzə yaranan orduya öz koməkliyini göstərirdilər. O vaxt 13-
14 yaşlı  oğlan uşaqları  gəlirdilər ki, biz də ermənilərlə 
müharibəyə  gəlmişik. Yəni belə günlər də yaşamışıq. Bizim 
qəhrəman oğlanlarımız, yəni Bakıdan, Qaxdan, Lənkərandan və 
daha haralardan tökülüb gəlib özünü-müdafiə batalyonları 
yaradırdılar. Erməni işğalını qeyrətlərinə götürməyən oğlanlar öz 
Vətənlərində, öz doğma diyarlarında azad oturub yaşaya 
bilmirdilər. Hamısı axışıb gəlirdilər Qarabağa, Qarabağı müdafiə 
etməyə. O vaxtlar həqiqətən də çox çətin vaxtlar idi. Bunu 
deməkdə  məqsədim odur ki, mən özümdən götürürəm. Mən o 
vaxtı yaxşı  vəzifədə  işləyirdim. Erməni işğalçılarının etdiklərinə 
dözə bilməyib işimi-gücümü, ailəmi atdım. Dedim ki, erməni iş-
ğalçılarına cavab vermək lazımdır. Biz türk qanından  əmələ 
gəlmiş insanlarıq, koroğlular, nəbiələr yetirmiş bir xalqıq. Biz 
erməni işğalçılarının qarşısında aciz qalan bir xalq deyilik. Bizi 
heç kəs aparmayıb. Biz özümüz könüllü surətdə döyüşə getmişik. 
Mən könüllü getmişəm və Fikrət müəllimlə orada tanış olmuşam. 
O gündən biz də  və qarşımıza məqsəd qoymuşuq ki, erməni iş-
ğalçılarının kökünü kəsənə  qədər biz öz fəaliyyətimizi davam 
etdirəcəyik. 
Şəfayət müəllim də qeyd etdi ki, o vaxtlar hakimiyyət 
üstündə mübarizə var idi. Ona görə  də ordunun yaranmasına 
mane olan qüvvələr də var idi. Fikrət kimi döyüşçü,  Şəfayət 
müəllim, Şakir müəllim, Şirin Mirzəyev kimi vətənpərvər adam-


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 72 
lar lazım idi ki, həmin qüvvələrə qarşı  çıxsın. Fikrət Nəbiyev 
doğrudan da Milli qəhərman adına layiq bir şəxsdir. Bunu qeyd 
etmək istəyirəm ki, Fikrət Nəbiyevə Azərbaycan prezidenti 
tərəfindən Milli qəhrəman adı verilərsə çox şad olarıq. Həqiqətən 
də Fikrət Nəbiyev o ada layiqdir. Bu günləri biz Fikrət müəllimlə 
fəxr edirik. O elmi işlə  məşquldur. Mən öz cəbhə dostumun 
fəlsəfə elmləri namizədi olması münasibəti ilə təbrik edirəm, ona 
uzun ömür, daha da yüksəklərə qalxmağını arzu edirəm. Bir faktı 
sizin nəzərinizə çatdırmaq istəyirəm 1992-ci ilin iyul ayının ağır 
günləri idi. Erməi işğalçıları qəflətən Əlağalı kəndi istiqamətində 
hücuma keçmişdilər. Mən rota komandiri kimi həmin günü post-
dan qayıtmışdım.  Şirin Mirzəyevin səsi gəldi. Həyəcan siqnalı 
verildi. Komandir deyirdi: «Əlağalı  kəndi  əldən gedir. Məni 
istəyən gəlsin». Mən bu həyəcanla  əlaqədar  şəxsi heyətə 
«trevoqa» verdim. Komandir Mustafa Əliyev 45-50 nəfəri həmin 
rotadan ayırdı. Orada Fikrət müəllim başda olmaqla həmin 
istiqamətə getməyə əmr aldıq və biz həmin əmri yerinə yetirmək 
üçün  Əlağalı  kəndinə getdik. Şirin Mirzəyev çox pis vəziyyətdə 
idi. Daxili qoşunların bir qrup əsgəri geri qaçırdılar. Bizə  əmr 
verildi ki, ermənilərə  əks hücum olmalıdır. Onlar Əlağalı 
kəndindən çıxmalıdır. Hətta bizim tanklarımız da erməni hücu-
muna davam gətirə bilməyib, geri çəkilmişdilər. Orada Fikrət 
müəllimin şəxsi heyətlə etdiyi söhbət nəticəsində Şirin Mirzəyev, 
Fikrət Nəbiyev, Şəfayət və biz birlikdə tankların qabağına keçdik. 
Ermənilərlə vuruşa –vuruşa-vuruşa qabağa keçdik, tanklar da 
hərəkətə gəldi.  
Mənim atam Böyük Vətən Müharibəsinin veteranıdır. Onun 
söhbətlərindən mənə  məlumdur ki, alman faşistləri o zamanlar 
SSRİ-yə hücum edəndə  əsir düşmüş insanları tankın qabağına 
salırmışlar ki, minaya düşsünlər. Onlar ölsünlər. Tanklara bir xəta 
dəyməsin. Demək olar ki, biz də həmin əsr rolunda tankların qa-
bağı ilə getdik. İki gün müddətində düşmənləri Əlağalı kəndindən 
aralaşdırdıq. Biz hamımız Xocalı faciəsini yaşamışıq. Həmin 
müddətdə Fikrət olmasaydı  Şirin Mirzəyev olmasaydı, və 
ümumiyyətlə, Şirin Mirzəyevin komandası olmasaydı, biz Xocalı 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə