Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə20/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 78 
Fikrət Nəbiyev artıq elm sahəsində  də özünü təsdiq edib
fəlsəfə üzrə alimlik dərəcəsi alıb. Bütün institut əməkdaşları bu 
döyüşçü-alimə hörmətlə yanaşır və onunla fəxr edir. 
 
DILQƏM İSMAYILOV 
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu,  
«Sosial fəlsəfə» şöbəsinin böyük elmi işçisi
 fəlsəfə elmləri namizədi 
 
 
Mən AMEA Fəlsəfə  və Siyasi-Hüquqi Tədqiqatlar  İns-
titutunun elmi işçisi Fikrət Nəbiyevin keçdiyi döyüş yolu haq-
qında qəzetdə yazılmış  məqaləyə öz münasibətimi bildirmək 
istəyirəm. Mən bu yazıları oxuyarkən çox həyəcanlandım. Bir 
tərəfdən sevindim ki, bizim belə  mərd, cəsarətli, vətənpərvər 
gənclərimiz vardır. Onlar erməni qəsbkarlarına qarşı  cəsarətlə 
döyüşmüşlər. Biz belə gənclərlə fəxr edə bilərik. F.Nəbiyev kimi 
igid, qəhrəman gənclərimiz bu gün də torpaqlarımızı erməni 
işğalçılarından azad etməyə qadirdirlər. Digər tərəfdən 
kədərləndim, daha doğrusu  əsəbiləşdim. Nəyə görə belə 
döyüşkən, bacarıqlı  oğlanlarımızı vaxtında qiymətləndirə bil-
mirik. Müharibənin ağır sınaqlarından çıxmış, erməni cəllad-
larının törətdiyi terrordan neçə-neçə döyüşçü yoldaşlarının 
həyatını xilas etmiş F.Nəbiyev hələ  də dövlətimiz tərəfindən 
layiqincə qiymətləndirilməyibdir. 
F.Nəbiyev bacarıqlı zabit olmaqla bərabər eyni zamanda 
elmi araşdırmalar sahəsində də bilikli və savadlı alimdir. 
1991-1996-cı illərdə Azərbaycan Milli Ordusunun tərki-
bində döyüş bölgələrində ermənilərə qarşı vuruşmuş taqım 
komandiri F.Nəbiyevin ağır döyüş yolu bugünkü gənclərimizə bir 
örnək olmalıdır. 
 
AFAQ RÜSTƏMOVA 
AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu,  
«Sosial fəlsəfə» şöbəsinin böyük elmi işçisi,  


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 79 
fəlsəfə elmləri namizədi.  
 
BİR İNSAN HAQQINDA DÜŞÜNDÜKLƏRİM 
 
Bu sirli, suallı  həyatın qovhaqovunda hər gün onlarla 
insanla rastlaşırıq, söhbətləşirik, hal-əhval tuturuq. Lakin onların 
az bir hissəsi xatirimizdə qalır.  
Fikrət müəllimlə bir kollektivdə çalışırıq. O, ilk baxışdan 
gülərüz, salamlı-sabahlı, xoş  rəftarlı bir insan təəssüratı yaradır. 
Haqqında yazılanları oxuduqca, keçdiyi həyat yolu barədə 
verilişləri izlədikcə isə başa düşürsən ki, namuslu, qeyrətli, ciddi, 
həyata mükəmməl baxışları olan bir insandır Fikrət müəllim. 
İnsan var ki, ömrü boyu nəyi isə axtarır və  bəlkə  də, heç 
ömrünün sonuna qədər axtardığını tapmır. Fikrət müəllim 
kimiləri isə  hər zaman nə etdiklərini, xüsusilə  nə edəcəklərini 
yaxşı bilir. Tələbəlik,  əmək fəaliyyəti və  nəhayət, Vətən 
qarşısında borc. 
Cavanlara həmişə bir tövsiyəm olub: «Heç vaxt heç bir işin 
bünövrəsini əyri qoymayın, əyri yol getməyin, əgər həyatda çaşıb 
əyri yola tuş olsanız, mütləq qayıdın. Bu yol nə qədər cazibədar 
nəticələr vəd etsə də. Ən nəhayət, özünüzə yeri gələndə hər şeydə 
«yox» deməyi bacarın». 
Vətənin ağır günündə Fikrət müəllim də rahat həyatına 
«yox» deyə bildi. Torpaqlarımız uğrunda cəsarətlə döyüşlərə 
atıldı, vətəndaşlıq, oğulluq borcunu yerinə yetirməyi özünə vacib 
saydı. 
Bəşəriyyət nə  qədər inkişaf etsə  də  həyatın bir çox sirri 
insanlara hələ də məlum deyil. «Vətən məhəbbəti». Bu iki sözdə 
olan sehrin gücünü heç bir alim, heç bir mütəfəkkir ayırd 
etməyib.  İnsanın Vətənə, torpağa bu qeyri-adi bağlılığı, sonsuz 
sevgisi heç kim tərəfindən izah olunmayıb. Və  yəqin ki, həyat 
durduqca da izah oluna bilməyəcək. Çünki ölçüsü olmayan 
mahiyyətləri izah etmək mümkün deyil. 
Fikrət müəllim kimi insanlar isə vətənə olan məhəbbətlərini 
yalnız ürəklərində yaşatmırlar,  əməlləri ilə sübut edirlər, 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 80 
həyatlarını  təhlükə qarşısında qoyurlar, sinələrini sipər edib 
torpağı qorumağa çalışırlar. 
Bu gün Fikrət müəllim AMEA-nın Fəlsəfə  və Siyasi-
Hüquqi Tədqiqatlar  İnstitutunda çalışır. Burada da özünü 
doğrultmağa cəhd edir. Yazdığı monoqrafiyada, məqalələrdə 
yenə də vətəninə qulluq etməyə çalışır. 
Düşürünürəm ki, Vətənimizin bu ağır günündə, hələ  də 
torpaqlarımızın işğaldan azad olmadığı bir zamanda Fikrət 
müəllim kimi insanların həyatı cavanlara örnək ola bilər. 
Fikrət müəllim özünəməxsus bir insandır. Özünün 
səmimiliyi, xeyirxahlığı  və  məhsuldarlığı ilə seçilən bu şəxs 
yorulmaq nə olduğunu bilmir. Hər bir sahədə öz töhfəsini 
verməkdən çəkinmir. Məhz buna görədir ki, torpaqlarımızın 
bütövlüyü uğrunda gedən döyüşlərdə əsl əsgər kimi vuruşmuşdur. 
Əgər istənilən bir şəxs vətənin belə  çətin anında heç nədən 
çəkinməyərək onun müdafiəsinə qalxarsa, o, artıq qəhrəmandır. 
Mərdlik, mətinlik və  vətənpərvərlik nümunəsi göstərən Fikrət 
müəllim gənclərimizə  həm də bir örnəkdir. Biz onun kimi 
insanların qədrini bilməli, onları qorumalıyıq. 
Arzu edərdim ki, mən Fikrət müəllim haqqında bundan da 
gözəl sözləri Vətənimizin mənfur düşmənlərimiz üzərində tam və 
qəti qələbəsinə  həsr olunmuş kitabda yazam. Allah mənə  və 
hamımıza o günü qismət etsin. 
 
 
AYNUR TALƏDDIN QIZI VEYSƏLOVA 
«Sosial fəlsəfə» şöbəsinin əməkdaşı  
 
 
 
 
 
 
 
 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 81 
 
 
GƏLİN  İNSANLARI TANIYAQ! 
 
Ölümün qolları güclü olsa da, 
Vətən məhəbbəti güclüdür ondan! 
Bax, bu məhəbbətdir aparan bizi, 
Ağır döyüşlərə hər vaxt, hər zaman. 
 
Tatar  şairi Musa Cəlilin qələmindən qopan bu sözlər nə 
qədər düşündürücü, nə  qədər cəlbedicidir. Burada ölüm saçan 
hisslərlə sevgi, məhəbbət duyğuları qarşı-qarşıya dayanmışdır. 
Hər iki duyğu və hissin daşıyıcısı insandır.  İnsan üçün bütün 
həyatı boyu rahatlığın olması qeyri-mümkündür. İnsan həmişə 
narahatdır. Bəlkə  də bu narahatlıqda bir dünya var, aləmə 
sığmayan həm sevgi, həm də nifrət var. Bu ikili xüsusiyyətlə 
fəaliyyətini tənzimləyən insan ümidini heç vaxt itirmir. Ümid 
onun üçün sanki bir çıraqdır, gecəli-gündüzlü qəlbində yan-
maqdır. Vətən sevgisini qəlbində yaşadanlar daha yüksəkdə 
dayanırlar. Bunu sezmək çox da çətin deyil. Əgər insan üzünün 
cizgiləri, alnının qırışları,  əllərinin qabarları ilə tanınsaydı  bəlkə 
də sınaqlara ehtiyac qalmazdı. 
Fikrət müəllimin insanlara müraciətlərində  və davra-
nışlarında elə  səmimiyyət var. Ona görə onun haqqında xoş  və 
xeyirxahlığa çəkən sözlər deməmək mümkün deyil. Fikrət 
müəllim böyük hisslərlə, böyük duyğularla yaşayan, hər cür 
fədakarlığa qadir bir insan olduğunu artıq sübut etmişdir. Onun 
haqqında çəkilmiş sənədli filmdə cəbhə ilə bağlı döyüş səhnələri 
onun vətən eşqi ilə yaşadığına  əyani sübutdur. Budur hər cür 
qəhrəmanlığın mayası! Bu ölümə meydan oxumaq, ölümə qalib 
gəlmək deməkdir. Bu qaliblik ürəkdə  çırpınan  əqidənin 
ölməzliyinə inam hissi ilə yanaşmaqdadır. Fikrət müəllim bu 
keyfiyyətləri qəlbində daşıyan insanlardandır. 
Böyük rus ədibi Tolstoy yazırdı: «Mənim Vətənim, mənim 
doğma torpağım, mənim ana diyarım! Həyatda sənə olan 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə