Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 54 
ərazini qorumaq bizə tapşırılmışdı. Fikrət Nəbiyev orada da 
uşaqları ruhlandırmaqla qəhrəmanlıq göstərib. Gecə postlarında 
uşaqlarla yanaşı rota komandirləri də  iştirak etməli idi. Ancaq 
Fikrət Nəbiyev özü də  hər gecə o uşaqlarla bərabər postda 
dayanıbdır. Bu faktlar əsasında mən belə başa düşürəm ki, bizim 
dövlətimiz də, elimiz də, obamız da Fikrət Nəbiyevin o 
xidmətlərini heç vaxt unutmamalıdır. 
Məsələn, mən bir komandir kimi ondan razı qalmışam. 
Uzun müddət bir xidmət etmişik. Fikrət Nəbiyevlə bir yerdə 
əvvəlcə  qərargah rəisi olmuşam. Fikrət müəllim də batalyonun 
şəxsi heyətinin komandir müavini olub. Uşaqları  hərbi, fiziki 
cəhətdən onları hazırlayıb. Fikrət Nəbiyev idmançı olduğu üçün 
özünün müdafiə proqramlarının hamısını  uşaqlara öyrədib. Mən 
çox məmnunam ki, elə döyüşlərdən heç olmasa Fikrət Nəbiyev 
kimi oğlanlar sağ  çıxıb.  Şəhidlərimizə Allah min rəhmət eləsin. 
Onların ruhu qarşısında biz həmişə borcluyuq. Məsələn, mən 
bütün həyatım boyu şəhidlərə Allahdan rəhmət diləyirəm. Çünki 
Azərbaycanın döyüşən oğlanları  əsl qəhrəman oğlanlardır və 
çoxu Vətən uğrunda qurban gediblər. Heç olmasa onları anarkən, 
onlara, ailələrinə dövlət tərəfindən yaxşı bir iş görüləndə  mən 
sevinirəm. Çünki onlar Vətən uğrunda, Bizim Vətənimiz uğrunda 
özlərini qurban veriblər. Heç cür dana bilmərəm ki, Ağdam 
uğrunda döyüşlər getsə  də, Azərbaycanın bütün nöqtələrindən 
oraya, hətta yaşı çatmayan uşaqlar belə  gəlib, Azərbaycan 
uğrunda, Qarabağ  uğrunda döyüşürdülər. 13-15 yaşında uşaqlar 
qaçıb gəlib bizim batalyona qoşulurdular.  
Fikrət Nəbiyev həm də elmi işçidir. Mən çox sevinirəm 
ona. Çünki bir adama 2 xoşbəxtlik eyni vaxtda nəsib olmur, həm 
qəhrəman olasan, həm savadın ola. Bu hər insana nəsib olmur. 
Çünki Allah bir tərəfdən verəndə, bir tərəfdən kəsir. Amma bizim 
Fikrətdə həqiqətən Allah-təala vergisidir. Mən çox xoşbəxtəm ki, 
Fikrət Nəbiyev belə  ağır döyüşlərdən sağ-salamat çıxıb, bizim 
sıralarımızdadır. O vaxt Qarabağ uğrunda döyüşürdü. İndi də öz 
elmi ilə bizim elimizin, obamızın dayağında durub. İndi o, elmi 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 55 
savadı ilə bizim balalarımıza xidmət edir, bizim gənclərimizə 
xidmət edir, Azərbaycana xidmət edir. 
Fikrət Nəbiyev, mən çox şükür edirəm ki, sən bizim ara-
mızdasan. Mən arzu edirəm ki, sən tutduğun bu yolu qəhrəman 
kimi başa vurasan. Elimizin, obamızın həmişə  qəhrəman oğlu 
olmusan. Bu gün də mən onu sənə arzulayıram. O vaxt döyüşçü 
olmusan, indi də elmi işin var. Bundan gözəl nə var ki, xalqa 
xidmət etmək, xalqın dayağında durmaq. Hələ bizi nələr gözləyir, 
bilmirik. Fikrət müəllim bir hüquqşünas kimi öz yolunu tutub
davam edəcək. 
 
Batalyon komandirinin müavini Şəfaət  Əliyev:  Hesab 
edirəm ki, Fikrət müəllim gələcəkdə  də Azərbaycan dövləti, 
Azərbaycan xalqı əgər yenidən torpaq uğrunda, Qarabağ uğrunda 
müharibə edərsə, o elmi işini dayandırıb Azərbaycanın qeyrətli 
bir oğlu kimi öz zabitlik məharətini yenidən cəbhə bölgəsinə 
yetməklə göstərəcək.  Əminəm ki, Fikrət müəllimdə o hünər, o 
vətənpərvərlik, o qeyrət yenə də vardır. 
 
Batalyon komandiri İbad Həsənov:  Biz keçmiş  nəslin 
nümayəndələriyik. Çünki yaşımız 50-dən keçibdi. Amma Vətən 
bilirsiniz kimindir? Vətən uğrunda ölməyi bacaran oğlanlarındır. 
Görürsüz, Məmməd Araz deyir ki: 
Vətən mənə oğul desə nə dərdim, 
Mamır olub qayasında bitərdim. 
Bax, Fikrət müəllim kimi oğlanlar o mamırlığı qəbul edib, 
onun qayasında bitməyi bacaran, onun dar günündə köməyini 
əsirgəməyən oğlanlardır. Mən Qarabağ döyüşlərinin 
əksəriyyətində olmuşam. 1991-ci ildən  Şirin Mirzəyevin bata-
lyonunda, onun müavini olmuşam. Allah Şirin müəllimə  rəhmət 
eləsin. O vaxt deyirdim, indi də deyirəm ki, bizim uduzmağımızın 
səbəblərindən biri də elə sərkərdələrin vaxtsız aramızdan getməsi 
idi. O hamımızın komandiri idi. Biz ondan döyüşməyi 
öyrənmişik, vətənpərvərlik öyrənmişik. Fikrət müəllim də  Şirin 
Mirzəyevin tələbəsi idi. Mən əminəm ki, bizim dövlətimiz, bizim 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 56 
məmurlarımız Fikrət müəllimin  şərəflə yerinə yetirdiyi vəzifə 
borcunu nəzərə alacaqdır, gələcəkdə  qəhrəman kimi, xalqımız 
tərəfindən tanınmasına kömək edəcəklər. Mən buna əminəm. 
Mən bir daha deyirəm ki, biz hərbçi olmuşuq, biz tabe olmağı ba-
carırıq. Yoldaşlar içərisində ən yaşlısı mənəm. Mənim 60 yaşım 
var. Amma mən elə bir adamam ki, Vətən dara düşsə, bu gün əmr 
olunmamış  səhər tezdən öz torbamla yenə  həmin sırada dayan-
mağı bacararam. Mən bilirəm ki, Fikrət müəllim də belə oğlanlar-
dandır. Çünki Fikrət müəllimi mən görmüşəm, onu şəxsən tanıy-
ıram. Ona görə  də başa düşürəm ki, bizim dövlətimiz onun 
zəhmətini layiqincə qiymətləndirəcəkdir. 
 
Batalyonun rota komandiri Kamil Qədimov:  Fikrət 
müəllimin xüsusi olaraq əməyini qeyd etmək istəyirəm.  Şəxsi 
heyətin döyüş hazırlığında  əsas iş Fikrət müəllimin üzərinə 
düşürdü. Etiraf etmək lazımdır ki, burada hamının  əməyi olub. 
Amma Fikrət müəllimin xüsusi əməyi olub. O vaxt, düz deyirsiz, 
təxribatlar vardı, gələn adama şübhə ilə baxırdılar. O vaxt ölüm 
hadisələri də olurdu. Biz bunların şahidi olmuşuq. 
 
Batalyon komandirinin müavini Əliyev Şəfayət: 
Doğrudan da, danışmaq çox çətindir. Azərbaycan 
dövlətinin 20-22%-i erməni işğalçılarının tapdağı altındadır. 
Vicdan yol vermir deyim, vətənpərvərlik yol vermir deyim, yəni 
and olsun xaliqə, and olsun şəhidlərin ruhuna, əgər Azərbaycan 
xalqının, Azərbaycan dövlətinin prezidenti, Ali Baş Komandanı-
mız, İlham Əliyev cənabları sabah hərbi hissələrə göstəriş verə ki, 
düşmən tapdağı altında olan torpaqların azad olunmasından ötrü 
döyüşə getmək lazımdır, onsuz da bizə ehtiyac olmayacaq. Ona 
görə ki, hal-hazırda Azərbaycanın gözəl, qüdrətli ordusu, peşəkar 
zabitləri var. Azərbaycanın qeyrətli övladları var. Bizə ehtiyac 
olmayacaq, amma əgər olarsa baxmayaraq mənim 48 yaşım var, 
bir zabit kimi, yenidən silaha sarılıb, Azərbaycan dövləti 
uğrunda, Azərbaycan xalqı  uğrunda, Qarabağın azad olunması 
uğrunda, şəhidlərimizin ruhu rahat olsun deyə, onların tökdüyü o 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə