Mehrəngiz əBÜLFƏt qizi nəbiyeva, ÇİNGİz həBİb oğlu nəBİyev



Yüklə 3,4 Kb.
Pdf görüntüsü
səhifə14/37
tarix14.06.2018
ölçüsü3,4 Kb.
#48983
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 57 
qan yerdə qalmasın deyə döyüşə atılmağa, şəhid olmağa hazıram. 
Bir vətəndaş kimi, bir azərbaycanlı kimi, bir zabit kimi. 
Və elə başa düşürəm ki, Fikrət Nəbiyevin keçmiş fəaliyyəti 
ilə  əlaqədar Azərbaycan Xalqı Fikrət Nəbiyev haqqında müsbət 
rəydə olmalıdır. Hal –hazırda Fikrət Nəbiyev elmi işçi kimi 
fəaliyyət göstərir. O fəlsəfə elmləri namizədidir. Ola bilər ki, 
Fikrət müəllimin başqa sahədə  də yolu açılar. Azərbaycan xalqı 
üçün, dövləti üçün yaxşı bir elmi ixtira eləsin. Mən elə başa 
düşürəm ki, biz eyni ruhlu, eyni əqidəli, səviyyəli şəxslərik. Biz 
Şirin Mirzəyevin ruhu qarşısında baş  əyirik. Biz onun həyat 
məktəbini, döyüş  məktəbini keçmişik. Mən yenə  təkrar edirəm, 
əgər sabah Azərbaycan Respublikasının prezidenti, Ali Baş Ko-
mandan  İlham  Əliyev cənabları  əmr edərsə, Fikrət müəllim də, 
İbad Həsənov da, Kamil Qədirov da, Şəfayət  Əliyev də, mənim 
əsgərim Vüqar da, (ümumiyyətlə saymaqla qurtarmaq olmaz) bu 
şəxslər yenidən döyüşə atılmağa hazırdırlar. Bəli onu da qeyd 
edim ki, Fikrət Nəbiyevə dövlət səviyyəsində ad verilməli, onun 
fəaliyyəti qiymətləndirilməlidir. Azərbaycan xalqı müdrik 
xalqdır. Azərbaycan Respublikası demokratik respublikadır. 
Azərbaycan prezidenti demokratik fikirli bir şəxsdir. Mən ona 
qibtə edirəm. Mən 3 rəngli bayrağımızla fəxr edirəm. Mən 
Azərbaycan şəhidləri qarşısında baş əyirəm. 
Vüqar –döyüşçü: - Mən də keçmiş bir döyüşçü kimi 
komandirlərim haqqında danışmaqdan qürur duyuram. Mən 
Fikrət müəllimi 1992-ci ildən tanıyıram. Bu gün mənim ko-
mandirim Fikrət müəllim haqqında xoş sözlər söylədilər. Mən 
doğrudan da fəxr edirəm ki, bizim belə gözəl döyüşçü 
yoldaşlarımız olub. O vaxt bizə komandir olmaqla bərabər Fikrət 
müəllim səngərdə  ağır günlərin yoldaşı olub. Komandirlərin hər 
biri bizə ata olub. Bunu etiraf etmək lazımdır. Fikrət müəllim bizə 
döyüşdən qabaq, taktiki döyüş öyrədib. Onu da deyim ki, o bizi 
bazar günləri də  yığırdı. Fikrət müəllim karateni yüksək 
səviyyədə bilirdi. Əlbəyaxa döyüşü bizə tam öyrədirdi. Fikrət 
müəllim haqqında mən çox danışa bilərəm. Komandirlə bir yerdə 
bir neçə döyüşdə  iştirak etmişik. Biz 1992-ci ildə kapitan 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 58 
Həsənovun başçılığı altında Sırxavənd, Qazançı  əməliyyatında 
iştirak etdik. O vaxt, iyul ayın 14-ündə, 15-ində bizdə mühasirə 
vəziyyəti yarandı. Çaşqınlıq əmələ gəldi, ordudan kömək olmadı. 
O müddətdə batalyonumuzun qüvvəsi bizə köməyə  gəldi və biz 
Fikrət müəllimin rəhbərliyi altında bizi qarşılayan döyüşçüləri 
gördük. Doğrusu sevindik ki, bizi unutmurlar, bizə kömək edirlər. 
Fikrət müəllim haqqında çox danışmaq olar. Komandirlərin 
dediyi kimi, naməlum adamların təxribatlarının olmağı haqqında 
deyə bilərəm. Mən onu təsdiqləyə bilərəm ki, bizim rota Çullu 
kəndindən, yəni  ştabdan müəyyən qədər- 200 metr aralı idi. O 
vaxt bizim  yatmaq saatı idi. Bu zaman atəş səsi eşitdik. 3 nəfər 
tez  ştaba tərəf yüyürdük. Biz ora çatanda gördük ki, artıq UAZ 
markalı maşın gedir. Məlum oldu ki, Fikrət müəllim öz həyatını 
təhlükə qarşısında qoyub, bizim zabitlərin,  şəxsi heyətin, 
komandirlərimizin, Mustafa Əliyevin təhlükəsizliyini təmin 
etmək üçün öz həyatını  təhlükə qarşısında qoyub terrorçuları 
tərksilah etmişdi. Həqiqətən də birinci növbədə Fikrət müəllim 
mayor  Əliyevin təhlükəsizliyi üçün öz həyatını  təhlükəyə atıb 
Mustafa müəllimi ölümdən qurtarıb. 
Fikrət müəllimlə bir neçə döyüşün, o cümlədən Kapitan 
Həsənovun dediyi kimi Naxçıvanik  əməliyyatının iştirakçısı ol-
muşuq. Bizim batalyon çox güclü döyüş qüvvəsinə malik idi. 
Fikrət müəllimin də bu işdə öz payı var idi. Ona görə  də ona 
uğurlar arzu edirəm. İndi elmi işlə məşğuldur. Mən elə bilirəm ki, 
komandirin dediyi kimi nə vaxtsa prezidentimiz keçmiş 
döyüşçülər haqqında fərman verərsə, yəqin ki, kapitan 
Həsənovun dediyi kimi Fikrət müəllim də birincilər sırasında 
duracaqdır. Mən arzulayıram ki, prezidentimiz Fikrət müəllimin 
Ağdam-Qarabağ  uğrunda döyüşlərindəki qəhrəmanlıqlarını 
nəzərə alıb ona layiqli qiymətini versin. 
 
Batalyon komandirinin müavini Şəfayət Əliyev: Mən bir 
neçə  işi qeyd etmək istəyirəm. O batalyonda, o taborda mayor 
Əliyevin rəhbərliyi dövründə  də, kapitan Həsənovun, Fikrət 
Nəbiyevin, Kamil Qədimovun, Xaliq Cəfərovun, mərhum Vüqar 


Гарабаь дюйцшляри хатырланыр, йахуд Фикрят террорун гаршысыны неъя алды? 
 
 59 
Gəraylının fəaliyyətini qeyd etmək istəyirəm. Mən batalyonda 
İbad müəllimin, Fikrət Nəbiyevin rəhbərliyi altında və onların ali 
komandanı olan mayor Mustafa Əliyevin, ondan da ali səviyyədə 
olan polkovnik-leytenant Şirin Mirzəyevin fəaliyyətini qeyd 
edirəm. Azərbaycan xalqı, Qarabağ xalqı, Ağdam xalqı 
Ş.Mirzəyevə çox şey borcludur. 
Azərbaycan dövlətinə, Azərbaycan xalqına qibtə edirəm ki, 
Şirin Mirzəyev, polkovnik-leytenant Şirin Valeh oğlu Mirzəyev 
Azərbaycan xalqının milli qəhrəmanıdır. Onun zəhməti yerdə 
qalmadı, qiymətləndirildi. Bir zabit kimi bir balaca bunda 
təskinlik tapıram ki, bizim belə bir sərkərdəmiz fəxri ada layiq 
görüldü. Bəli, Azərbaycanın qəhrəman oğlanları var. Real 
qəhrəman olub o adı almayanlar da vardır. Onlardan biri də Fikrət 
Həbib oğlu Nəbiyevdir. 
 
Batalyon komandiri İbad Həsənov: Vətən uğrunda şəhid 
olmaq olar. Şəhidlik ən böyük zirvədir. Onu fəth etmək hər ada-
mın işi deyil. Vətən uğrunda  şəhid olmaq xoşbəxtlikdir. Mənim 
özüm də  şəhid olaram, övladlarım da. Mənim üç oğlum var. 
Onların sabah müharibəyə getmələrinə razıyam. Təki Vətənim 
azad olsun. Çünki hər bir övladı doğan ana tapılar, amma Qara-
bağı doğan ana tapılmayacaq. Ona görə də ən böyük zirvə Vətən 
uğrunda  şəhid olmaqdır. Görürsünüz ki, şəhidlərin adı qalır. 
Amma elə adam var ki, 100 il yaşayır, heç kim demir ki, o adam 
yaşayıb, ya yox. Vətən layiqli övladları ilə sayılır. 
 
Rota komandiri Kamil Qədimov:  İbad müəllim, Fikrət 
müəllim, Vüqar müəllim, mənim əsgərim, balaca qardaşım, biz o 
vaxt rahat olarıq ki, şəhidlərimizin ruhu qarşısında öz borcumuzu 
yerinə yetirək. Azərbaycanın ərazi bütövlüyü uğrunda, qarabağın 
azad olunması  uğrunda  şəhid olmağa burda oturan yoldaşların 
hamısı – Fikrət müəllim də, İbad müəllim də, Vüqar müəllim də, 
bütün əsgər yoldaşlarımız da hazırdır. Çünki onların dar günündə 
onlarla oturmuşam, onlarla durmuşam, onların  əqidəsinə 


Yüklə 3,4 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə