Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

26 
 
Enerji Məsələləri üzrə Departamentinin yayımladığı hesabata əsasən enerjiyə olan 
təlabatının 65%-ni kömürlə ödəyən Çinin 1 il ərzində istifadə etdiyi kömür miqdarı 
təxminən  1.53  milyard  tondur  ki,  bu  da  dünya  ölkələrinin  istifadə  etdiyi  kömür 
miqdarının  28%-  ni  təşkil  edir.  Nəzərə  almaq  lazımdır  ki,  bu  statistika  dövlət 
nəzarətində  olan  kömür  mədənlərindən  əldə  olunmuş  nəticədir.  Çində  fəaliyyət 
göstərən bütün mədənlərdə çıxarılan kömürün miqdarı isə ABŞ, Avropa ölkələri və 
Yaponiyanın istifadə etdikləri kömürdən dəfələrlə çoxdur. 
       Kömür  ehtiyatından  maksimum  istifadə  Çində  havada  çirkliliyin  miqdarını 
artırdı, bir çox şəhərlərin səması boz rəngli buludlarla örtüldü. Yaranmış buludlar 
yalnız  Çin  səmasında  deyil,  Seul,  Tokio,  hətta  Çindən  yüzlərlə  kilometr  uzaqda 
yerləşən Los-Angeles səmasında da görüldü.  
       Bundan  başqa,  “New  York  Times”  jurnalında  yayımlanan  məlumata  əsasən 
Çin şəhərlərində yaşayan insanların yalnız 1%-i (560 milyon insan) təmiz hava ilə 
təmin  olunublar,  digər  hissə  isə  çirkli  hava  ilə  tənəffüs  edərək  həyatlarını  riskə 
atırlar.
23
  
        Çirkli  hava  Çinin  şimalında  daha  çox  qeydə  alınmışdır  və  bu  şəhərlər 
sırasında  ölkənin  şimal-şərqində  yerləşən  Tianjin  üstünlük  təşkil  edir.  Tianjin 
yüksək  sənayeləşmiş  bir  şəhər  olaraq  Çinin  qurğuşun  istehsalının  yarısını  təşkil 
edir.  Köhnəlmiş  və  illərlə  tənzimlənməyən  istehsal  texnologiyası  nəticəsində 
toksiki  metal  Tianjin  torpaq  və  suyuna  keçirmişdir.  Nümunə  olaraq  bir  faktı 
göstəmək  olar  ki,  Tianjində  yetişdirilən  taxıl  məhsullarındakı  qurğuşun  səviyyəsi 
Çin standartlarından (yeyinti məhsullarının tərkibinə dair standartlar-red.) 24 dəfə 
çoxdur. Məhz bu səbəbdən,  xüsusilə Çinin şimalında yaşayan insanlarda orta omür 
müddətini 5.5 il qədər azaldığı bildirilir. 
        Çinin  digər  ekoloji  problemi  səhralaşma  problemidir  və  ərazisinin  təxminən 
30%-ni səhralar təşkil edir. Yüksək sürətlə inkişaf edən iqtisadiyyat və bu inkişafın 
nəticəsi  olan  ətraf  mühitin  çirklənməsi  Çində  səhraların  getdikcə  artmasına  səbəb 
olur.  Verilən  məlumatlara  əsasən  Qobi  səhrası  hər  il  2.500  km  genişlənir.  Eyni 
                                                 
23
 As China Roars, Pollution Reaches Deadly Extremes pg. [ 2-6 ] 
http://www.nytimes.com/2007/08/26/world/asia/26china.html?_r=2&pagewanted=2&  
(son baxılma tarixi: 30.09.2014             )
 


27 
 
zamanda,  bir  çox  dənizlər  quruma  təhlükəsi  ilə  üz-üzədirlər.  Məs:  Tez-tez 
daşqınların  yaşandığı  Sarı  dənizində  dəniz  suyunun  getdikcə  azalması  müşahidə 
olunur.  Dəniz  suyundan  plansız  şəkildə  torpaqların  həddindən  artıq  sulanması, 
dəniz  yatağının  müxtəlif  çöküntülərlə  dolması  səbəbindən  bugün  Sarı  dənizi 
gəmilərin maneəsiz hərərkət edə bilməyəcəyi dayaz bir dənizə çevrilmişdir.  
       Səhralaşma probleminin yaranmasına səbəb olan amillərdən biri də meşələrin 
kütləvi  qırılmasıdır.  BMT  hesabatlarına  əsasən  Çin  meşələrinin  36%i  ekoloji 
problemlər  səbəbindən  məhv  olur.  Ərazisinə  görə  Rusiya  və  Kanadadan  sonra  III 
olan Çinin meşələrinin 36%-nin təhlükə qarşısında olması, yalnız Çin üçün deyil, 
bütün dünya üçün böyük problemdi.  
        Səhralaşma  probleminin  qarşısının  alınması  üçün  Çin  hökuməti  2001-ci  ildə 
“Yaşıl Çin Səddi” adlı layihə həyata keçirmişdir. Layihənin məqsədi 2001-2050-ci 
illərdə  ilkin  olaraq  4.500  km-lik  ərazidə,  layihənin  sonuna  qədər  səhralaşmış 
ərazilərin  böyük  hissəsində  yaşıllaşdırma  işləri  apararaq  səhralaşmanın  qarşısını 
almaqdır.  
        Suyun  çirklənməsi  problemi  də  Çinin  ən  aktual  problemlərindəndir.  Belə  ki, 
Çin  əhalisinin  300  milyonu  təmiz  su  əldə  edə  bilmir,  700  milyon  insan  isə 
Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi su standartlarından aşağı standartda 
sudan  istifadə  edir.  Buna  səbəb  Çinin  istifadəyə  yararlı  yeraltı  sularının  90%-nin 
çirklənməsidir.  
        İstifadəyə yararlı suların çirklənməsi özü ilə birlikdə su qıtlığı problemini də 
gətirdi. Xüsusən  Şimali  Çində  yaşanan  su  qıtlığı  Pekin və  Tianjin şəhərində daha 
çox  təsir  edir  və  Çin  hökuməti  bu  şəhərlərin  susuz  qalmamaları  üçün  Yantsızı 
çayından birbaşa su nəqlini həyata keçirən müxtəlif layihələr həyata keçirir.
24
 
        Ölkədə su qıtlığının ən çox yaşandığı hal 2008-ci ildə qeydə alınmışdır. Belə 
ki,  2008-ci  ildə  Pekində  keçirilən  olimpiyada  oyunları  zamanı  şəhərin  suya  olan 
təlabatı Hebei və Şanxay kimi əyalətlərdən çəkilən su xəttləri hesabına ödənmişdi. 
Nəticədə digər əyalətlərin minlərlə əhalisi quraqlıq yaşamışdı. Bu isə təkcə Hebei 
                                                 
24
 http://blog.milliyet.com.tr/cin-in-buyuk-sorunu--cevre-kirliligi/Blog/?BlogNo=158110 
(son baxılma tarixi: 02.10.2014 ) 


28 
 
əyalətinin  Baodinq  şəhərində  31.000  insan  su  xəttinin  yerinin  dəyişdirilməsi 
səbəbindən öz evlərini tərk etməsinə gətirib çıxarmışdır.  
        Bir  məsələ  də  qeyd  olunmalıdır  ki,  Çin  iqtisadiyyatının  sürətli  inkişafı 
təhlükəli ekoloji problemlər yaradıb təbiətə nə qədər ziyan vurursa, bir o qədər də 
Çin  əhalisinin  həyatlarının  itirilməsinə  səbəb  olur.  Bununla  bağlı  rəsmi  statistika 
isə belədir: 
-
 
  Xin  Hua  xəbər  agentliyinin  verdiyi  məlumatlara  görə  Çində  hər  il  410.000 
insan ekoloji problemlər səbəbindən həyatının itirir. 
-
 
  Dünya  Bankının  hesabatına  görə  çirkli  su  və  hava  səbəbindən  hər  il  Çində 
760.000 uşaq ölü doğulur. 
        Dünya Bankının hazırladığı hesabata əsasən dünyanın ən çirkli ekologiyasına 
sahib 20 şəhərdən 16-sı Çində yerləşir.
25
 Problemin əhatə dairəsinin genişliyi  Çin 
hökumətinin müəyyən tədbirlər görməsini sürətləndirdi və Çin yalnız 2005-ci ildən 
dəyəri 14 milyard dollardan çox olan 30 böyük layihə həyata keçirdi: 
-
 
Çin  hökuməti  ilkin  olaraq,  kömürdən  istifadənin  azaldılması,  enerjiyə  olan 
təlabatın digər resurslarla ödənilməsi kimi məsələlərin həlli ilə problemlərin 
aradan  qaldırılmasına  çalışsa  da,  iqtisadiyyatını  daima  inkişaf  etdirmək 
məcburiyyətində olması görülən tədbirlərin təsir gücünü azaldır. 
-
 
Çin problemin həllini müxtəlif texnologiyalarla işləyən müəssisələrə qarşısını 
almaq istəsə də, bu müəssisələrin düzgün işlədilməməsi gözlənilən nəticənin 
olmamasına gətirib çıxarır.  
-
 
Bu  istiqamətdə  atılan  digər  bir  addım  ətraf  mühitə  yararlı  texnologiyaların 
sərgisinin  keçirilməsi  oldu.  Bu  sərgilər  nəticəsində  ölkə  büdcəsinə  gələn 
gəlir 3 milyard dollardan - 18  milyard dollara çatmışdır.  
        Hindistan:  Hindistan  dünyada  ekoloji  problemlərin,  xüsusilə  hava  və  su 
çirklənməsinin ən təhlükəli həddinin yaşandığı ölkələrdən biridir. Dünya Bankının 
“Dünya ölkələrində ətraf mühitin qiymətləndirilməsi” adlı hesabatında göstərilir ki
ölkədə  normal  ekoloji  standartların  ən  çox  pozulduğu  illər  1947-1995-ci  illərdə 
                                                 
25
 “Chine buried smog death finding I news”  
http://bbc.co.uk/2/hi/asia-pacific/6265098.stm (son baxılma tarixi: 04.10.2014 ) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə