Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   2   3   4   5   6   7   8   9   ...   32

17 
 
-
 
İqtisadiyyatlarını  kənd  təsərrüfatı  məhsulları  hesabına  inkişaf  etdirən 
ölkələrdə quraqlığın baş verməsi səbəbindən istehsalın aşağı düşməsi. 
       Ümumiyyətlə,  böhran  müddətində  dünyada  inflyasiyanın  yüksək  həddi 
müşahidə olundu və bu hədd 4%-dən 6%-ə qədər yüksəldi. 
 
Cədvəl 1.1 Dünya Bankının “2007-2009-cu illərdə dünyada inflyasiya” adlı 
hesabatı.
12
 
 
        
 
 
 
 
 
 
 
 
       Yaranmış  vəziyyət  bir  çox  ölkədə  ciddi  problemlər  yaratdı.  Belə  ki, 
Banqladeşin  paytaxtı  Dakkada  qida  məhsullarında  qiymət  artımı  və  aşağı  maaş 
səbəbindən  10.000  nəfər  işçi  etiraz  aksiyası  keçirdi.  Halbuki,  150  milyon  əhalisi 
olan  Banqladeş  2002-ci  ildə  aparılan  araşdırmaya  görə  öz  təlabatını  tamamilə 
ödəyən ölkə kimi seçilmişdi. Böhran zamanı əhalinin 30 milyonu “aclıq” təhlükəsi 
ilə  qarşılaşdı.  Misirdə  isə  qiymət  artımının  ən  yüksək  həddi  un  məhsullarında 
qeydə alındı. Kənd təsərrüfatı məhsullarında 50% inflyasiyanın qeydə alındığı ölkə 
Haiti  oldu.  Türkiyədə  ən  çox  qiymət  artımı  düyüdə  müşahidə  olundu  və  bu 
məhsulda inflyasiyanın 130% olduğu bildirildi. Türkiyə bu göstərici ilə “inflyasiya 
tsunamisi”-nin qeydə alındığı ölkə kimi tarixə düşdü. 
13
    
 
                                                 
13
 http://data.worldbank.org/indicator/FP.CPI.TOTL.ZG?page=1 (son baxılma tarixi 15.03.2014) 
 
 
                                        
Ölkə 
 
 2007 (%)-lə 
 
2008 (%)-lə 
 
 2009 (%)-lə 
ABŞ 
2.7 
1.9 
0.8 
Almaniya 
1.7 
0.8 
1.8 
Azərbaycan 
16.6 
20.8 
1.4 
Braziliya 
5.9 
8.3 
7.2 
Fransa 
2.6 
2.4 
0.1 
Hindistan 
5.8 
8.7 
6.1 
İngiltərə 
2.9 
2.9 
2.0 
Çin 
7.6 
7.8 
-0.6 
Rusiya 
13.8 
18.0 

Türkiyə 
6.2 
12.0 
5.3 


18 
 
1.2 Dünya böhranlarının vurduğu ziyanın ətraf mühitin istismarı hesabına 
aradan qaldırılması. Liberalist və Neoliberalist mövqe. 
         XXI əsrin əvvəllərindən etibarən artmaqda olan dünya böhranları dövlətlərin 
böhranlardan  minimum  mənfi  təsirlə  çıxmaları  üçün  strategiyalar  işləyib 
hazırlamaları məsələsini gündəmə gətirdi. Əldə olunmuş ümumi nəticə isə bir idi: 
“Büdcədə yaranmış kəsri təbiətdən əldə olunmuş məhsullar hesabına ödəmək”. Bu 
isə  təbiətlə  cəmiyyət  arasında  mövcud  olan  vahid  sistemli  münasibətlərdə 
ziddiyyətlərin yaranmasına səbəb olmuş, eyni zamanda, təbiətə fəal, məqsədyönlü, 
öz  təlabatlarını  ödəmək  üçün  təbiətdə  hazır  şəkildə  mövcud  olmayan  məhsulları 
istehsal  sonda  ekoloji  böhranlar  kimi  təhlükəli  vəziyyətin  yaranmasına  gətirib 
çıxarmışdı.  Ekstensiv  istehsal
12
 üsuluna  uzun  müddət  üstünlük  verilməsi, 
zəhmətsiz  gəlirin  sosial  məqsədin  başlıca  prinsipinə  çevrilməsi,  elmi-texniki 
inqilabın sürəti və qeyri-bərabər inkişafı və s. bu kimi xüsusi faktorlar problemin 
daha da kəskinləşməsini sürətləndirdi.  
       Yaranmış  problemin  həlli  bir  çox  konsepsiyalarda  öz  əksini  tapdı  və 
metodoloji cəhətdən bu konsepsiyalar pozitivizm
13
 (obyektivlik) və anti-pozitivizm 
(subyektivlik) olmaqla 2 qrupa ayrılır: 
-
 
 Cəmiyyətlə  təbiətin  qarşılıqlı  münasibətinə  obyektiv  -  pozitivist  baxımdan 
yanaşma  (sayentizm,  texnisizm)  texnoloji  determinizm  prinsipinə  əsaslanır 
və  bu  prinsipə  görə  bütün  ekoloji  problemlər  elmi  -  texniki  metod  və 
vasitələrin köməyi ilə həll oluna bilər.  
-
 
  Cəmiyyətin  təbiətlə  qarşılıqlı  münasibəti  məsələsinə  subyektiv  -  
antipozitivist  (ekzistensial  -  antropoloji)  mövqedən  yanaşma  isə  “aksioloji 
determinizm”  prinsipinə  əsaslanır  və  bu  prinsipə  görə  ekoloji  problemləri 
sərvətlər,  məqsəd  və  ideal  sistemini  dəyişməklə,  insan  keyfiyyələrini 
yaxşılaşdırmaqla, şüurun ekolojiləşdirilməsi və s. ilə həll etmək olar. 
   Dünya böhranlarının vurduğu ziyanın ətraf mühitin istismarı hesabına aradan  
                                                 
12
 Ekstensiv istehsal dedikdə, keyfiyyətə deyil kəmiyyətə əhəmiyyət verilən istehsal başa düşülür. 
13
 Pozitivizm konkret (empirik) elmləri həqiqi, gerçək biliyin yeganə mənbəyi hesab edən cərəyandır.
 


19 
 
qaldırılması probleminə Liberalizm və Neoliberalizm nümayəndələri tərəfindən də 
münasibət bildirilmişdir. 
        Fərdi azadlıq, qanunun aliliyi, tolerantlıq, muxtariyyət, plüralizm
14
, hər kəsin 
ədalət  qarşısında  bərabərliliyə  əhəmiyyət  verən  liberalizmə  görə  insan  öz 
mənfəətləri  üçün  çalışdığından  ictimai  maraqlar  üçün  də  çalışmalıdır.  Limitsiz 
iqtisadi  inkişaf  hədəfini  limitli  bir  təbiətlə  qarşılamaq  mümkün  olmadığı  üçün 
təbiətin  davamlılığını  maksimumlaşdırılması  vasitəsi  ilə  qorumağı  əsas  prioritet 
halına gətirən liberalizm yaşamaq hüququ başda olmaqla, gələcək nəsillərin bütün 
hüquqlarını təhlükə qarşısında qoyur.  
         Liberalizmə  görə  daimi  inkişaf sərvət sahibi  olmayanların  belə sərvət sahibi 
olmaq  fikrinə  əsas  yer  verən  və  liberal  dövlətlərin  ictimai  təhlükəsizliyini  təmin 
olunması  üçün  mövcud  olan  sistemdi.  Bu  sistem  istehlakın  sərbəstliyini,  insan 
sağlamlığını  və  gələcəyi  üçün  ən  mühüm  ünsür  olan  ətraf  mühitin  mühafizəsinə 
əhəmiyyət  vermədən  təbiətin  maksimum  istismarını  özündə  əks  etdirir.  Belə  ki, 
sosial  siniflər  arasında  əldə  olunan  gəlir  fərqinə  müsbət  yanaşan  liberalist  Adam 
Smit, eyni  zamanda, cəmiyyətə  fayda  vermək  əvəzinə  yalnız  öz  mənfəətləri  üçün 
çalışan şəxslərin təbiətin istismarı hesabına fəaliyyətini müsbət qiymətləndirmişdir.  
        Adam  Smitin  bu  fikirləri  amerikalı  alim  Avram  Noam  Chomsky  tərəfindən 
sərt  tənqid  olunmuşdur.  O  qeyd  edirdi  ki,  əgər  dünya  ölkələrinin  iqtisadiyyatı 
acgözlüklə  və  şəxsi  maraqlara  görə  istismar  olunsa,  nəinki  təbii  sərvətləri,  eyni 
zamanda,  bütün bəşəriyyət  məhv  ediləcək  və  insanların gələcək  həyatının davam 
etdirilməsi üçün mütləq mənəvi dəyərlərimizi inkişaf etdirməliyik. 
13
 
          Eyni  zamanda,  liberalizm  nümayəndələri  “istifadə  olunmamış  təbiət” 
anlayışına əhəmiyyət verməmiş, yaşamaq üçün əsas hesab olunan su, hava, iqlimin 
insan  fəaliyyəti  nəzərə  alınmadan  sonsuza  qədər  normal  yaşayış  standartlarında 
qalacağına inanırdılar. 
                                                 
13
 Noam Chomsky “A world of  ideas”, pg. [ 58 ] 
____________________________ 
 
14
 
Plüralizm bir məsələ barəsində müxtəlif rəylərin olması; çox fikirlilik deməkdir.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə