Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

32 
 
15.000  nəfəri  bir  neçə  ildən  sonra,  200.000  nəfəri  isə  1994-2000-ci  illərdə 
dünyasını dəyişdi, 500-550.000 nəfər isə ağır xəstəliklərə tutuldular.
30
 
       Xilasetmə  işlərinə  həmçinin  7.000  Azərbaycan  vətəndaşı  cəlb  olunmuş, 
onlardan  2.000  nəfəri  hadisə  yerində  həlak  olmuş,  qalanları  isə  ömürlük  əlil 
olmuşlar.
31
  
       Hal-hazırda  Çernobil  ətrafında  30  km-lik  ərazi  “ölü  zona”  hesab  edilir  və 
orada  insanların  yaşaması  qəti-qadağandır.  Verilən  məlumatlara  görə  “kabuslar 
şəhəri”-ində insanlar qismən təhlükəsiz halda 300 ildən sonra, tam təhlükəsiz halda 
isə 50.000 ildən sonra yaşaya biləcəklər. 
       Müasir  dövrdə  isə  Ukrayna  sənayesi  hər  il  təbiətə  6.000.000  ton 
karbondioksidin  buraxılması  hesabına  inkişafı  edir.  Artmaqda  olan  nəqliyyat 
vasitələri  havanın  çirklənməsinə  səbəb  digər  faktordu.  Verilən  məlumata  görə 
böyük şəhərlərdə istifadə olunan airon qazının miqdarı 70%-dək artmışdır. 
        Bundan  başqa,  Ukraynada  torpaq  ehtiyatlarının  71%  aqro-landşaft  biznes 
üçün istifadə olunur. Düzgün olmayan istifadə qaydalarının tətbiqi kənd təsərrüfatı 
üçün  ayrılan  torpaqlarda  məhsuldarlığın  aşağı  düşməsinə,  torpaqların  35%-dən 
çoxunda  eroziyalaşma  probleminin  yaranmasına  gətirib  çıxarmışdır.  Ümumilikdə 
Ukraynada ümumi torpaq ehtiyatlarının təxminən 40%-i çirklənmişdir.  
        Ukraynada  qeydə  alınan  digər  ekoloji  problem  su  çirklənməsidir.  Sənaye 
tullantılarının  sulara  axıdılması,  çirkab  suların  kifayət  qədər  təmizlənməməsi  
istifadə olunan suda çirklənmənin III səviyyədə olmasına gətirib çıxarır. Burada su 
ehtiyatlarının 80%-i keyfiyyət baxımından dövlət standartlarına cavab vermir. 
       Meşələrin  kütləvi  qırılması  ərazisinin  1/6  meşələr  təşkil  edən  Ukraynanın 
digər ekoloji problemidir. Mebel sənayesində istifadə olunacaq ağacların ixracının 
idxalından  2.5  dəfə  çox  olması  problemi  daha  da  intensivləşdirdi  və  intensivlik 
Karpat dağları, Ukraynanın qərb rayonlarında daha çox qeydə alındı.
32
 
                                                 
30
 The Chernobyl accident and consequences lecture, pg. [ 12 ] 
31
 http://anspress.com/index.php?a=2&lng=az&nid=62635 (son baxılma tarixi: 14.10.2014)
 
32
 I. P Soloviy  Ecological Economics and Sustainable Forest Management: Developing a Transdiscipli-
nary Approach for the Carpathian Mountains / I. P. Soloviy, W. S. Keeton.  – Lviv: Ukrainian National 
Forestry University Press, Liga-Pres, (2013), pg. [ 2-6 ] 


33 
 
        Braziliya:  İqtisadiyyatını  mebel  sənayesinin  inkişafı  hesabına  inkişaf 
etdirmək  istəyi  Braziliyada  meşələrin  kütləvi  qırılması  və  torpağın  eroziya 
problemini  yaratdı.  Problem  hələ  də  həlli  mümkün  olmayan  problem  kimi 
qalmaqdadır.   
        Həmçinin,  son  illərdə  dünyada  lobyaya  olan  təlabatın  artması  ilə  əlaqədar 
olaraq  lobya  istehsalını  artırmaq  üçün  meşələrin  qırılması  hesabına  kənd 
təsərrüfatına  yararlı  əraziləri  artıran  Braziliyanın  mövcud  vəziyyəti,  iqtisadi 
inkişafı  və  bu  inkişafla  yaranan  ekoloji  problemlər  ən  aktual  ekoloji  problemlər 
kimi  xarakterizə  olunur.  “Latın  Amerikası  ölkələrinin  lobya  müharibələri”  kimi 
tarixə daxil olan dövrdə, xüsusi ilə Çinə ixrac etmək üçün regionda lobya mühüm 
sahələrinin  maksimum  artışı  qeydə  alınmışdır.  XX  əsrin  sonlarında  isə  yaranan 
rekord  təlabatdan  sonra  Braziliya  ən  çox  lobya  ixrac  edən  II  ölkə  olmuş,  lobya 
ixracı nəticəsində dövlət büdcəsinə 8 milyard dollar daxil olmuşdur.
33
 Braziliyanın 
lobya  problemi  ilə  bağlı  dövlətin  iqtisadi  siyasəti  dünya  ekoloji  siyasətçilərinin 
diqqət  yetirdiyi  məsələləri  sübut  etməklə  yanaşı,  dövlətin  iqtisadi  risklərlə 
üzləşməməsi üçün regional və qlobal üstünlükləri göz ardı edərək eqoist qərarlar 
aldıqları  vurğulanmalıdı.  Braziliyadan  əlavə,  İndoneziya  və  Malaziyanın  palma 
yağı istehsalı da meşələrin kütləvi qırılması baxımından oxşar nümunələrdir. 
        80-cı illərdən başlayan və 90-cı illərə qədər davam edən özəlləşdirmə prosesi 
Braziliyanın  inkişaf  sürətini  artırsa  da,  gəlirin  əhali  arasında  ədalətsiz 
bölüşdürülməsi ölkədə yoxsulluq probleminin  indiyədək həll edilməməsinə səbəb 
olmuşdur. Eyni zamanda, özəlləşən şirkətlər və xarici investisiya ilə ölkədə artan 
istehsalın mənfi təsirləri ətraf mühitə daha ağır fəsadlar törətmişdir.  
        Artan neft sızıntıları, xüsusilə San Paulo və Rio de Janeroda yaşanan hava və 
su çirklənməsindən əlavə, ən böyük ekoloji böhran, şübhəsiz, lobya istehsalı üçün 
ayrılan Amazonlarda yaşanmışdır. Belə ki, Braziliya hökumətinin MERKOSUR ilə 
imzaladığı  sərbəst  ticarət  müqaviləsi  BMT-nin  “Rio  Bəyannaməsi”-ndə  əks 
olunmuş “Ekoloji siyasət” ilə toqquşur. Kampos hövzəsində neft sızması, Amazon 
çayı  ətrafında  fəaliyyət  göstərən  taxta-şalban  müəssisəsinin  fəaliyyəti  nəticəsində 
                                                 
33
 U. Bickel? J. M. Dross “The impact of soybean cultivation on Brazilianecosystems” (2003), pg. [ 25 ]
 


34 
 
çayların yox olma təhlükəsi hər keçən gün daha da aktivləşir. Rio de Janero ilə San 
Pauloda  artan  hava  və  su  çirklənməsi    ekoloji  problemi  də  Braziliyanın  ayrı-
ayrılıqda təhlil olunması vacib məsələlərdəndir. 
34
 
        Peru: Ağır metal emalı və dağ-mədən sənayesində istifadə olunan qurğuşun, 
mis,  sink  və  kükürd  dioksid  kimi  maddələr  Peruda  (La  Oroyo)  35.000  insanın 
zəhərlənmsəinə  səbəb  olmuşdur.  Dünya  Səhiyyə  Təşkilatının  məlumatına  əsasən 
Peru  Andlarında  yerləşən  La  Oroyadakı  uşaqların  99%-inin  qanında  qurğuşunun 
səviyyəsi  normal  səviyyədən  3  dəfə  çoxdur.  1922-ci  ildən  indiyədək  fəaliyyət 
göstərən La Oroyadakı toksiki tullantılarını bir qədər azaltmasına baxmayaraq, bu 
ərazinin torpaq və suyunda toksiki maddələrin mövcudluğu hələ bir neçə on illikdə 
də  mövcud  olacağı  və  istehsalın  dayandırılmadığını  (və  ya  yaxın  illərdə  müasir 
texnologiyaya  keçilməyəcəyini),  eyni  zamanda,  La  Oroya  üçün  heç  bir  "xilas 
etmə”  planı  olmadığını  nəzərə  aldıqda,  buranın  sakinlərinin  atacağı  ən  ideal 
addımın La Oroyanı tərk etmək olacağı bildirilir.
35
 
        Göründüyü  kimi,  istər  İEÖ,  istərsə  də  İEOÖ-in  iqtisadiyyatlarını  inkişaf 
etdirmək  uğrunda  apardığı  mübarizə  ölkə  ekologiyasına  ziyan  vurmaqla  yanaşı, 
ozon  qatının  deşilməsi,  istixana  effektinin,  qlobal  istiləşmə  kimi  qlobal  ekoloji 
böhranların yaranmasına səbəb olur.  
        Ozon  təbəqəsi  əsasən  atmosferin  troposfer  və  stratosfer  qatlarında  yerləşir. 
Troposferdə  ozonun  miqdarı  çox  azdır, onun  əsas  kütləsi  stratosferdə, yerdən  10-
15  km  məsafədə  yerləşir. Ozon  təbəqəsi    Günəşdən  gələn  ultrabənövşəyi  şüaları 
udur,  onların  yer  səthinə  çatmasının  qarşısını  alır.  Təbəqənin  dağılmasında 
“antropogen  faktorun”  rolu  isə  danılmazdır.  Ozon  qatının  kəskin  nazikləşməsi 
təhlükəsi  ilk  dəfə  Antarktida
36
  üzərində  müşahidə  olunmuş  və  yaranmış  ozon 
dəliyinin  ölçüsü  hətta  ABŞ  ərazisindən  də  böyük  olmuşdur.  Bugün  isə  ozon 
qatında baş verən dəyişikliklər ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası 
(NASA), Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən izlənilir. Bu təşkilatların 
                                                 
34
 J. Monahan “Amazon deforestation rises sharply”, (2011), pg. [ 13-15 ] 
35
 
http://baau.clan.su/news/dunyanin_10_ekoloji_c_h_nn_mi/2010-04-06-280 
 (son baxılma tarixi:15.10.2014)
 
36
 
T. Ağayev, Ş. Əhmədov, T.Xəlilov “Ekoloji təhlükəsizlik” Sumqayıt-2013, səh [ 139-140 ]
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə