Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

29 
 
qeydə  alınmışdır.  Hesabatda  həmçinin,  sənaye  əhəmiyyətli  qəzaların,  xüsusilə 
Bhopal  şəhərində  baş  verən  qəzanın  ətraf  mühitə  verdiyi  ziyan  da  öz  əksini 
tapmışdır.
26
 
        Belə  ki,  ABŞ-ın  Birləşmiş  Karbid  firmasının  Hindistanın  Bhopal  şəhərində 
fəaliyyət göstərdiyi əkinçilikdə istifadə olunacaq böcək dərmanı fabrikindən işçilər 
tərəfindən  “maye  dinamit”  adlandırılan  46  tondan  çox  MİC  qazının  havaya 
buraxılması  1  gecədə  18.000  insanın  ölümünə,  150.000-dən  çox  insanın 
zəhərlənməsinə səbəb olmuşdur. Hindistanda ucuz işçi qüvvəsinin mövcudluğu və 
onun  bu  tip  böcək  dərmanlarına  təlabatının  yükək  dərəcədə  olması,  Hindistanda 
kimyəvi  məhsullar  istehsal  edən  firmalara  tətbiq  olunacaq  qanunların  Avropa  və 
Amerika ilə müqayisədə kifayət qədər sərt olmaması ABŞ-ın məhz Hindistanda bu 
şirkətin  açılması  ilə  nəticələnmişdir.  Kütləvi  insan  ölümünə  və  ekoloji  böhrana 
səbəb  olan  şirkət  isə  hadisədən  sonra  yalnız  470  milyon  ABŞ  dolları  ilə 
cəzalandırılmışdır ki, bu da şirkətin hissələrinin sadəcə 0.43 %-nə bərabərdir.  
        Ətraf  mühitin  cinayətkarlarına  qarşı  mübarizə  aparan  Qrinpisin  apardığı 
araşdırmalara görə Bhopalda torpaqda normadan 6 milyon dəfə çox zəhərli maddə 
olduğu aşkarlanmış və indiki dövrdə belə qeyd olunan ərzidə ayda orta hesabla, 13 
nəfərin qəzayla bağlı yaranan xəstəliklərdən həyatını itirdiyi bildirilir. Dünyanın ən 
dəhşətli  sənaye  qəzası  kimi  tarixə  yazılan  Bhopal  faciəsi  insan  əli  ilə  yaradılan 
təhlükəli  sənayeləşmə  prosesinin  potensialını  göstərmiş  və  ekoloji  böhrann 
simvollarından biri olmuşdur.
27
 
        Müasir dövrdə hava  çirkliliyinin  ən yüksək  həddinin qeydə  alındığı  şəhər  də 
Hindistanda  yerləşir.  “Hindistan  Ətraf  Mühitin  Mühafizəsi  Üzrə  Araşdırmalar 
Mərkəzi  (C.S.E.)”  -  nin  məlumatına  görə  Hindistanın  II  paytaxtı  -  Yeni  Dehli 
şəhəri  Çinin  paytaxtı  Pekini  üstələyərək dünyada hava  çirkliliyinin  ən  çox  qeydə 
alındığı birinci şəhərdir. Burada hava çirkliliyi normadan 60 dəfə çoxdur.
28
 
                                                 
26
 
The World Bank. The little Green Data Book, pg.[ 103 ]
 
27
 D.Kruzman “A killing wind: Inside union carbid and the Bhopal Catastrophe”, pg. [ 130 ] 
28
Enviromental statistics of India, Annual report and data, Ministry of Statistics and Programme 
Implementation, Central Statistical Organisation, Government of India, New Dehli 
 http://mospi.nic.in/mospi_news/upload/compendium_2011.30de11.htm   
(son baxılma tarixi:07.10.2014 )
 


30 
 
        Sukinda  və  Vapir  əyalətləri  də  Hindistanda  müasir  ekoloji  problemlərin 
yüksək  həddinin  qeydə  alındığı  ərazilərdir.  Sukindada  polad  istehsalında,  dəri 
cilalamada istifadə olunan kəskin iyli hexavalent xrom və digər metalların havaya 
qarışması səbəbindən 2.600.000 insan çirklənmiş havanı qəbul etmişdir.  
        Dünyanın  ən  zəngin  açıq  xromit  mədənlərinə  malik  olan  Sukindada  içməli 
suyun  tərkibində  hexavalent  xrom  dünya  standartlarının  iki  mislindən  daha  çox 
miqdarda  mövcuddur.  Hexavalent  xromla  çirklənmiş  havanın  tənəffüs  yolu  ilə 
qəbulu  isə  xərçəng  xəstəliyinin  yaranmasına  gətirib  çıxarır.  Bundan  başqa, 
Hindistanda fəaliyyət göstərən səhiyyə təşkilatlarının verdiyi hesabatlara görə dağ-
mədən ərazilərində baş verən ölümlərin 84.75 faizi xromit  ilə əlaqədar xəstəliklər 
səbəbindəndir.  Bu  isə  həmin  mədənlərdə  işləyənlərin  heç  bir  qoruyucu  ilə  təmin 
edilməməsi  və  təhlükəsizlik  normalarının  mövcud  olmamasıyla  əlaqədardır. 
Sukindada  bu  günə  qədər  heç  bir  təmizləmə  və  ya  yenidənqurma  işləri 
aparılmaması isə vəziyyəti daha da çətinləşdirir. 
       Çoxsaylı kimyəvi preparatlar və ağır metallar istehsal edən Vapi əyalətində də 
içməli  suyun  kimyəvi  çirkləndirilməsi  qeydə  alınmış  və  71.000  insan  bu 
çirklənməyə  məruz  qalmışlar.  Dünya  Səhiyyə  Təşkilatının  məlumatına  əsasən 
içməli  suyun  tərkibindəki  merkurinin  miqdarı  normal  standartlardan  96  dəfə 
çoxdur.
29
  
        Hindistan  Ekologiya  Nazirliyinin  məlumatına  görə  hər  il  ölkədə  5.000.000 
insan  hava  çirklənməsi  səbəbindən  həyatını  itirir.  Bu  səbəbdən  ölənlərin  ümumi 
sayı 40.000.000 nəfərdir. Hava çirklənməsinin əsas səbəbi kimi sənayenin inkişafı 
göstərilirsə,  digər  tərəfdən  problem  ölkədə  nəqliyyatın  çox  olması  ilə 
əlaqələndirilir. Belə ki, ölkədə 66.000.000 nəqliyyatın olduğu, hər il isə bu rəqəmin 
1.000.000 artdığı bildirilir.     
       Ukrayna:  Təbiətin  istismarı  hesabına  iqtisadi  inkişafa  nail  olmaq  istəyi 
Ukraynada  da  böyük  faciələrlə  yadda  qaldı.  Bhopalda  baş  verən  faciədən  sonra 
daha bir sənaye faciəsi Ukraynada yaşandı. Faciə 26 aprel 1986-cı ildə saat 03.00-
                                                 
29
 
http://baau.clan.su/news/dunyanin_10_ekoloji_c_h_nn_mi/2010-04-06-280 
 (son baxılma tarixi: 12.10.2014)
 


31 
 
da  Ukraynanın  paytaxtı  Kiyev  şəhərinindən  140  km  şimalda  yerləşən  Çernobil 
AES-in  IV  enerji  blokunda  yoxlama  işləri  aparılan  zaman  şiddətli  partlayış 
nəticəsində  baş  verdi.  Partlayışdan  sonra  yaranmış  yanğını  söndürmək  üçün  ilk  9 
gün  ərzində  vertolyotlarla 5.000  tondan  çox qum  və  çınqıldan  istifadə  olundu və 
qəzalı blok dəmir hissələrlə örtüldü. 
        Ətrafa  dağılmış  radioaktiv  şüalanma  ilkin  olaraq  Bolqarıstan,  Avstriya, 
Yunanıstan, Rumuniya, Finlandiyada hiss olundu. Hadisədən sonra  “ölüm buludu” 
adlandırılan  radioaktiv  buludun  bir  hissəsi  Şərqi  Avropaya,  digər  bir  hissəsi  isə 
küləklər  vasitəsi  ilə  cənuba  -  Afrikaya  qədər  hərərkət  etmişdi.  IV  reaktorun 
partlaması  nəticəsində  atmosferə  190  ton  radioaktiv  maddə  yayıldı.  BMT-nin 
məlumatlarına əsasən radioaktiv tullantıların miqdarı 50.000.000 küri təşkil edir ki, 
bu da 1945-ci ildə Xirosima və Naqasakiyə atılan bombadan 500 dəfə güclü idi. 
        Hadisədən sonra stansiyaya yaxın ərazilər və Pripyat şəhəri daxil olmaqla, 30 
km-lik radiusda “təcrid zonası” yaradıldı. Çernobilin 10 km-lik təhlükəli ərazisində 
yerləşən Pripyat şəhərinin 49.000-lik əhalisi özləri ilə yalnız bir neçə geyim əşyası 
və şəkil albomları götürmək icazəsi ilə ərazidən çıxarıldılar.  
BMT-nin  ixtisaslaşdırılmış  təsisatlarından  olan  Atom  Enerjisi  üzrə  Beynəlxalq 
Agentlik  (MAQATE),  Ümumdünya  Səhiyyə  Təşkilatı,  Dünya  Bankı  kimi 
təşkilatlar  və  Rusiya,  Belarusiya,  Ukrayna  rəsmilərinin  yaratmış  olduqları 
“Çernobil Forumu”- nun 2005- ci il “Çernobildən miras qalanlar: Sosial, iqtisadi, 
ekoloji və sağlamlıq problemlər” adlı hesabatında aşağıdakılar qeyd olunmuşdu: 
-
 
7.000 insan həlak oldu. 
-
 
25.000 insan ömürlük şikəst qaldı. 
-
 
Faciədən sonra doğulan uşaqların 90%-ində əlillik aşkar olundu. 
-
 
4.000 uşaq tiroid xərçənginə tutuldu. 
-
 
Faciənin  nəticələrini  aradan  qaldırılmasına  600.000  insan  cəlb  olundu  ki, 
onların  da  bir  hissəsi  güclü  radiasiya  səbəbindən  hadisə  yerində  dünyasını 
dəyişdilər. 
        “Qrinpis”  təşkilatının  hesabatlarına  əsasən  qəzanın  nəticələrinin  aradan 
qaldırılmasnın  ilk  2  ilində  650.000  insan  xilasetmə  işlərinə  cəlb  edilmiş,  onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə