Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   24   25   26   27   28   29   30   31   32

96 
 
 
15.
 
Kriosfer  Yer  kürəsinin  atmosfer,  hidrosfer  və  litosfer  ilə  sərhəd  zonasında 
temperaturu mənfi olan soyuq təbəqəsidir. 
16.
 
Emissiya qiymətli kağızlar və kağız pullar buraxılmasıdır. 
17.
 
Kriosfer  Yer  kürəsinin  atmosfer,  hidrosfer  və  litosfer  ilə  sərhəd  zonasında 
temperaturu mənfi olan soyuq təbəqəsidir. 
18.
 
Biota daha böyük bitki və heyvanat aləminin növlərinin məcmusudur. 
19.
 
Transpirasiya bitkinin 
torpaqdan 
aldığı  suyun yarpaqlar vasitəsi  ilə 
buxarlandırmasıdır. 
20.
 
Malyariya  ağcaqanadlar  vasitəsi  ilə  yayılan,  qaraciyərdə  inkişaf  edən 
xəstəlikdir. 
21.
 
Akkumulyasiya   axar  suların,  küləyin  və  s.  özləri  ilə  apardıqları  süxur 
hissəciklərini çökdürməsi prosesidir. 
22.
 
Filaria insan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir. 
23.
 
Ekoloji  terror  konkret  ölkə  tərəfindən  və  ya  şəxs  tərəfindən  digər  ölkənin 
flora  və  faunasına  zərər  yetirməklə,  təbii  sərvətlərini  məhv  etməklə,  bilərəkdən 
vurulan ziyandır. 
22. İrriqasiya rütubəti az olantorpaqların məhsuldarlığını artırmaq üçün onların  
          süni surətdə suvarılmasıdır.  
24.
 
Amfibiya həm suda, həm də quruda yaşayan canlı orqanizmlərdir. 
25.
 
Pemza süngər daşıdır. 
26.
 
Polisaprob su hövzələrinin dərin qatlarında yaşayan üzvi birləşmələrdir. 
27.
 
Likvidlik biznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin 
bazarda  əhəmiyyətli  qiymət  fərqi  olmadan  və  dəyər  itkisi  yaratmadan  tez 
reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. 
 
 
 
 


97 
 
Azərbaycan Dövlət İqtisad Universitetinin 
“Magistratura Mərkəzi”- nin II kurs magistrantı  
Nuriyeva Ayla Eldəniz qızının 
“Beynəlxalq münasibətlər və diplomatiya” ixtisaslaşması üzrə 
 “Dünya böhranı və ekoloji problemlər” mövzusunda 
təqdim olunmuş magistr dissertasiyasına 
 
                                                  REFERAT 
          
Tədqiqat  işinin  aktuallığı.  Dünya  iqtisadi  sisteminin  inkişafında  iqtisadi  və 
maliyyə  böhranları  müxtəlif  dövrlərə  təsadüf  etmişdir.  Böhranlar  ərəfəsində  
investorlar  öz  kapitalları  ilə  bazara  tam  əminliklə  daxil  olur,  qiymət  artımından 
bəhrələnmək  istəyir  və  bu  artımı  daha  da  gücləndirirlər.  Qiymətlər  nisbətən 
sabitləşdikcə  və  aşağı  düşdükcə,  onlar  bazardan  qaçmağa  üz  tuturlar.  Beləliklə, 
böhran başlayır.  Bir çox ölkələrin maliyyə sektorlarının dünya  maliyyə sisteminə 
inteqrasiyası isə böhranın qısa zamanda qlobal səviyyəyə keçməsinə səbəb olur. 
        Maliyyə  böhranlarının  qarşısını  təbiətin  istismarına  yönələn  strategiyalarla 
almaq  istəyi  qlobal  ekoloji  problemlərin  yaranmasına  səbəb  olur.  Bugün  dünya 
ölkələri  ozon  qatının  dağılması,  səhralaşma,  torpağın  deformasiyası,  qlobal  
istiləşmə,  ozon  qatının  deşilməsi  kimi  dünyanın  mövcudluğunu  təhdid  edən 
təhlükələrlə  qarşı-qarşıyadırlar.  Problemin  geosiyasi  aspekti  isə  sülh  və 
təhlükəsizliyin təmin olunmasında təhlükəli vəziyyət yaradır. 
        Tədqiqatın  məqsədi.  Baş  vermiş  qlobal  maliyyə  böhranlarının  (1929-33-cü 
illər; 2008-ci il) yaranma səbəblərini, səciyyəvi cəhətlərini, ortaq xüsusiyyətlərini, 
iqtisadi  böhranların  nəticələrini  ekosistem  konteksində  həllinin  səbəb  olduğu 
qlobal ekoloji problemləri nəzərə çatdırmaqdır. 
        Tədqiqatın  vəzifələri.  Qlobal  maliyyə  böhranlarının  dünya  ölkələrinin 
iqtisadiyyatlarına vurduğu ziyanı müəyyənləşdirmək, problemin həlli istiqamətində 
irəli  sürülən  strategiyaları  öyrənmək,  iqtisadi  durğunluğun  səbəb  olduğu  ekoloji 
problemləri  araşdırmaq,  Azərbaycanın  hər  iki  problemdə  yeri,  hər  iki  problemin 
həllində konstruktiv mövqeyinin şərhini verməkdir. 
        Tədqiqat işinin obyekti. Qlobal maliyyə böhranları və onların ekoloji aspekti 
tədqiqat işinin obyektini təşkil edir.  


98 
 
        Tədqiqat  işinin  predmeti.  Hər  iki  problemin  yaranma  səbəblərinin  təhlili,
 
dövlətlərin,  regional  və  beynəlxalq  təşkilatların  hər  iki  problemin  həlli 
istiqamətlərini  axtarması,  layihələrin,  forum  və  konfransların  keçirilməsi,  bir  çox 
beynəlxalq  əhəmiyyətli  sənədlərin  imzalanması  tədqiqat  işinin  predmetini  təşkil 
edir. 
        Tədqiqatın işinin quruluş və həcmi. Dissertasiya giriş, 8 paraqrafdan ibarət 
3fəsil, nəticə və təkliflər, ədəbiyyat siyahısından ibarətdir. 
        I  fəsildə  dünya  böhranları  (1929-33-cü  illər;  2008-ci  il)  və  onların  yaranma 
səbəblərindən, liberal  və  neoliberal  cərəyan  nümayəndələrinin  problemin  həllində 
mövqeyi göstərilmişdir. 
       II  fəsildə  İEÖ  və  İEOÖ  konteksində  ekoloji  problemlər,  ekoloji  problemlərin 
geosiyasi  aspekti,  bu  aspektdə  mühüm  yer  tutan  “su  diplomatiyası”  anlayışından 
bəhs edilmişdir. 
       III  fəsildə  qlobal  ekoloji  problemlərdə  Azərbaycanın  yeri,  beynəlxalq  ekoloji 
standart və normaların qəbulunda iştirakı, Ermənistanın Azərbaycan ekologiyasına, 
milli  genofondunun  məhvinə  yönəlmiş  “ekoloji  terror”  siyasəti,  ekoproblemlərin 
həlli prizmasında “İDEA İctimai Birliyi”-nin roluna geniş yer verilmişdir. 
        Tədqiqatın informasiya bazası. Tədqiqat işi zamanı azərbaycan, türk, ingilis 
və  ispan  dillərində  40-a  yaxın  ədəbiyyatdan,  monoqrafiyalardan,  BMT,  Dünya 
Səhiyyə Təşkilatı, Dünya Bankı, Qrinpis kimi beynəlxalq təşkilatların, Azərbaycan 
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “İDEA İctimai Birliyi”-nin 
hesabatlarının əks olunduğu internet resurslarından istifadə edilmişdir. 
        Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində qlobal böhranlar və onların ekoloji 
aspektinə kompleks şəkildə yanaşılmışdır. Tədqiqat işinin araşdırılması nəticəsində 
konkret  nəticələr  əldə  edilmiş,  təkmilləşdirilmə  aparılmış  və  bir  sıra  əhəmiyyətli 
təkliflər verilmişdir. 
       Böhran  sosial-iqtisadi  sistemin  fəaliyyətinə  təhlükə  yaradacaq  əksliklərin 
kəskinləşməsidir. İlk maliyyə böhranı 1716-1720-ci illərdə Fransada şotland əsilli 
Con Lonun sahib olduğu müəssisədə qeydə alınmışdır. Böyük kredit ekspansiyası, 
inflyasiya,  spekulyativ əməliyyatlar,  mənfəətin  yüksək  həddinin  saxlanılması 


99 
 
məqsədi  ilə  riskli  əməliyyatların  həyata  keçirilməsi,  investisiya  banklarının 
mülkiyyət  formasını  dəyişdirib  tərəfdaşlıqdan  səhmdar  şirkətlərə  keçmələri  və 
bununla  da  xaricdən  daha  çox  kapital  cəlb  etmələri,  ticarət  şəraitinin  pisləşməsi 
kimi faktorlar bütün maliyyə böhranlarını birləşləşdirən ortaq cəhətlərdir.    
       XX-XXI  əsr  də  bir  çox  qlobal  maliyyə  böhranlarının  yaşandığı  dövr  kimi 
tarixə  düşdü.  1929-33-cü  ildə  ABŞ-da  başlanan  və  bütün  dünyanı  əhatə  edən 
qlobal  maliyyə  böhranı  miqyası  və  təsir  xüsusiyyətləri  nəzərə  alınaraq  “Böyük 
böhran” adlandırıldı. Amerikada 200-ə qədər holdinqin ölkə iqtisadiyyatının 50%-
ində pay sahibi olması, Prezident Herbert Huverin “iqtisadiyyata dövlət tərəfindən 
müdaxilə  edilməməsi”  xəttini  tətbiq  etməsi,  ABŞ-ın  dünyada  ən  böyük  kreditor 
olması,  əmlak  bazarına  qoyulan  milyonlarla  investisiyanın  batması,  təlabatdan 
artıq məhsulun istehsalı kimi səbəblər böhranın yaranması ilə nəticələndi. 
         1929-cu  il  24  oktyabr  tarixində  isə  “Nyu-York  Fond  Birjası”-nın  səhm 
dəyərlərində rekord enmə qeydə alındı. Məhz həmin gecə  4.2 milyard dollar yox 
oldu. İlin sonuna kimi isə bu rəqəm təxminən 30 milyard dollar oldu. 4.000 bank 
iflas etdi. Böhran qısa bir müddətdə  bir çox ölkələrə yayıldı. Böhranın ilkin təsiri 
isə ABŞ-a külli miqdarda borcu olan Almaniya və Böyük Britaniyada qeydə alındı.  
       Analitiklərin  fikrincə,  əhatə  dairəsi  və  təsirləri  baxımından1929-33-cü  il 
böhranından sonra dünyada ikinci ən dəhşətli qlobal maliyyə böhranı 2008-ci ildə 
baş  verdi.  ABŞ-ın  mənzil  bazarında  problemlərlə  özünü  göstərən  böhran  15 
sentyabr  2008-ci  ildən  ABŞ-ın  158  illik  tarixi  olan  IV  böyük  investisiya  bankı 
“Lehman  Brozers”-in  iflas  etməsiylə  başladı.  Böhranın  baş  vermə  səbəbləri  kimi 
ABŞ-ın XXI əsrin əvvəllərində həyata keçirdiyi hərbi əməliyyatlara külli miqdarda 
vəsait  xəcləməsi,  dolların  məzənnəsinin  kəskin  aşağı  düşməsi,  ABŞ-da  həyata 
keçirilən səmərəsiz “ipoteka kreditləri” siyasəti kimi faktorlar göstərilir. Böhranın 
ilkin təsirləri Çin və Rusiyada, Avropada isə Yunanıstan, İrlandiyada qeydə alındı.   
        2008-ci  ilin  IV  rübü  ərzində  dünya  iqtisadiyyatı  zəifləməyə  başladıqca  neftə 
olan  təlabat  da  azalmağa  başladı.  Nəticədə  neft  gəlirlərindən  asılı  olan  bir  çox 
ölkələrin,  o  cümlədən  Azərbaycanın  da  neft  ixracı  gəlirlərində  müəyyən  azalma 


100 
 
müşahidə  olundu.  1  barel  neftin  qiymətinin  147$-dan  38$-a  endi.  Bütün  bunlara 
baxmayaraq,  uğurla  həyata  keçirilən  modernləşmə  xətti,  səmərəli  investisiya  və 
innovasiya  siyasəti  səbəbindən  Azərbaycan  iqtisadiyyatı  qlobal  böhrana  yüksək 
dayanıqlıq nümayiş etdirdi.  
       
  XXI  əsrin  əvvəllərindən  etibarən  artmaqda  olan  dünya  böhranları  dövlətlərin 
böhranlardan  minimum  mənfi  təsirlə  çıxmaları  üçün  strategiyalar  işləyib 
hazırlamaları məsələsini gündəmə gətirdi. Əldə olunmuş ümumi nəticə isə bir idi: 
“Büdcədə  yaranmış  kəsri  təbiətdən  əldə  olunmuş  məhsullar  hesabına  ödəmək”. 
Problemlə bağlı Liberal ve Neoliberal nümayəndələrin fikirləri xüsusilə fərqlənirdi.  
       Fərdi  azadlıq,  tolerantlıq,  bərabərliliyə  əhəmiyyət  verən  liberalizmə  görə 
limitsiz  iqtisadi  inkişaf  hədəfini  limitli  bir  təbiətlə  qarşılamaq  mümkün  olmadığı 
üçün təbiətin davamlılığını maksimumlaşdırılması ilə qorumaq əsas prioritet halına 
gətirilməlidir.  Neoliberalistlər  isə  dövlət  müdaxiləsi  nəticəsində  yaradılan 
iqtisadiyyatın daimi inkişafı üçün hər zaman istehlak mühitinə ehtiyac olduğunu və 
bunu təbiətdən maksimum istifadə ilə mümkün olacağı fikrini irəli sürürdülər.  
       Təbiətin  istismarı  isə  meşələrin  kütləvi  qırılması,  torpaqların  deformasiyası, 
səhralaşma,  hidro  ehtiyatların  çirkləndirilməsi,  ozon  qatının  deşilməsi,  qlobal 
istiləşmə  kimi  qlobal  ekoloji  problemlər  və  minlərlə  “iqlim  mühacirləri”-nin 
yaranması ilə nəticələndi. Dünya Səhiyyə Təşkilatının hesabatına əsasən ən yüksək 
ekoloji çirklənmə indeksi Çin (89.36%), Peru(86.5%), Hindistan (77.72%), Rusiya 
(72.77%),  Ukrayna  (69.85%),  Braziliyada  (58.03%)  qeydə  alınmışdır.  Ekoloji 
problemlərlə  mübarizə  aparmaq  üçün  İspaniya  (Vitori-Qasteiz)  və  Yaponiya 
(Fucisava) xüsusilə seçildi. Belə ki, bu istiqamətdə İspaniya ənənəvi yola üstünlük 
verərkən, Yaponiya elm və texnologiyanın köməyindən yararlandı.  
       Ekoloji  problemlərin  geosiyasi  aspekti  də  beynəlxalq  münasibətlərə  təsirsiz 
ötüşmədi. Xüsusi ilə su faktoru “su diplomatiyası” kimi yeni anlayışın yaranmasına 
gətirib çıxardı. Potensial su münaqişəsi ocaqları Nil çayı hövzəsində Misir-Sudan-
Efiopiya,  İordan  çayı  hövzəsində  İsrail-Suriya-İordaniya,  Dəclə  və  Fərat  çayları 
hövzəsində Türkiyə-Suriya-İraq və İran-İraq arasında yarandı. 


101 
 
       Ekoloji  problemlər  çərçivəsində  Ermənistanın  Azərbaycan  ekologiyasının, 
milli  genofondunun  məhvinə  yönələn  “ekoloji  terror”  siyasəti  də  xüsusi 
vurğulanmalıdır.Azərbaycan  təbiətinin  məhvi,  xüsusilə  şirin  su  çatışmazlığının 
ekoloji  fəlakət  həddinə  çatdırılması,  transsərhəd  çayların  su  ehtiyatlarından  siyasi 
təsir  vasitəsi  kimi  istifadə  olunması  Ermənistanın  hidro  siyasətinin  bariz 
nümunəsidir.  Bunun  nəticəsidir  ki,  işğal  altındakı  torpaqlarımızda  ekoloji 
əhəmiyyətə  malik  Böyük  Alagöl,  Kiçik  Alagöl,  Zalxagöl,  Canlıgöl,  Qaragöl, 
Alagöl,  İşıqlı  Qaragöl  gölləri,  Xaçıncay,  Qanlı  Göl,  Arpaçay  və  Ağdamkənd  su 
anbarları antropogen təsirə məruz qalmışdır. Su anbarlarının, xüsusilə Sərsəng su 
anbarının texniki vəziyyətinin qənaətbəxş olmaması Azərbaycan üçün real təhlükə 
mənbəyidir.  125  metr  hündürlükdə  yerləşən  bəndin  qəzalı  vəziyyətdə  olması, 
anbarın  isə  qəza  və  ya  təxribat  nəticəsində  dağılması  Azərbaycanın  6  rayonunun 
400.000 nəfərlik sakininin kütləvi şəkildə həyatının itirilməsi deməkdir. 
       Digər  fakt  Füzuli  rayonunun  Seyidmahmudlu  və  Qaraxanbəyli  kəndlərinin 
arasında  yerləşən  və  yoluxucu  xəstəlikləri  tədqiq  etmək  məqsədi  ilə  yaradılan 
xüsusi  laboratoriyadır.  Ən  dəhşətli  hal  odur  ki,  tədqiqatlar  azərbaycanlı  əsirlərin 
orqanları üzərində aparılır, infeksion mənşəli qalıqlar isə Köndələnçaya  axıdılır.  
       Bugün Ermənistan Azərbaycana qarşı yürütdüyü ekoloji terror siyasətini işğal 
olunmuş ərzilərdə deyil, işğal altında olmayan ərazilərdə də həyata keçirir. Təmas 
xəttində  yerləşən  Ağdam,  Füzuli,  Cəbrayıl,  Tərtər  və  Xocavənd  rayonlarının 
əraziləri  düşünülmüş  şəkildə  od  vurularaq  yandırılır,  hər  iki  ölkənin  ərazisində 
yerləşən şirin su qaynaqlarının, xüsusi ilə Kür və Araz çaylarının qollarının insan 
orqanizminə  zərərli  maddələrlə  çirkləndirilir.  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyinin məlumatına əsasən hər ay orta hesabla, Ermənistandan 230-250.000m
3
 
çirkli su Kür və Araz çayları vasitəsi ilə Azərbaycan ərazisinə daxil olur. 
       Ermənistanın  bütün  dünya  ölkələrinin  faciəsinə  səbəb  olacaq  ən  aktual 
problemi “Metsamor AES”-in təhlükəli vəziyyətdə olmasıdır. Fəaliyyətinin ilk 10 
ilində  150-dən  çox  qəzanın  yaşandığı  stansiyanın  ətrafında  hal-hazırda  5  tektonik 
çat var. O da nəzərə alınmalıdır ki, “Metsamor AES”-də baş verə biləcək hər hansı 
hadisə  zamanı  Azərbaycan  hökumətinə  evokuasiya  üçün  24  saatdan  da  az  vaxt 


102 
 
qalacaq.  Yaşanacaq  faciənin  miqyası  yalnız  Azərbaycanı  deyil,  bütün  Cənubi 
Qafqaz,  Yaxın  və  Orta  Şərq,  Avropanın  böyük  hissəsini  əhatə  edəcəkdir.  Aİ 
“Metsamor  AES”-in  bütün  bölgə  üçün  təhlükə  olduğunu  nəzərə  alaraq,  2004-cü 
ildə  stansiyanı  2011-ci  ildən  gec  olmayaraq  bağlanmasını  tələb  etmiş, 
Ermənistanın enerji ehtiyaclarını ödəmək üçün isə 100 milyon avro verməyə hazır 
olduğunu bildirmişdir. Qarşı tərəfin 1 milyard avro tələbi səbəbindən razılaşma baş 
tutmadı.  Buna  qarşılıq  olaraq  isə  Ermənistan  “Metsamor”-u  2016-cı  ilədək,  uzaq 
perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmədi. 
        Azərbaycan  isə  hər  bir  problemin  həllində  olduğu  kimi  qlobal  ekoloji 
problemlərin həllinə maraqlı olan ölkədir. “Kioto Protokolu”, “Monreal Protokolu” 
Azərbaycanın  ekoloji  problemin  həlli  istiqamətində  imzaladığı  beynəlxalq 
əhəmiyyətli sənədlərdən sadəcə bir neçəsidir. Bundan başqa,  ekoloji problemlərin 
həllində “İDEA İctimai Birliyi”-nin də mühüm rolu var. Təşkilat  “Heydər Əliyev 
Fondu”-nun  vitse-prezidenti  Leyla  Əliyevanın  təşəbbüsü  ilə  12  İyul  2011-ci  ildə 
fəaliyyətə  başlamışdır.  Birlik  “Cavan  ruh  üçün  cavan  ağac”,  “Gənc  Ekoloqların 
Beynəlxalq Düşərgəsi” layihəsi, “İDEA yaşıl Azərbaycan naminə” layihəsi, “Yaşıl 
həftə  layihəsi”,  “Bir-birimizdən  öyrənirik!  Müstəqil  Dövlətlər  Birliyinə  üzv 
dövlətlərin gənclərinin beynəlxalq ekoloji forumu”, “Yer kürəsi uşaqların gözü ilə” 
gənclərin  beynəlxalq  fotomüsabiqəsi,  “Ceyranların  Gürcüstan  Respublikasına 
reintroduksiyası”  layihəsi,  “Hər  kağızı  bir  yarpağa  dəyişək!”  layihəsi,  “Qafqaz 
Biomüxtəlifliyi  Sammiti”,  “Ümumrespublika  Yaşıllaşdırma”  marafonu,  “Yer 
saatı” kompaniyası kimi lokal, regional və beynəlxalq layihələr həyata keçirmişdir.  
        Tədqiqat  işinin  sonunda  belə  nəticəyə  gəlmək  olar  ki,  təbiətlə  cəmiyyət 
arasında  qarşılıqlı  münasibətlərin  ziddiyyətlərindən  yaranan  qlobal  iqtisadi  və 
ekoloji  problemlər  keçmiş  və  indiki  dövrdə  deyil,  gələcəkdə  də  aktual  problem 
olaraq  qalacaqdır.  Hər  iki  sahədə  yaranmış  problemlərin  həlli  üçün  dövlətlər  və 
beynəlxalq təşkilatlar birgə tədbirlər görməlidirlər.      
       
 
 
 
 


103 
 
                                                                                        A.Э.Нуриева 
“Мировой кризис и экологические проблемы” 
PЕЗЮМЕ 
       Основная тема исследования диссертации финансовый кризис, который 
расразился  на  арене  мировых  экономических  и  экологических  аспектов. 
Нестабилность  мировых  национальных  экономик  связанный  с  ними 
финансовый  кризи,  природа  стратегий,  направленная  на  предотвращение 
этих  вызовов  привели  к  возникновению  глобальных  экономических 
проблем.  Основная  цель  диссертации  выдвинутый  иследование  обой 
проблемы поиска альтернативных решений. 
       Оглавление:  Диссертации
 
состоит Введение, основная часть 3 главы 8 
параграфов,  заключение,  выводы  и  рекомендации,  список  использованной 
литературы. 
        В первой главе даётся описание мировых кризисов (1929-33гг; 2008г) и 
их  причины,  роль  США  в  возникновении  финансового  кризиса.  В  то  же 
время,  подготовка  ряда  стратегий  для  преодоления  дефицита  бюджета 
представители  либеральной  и  неолиберальной  позиции  указивали  решение 
этих проблемы. 
       Во  второй  главе  излагаются  экологических  проблем,  вызванные 
финансовым  кризисом  развитых  и  развивающихся  стран,  призывающих 
изучить  решение  этой  проблемы.  Кроме  того,  в  главе  основное  внимание 
уделяется  пониманию  важных  вопросов  геополитического  аспекта, 
экологических  проблем,  которые  являются  важным  аспектом  “водной 
дипломатии”. 
        Во  третьей  главе  излагается  место  Азербайджана  в  глобальных 
экологических 
проблемах, 
участие 
в 
принятии 
международных 
экологических  стандартов  и  норм,  политика  Армении  к  Азербайджану  в  
национального генофонда выражена в “экологического терроризме”. В этой 
главе приводится спектр решения экологических проблем кампании “IDEA” 
на местном, региональном и глобальном уровнях. 


104 
 
                                                                                                      A.E.Nuriyeva 
“Global crisis and environmental problems” 
                                                      THE RESUME 
       The  global  economic  financial  crisis  and  their  environmental  aspects  are 
main  theme  of  the  thesis.  The  instability  of  the  national  economy  as  a  result  of 
the  world  financial  crises  strategies  aimed  at  preventing  the  exploitation  of 
nature  resulted  in  the  emergence  of  global  environmental  problems.  The  main 
purpose  of  the  thesis  is  investigating  the  both  problems  and  finding  alternative 
solutions. 
       Structure:  Thesis  consist  of  an  introduction,  3  chapters,  8  paragraph, 
conclusion and recommendations and list of literature.  
       The first chapter deals with world crises (1929-33; 2008) and their causes, the 
role  of  the  USA  in  the  both  financial  crisis.  At  the  same  time,  in  this  chapter  is 
shown  to  make  the  number  of  strategies  for  eliminating  deficit  in  the  budget, 
liberal and neo-liberal position for solving this problem. 
        The second chapter is talking about environmental problems which caused by 
the  financial  crisis,  the  solution  of  the  problem  in  the  context  of  developed  and 
developing countries. Besides, the geopolitical aspects of environmental problems, 
an important aspect of “water diplomacy” are important issues in this chapter. 
       Azerbaijan  in  the  global  environmental  problems,  the  participation  of 
international  environmental  standards  and  norms,  Armenia’s  “environmental 
terrorism”  policy  for  destruction  of  Azerbaijan’s  environment  and  the  national 
gene pool is shown in the third chapter. The role of “IDEA” in the he spectrum of 
the  solution  of  local,  regional  and  global  levels  of  environmental  problems  are 
discussing other issues in this chapter. 
        At the end of the thesis conclusion and recommendations are listed. 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə