Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   8   9   10   11   12   13   14   15   ...   32

35 
 
verdiyi  məlumata  əsasən  hal-hazırda  təhlükəli  hədd  Kanada,  Şimali  Avropa  və 
Rusiyanın Arktikaya yaxın hissəsində qeyd olunur.  
       Ozon  qatının  yeyilərək  nazikləşməsinin  və  nəhayət  dağılmasının  ən  əsas 
səbəbi  XFK-freonlardır.  Freonlar  kimya  sahəsində  və  məişətdə  -  soyuducularda, 
kondisionerlərdə,  aerozol  qablaşdırmalarda  geniş  tətbiq  edilir.  Onlar  özlüyündə 
toksiki  deyillər,  lakin  çox  davamlıdırlar,  xüsusilə,  XFK-11,  XFK-12  və  XFK-13 
maddələrinin atmosferdə orta qalma müddəti müvafiq olaraq, 50, 102 və 85 ildir və 
onlar hava kütlələrinin hərəkəti nəticəsində stratosferə düşürlər.  Bunun nəticəsidir 
ki,  bir  sıra  ölkələr  -  Norveç,  İsveç,  Finlandiya,  ABŞ  aerozol  qablaşdırmalarda 
freonların tətbiqindən imtina etmişlər.  
        Bugün  ozon  qatının  qorunması  problemi  dünya  ölkələri  üçün  həlli  vacib 
qlobal  ekoloji  problemlərdən  biridir.  Vəziyyətin  ciddiliyi  onunla  dərinləşir  ki,  
ozon  qatının  bir  faiz  nazikləşməsi  ultrabənövşəyi  şüalanmanın  təsir  gücünün  iki 
faiz  artması  deməkdir.  Statistik  məlumatlar  göstərir  ki,  mövcud  problemin  insan 
üçün ən ağır nəticəsi - dəri xərçəngi və bədxassəli melanoma
15
 xəstəlikləri, gözün 
kataraktası  və  göz  büllurcuqlarının  deformasiyasıdır.  Son  20  ildə  məhz  ozon 
qatının  nazikləşməsinin  nəticəsi  olaraq  30-dan  çox  təhlükəli  xəstəliklər  əmələ 
gəlmişdir.  Ətraf  Mühitin  Mühafizə  Agentliyi  hesab  edir  ki,  əgər  XFK-nın 
istifadəsinə nəzarət olunmasa, ən yaxın vaxtlarda katarakta daha 18 milyon nəfərə 
yayıla  bilər. BMT-nin  rəsmi  məlumatlarına  görə  ozon  qatının  cəmi  1%  azalması 
dünyada 100 min yeni katarakta hadisəsinin və 10 min dəri xərçənginin yaranması 
ilə nəticələnir.  
        Bundan  başqa,  ozon  qatının  dağılması  parnik  effektinin  güclənməsinə, 
ekvator  zonasında  planktonların  məhvi  nəticəsində  okeanın  biogenezinin 
dağılmasına,  flora  və  faunanın  məhvinə,  torpağın  deformasiyasına,  ətraf  mühitin 
ümumi çirklənməsinə, quraqlığa, biosfer və iqlimin dəyişilmələrinə səbəb olur. 
37
 
                                                 
37
 T. Xəlilov, M. Zeynalova “Qlobal ekoloji problemlər” Bakı-2014, səh [ 83-87 ] 
____________________________ 
 
15
 
Melanoma üzün quruluşunu dəyişən dəri xərçəng xəstəliyinin bir növüdür.
 
 


36 
 
       Problemin  həlli  istiqamətində  atılan  ən  uğurlu  addımlardan  biri  Monreal 
şəhərində  qəbul  edilmiş  “Ozon  Qatını  Dağıdan  Maddələr  Haqqında  Monreal 
Protokol”-u dur. Protokola ozon qatını dağıdan maddələrin istehsal və istifadəsinin 
mərhələlər  üzrə  azaldılmasının  kompleks  qrafiki,  eləcə  də  həmin  maddələrin 
istehsal, ixrac və idxalının tənzimlənmə tədbirləri əlavə edilmişdir. Eyni zamanda, 
Monreal  protokolu  ozon  qatını  dağıdan  freonların  istehsalının  azalmasına  gətirib 
çıxardı  və  onları  ozon  qatı  üçün  təhlükəli  olmayan  hidroxlorflüorkarbonlarla 
(HCİFC) və hidroflüorkarbonlarla (HFC) əvəz etməyə başladılar. 
        Beynəlxalq 
əhəmiyyətli  problemlərin  həllində  aktiv  iştirak  edən 
Respublikamız  bu  məsələyə  də  konstruktiv  mövqedən  yanaşmışdır.  Azərbaycan 
Respublikasının  Prezidenti,  Ümummilli  lider  Heydər  Əliyevin  18  iyul  2000-ci  il 
tarixli  qərarı  ilə  “Ozon  Qatını  Dağıdan  Maddələr  üzrə  Monreal  Protokolu”-na  
qoşulmuşdur. Həmin qərarda aşağıdakılar öz əksini tapmışdır: 
-
 
“Ozon  qatını  dağıdan  maddələr  üzrə  Monreal  Protokolu”  ilə  müəyyən 
olunmuş  ozondağıdıcı  maddələrin  siyahısına  daxil  olan  maddələrin  idxalı 
dayandırılsın; 
-
 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələcəkdə 
bu  siyahıda  hər  hansı  dəyişiklik  və  ya  əlavələr  olduğu  təqdirdə, 
yeniləşdirilmiş  məlumatların  aidiyyəti  dövlət  orqanlarına  çatdırılmasını  və 
mətbuatda dərc edilməsini təmin etsin
-
 
Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi  ozondağıdıcı 
maddələrin idxalı və ixracına nəzarəti gücləndirsinlər.
38
  
     “Monreal Protokolu”-na qoşulmaqda əsas məqsəd protokolun Əlavə A, Əlavə B 
və Əlavə E siyahısına daxil edilmiş ozondağıdıcı maddələrin idxalı dayandırılması 
idi. Problemin həll məqsədi ilə həmin maddələrlə işləyən texnologiyalar alternativ 
texnologiyalarla  əvəz  edildi.  Bundan  başqa, Azərbaycan  Respublikası  tərəfindən 
qəbul  edilmiş  öhdəliklərə  əsasən  21  dekabr  2002-ci  ildən  protokolun  E  əlavəsinə 
                                                 
38
 Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar” - “Ozon qatını dağıdan maddələr 
üzrə Monreal protokolu” 
http://files.preslib.az/projects/azereco/az/eco_m4_7.pdf, (son baxılma tarixi: 18.10.2014) 


37 
 
daxil  edilmiş  metilbromid,  1  yanvar  2006-cı  ildən  isə  A  əlavəsinin  I  qrupunda 
göstərilən maddələrin idxalı və ixracı tamamilə qadağan olunmuşdur.
39
 
      Ümumiyyətlə, onlarla dövlətin protokola qoşulması ilə atılmış bu addım ozon 
qatının  nazikləşməsi  prosesini  yavaşlatsa  da,  HCİFC,  HFC  kimi  maddələrin 
istifadəsinə  üstünlük  verilməsi  və  onların  güclü  istixana  effektinə  malik  olmaları 
qlobal istiləşmə problemini daha da inkişaf etdirdi.  
       Qlobal  istiləşmə  isə  atmosferə  atılan  qazların  istixana  təsiri  yaratması 
nəticəsində  Yer səthinin və Dünya okeanının orta illik hərarətinin tədricən artması 
prosesidir.  İstixana  effektinin nə olduğunu  anlamaq  üçün üzəri  şüşə, yaxud  şəffaf 
plastiklə örtülmüş istixanada gedən prosesi təsəvvür etmək kifayətdir. Belə ki, işıq 
enerjisi bu qurğunun şəffaf örtüyündən keçərək burada olan bitkilər, torpaq, su və 
əşyalar  tərəfindən  udularaq  onları  qızdırır  və  beləliklə  istilik  enerjisinə  çevrilir. 
İstiləşmiş  cisimlər  isə  özündən  infraqırmızı  şüalar  buraxır.  Bu  şüaların  kənara 
çıxmasına istixana örtüyü qismən mane olur. Beləliklə, enerjinin bir hissəsi tutulub 
saxlanılır və istixananın içərisində olan havanın temperaturu yuxarı qalxır. Oxşar 
proses Yer kürəsində də baş verir. Günəş şüalarının çox hissəsi atmosferi keçərək 
yer  səthinə  düşür  və  onu  qızdırır.  Yer  səthindən  çıxıb  onun  müəyyən  qədər 
soyumasına  səbəb  ola  biləcək  infraqırmızı  şüalar  kosmosa  istiqamətlənir,  lakin 
Yerin atmosferində elə qazlar vardır ki, onlar infraqırmızı şüaların bir hissəsini əks 
etdirərək havanın qızmasına səbəb olur. Belə qazların miqdarı artdıqca, atmosferdə 
tutulub  saxlanan  enerjinin  də  miqdarı  artır  və  Yerin  temperaturu  ümumilikdə 
yüksəlir. 
                                                 
39
“Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  “Ozon  qatını  dağıdan  maddələr  üzrə  Monreal 
Protokolu»  ilə  müəyyən  olunmuş  tənzimlənən  ozondağıdıcı  maddələrin  siyahısı»nın  təsdiq  edilməsi 
haqqında qərar № 203” 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə