Parlayan Günəş



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix15.07.2018
ölçüsü4,22 Mb.
#55887
  1   2   3   4   5   6   7   8   9   10   11


1


2

3

Parlayan Günəş

aylıq jurnal



Təsisçi: İmam Rza (əleyhis-salam)-ın  

               müqəddəs hərəmi



Məsul müdir: Seyyid Məhəmməd Cavad 

                        Haşiminijad Əşrəfi



Baş redaktor: Höccətül-İslam 

                        Höccət Müdərrisi



İcraçı direktor: Firəngiz Zeynəli

Redaktor: Novruzov Vüsat

Redaksiya heyəti:

Məcidov Məhəmməd

Həsənov Ceyhun

Novruzov Vüsat



Dizayn: C. Həsənov

Naşir: Qüds mədəniyyət müəssisəsi

Ünvan: İran İslam Respublikası, 

              Məşhəd şəhəri, İmam Rzanın (ə)  

              müqəddəs hərəmi

Tel.: +98-51-32213474; 

         +98-51-32259090



Faks:+98-51-32219900

Sayt: www. imamrezashrine.aqr.ir

E-mail: iro@ imamrezashrine.com

Bu sayda

Qur’ani-Kərimdə 

Peyğəmbərin məqamı ---------------- ---2,3

İmam Cəfər Sadiqin (ə) həyatı----------4,5

Nurani hədislər ---------------------------6,7

İmam Rzanın (ə) həyatı (6) -------------8,9

İmam Mehdinin (ə.f) qeybə çəkilməsinin  

siyasi-ictimai səbəbləri----------------10,11

Nübüvvət İlahi lütfdür-----------------12,13

Dəstəmaz haqqında--------------------14,15

Gəncə imamzadəsi------------------------16

Vəhdət həftəsi-----------------------------17

Peyğəmbərin (s) ziyarəti--------------18,19

Qur’ani-Kərimdə 

Peyğəmbərin (s) xatəmiyyəti---------20,21

İslami həyat tərzi-----------------------22,23

Əllamə Təbatəbainin (r.ə) həyatı ----24,25

Əminullah ziyarəti------------------------26

Təqvim-------------------------------------27

Uşaq səhifəsi --------------------------28,29

Peyğəmbərin (s) ziyarətgahı

 haqqında -------------------------------30,31

Müsabiqə-----------------------------------32



Belə  ki,  Qurani-Kərim  buna  işarə  edərək 

bütün  müsəlmanların  Peyğəmbərdən  (s) 

örnək almaqlarının vacibliyini vurğulayır:

وُجْرَـي َناَك نَمِّل ٌةَنَسَح ٌةَوْسُأ ِهَّللا  ِلوُسَر يِف ْمُكَل َناَك ْدَقَل 

ًريِثَك َهَّللا َرَكَذَو َرِخ ْلا َمْوَـيْلاَو َهَّللا

Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə 

və əməldə) ümid bəsləyən və Allahı çox zikr 

edənlər  üçün  Allah  Rəsulunun  rəftarında 

həyat örnəyi və nümunəsi vardır.

1

 

İslamın  gözəl  əxlaqını  bütün  insanlara  təbliğ 

etməyə  çalışan  insan,  özü  də  o  əxlaqa  sahib 

olmalıdır. Çünki ən gözəl təbliğ nümunə olmaqdır. 

Peyğəmbər (s) həqiqətən də gözəl bir örnək sahibidir.

Başqa bir ayədə isə belə buyurulur: 



َكِلْوَح ْنِم ْاوُّضَفنَلا  ِبْلَقْلا َظيِلَغ اًّظَف َتنُك ْوَلَو ْمُهَل َتنِل ِهّللا َنِّم ٍةَمْحَر اَمِبَف 

َهّللا َّنِإ ِهّللا ىَلَع ْلَّكَوَـتَـف َتْمَزَع اَذِإَف ِرْمَلأا يِف ْمُهْرِواَشَو ْمُهَل ْرِفْغَـتْساَو ْمُهْـنَع ُفْعاَف 

َنيِلِّكَوَـتُمْلا ُّبِحُي

Beləliklə, Allah  tərəfindən  olan  rəhmətin  bərəkəti  sayəsində 

onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli 

olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv 

et,  onlar  üçün  bağışlanmaq  dilə  və  işlərdə onlarla  məsləhətləş və  qəti  qərara 

gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir.

2

Həzrət Peyğəmbər (s) daim ümmətinin barəsində düşünürdü. Bu səbəbdən dolayı qüssəli və 

fikirli olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Həzrətin (s) rəftarı 

haqqında  nəql  edilmişdir  ki,  xoş  rəftarlı  olduğu  üçün,  onu  görənlər  özlərini  Həzrətin  (s) 

nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla şirin dillə 

danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə də qəlblərində İslama rəğbət və 

məhəbbət oyadırdı.

Allah-təala İslam Peyğəmbəri həzrət Məhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və 

o həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu qərar verdi. Bu 

din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana sarılanların rəhmətdən payı vardır.

1- Əhzab surəsi, ayə 21

2- Ali-İmran surəsi, ayə 159

Ya 

Məhəmməd!



ًةَمْحَر  َّلِإ َكاَنْلَسْرَأ اَمَو 

َ

نيِمَلاَعْلِّل



“(Ya Məhəmməd!) Biz səni 

aləmdəkilər üçün yalnız bir 

rəhmət olaraq 

göndərmişik.”

1

 

1- Ənbiya surəsi, ayə 107.



Qur’ani-Kərim

Allah-təala Qurani-Kərimdə buyurur: 



ٌصيِرَح ْمُّتِنَع اَم ِهْيَلَع ٌزيِزَع ْمُكِسُفنَأ ْنِّم ٌلوُسَر ْمُكءاَج ْدَقَل 

ٌميِحَّر ٌفوُؤَر َنيِنِمْؤُمْلاِب مُكْيَلَع

Həqiqətən  sizə  (mələklərdən  və 

cinlərdən  deyil)  özünüzdən  olan  bir 

peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə 

düşməyiniz  ona  ağırdır;  o,  sizin  (iman 

gətirməyinizi  və  kamala  çatmağınızı)  çox 

istəyir və möminlərə qarşı çox mərhəmətli 

və mehribandır.

1

Ayədən  anlaşılır  ki,  Peyğəmbər  (s)  təkcə 

insanlara  deyil,  həm  də  bütün  məxluqata 

peyğəmbər göndərilmişdir. 

Ya  Rəsulullah!  Siz,  Rəbbimizin  bizə  lütfü  olmaqla 

yanaşı  bütün  aləmlərə,  o  cümlədən  göydəki  mələklər, 

yerdəki  insanlar  və  cinlər  üçün  göndərilmisiniz.  Bütün 

məxluqat  sizin  vücudunuzla  şərəfə  nail  olmuşdurlar.  Sizin 

sayənizdə günahkarlara möhlət verilmiş, hətta sizi inkar edənlərin 

belə cəzası Qiyamətə qədər təxirə salınmışdır. Möminlər isə sizə iman 

gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi 

səadətə nail olacaqlar.

 Hər bir kəs öz bəndəliyi miqdarında başqalarına rəhmət ola bilər. Rəhmət olmağın ilkin 

şərtlərindən  biri  ilk  əvvəl Allaha  doğru-düzgün  bəndə  olmaqdır.  İnsan  bəndə  olmaqla  ilk 

növbədə özünə rəhm etmiş olur. Əgər bir kəs özünə rəhm etməmişdirsə, başqaları üçün necə 

rəhmət ola bilər? Hər kəs bəndəlik yolunda addım atmayıbsa, özünə məhəbbət bəsləməyib. 

Ona  görə  də  başqalarına  məhəbbət  göstərə  bilməz.  Peyğəmbərimizin  (s)  ümmətinə  qarşı 

duyduğu məhəbbət, şəfqət və mərhəmət, bir ananın övladına olan mərhəmətindən daha çox 

idi. O, dünyanı şərəfləndirməsindən əvvəl də rəhmət idi, yaşadığı zaman da rəhmət idi, qəbir 

aləmində də rəhmətdir, qiyamət günündə də rəhmət olacaq.

Onun  rəhmət  qanadları  bütün  aləmi  əhatə  etmişdir. Aləmlərə  rəhmət  olaraq  göndərilən, 

möminlərə Allahın ayələrini oxuyan və onları paklayıb təmizləyən həzrət Peyğəmbərin (s) bu 

halı və bu həyat tərzi bütün dünya müsəlmanlarına örnəkdir.

1-Tövbə surəsi, ayə 128



4

5


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə