Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   2   3   4   5   6   7   8   9   10   ...   32

20 
 
         Bundan başqa, “Termodinamikanın II qanuna görə, yer kürəsi daxil olmaqla, 
kainatda  hər  bir  detalın  məhvə  doğru  inkişaf  yolu  vardır.”  reallığı  liberallar 
tərərfindən  qəbul  olunmamaqla  yanaşı,  yer  kürəsində  mövcud  bütün  ekoloji 
problemlərlə bağlı narahatlıqların əsassız olduğu bildirilir.
14
 
        Klassik  kapitalizm  və  azad  bazarın  ənənəvi  prinsiplərinə  qayıdış-
Neoliberalizm  isə  1980-cı  illərdən  sonra  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 
ölkələrin mövcud siyasi, iqtisadi nəzəriyyəsi olub, 20-ci əsrin ortalarından etibarən 
ABŞ  və  İngiltərənin  qlobal  təzyiqləri  nəticəsində  inkişaf  etməkdə  olan  ölkələrə, 
xüsusilə  Bretton  Vuds  təşkilatı  vasitəsi  ilə  iqtisadi  inteqrasiya  etmək  məqsədi  ilə 
yaradılan nəzəriyyədir. Neoliberalizm müəyyən mənada burjuaziyanın sosial sfera 
və dövlət sektorunun, yeni sosial yönümlü institutların artımına cavabdır. Belə ki, 
sosial  -  demokratiya  və  onun  yaratdığı  qurumlar  öz  vəzifələrini  yerinə  yetirir  və 
XX  əsrdə  kapitalizmi  stabilləşdirməyə  kömək  edirdilər.  Bir  məsələ  də  qeyd 
olunmalıdır  ki,  əgər  bu  qurumlar  fəaliyyətlərində  zəifləməsələr,  onlar  öz 
funksiyalarından  kənara  çıxaraq  stabilləşmə  amillərindən  qeyri-stabilləşmə 
elementlərinə çevriləcəklər, çünki sonsuz şəkildə istehlakı genişləndirmək olmaz.
15
 
        Daha  çox  gəlir  əldə  etmək  üçün  fərdi  sahibkarlığın  inkişaf  etdirilməsi, 
istehlakın  dövlət  tərəfindən  tənzimlənməsi,  işsizlik  həddinin  minimuma 
çatdırılması neoliberalizm nəzəriyyəsinin əsasını təşkil edir. Stabil daxili siyasətin  
stabil  iqtisadiyyatla  birbaşa  əlaqəli  olduğunu  vurğulayan  neoliberalistlər  dövlət 
müdaxiləsi  nəticəsində  yaradılan  iqtisadiyyatın  daimi  inkişafı  üçün  hər  zaman 
istehlak  mühitinə  ehtiyac  olduğunu  qeyd  edirər.  İstehsal  və  istehlakı  artırmaqla 
əhalinin sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına inanan neoliberalist düşüncə 
inkişaf  etməkdə  olan  ölkələr  arasında  bərabərsiz  mühüt  yaratdığı,  eyni  zamanda, 
istehsal və istehlak prosesləri zamanı təbiətin maksimum istismarına səbəb olduğu 
üçün sərt tənqid olunurlar.
16
  
                                                 
14
 Laferriere & Stoet “IR Theory and ecology”, pg. [ 41 ] 
15
 P. Mirowski & D. Plehwe “ The road fromMont Pelerin: The making of neoliberal thought collective” 
(2009), pg. [ 14-15 ] 
16
 P. Richard “Neoliberalism and nature: The case of the WTO” (2003), pg. [ 188-211 ]
 


21 
 
        Bundan  başqa,  neoliberalistlər  iqtisadiyyatın  mərkəzdən  planlaşdırılmasının 
əleyhinə  çıxırlar.  Onlara  görə  dövlətin  iqtisadi  siyasəti  böyük  nüfuza  malik  bir 
qrup  şəxslər  tərəfindən  dəyişdirildiyindən  bu  tipli  qərarlar  ya  yalnız  dövlət 
tərəfindən  deyil,  ümumi  səsverməyə  çıxarılmalı  və  səsvermənin  nəticəsinə  uyğun 
olaraq  son  qərar  verilməlidir,  ya  da  iqtisadi  problemlərin  həlli  ilə  məşğul  olan 
qurum yaradılmalı və iqtisadiyyat sahəsində dövlət bu orqanla müzakirələr aparıb 
son qərara gəlməlidir.              
         Sosial 
dövlətə  təzyiq  metodunu  kapitalın  qaçması  hesab  edən 
neoliberalistlərə görə işçi qüvvəsinin bahalı olması bəhanəsi ilə kapital elə ölkələrə 
gedir ki, orada işçi qüvvəsi daha ucuzdur, həmkarlar ittifaqları və tətillər yoxdur. 
Düşünmək  sadəlövhlük  olar  ki,  qərb  dövlətləri  kapitalın  bu  gedişinə  qarşı 
müqavimət göstərməlidirlər, əksinə, onlar bu gedişi stimullaşdırırlar. Bundan sonra 
dövlətlər  daha  aydın  şəkildə  transmilli  forma  alan  kapital  qarşısında  qulluq 
göstərmək üçün aralarında rəqabət aparmalıdırlar. 
        İstər  sərmaye  əldə  etmək  təcrübəsini  artırmaq,  istərsə  də  sosial  siniflərin 
gücünə  önəm  vermək  kimi  qiymətləndirilsə  də,  neoliberalistlər  iqtisadi  siyasətin 
ekoloji təsirlərini daima diqqət mərkəzində saxlayırlar. Belə ki, hələ 1970-ci illərin 
əvvəllərində braziliyalı iqtisadçı Selso Furtado hesablamışdı ki, əgər dünyanı orta 
amerikalının  istehlak  səviyyəsinə  çatdırsaq,  iqtisadi  fəlakət  dərhal  baş  verəcək, 
çünki,  planetdə  elə  ölçüdə  resurs  yoxdur  ki,  hamı  üçün  amerikan  həyat  tərzini 
təmin  edə bilsin. Neoliberalizm  bu  problemin  həllini, bir tərəfdən, sosial  dövlətin 
sıxılması hesabına, digər tərəfdən isə kapitalın varlı Şimaldan yoxsul Cənuba yer 
dəyişməsi  hesabına  tapır,  həm  də  kapital  Cənuba,  onu  daha  zəngin  etmək  üçün 
gəlmir  və  ümumilikdə  Cənub  daha  da  yoxsullaşır.  Bunun  qarşısını  almaq  üçün 
Qərbin aşağı sosial təbəqələri öz istehlakçı ambisiyalarından imtina etməlidirlər. 
       Eyni  zamanda,  iqtisadi  böhranların  bir  neçə  dəqiqə  içində  dünyaya  yayıldığı 
neoliberal  sistemdə  ekoloji  böhranlar  da  inişaf  edərək  qlobal  formaya  çevrilir. 
Misal  olaraq,  1986-cı  ildə  baş  vermiş  Çernobil  faciəsi  yüz  kilometrlərlə  əraziyə 
yayılmış və təsir gücü fərqli qitələrdə hiss edilmişdir. Bundan başqa, 2011-ci ildə 


22 
 
Fukuşima stansiyasında baş verən qəza nəticəsində yayılan radiasiya buludu hətta  
ABŞ-ın qərb hissəsinə qədər gəlib çıxmışdır. 
       Bundan  əlavə,  neoliberal  siyasət  Çin  və  Braziliya  kimi  ətraf  mühitə  həssas 
olmayan  iqtisadi  siyasət  tətbiq  edən  dövlətlərin  ixrac  yönümlü  bir  inkişaf  yolu 
izləyərək  ekoloji  böhranların  da  qloballaşmasına  səbəb  olmuşdur.  Belə  ki,  Çin 
artmaqda  olan  sənaye  istehsalı  ilə  elektrikə  olan  təlabatını  kömür  yandıran 
stansiyalardan  qarşılaması,  Şimali  Çində  su  qıtlığının  yaranmasına  səbəb 
olmuşdur.
17
  Çinin  Beijinq  şəhərində  yaranan  hava  çirklənməsi  isə  rekord  səviyyə 
gəlib  çıxmışdır.
18
  Özü  istisna  olmaqla,  dünyada  mövcud  ölkələrin  istifadə  etdiyi 
qədər  kömür  istifadə  edən  Çinin  Beijinq  şəhərində  hava  çirkliliyi  indeksi,  ən 
təhlükəli  səviyyə  hesab  olunan  300  faktorun  3  qatına  çıxaraq  rekord  səviyyəyə 
çatmış  və  nəticədə  şəhər  yaşanmaz  hala  düşmüşdür.  Bununla  bərabər,  təsirləri 
görünməz olan elektron tullantıların emalı və dəmir sənayesi Çində qarşısı alınmaz 
təhlükələr yaratmışdır.
19
 
        Neoliberal siyasətlə  yayılan  iqtisadi qloballaşma  inkişaf  etmiş  ölkələrin  ətraf 
mühiti çirklətməyə məcbur etdiyi kimi inkişaf etməkdə olan ölkələri də həddindən 
artıq  inkişafa  məcbur  edərək  bu  ölkənin  təbii  sərvətlərini  sərhədsiz  istismar 
etmələrinə səbəb olmuşdur. Braziliya kimi inkişaf etməkdə olan dövlətlərin iqtisadi 
baxımdan sürətli inkişafı onların təbii sərvətlərinin məhvinə gətirib çıxmışdır. İstər 
sənaye  istehsalı  səbəbi  ilə  yaranan  hava  və  su  çirklənməsi,  istərsə  də  ixracat 
hədəflərini  qarşılamaq  üçün  yaradılan  kənd  təsərrüfatı  sahələrinin  meydana 
gətirdiyi  meşələrin  kütləvi  qırılması  və  eroziya  problemləri  iqtisadi  inkişafı 
hədəfləyən fəaliyyətin nəticəsidir. 
 
                                                 
17
 Water Demands of Coal-Fired Power Drying Up Northern China March 25, 2013 Scientific American: 
http://www.scientificamerican.com/article/water-demands-of-coal-fired-power-drying-up-northern-china/ 
(son baxılma tarixi:09.03.2014 ) 
18
 NYTimes, Beijing takes steps to fight pollution as problem worsens: 
http://www.nytimes.com/2013/03/31/world/asia/beijing-takes-emergency-steps-to-fight-
smog.html?ref=enviroment   (son baxılma tarixi:15.03.2014) 
19
 
NYTimes, In 'e-waste' heartland, a toxic China: 
http://www.nytimes.com/2007/11/18/world/asia/18iht-waste.1.8374259.html 
 (son baxılma tarixi:22.03.2014)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə