Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

23 
 
II FƏSİL 
MÜASİR SİVİLİZASİYANIN İNKİŞAFINA TƏHLÜKƏ YARADAN  
QLOBAL EKOLOJİ PROBLEMLƏR. 
2.1 Qlobal ekoloji problemlər İEÖ və İEOÖ konteksində     
        Milli iqtisadiyyatların qeyri-sabitliyi, böhranların yaranması və artması son iki 
əsrdə  dünya  ölkələrinin  daha  intensiv  şəkildə  qarşılaşdığı  haldır.  Böhrana  məruz 
qalmış  dövlətlər  isə  böhrandan  daha  az  ziyanla  çıxmaq  üçün  müxtəlif  qərarlar 
qəbul  etsələr  də,  problemə  təbii  resurslar  hesabına  daha  çox  gəlir  əldə  edərək 
çıxmaq  konteksində  həll  etməyə  üstünlük  verdilər.  Təbiətin  tükənməz  hesab 
edilərək maksimum istismarı bugün bütün dünya ölkələrini əhatə edən və həlli çox 
çətin olan bir sıra qlobal ekoloji problemlərin yaranmasına gətirib çıxardı. 
        Bir məsələ də qeyd olunmalıdır ki, bugün ekoloji poblemlər qlobal problemlər 
sistemində müharibə və sülh problemlərindən sonra ikinci sırada durur: 
-
 
 Ekoloji  problemlər,  hər  şeydən  əvvəl,  bütöv  bəşəriyyətin  mənafeyini  ifadə 
edir.  
-
 
İkincisi,  ekoloji  problemlər  özünü  sivilizasiyanın  inkişafının  obyektiv  amili 
kimi göstərir, onların kəskinləşməsi tərəqqini ləngidir və bəşəri mədəniyyəti 
məhv olmaq təhlükəsi ilə hədələyir.  
-
 
Üçüncüsü, onların adekvat təhlili inteqrativ yanaşmanı, yəni təbii, texniki və 
ictimai elm nümayəndələrinin birgə fəaliyyətini tələb edir.  
-
 
Dördüncüsü, onların düzgün həlli bütün dünya dövlətlərinin iştirakı ilə geniş 
beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. 
        Bugün  su,  hava  çirlənməsi,  torpağın  eroziyası,  səhralaşma,  meşələrin 
qırılması, ozon qatının deşilməsi, istixana effektinin yaranması, qlobal istiləşmə və 
s. kimi ekoloji problemlər həm İEÖ-də, həm də İEOÖ ölkələrdə müşahidə olunur. 
Mövcud vəziyyətin ən təhlükəli halı isə adları aşağıda qeyd olunan İEÖ və İEOÖ-
də daha çox qeydə alınmaqdadır.                        


24 
 
                        
89.36
86.5
77.72
74.31
72.77
69.85
58.03
Ən yüksək ekoloji çirklənmə indeksinin qeydə 
alındığı İEÖ və İEOÖ
Çin
Peru
Hindistan
Türkiyə
Rusiya
Ukrayna
Braziliya
Şəkil 2.1 Ölkələr üzrə çirklənmə indeksi
20
 
 
       
 
Rusiya: Nüvə tullantıları, meşələrin qırılması, su, hava çirklənməsi Rusiyanın 
əsas  ekoloji  problemlərindəndir.  Ərazisinə  görə  dünyanın  birinci  dövləti  olan 
Rusiya  meşələrinin  40%-i  qırılmaya  məruz  qalmışdır.  Rusiya  hökuməti  bu 
istiqamətdə  tədbirlər  görsə  də,  xüsusilə,  ölkənin  şimal-qərbində  və  uzaq  şərqində 
problem  daha  da  aktualdır.  “Ətraf  Mühitin  Qorunması  üzrə  Rusiya  Mərkəzi”-nin 
məlumatına əsasən hər il 16.000.000 ha meşə ərazisi çirklənmə, yanğın səbəbindən 
yararsız hala düşür.  
       Nüvə  tullantıları  Rusiyanın  digər  ekoloji  problemlərindəndir.  Belə  ki,  Rusiya 
nüvə enerjisindən geniş istifadə  edən  ölkədir  və burada  fəaliyyətdə  olan 31 nüvə 
reaktoru var. Bu reaktorlardan ən böyük reaktor hesab olunan Kola AES olmaqla, 
bir  çoxu istismar  müddətini  başa vurmuş və  bütün  dünya  ölkələri  üçün potensial 
təhlükə olaraq qalır. İstifadəyə yararlı nüvə stansiyalarından isə hər il milyonlarla 
ton  nüvə  tullantıları  dəniz,  okeanlara  axıdılır.  Çelyabinsk  yaxınlığında  yerləşən 
nüvə  silahı  istehsalı  və  sınaqların  həyata  keçirən  “Mayak”  zavodu  da  hər  il 
ekologiyaya böyük ziyan vurur.
21
 
                                                 
20
 
http://www.numbeo.com/pollution/rankings_by_country.jsp
  
(son baxılma tarixi: 17.09.2014)
 
21
 http://naturvernforbundet.no/international/environmental-issues-in-russia/category930.html 
(son baxılma tarixi: 22.09.2014) 


25 
 
       Rusiyada sənayenin inkişafı su çirklənməsi problemini yaratdı. Sulara axıdılan 
kimyəvi  maddələr  səbəbindən  Rusiyanın  bütün  su  ehtiyatının  50%-i  çirklənməyə 
məruz  qalmışdır.  Çirklənmə  isə  suçiçəyi,  vəba  kimi  xəstəliklərin  yaranmasına, 
Xəzər  və  Qara  dənizində  balıqların  kütləvi  şəkildə  məhvi  ilə  nəticələndi. 
Çirklənmə  bir  çox  göllərdə  su  səviyyəsinin  aşağı  düşməsinə  səbəb  olmuşdur. 
Rekord  göstərici  Rusiyanın  paytaxtı  Moskva  şəhərindən  5.0000  km  uzaqda 
yerləşən Baykal gölündə son 60 ilin ən az su səviyyəsi qeydə alınmışdır. Rusiyalı 
mütəxəssislərinin verdiyi  məlumata  görə dünyanın  ən dərin  gölü-Baykal  gölündə 
su  miqdarının  rekord  azalma  həddi  2013-cü  ildə  qeydə  alınmışdır.  Ümumilikdə 
göldə  suyun  miqdarı  40%  almışdır.  Problemə  səbəb  kimi  qlobal  istiləşmə, 
meşələrin azalması kimi faktorlar göstərilir.  
       Rusiya  eyni  zamanda,  yüksək  hava  çirkliliyinin  qeydə  alındığı  ölkədir. 
Çirklənmənin ən yüksək həddi 1933-cü ildə havaya 43.8 milyon ton (kimyəvi və 
avtomobil  sənaye  məhsullarından)  tullantı  atılması  qeydə  alınmışdır.  1990-cı 
illərdən  etibarən  Rusiya  hökuməti  adekvat  tədbirlər  görsə  də,  Moskva, 
Yekaterinburq,  Sank-Peterburq,  Volqoqrad  bugün  çirkli  havanın  qeydə  alındığı 
şəhərlərdir.
22
 
       Çin:  İstehsala  istehlakdan  daha  çox  əhəmiyyət  verən  Çin  həm  özü,  həm  də 
digər  ölkələr  üçün  böyük  ekoloji  problemlər  yaradır.  Xüsusilə,  XX  əsrin 
ortalarından  etibarən  Çin  iqtisadiyyatında  inkişaf  müxtəlif  infrastruktur 
layihələrində,  yaşayış  standartlarının  inkişafında  öz  əksini  tapdı,  köhnə  tikililərin 
yerini göydələnlər, biznes mərkəzləri aldı. 
       Bütün  bu  inkişafa  baxmayaraq,  şəhərləşmə,  sürətlə  artan  əhali  artımı  və 
bununla  bağlı  yaranan  qida  çatışmazlığı,  düzgün  olmayan  sulama  metodlarından 
istifadə  və  s.  kimi  məsələlər  sonda  Çində  təhlükəli  ekoloji  problemlərin 
yaranmasına gətirib çıxardı.  
       Getdikcə  böyüyən  şəhərlərin  enerjiyə  olan  təlabatını  ödəmək  üçün  Çin 
minlərlə  ton  keyfiyyətsiz  kömür  ehtiyatından  istifadə  etməyə  başladı.  ABŞ-ın 
                                                 
22
 http://countrystudies.us/russia/25.htm
 
(son baxılma tarixi: 25.09.2014)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə