Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

50 
 
sudan  istifadə  ilə  bağlıdır.  Dünya  əhalisinin  40%-i  təmizlənməmiş  içməli  sudan 
istifadə edir. Dünyanın 1 milyon əhalisi içməli suyu müxtəlif yoluxucu xəstəliklər 
olan  təhlükəli  mənbələrdən  götürür.  Dünya  Səhiyyə  Təşkilatı  bildirir  ki,  dünyada 
hər  il  təxminən  2.2  milyon  adam  çirkli  sularda  yaranmış  müxtəlif  xəstəliklər 
səbəbindən dünyasını dəyişir və bu ölümlərin 90%i uşaqlar arasındadır.  
        İnkişaf  etməmiş  ölkələrdə  isə  malyariya
22
,  filaria
23
 kimi  infeksiyaların 
yayıcılarının  çoxalmasından  yaranan  xəstəliklər  üstünlük  təşkil  edir.  Belə  ki, 
dünyada  300  milyon  adam  malyariya  xəstəliyindən  əziyyət  çəkir.  Afrikanın  tək 
Saxara  adlanan  ərazisində  malyariyadan  hər  il  təqribən  1  milyon  insan  həyatını 
itirir  ki,  onların  da  böyük  əksəriyyəti  beş  yaşından  kiçik  uşaqlardır.  Malyariya 
xəstəliyinin  yayıldığı  digər  qaynar  nöqtələr  Cənubi  Amerikanın  cənub  hissəsi  və 
cənub-şərqi Asiyasının bir sıra rayonlarıdır.
52
      
      Bütün bunların nəticəsidir ki, artıq beynəlxalq arenada su resurslarından siyasi 
təzyiq  vasitəsi  kimi  istifadə  edilən  "su  diplomatiyası”  anlayışı  yaranmışdır.  Su 
problemi yeni minillikdə geosiyasi faktora çevrilmişdir. ABŞ-ın Mərkəzi Kəşfiyyat 
İdarəsinin proqnozlarına görə 2020-ci ilədək inkişaf etmiş ölkələrin bir-birləri ilə 
enerji  resursları  üstündə  deyil,  məhz  içməli  su  üstündə  müharibə  ehtimalı  daha 
böyükdür. Beləliklə, XXI əsrdə su geostrateji əhəmiyyətinə görə neftin XX əsrdəki 
yerini tuta bilər. 
       Mövcud problemlə bağlı beynəlxalq siyasi arenaya nəzər yetirdikdə, dünyada 
su  ehtiyatlarının  yaratdığı  dövlətlərarası  gərginlik  nöqtələri  artıq  yarandığını 
görmək mümkündür. Məsələn, İsraildən Hindistana, Türkiyədən Botsvanaya qədər 
su  uğrunda  mübahisələr  münaqişələrə  çevrilmək  üzrədir.  Bundan  başqa, 
hesablamalara görə hazırda 261 su hövzəsinin  2  və  daha  artıq dövlət  ərazisindən 
keçməsi faktı problemi daha da  aktuallaşdırır. 
                                                 
52
 
Gənclərin fəaliyyət qrupları üçün “Ətraf mühit məsələləri barədə məlumatlandırma” və “Ətraf mühit və 
ekoloji layihələrin hazırlanması” mövzusunda təlim materialı Bakı-2012, səh. [ 13 ] 
____________________________ 
22
 Malyariya ağcaqanadlar vasitəsi ilə yayılan, qaraciyərdə inkişaf edən xəstəlikdir. 
23
 Filaria insan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir.
 
 


51 
 
        Potensial  su  münaqişə  bölgələri  yalnız  yuxarıda  adları  çəkilən  ölkələrdə 
deyil,  Afrika  dövlətlərində,  Yaxın  Şərqdə  Nil  çayı  hövzəsində  Misir-Sudan-
Efiopiya,  İordan  çayı  hövzəsində  İsrail-Suriya-İordaniya,  Dəclə  və  Fərat  çayları 
hövzəsində  Türkiyə-Suriya-İraq  və  İran-İraq  arasındakı  su  münaqişələri  də 
aktualdır.  Amerikada  Uruqvay-Argentina,  Braziliya-Paraqvay  arasında,  Mekonq 
çayı  hövzəsində  Tailand-Kamboca-Vyetnam  arasında  oxşar  mübahisələr 
mövcuddur.  
        Regional formada isə su münaqişə ocaqları aşağıdakı kimi qruplaşdırılır: 
       Mərkəzi  Asiya:  Regionda  yaranmış  su  problemi  təkcə  israfçılığın  və  ya 
qlobal iqlim dəyişməsinin nəticəsi deyil, həmçinin su təsərrüfatının səmərəsiz idarə 
olunması  ilə  əlaqəlidir.  Potensial  su  münaqişə  ocağı  Amudərya,  Sırdərya 
çaylarının hövzəsi hesab olunur. Regionun əsas su resurslarına sahib Amudərya 
və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən, geniş hidropotensiallara malik 
Qırğızıstan və Tacikistan, aşağı hövzədə yerləşən,
 
davamlı olaraq su çatışmazlığı 
problemi  yaşayan  Qazaxıstan,  Özbəkistan  və  Türkmənistanın  əkinçilik 
təsərrüfatını  nəzərə  almadan  hidrotexniki  qurğular  tikmişlər.  Həmçinin,  qış 
aylarında  Qırğızıstan  və  Tacikistan  elektrik  stansiyalarının  məhsuldar  işləməsi 
məqsədi  ilə  artıq  suyu  çaylara  buraxırlar.  Nəticədə  Özbəkistan  və  Qazaxıstan 
torpaqları  su  altında  qalır.  Yaz-yay  aylarında  isə  Özbəkistan  və  Qazaxıstanın 
əkin  sahələrinin  suvarılması  başlıca  problemə  çevrilir.  Problem  külli  miqdarda 
pambıq, qarğıdalı və s kimi texniki bitkilərin istehsalı zamanı yaranır. 
       Son  illərdə  regionda  su  münaqişəsi  daha  da  kəskinləşmişdir.  2012-ci  ilin 
sentyabrında Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Qazaxıstana 
səfəri  zamanı  Tacikistanda  “Roqun  SES”  və  Qırğızıstanda  “Kambarat-1  SES”-
lərinin  tikilməsindən  və  hər  hansı  böyük  dövlətlə  bu  sahədə  saziş 
imzalanmamışdan öncə beynəlxalq ekspertiza keçirilməli olduğunu bildirmişdir. 
Özbəkistanın dövlət başçısı 350 metr hündürlüyündə “Roqun SES” və 275 metr 
hündürlüyündə  “Kambarat-1  SES”-in  tikilməsinin  regionda  ekoloji  fəlakətə  yol 
aça  biləcəyini  qeyd  etmiş  və  problemin  hətta  müharibəyə  səbəb  ola  biləcəyi 
barədə xəbərdarlıq etmişdir. 


52 
 
       Regionun digər xarakterik xüsusiyyəti iri dövlətlərin fəal müdaxiləsidir. Bu 
müdaxilə isə regionda vəziyyəti daha da kəskinləşdirir. Xüsuilə Rusiya, ABŞ və 
Çin  regionda  öz  maraqlarına  uyğun  “oyun”  oynayır,  SES-lərin  tikintisinə 
investisiya  qoyur,  kredit  ayırırlar.  Çin  digər  dövlətlərə  nisbətdə  zahirən 
müşahidəçi  mövqeyində  dayansa  da,  rəsmi  Moskva  və  Vaşinqton  bu  istiqamətdə 
açıq fəaliyyətlərini gücləndirməkdədirlər.
 
 
       Beləliklə, su artıq regionda ən həssas məsələdir.Tərəflərdən hər hansı birinin 
kəskin  addımı  münaqişənin  müharibə  ilə  əvəzlənməsinə  gətirib  çıxara  bilər. 
Məsələ ilə bağlı bir sıra analitik  mərkəzlər hadisələrin gələcək inkişafı ilə bağlı 
bədbin  proqnozlar  da  verirlər.  ABŞ-ın  Mərkəzi  Kəşfiyyat  İdarəsinin  hazırladığı 
"2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar” hesabatında göstərilir 
ki,  2030-cu  ilədək  Mərkəzi  Asiyada  su  resursları  uğrunda  dövlətlər  arasında 
münaqişələrin baş verməsi mümkündür. 
53
 
       
Yaxın Şərq: Yaxın Şərq regionu hər zaman dünyanın geosiyasi cəhətdən ən 
mühüm regionu, dünyanın ən qaynar nöqtələrdəndir. Regionda dini, siyasi, etnik 
cəhətdən fərqliliklərin olması isə ən sadə qarşıdurmanın genişmiqyaslı müharibəyə 
çevrilməsində əsas arqumentdir. Soyuq müharibə bitdikdən sonra formalaşan yeni 
sistemdə  Yaxın  Şərqin  strateji  önəmi  artmışdır.  Strateji  önəminin  əsasında  isə 
enerji  resursları  dayanırdı.  Keçən  əsrdə  neftin  regionda  oynadığı  rolu  indi  su 
oynayır. Məsələ ilə bağlı BMT-nin keçmiş baş katibi və Misirin sabiq xarici işlər 
naziri Butros Qali hələ 1989-cu ildə ABŞ Konqresində çıxışında Yaxın Şərqdəki 
bir növbəti müharibənin neft uğrunda deyil, su üçün olacağını bildirmişdi. 
         Yaxın  Şərqdə  su  münaqişə  ocaqları  Nil  hövzəsində  Misir-Sudan-Efiopiya, 
İordan  çayı  hövzəsində  İsrail-Suriya-İordaniya,  Dəclə  və  Fərat  hövzəsində 
Türkiyə-Suriya-İraq və İran- İraq  münaqişələri yaranmışdır və potensial qaynar 
nöqtələr hesab olunur. 
       Belə bir yanaşma da var ki, su Yaxın Şərqdə bəlkə də müharibə üçün səbəb 
olmaya bilər, ancaq məqsəd yaxın Şərqdə müharibə törətmək olduqda su bəhanə 
                                                 
53
 A.Qurbanov “Hidroböhran, hidromünaqişələr və hidrostrategiya” Bakı-2013, səh [ 67-68] 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə