Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   2   3   4   5   6   7   8   9   ...   32

14 
 
məqsədilə buna bənzər qoruyucu qanunlar qəbul edir. Əvəzində isə böyük banklar 
özlərini  təhlükəsizlikdə  hiss  etməyə  başlayır  və  bir  çox  hallarda  böyük  qazanc 
gətirə  biləcək  riskli  əməliyyatlara  edə  bilirlər,  çünki  problem  yaşanacağı  halda 
dövlətdən  yardım  alacaqlarına  əmindirlər.Bunun  nəticəsidir  ki,  həmin  altı  böyük 
bank  daşınmaz  əmlaka  küllü  miqdarda  ipoteka  ayırmışdı.  Avropadakı  daşınmaz 
əmlak  ucuzlaşmağa  başladıqda,  İrland  bankları  da  maliyyə  çətinlikləri  ilə 
üzləşməyə  başladı.  Dövlət  vəd  etdiyi  kimi,  altı  banka  yardım  məqsədilə  böyük 
miqdarda vəsait ayırmaq məcburiyyətində qaldı. Bu xərclər, büdcə gəlirləri 43-48 
milyard avro İrlandiya üçün böhranın başlanmasına kifayət etdi. 
       Portuqaliya:  Portuqaliyanı  maliyyə  böhranı  yaşayan  ilk  ölkələrdən  birinə 
çevrilməsi  bir  çox  uzun  müddətli  proseslərin  nəticəsi  idi.  Belə  ki,  Portuqaliyada 
dövlət  qulluqçularının  maaşları  olduqca  şişirdilməsi  və  uzunmüddətli  dövlət 
işlərinə  cəlbetmə  siyasəti  böyük  sayda  lazımsız  dövlət  işçilərinin  yaranmasına 
səbəb oldu. Çoxsaylı dövlət işçilərinə ayrılan əmək haqlarının dövlət büdcəsi üçün 
nə qədər ağır yük olduğu məhz böhranın ilk mərhələlərində hiss olunmağa başladı. 
        Bundan əlavə, təxminən qırx il boyunca riskli əməliyyatlara pul yatıran çoxlu 
sayda  maliyyə  fondlarının  fəaliyyəti  dövlət  tərəfindən  zəif  tənzimlənirdi.  Dövlət, 
depozitlər  yığıb  riskli  kreditlər  verən  və  riskli  layihələrə  pul  yatıran  maliyyə 
fondlarına sərt qadağalar qoymurdu. Bütün bunların nəticəsi idi ki, Portuqaliyanın 
maliyyə  sistemi  dünyada  baş  qaldırmaqda  olan  maliyyə  böhranına  kifayət  qədər 
həssas idi.  
        İspaniya: İspaniyanın “Bankia” adlı iri bankının itkilərini ödəmək üçün İspan 
hökuməti böyük xərclərə məruz qalmış, bununla da defisiti artırmalı olmuşdu. Bu 
hadisə özündən sonra zəncirvari maliyyə problemlərini yaratmağa başladı ki, bu da 
İspaniyada digər Avropa ölkələrinə nisbətən daha təhlükəli vəziyyətin yaranmasına 
səbəb  oldu.  Nəticədə  İspaniya  da  böhrana  məruz  qalmış  Avropa  ölkəlsindən  biri 
oldu.
9
 
                                                 
9
 
R.Blackburn “The Suprime Crisis” (2008), pg. [ 46-48 ] : 
htttp://faculty .washington.dc/sparke/blackburn.pdf  (son baxılma tarixi: 13.02.2014)
 
 


15 
 
         
ABŞ-ın  “Bear  Stearns”  adlı  beynəlxalq  investisiya  bankının  dəyəri  2.6 
milyard dollar olan iki fondunu bağlaması isə dünya birjalarının çökməsinə səbəb 
oldu.  Bunun  ardınca,  Avstraliyada  “Əsas  Kapital  Bankı”  275,  Almaniyada  “İKB 
Alman  Sənaye  Bankı”  11,  Fransada  “BNP  Paribas  Bankı”  isə  16  milyard  dollar 
itirdiyini  bildirdi.  Yaranmış  kəsiri  aradan  qaldırmaq  üçün  ABŞ,  Yaponiya  və 
Avropa  mərkəzi  bankları  ümumilikdə  350  milyard  dollar  pul tədavülə  buraxdılar. 
Digər  tərəfdən,  böhranın  miqyasının  böyüməsinin  qarşısını  almaq  üçün  kredit 
verilməsində  faiz  dərəcələri  azaldıldı.  Görülən  bütün  tədbirlərə  baxmayaraq, 
böhranın qarşısını almaq mümkün olmadı.
10
 
       Bundan  başqa,  2008-ci  ilin  IV  rübü  ərzində  dünya  iqtisadiyyatı  zəifləməyə 
başladıqca  neftə  olan  təlabat  da  azalmağa  başladı.  Bu  zaman  spekulyantlar 
pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar 
və bu 2009-cu ilin ilk iki ayı ərzində neftin qiymətinin birdən-birə 147$-dan 38$-a 
düşməsinə  səbəb  oldu.  Nəticədə  neft  gəlirlərindən  asılı  olan  bir  çox  ölkələrin,  o 
cümlədən  Azərbaycanın  da  neft  ixracı  gəlirlərində  müəyyən  azalma  müşahidə 
olundu. Bütün  bunlara  baxmayaraq,  Dünya  Bankının,  Beynəlxalq  Valyuta 
Fondunun,  BMT-nin,  Avropa  Yenidənqurma  və  İnkişaf  Bankının  ekspertlərinin 
qənaətinə görə Azərbaycan Postsovet məkanında dünya maliyyə böhranından ən az 
ziyan çəkən və bu böhranın təzyiqinə dözə bilən ölkələrdən biri oldu. 
          
2009-2010-cu  illərin  sosial-iqtisadi  yekunları  göstərdi  ki,  uğurla  həyata 
keçirilən  modernləşmə  xətti,  səmərəli  investisiya  və  innovasiya  siyasəti  kimi 
qabaqlayıcı  tədbirlər  səbəbindən  Azərbaycan  iqtisadiyyatı  qlobal  böhrana  yüksək 
dayanıqlıq  nümayiş  etdirərək  artım  dinamikasını  və  əldə  olunmuş  sosial  inkişaf 
səviyyəsini  qoruya  bilmişdir.  Ölkədə  həyata  keçirilmiş  anti-böhran  siyasəti 
maliyyə sabitliyinin qorunmasında etibarlı zəmin yaratmışdır. Beynəlxalq Valyuta 
Fondunun  məlumatlarına  əsasən  2009-cu  ildə  dünya  iqtisadiyyatının  artımı  1,1% 
səviyyəsinə  enməsi,  ticarət  dövriyyəsinin  isə  11%-dən  çox  azalması  fonunda 
                                                 
10
 
The impact of the Global Crisis on Local Governments 
http://www.citieslocalgovernments.org/upload/doc_publications/9225580315_(EN)_uclgcrisi s(eng).pdf 
(son baxılma tarixi: 14.02.2014) 
 


16 
 
Azərbaycanda ümumi daxili məhsulun 9,3%-lik, 2010-cu ildə isə iqtisadiyyatımı-
zın  5%-lik  artımı  həyata  keçirilmiş  səmərəli  iqtisadi  siyasətin  nəticəsidir.  Son  7 
ildə isə ümümi daxili məsul 3 dəfə artmışdır, bu da ölkə iqtisadiyyatının maliyyə 
likvidliyi problemləri ilə üzləşmədiyini göstərir. 
         Böhranlı illərə baxmayaraq, 2009-cu ildə əhalinin pul gəlirlərinin artım tempi 
10%, 2010-cu ildə isə 13,3% olduğu bir şəraitdə infilyasiya aşağı səviyyədə olmuş, 
real artım templəri müvafiq olaraq 8,5 və 7,6% təşkil etmişdir. Böhranlı il üçün bu 
artım inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqli bir göstəricidir. 
Bir sözlə, ölkə iqtisadiyyatı qlobal maliyyə böhranın mənfi təsirlərindən qorunmuş 
və yüksək valyuta ehtiyatları hesabına maliyyə dayanıqlığı təmin edilmiş, ölkənin 
makroiqtisadi  sabitliyi  qorunub  saxlanmışdır.  2010-cu  ilin  əvvəllərinə  ölkəmizin 
strateji  valyuta  ehtiyatlarının həcmi  20  milyard  dollardan  çox olmuşdur.  2010-cu 
ilin sonuna valyuta ehtiyatımız  29,4 milyard dollar təşkil etmişdir.  Əldə olunmuş 
nəticələr  imkan  verdi  ki,  ölkədə  gedən  bütün  sosial  iqtisadi  proqramların,  bütün 
infrastruktur  lahiyələrin  vaxtında  icrası  təmin  edilsin.  Eyni  zamanda,  bu  məbləğ 
xarici dövlət borcunun 3 dəfədən çox üstəliyir ki, bu da böhran şəraitində ölkənin 
makroiqtisadi dayanıqlığının ən mühüm göstəricilərindən biridir.
11
 
 
       İnflyasiyanın  rekord  həddinin  qeydə  alındığı  sahə  isə  kənd  təsərrüfatı  sahəsi 
oldu və yaranmış vəziyyət aşağıdakı səbəblərlə bağlı idi: 
-
 
Əkinçiliyə yararlı ərazilərin azalması; 
-
 
İEÖ-də nəqliyyatda bioyanacağın istifadə edilməsi; 
-
 
Dünyada əhali artımı ilə əlaqədar qida ehtiyatlarının azalması; 
-
 
İnvestorların
11
 qida məhsullarını investisiya vasitəsi olaraq görmələri
-
 
Neft qiymətlərində artım səbəbindən nəqliyyat və qida sənayesində xərclərin 
artması; 
                                                 
11
 
Azərbaycan Respublikasının Mərkəzi Bankının İllik hesabatı (2010)  
http://www.cbar.az/assets/1889/Illik_hesabat-2011-tam-son.pdf (son baxılma tarixi:16.02.2014)
 
12
 
http://tr.wikipedia.org/wiki/2007-2008_d%C3%BCnya_g%C4%B1da_krizi 
 (son baxılma tarixi: 16.02.2014  ) 
____________________________ 
 
11
 
Investor gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət 
sahələrinə maliyyə vəsaitindən qoyan şəxsdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə