Poetika izm 2



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix31.10.2018
ölçüsü2,43 Mb.
#77187
  1   2   3   4   5   6   7   8   9   ...   93


 
 
 


______________________________________________________ Poetika.izm 
  
 

 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 
 
 
 
 
P
P
O
O
E
E
T
T
İ
İ
K
K
A
A
.
.
İ
İ
Z
Z
M
M
 
 
 
 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN  
ELMİ ƏSƏRLƏRİ 
 
 
 
№ 2
 
 
Bakı – “Elm və təhsil” – 2016
 


______________________________________________________ Poetika.izm 
  
 

Baş redaktor 
 
İsa HƏBİBBƏYLİ  
AMEA-nın həqiqi üzvü  
 
Baş redaktorun müavini 
Tahirə Məmməd – filologiya elmləri doktoru, professor  
Məsul katib 
Maral Yaqubova – filologiya üzrə fəlsəfə doktoru  
 
Redaksiya şurası:  
Teymur Kərimli – AMEA-nın həqiqi üzvü  
Bədirxan Əhmədov – filologiya üzrə elmlər doktoru, professor 
Rəhilə Qeybullayeva  – filologiya üzrə elmlər doktoru, professor 
Məmməd Əliyev – filologiya üzrə elmlər doktoru, professor 
Şirindil Alışanov  – filologiya üzrə elmlər doktoru, professor 
Vaqif Yusifli – filologiya üzrə elmlər doktoru 
Mahirə Quliyeva – filologiya üzrə elmlər doktoru 
Rahid Xəlilov – filologiya üzrə elmlər doktoru 
Salidə Şərifova – filologiya üzrə elmlər doktoru 
Pərvanə İsayeva – filologiya üzrə fəlsəfə doktoru, dosent  
Elnarə Akimova – filologiya üzrə fəlsəfə doktoru 
Ülkər Hüseynova – məsul redaktor 
 
Respublikadan kənar:  
prof. Stefani Sini (İtaliya),  
prof. Maija Burima (Latviya),  
dos. dr. Takayuki Yakota Murakami (Yaponiya),  
prof. Mikolay Sokolovski (Polşa), 
prof. Ramazan Korkmaz (Türkiyə),  
prof. Yadiqa Petrusinska (Polşa),  
prof. Fatima Festik (Bosniya) 
 
Poetika.izm  (Nizami  adına  Ədəbiyyat  İnstitutunun  Elmi  Əsərləri), 
Bakı, “Elm və təhsil”, 2016 – 225 s. 
 
Azərbaycan Milli Elmlər Akademiyası 
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının  
04 dekabr 2013-cü il tarixli 7 saylı iclasının qərarı ilə  
Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli,  
3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir. 
 
Müəllif hüquqları qorunur. Jurnal 2014-cü ildən nəşr olunur. 
© AMEA, Nizami adına Ədəbiyyat İnstitutu, 2016


______________________________________________________ Poetika.izm 
  
 

 
İsa HƏBİBBƏYLİ 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,  
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik 
isa.habibbeyli@science.az 
 
 
ƏDƏBİ ƏLAQƏLƏRDƏN  
MÜQAYİSƏLİ ƏDƏBİYYATŞÜNASLIĞA 
 
Açar sözlər: müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, dünya ölkələri, Asiya 
xalqları, qloballaşma şəraiti 
Key  words:  comparative  literary  criticism,  literary  relations,  global  countries, 
Asian nations, globalization conditions 
 
Azərbaycan Respublikasının müstəqillik qazanması ölkəmizdə milli 
ədəbiyyatın  və  mədəniyyətin  yeni  inkişafına  geniş  meydan  açmaqla  bə-
rabər, həm  də dünya  ədəbiyyatı ilə  əlaqələrin  genişlənməsinə münbit  şə-
rait yaratmışdır. Dövlət müstəqilliyimizin 25 ili ərzində Azərbaycan Res-
publikasının dünya ölkələri ilə çoxcəhətli əlaqələrinin dövlət səviyyəsində 
inkişaf  etdirilməsi  öz  növbəsində  ədəbiyyatşünaslıq  elminin  xüsusi  bir 
qolu olan ədəbi əlaqələrin də inkişafında mühüm rol oynamışdır. Hazırkı 
mərhələdə qarşılıqlı ədəbi əlaqələr anlayışının üstünlük qazanması keçmiş 
sovet dövründəki birtərəfli ədəbi təsiri yox, ədəbiyyat sahəsində ikitərəfli 
və çoxcəhətli əlaqələrin bərabərhüquqlu inkişafı istiqamətini ön mövqeyə 
çıxarmışdır. Bu mənada ədəbi əlaqələr ədəbiyyatşünaslıq elminin bir qolu 
kimi özünün yeni tarixi mərhələsini formalaşdırma prosesini yaşayır. Bu 
mərhələdə  ədəbi  əlaqələrdə  iştirak  edən  tərəflərdən  hər  birinin  ədəbiy-
yatının milli özünəməxsusluqları və tarixi inkişaf xüsusiyyətləri əsas kimi 
qəbul  edilir, bənzər tipoloji  proseslər, müqayisəli  yanaşmalar və ümumi-
ləşdirmələr  əsasında konkret  elmi  nəticələr çıxarılır. Beləliklə, bir xalqın 
ədəbiyyatının əlaqələri əsasında dünya mədəniyyətinin inkişaf etdirilməsi 
və  ya  əksinə,  milli  ədəbiyyatların  daha  da  zənginləşməsi  hadisəsi  baş 
verir.  Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatında  ədəbi  əlaqələrin  hə-
min  müstəvidə  inkişaf  etməsi  ölkəmizdə  yeni  tipli  ədəbiyyatın  yaran-
masını  şərtləndirmişdir.  İndi  Azərbaycan  ədəbiyyatı  dünya  ədəbi  prose-
sinin  üzvi  tərkib  hissəsi  kimi  inkişaf  edir,  dünya  ədəbiyyatına  öz  töh-
fələrini verir və eyni zamanda, qarşılıqlı zənginləşmədən yaradıcı şəkildə 
bəhrələnir.  
Ədəbiyyat haqqında elm də, yəni Azərbaycan ədəbiyyatşünaslıq el-
mi də ədəbi əlaqələrdən bəhs edərkən qarşılıqlı əlaqələri və ayrı-ayrı xalq-
ların yazıçılarının dostluq münasibətlərini və əməkdaşlığını öyrənməyi ön 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə