Magistratura məRKƏZİ” Əlyazması hüququnda



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36650
1   2   3   4   5   6   7   8   9   ...   32


 
Lokal, regional və qlobal səviyyədə ekoloji problemlərin həlli prizmasında “İDEA 
İctimai Birliyi”-nin roluna da fəsildə geniş şəkildə yer verilmişdir. 
       Tədqiqatın  informasiya  bazası.  Tədqiqat  işinin  aparılması  zamanı 
azərbaycan,  türk,  ingilis  və  ispan  dillərində  40-a  yaxın  ədəbiyyatdan, 
monoqrafiyalardan  istifadə  edilmişdir.  BMT,  Dünya  Səhiyyə  Təşkilatı,  Qrinpis, 
Dünya Bankı kimi beynəlxalq təşkilatların, Azərbaycan Respublikası Ekologiya və 
Təbii  Sərvətlər  Nazirliyinin,  “İDEA  İctimai  Birliyi”-nin  tədqiqat  işində  bəhs 
olunan  problemlərlə  bağlı  hesabatlarının  əks  olunduğu  internet  resurslarına 
müraciət olunmuşdur. 
        Tədqiqatın elmi yeniliyi. Tədqiqat işində qlobal böhranlar və onların ekoloji 
aspektinə kompleks şəkildə yanaşılmışdır. Tədqiqat işinin araşdırılması nəticəsində 
konkret  nəticələr  əldə  edilmiş,  təkmilləşdirilmə  aparılmış  və  bir  sıra  əhəmiyyətli 
təkliflər verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
I FƏSİL 
DÜNYA BÖHRANLARI EKOLOJİ PROBLEMLƏRİN YARANMASINDA 
ƏSAS FAKTOR KİMİ 
Dünya böhanları (1929-1933-cü illər; 2008-ci il) və onların yaranma 
səbəbləri 
       Böhran  sosial-iqtisadi  sistemin  fəaliyyətinə  təhlükə  yaradacaq  əksliklərin 
kəskinləşməsidir.  “Domino  təsiri”  ilə  bütün  sistemi  əhatə  edə  bilmək  xüsusiyyəti 
isə  böhranların  əhatə  baxımından  lokallıqdan  qlobal  səviyyəyə  keçmə  prosesini 
aktivləşdirir.  Eyni  zamanda,  yaranma  səbəbindən  asılı  olmayaraq,  iqtisadi  faktor 
böhranların  inkişafında  bir  növ  katalizator
1
 rolunu  oynayır.  Bütün  bunların 
nəticəsidir ki, maliyyə böhranları
2
 son 4 əsrin ən aktual probleminə çevrilmişdir.İlk 
maliyyə böhranı isə 1716-1720-ci illərdə Fransada şotland əsilli Con Lonun sahib 
olduğu müəssisədə qeydə alınmışdır. 
       Bundan  başqa,  böhranların  tarixi  inkişaf  xüsusiyyətlərinə  nəzər  yetirdikdə,  
davametmə  və  əhatə  dairəsinə  görə  bir  çox  dəyişikliklərin  baş  verdiyini  görmək 
olar. Belə ki, XX-XXI əsrdən əvvəl baş verən maliyyə böhranları daha çox bir ölkə 
daxilində baş verirdisə, XX-XXI əsrdən etibarən bütün dünya ölkələrini əhatə edən 
qlobal  maliyyə  böhranları  çoxluq  təşkil  etməyə  başladı.  Böhrandan  əvvəl 
yaradılan   mürəkkəb  vəziyyət,  inflyasiya
3
,  spekulyativ əməliyyatlar
4
,  mənfəətin 
yüksək həddinin saxlanılması məqsədi ilə riskli əməliyyatların həyata keçirilməsi, 
böyük kredit ekspansiyası
5
, investisiya banklarının mülkiyyət formasını dəyişdirib 
tərəfdaşlıqdan  səhmdar  şirkətlərə  keçmələri  və  bununla  da  xaricdən  daha  çox 
                                                 
1
 
Katalizator kimyəvi reaksiyaları özü dəyişmədən sürətləndirən və ya ləngidən maddədir. Burada hadisə 
və ya prosesi sürətləndirən və ya ləngidən faktordur.
 
2
 Maliyyə böhranı mallara və xidmətlərə tələb və təklif arasında tarazlığın kəskin şəkildə pozulmasıdır. 
3
 İnflyasiya kağız pulların əmtəə tədavülü tələbindən artıq buraxılması nəticəsində qiymətdən düşməsidir. 
4
 Spekulyativ əməliyyatlar  əlavə gəlir əldə etmək üçün daha çox tələb olunan məhsulların ucuz qiymətə 
alınması və gözlənilən qiymət artımından sonra baha qiymətə satılmasıdır.
 
5
 Böyük kredit ekspansiyası həddindən artıq böyük məbləğdə kreditlərin verilməsidir. 



 
kapital  cəlb  etmələri,  mürəkkəb  struktura  malik  olan  maliyyə  aktivlərinin  ədalətli 
qiymətlərinin  qeyri-müəyyənliyi,  ticarət  şəraitinin  pisləşməsi  kimi  faktorlar  isə 
bütün maliyyə böhranlarını birləşləşdirən ortaq cəhətlərdir.    
       Dünya  iqtisadiyyatının  inkişaf  dinamikasını  təhlil  etdikdə  isə  böhranların  bir 
növ  qaçılmaz  olduğunu  görə  bilərik.  XX-XXI  əsr  də  bir  çox  qlobal  maliyyə 
böhranlarının yaşandığı dövr kimi tarixə düşdü. 1929-33-cü ildə ABŞ-da başlanan 
və  bütün  dünyanı  əhatə  edən  qlobal  maliyyə  böhranı  isə  miqyası  və  təsir 
xüsusiyyətləri nəzərə  alınaraq  “Böyük  böhran”  adlandırıldı.  Bəs  onlarla  ölkələrin 
iqtisadi inkişaf dinamikasını çökdürən böhranın səbəbləri nə idi? 
-
 
 Amerikada 200-ə qədər holdinqin ölkə iqtisadiyyatının 50%-ində pay sahibi 
olması; 
-
 
Ölkədə  fəaliyyət  göstərən  bankların  düzgün  təsis  olunmaması.  Bəhs  olunan 
dövrdə banklarda səhmlərin qiymətləndirilməsi, ehtiyat və kredit dərəcəsini 
tənzimləyən hər hansı qayda yox idi;
6
 
-
 
 Respublikaçı Herbert Huver (1929-1933) rəhbərliyinin iqtisadi sahədə kifayət 
qədər təcrübəyə malik olmaması. Bundan başqa, prezident H. Huver 1920-ci 
illərdə  liberal  iqtisadçılar  tərəfindən  irəli  sürülən  “iqtisadiyyata  dövlət 
tərərfindən müdaxilə edilməməsi” xəttini tətbiq edirdi
-
 
ABŞ-ın  dünyada  ən  böyük  kreditor  olması  və  müharibədən  sonra 
iqtisadiyyatlarını inkişaf etdirmək üçün 15 ölkəyə verdiyi kredit borclarının 
geri ala bilməməsi; 
-
 
ABŞ-ın dünya qızıl ehtiyatının böyük hissəsinə sahib olması; 
-
 
ABŞ  vətəndaşlarının  əmlak  bazarına  qoyduqları  milyonlarla  investisiya
7

ABŞ-ın  I  Dünya  Müharibəsindən  borc  alan  ölkədən  borc  verən  ölkə  kimi 
çıxması,  eyni  zamanda,  ərazisinin  müharibə  ocaqlarından  kənarda 
yerləşməsinin  verdiyi  üstünlük  ölkədə  turizmin  inkişafına  səbəb  olmuşdu. 
Ölkənin  “turizm  cənnəti”  olacağına  inanan  ABŞ  vətəndaşları  daşınmaz 
                                                 
1
Galbraith K. J. “Great Depression 1929” (2009),  pg. [ 27-33 ] 
___________________________ 
 
7
 
İnvestisiya  gəlir  (mənfəət)  və  ya  sosial  səmərə  əldə  etmək  məqsədilə  sahibkarlıq  və  digər  fəaliyyət 
sahələrinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə