Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

21 
nisbətən, bu yer zəifdir və diafraqma yıtıqla-
rının əmələ gəlməsinə şərait yaradır. Həmçi-
nin, Boxdalek üçbucaqları arxa orta divarın 
irinli prosesləri (arxa mediastinit) zamanı iri-
nin peritonarxası toxuma sahəsinə və əksinə, 
buradakı irinli proseslərin və hematomaların 
geriyə yayılmasında mühüm rol oynayır. 
 
Botal axacağı (arterial axacaq – duc-
tus arteriosus) döldə  ağ ciyər arteriyasını 
aorta qövsü ilə birləşdirən damar olub, sağ 
mədəcikdən gələn qanı aortaya ötürür. Döl 
anadan olduqdan sonra bu axacaq oblitera-
siya olaraq (yenidoğulmuşun həyatının 2 – ci 
ayının sonunda) arterial bağa – lig.arterio-
sum çevrilir (
şək. 27)
. Botal axacağının bağ-
lanmaması hemodinamik pozğunluqlara sə-
bəb olduğundan ürək qüsuru hesab olunur və 
cərrahi müalicə tələb edir. 
 
Boumen kapsulu (Şumlyanski kapsulu 
və ya Müller kapsulu və ya Malpigi kap-
sulu)
 
böyrək parenximasında
 
damar yumaq-
cığını xaricdən  əhatə edir, ikidivarlı  qədəh 
formasında olur. Damar və sidik qütbləri 
vardır. Damar qütbü yumaqcıq kökü də adla-
nır və buradan gətirici damar daxil, çıxarıcı 
damar isə xaric olur. Sidik qütbü proksimal 
qıvrım borucuğa keçir (ona görə sidik qütbü 
deyilir ki, buradan ilk sidik borucuqlar siste-
minə keçir). Yumaqcıq kapsulu pariyetal və 
visseral səfhələrdən təşkil olunmuşdur, bunla-
rın arasında kapsul boşluğu yerləşir (
şək. 28,4
). 
 
Boyun ilgəyi (ansa cervicalis) dilaltı si-
nirlə I, II və III boyun sinirlərindən  əmələ 
gələn yuxarı  və  aşağı kökün birləşməsindən 
formalaşır
 (şək. 29,6)
. Yuxu yatağının xarici 
səthində yerləşir. Buradan çıxan şaxələr dila-
tı sümükdən aşağıda yerləşən əzələləri və çə-
nəaltı – dilaltı  əzələni innervasiya edir. Bo-
yun nahiyəsində aparılan cərrahi  əməliyyat-
lar zamanı qeyd olunan əzələlərə gedən  şa-
Şəkil 28. Boumen kapsulu 
 
1 – podosit; 2 – proksimal qıvrım borucuq; 3 – damar yu-
maqcığı; 4 – Boumen kapsulu; 5 – gətirici arteriola; 6 – distal 
qıvrım borucuq; 7 – aparıcı arteriola. 
Şəkil 29. Boyun ilgəyi 
 
1 – əlavə sinirin daxili şaxəsi; 2 – əlavə sinir; 3 – dilaltı 
sinir; 4 – əlavə sinirin onurğa beyni kökü; 5 – əlavə 
sinirin xarici şaxəsi; 6 – boyun ilgəyi.  


22 
xələrin kəsilməsi həmin  əzələlərin sinir təc-
hizatının pozulmasına və atrofiyasına səbəb 
olur. 
 
Breşe venaları (fəqərə cisimlərinin ve-
naları – vv.basivertebrales)  fəqərə cisim-
lərindən venoz qanı toplayaraq, onurğanın 
daxili ön venoz kələfinə açılırlar (
şək. 30,2
). 
 
Brodies kisəciyi (yarımzarlı kisəcik – 
bursa semimembranosus) diz oynağının 
kisəciklərindən olub, baldır  əzələsinin içəri 
başı ilə oynaq kapsulunun yarımzarlı  əzələ-
nin altında yerləşən hissəsi arasında yerləşir 
(
şək. 31,3
). Bu kisəcik oynaq boşluğu ilə bir-
ləşir və bu səbəbdən iltihabı prosesin oynaq 
boşluğuna keçməsinə şərait yaradır. 
 
Broke qırışığı (aşağı alın qırışığı – 
gyrus frontalis inferior) baş beyin yarımkü-
rələrində aşağı alın şırımı ilə bayır şırım ara-
sında yerləşir (
şək. 32,a
). O, sonuncu  şırı-
Şəkil 31. Diz oynağının kisəcikləri 
 
1 – bursa suprapatellaris; 2 – bursa prepatellaris subcuta-
nea; 3 – bursa m.semimembranosi; 4 – bursa infrapatel-
laris profunda; 5 – bursa anserinus; 6 – bursa infrapatel-
laris subcutanea; 7 – bursa m.poplitei; 8 – vagina synovi-
alis m.poplitei; 9 – bursa prepatellaris subtendinea. 
Şəkil 30. Onurga sütununun venaları 
 
1 – onurğanın ön daxili venoz kələfi; 2 – fəqərə cismi ve-
nası; 3 – arxa boylama bağ; 4 – onurğanın ön xarici venoz 
kələfi; 5 – qalxan bel venası; 6 – fəqərəarası vena; 7 – fə-
qərənin arxa daxili venoz kələfi; 8 -fəqərənin arxa xarici 
venoz kələfi.  
Şəkil 32. Beyin yarımkürəsi (Broke (a)  və Heşle (b) 
qırışığı oxlarla göstərilmişdir) 


23 
mın qalxan və ön şaxələri vasitəsilə qapaq, 
üçbucaq və göz yuvası hissələrinə bölünür. 
Bu qırışığın arxa hissəsində  şifahi nitqin və 
ya nitq artikulyasiyasının hərəki nahiyəsi 
yerləşir və onun zədələnməsi hərəki 
afaziyaya (söz lallığı) səbəb olur. 
 
Bud kanalı (canalis femoralis) bud yır-
tıqları zamanı  yırtıq möhtəviyyatının  daxili 
və xarici bud həlqələri arasında getdiyi toxu-
ma yolu olub sağlam insanlarda rast gəlin-
mir. Bud yırtığı zamanı əksər hallarda bağır-
saq ilgəkləri pariyetal peritonla birlikdə təz-
yiq altında daxili bud həlqəsindən və gizli 
dəlikdən keçərək  budun ön nahiyəsinin də-
rialtı piy qatına çıxır (
şək. 33
). Kanalın daxi-
li və xarici həlqəsi  əmələ  gəlir. Daxili bud 
həlqəsi öndən qasıq bağı, arxadan daraq bağı 
(Kuper bağı), bayırdan bud venası  və onun 
fassial yatağı, içəridən isə sahə bağı (Jimber-
nat bağı) ilə hüdudlanır. Diametri kişilərdə 
1,2 sm, qadınlarda isə 1,8 sm – dir. Periton 
boşluğu tərəfdən bu həlqə pariyetal periton və 
köndələn fassiya ilə örtülmüşdür. Köndələn 
fassiya daxili bud həlqəsi üzərində nazikləşir, 
kiçik limfa damarları ilə  dəlinir və buna görə 
də daxili xəlbirəbənzər fassiya və ya bud 
arakəsməsi (Kloke fassiyası) adlanır. Periton 
üzərində ona bud çuxuru uyğun gəlir. 
Kanalın xarici həlqəsini gizli dəlik təşkil 
edir. Dəliyin üzəri xəlbirəbənzər fassiya 
(Hesselbax fassiyası) ilə örtülmüşdür. Bud 
kanalının uzunluğu 0,4 – 1,2  sm – dir. 
 
Cərrahi boyun (collum chirurgicum) 
bazu sümüyünün proksimal ucu ilə cisimi 
arasında nazikləşmiş hissədir (
şək. 34
). Bu 
hissədə bazu sümüyü, digər hissələrə nisbə-
Şəkil 33. Əzələ və damarlar sahəsinin topoqrafiyası, bud kanalı 
 
A: 1, 13 – qalça – bel əzələsi; 2 –  arcus iliopectineus; 3 – lig. inguinale; 4 – a. femoralis; 5 – v. femoralis; 6 – bud kanalının dax-
ili həlqəsinin kövşək toxuması; 7 – Rosenmüller – Pirogov limfa düyünü; 8 – sahə bağı; 9 – toxum ciyəsi; 10 – daraq əzələsi;  
11 – daxili qapayıcı arteriya və vena; 12 – bud siniri;  
B: 1 – m.iliacus; 2 – m.psoas major; 3 – spina iliaca anterior superior; 4 – n.femoralis; 5 – arcus iliopectineus; 6 – lig.inguinalis;  
7 – margo falciformis et cornu superior; 8 – a. et v.femoralis; 9 – os pubis; 10 – saccus hernia; 11 – v.saphena magna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə