Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

45 
hindən başlayıb qamış sümüyünün arxa kon-
diluslararası meydanına bağlanır. O, diz oy-
nağında həddən artıq bükməni məhdudlaş-
dırır, həmçinin, pilləkənləri çıxarkən, yoxuşu 
qalxarkən bud sümüyünü qamış sümüyü 
kondilisları üzərində saxlayır. 
 
Xəlbir sümüyü (os ethmoidale)  kəllə-
nin beyin və üz şöbələrinin təşkilində iştirak 
edən tək sümükdür (
şək.72
). Onun kəllənin 
daxili  əsasının ön çuxurunun orta hissəsini 
əmələ gətirən üfiqi səfhəsi qoxu sinirinin lif-
ləri ilə dəlindiyi üçün xəlbirə bənzədiyindən 
belə adlandırılır. Nazik sümük səfhə oldu-
ğundan asanlıqla sınır və burundan beyin – 
onurğa beyini mayesinin axmasına – rinorre-
yaya səbəb olur. 
 
Xəlbirəbənzər fassiya və ya Hesselbax 
fassiyası (fascia cribrosa seu Hesselbachi) 
gizli deşiyin hüdudları daxilində budun enli 
fassiyasının səthi səfhəsi olub, damar və sinir-
lərlə  xəlbir kimi dəlindiyi üçün belə adlan-
dırılmışdır (
şək.73
). Bud yırtıqları zamanı xəl-
birəbənzər fassiya genəlir və deşilir. Bu fas-
siyanın altında orağabənzər kənar yerləşir. 
 
Xış sümüyü (vomer) qədim kənd təsər-
rüfatı aləti olan xışa oxşadığı üçün belə ad-
landırılmışdır. O, burun arakəsməsinin arxa 
aşağı hissəsinin  əmələ  gəlməsində  iştirak 
edir (
şək.74
). Onunla əsas sümüyü arasında 
xış – yataq şırımı əmələ gəlir. 
 
Xoruz pipiyi (crista galli) beyin orağı-
nın birləşməsinə  məxsus xəlbir sümüyünün 
xəlbir səfhəsi üzərində  şaquli vəziyyətdə 
yerləşmiş sümük çıxıntıdır (
şək.72,1
).  
Şəkil 72. Xəlbir sümüyü (A – yuxarıdan, B – yandan 
görünüşü) 
 
1 – xoruz pipiyi; 2 – şaquli səfhə; 3 – orta burun balıqqu-
lağı; 4 – xəlbir labirintləri; 5 – xəlbir səfhə. 
Şəkil 73. Xəlbirəbənzər fassiya (Hesselbax fassiyası) 
 
1 – n. ilioinguinalis; 2 – a. et v. pudenda externa; 3 – v. 
saphena magna; 4 – rami cutanei anteriores n. femoralis; 
5 – ramus femoralis n. genitofemoralis; 6 – n. cutaneus 
femoris lateralis. 
Şəkil 74. Xış sümüyü 


46 
Iltihabi yaxalıq – aponevrozlararası döş 
sümüyüstü toxuma sahəsi (spatium interapo-
neuroticum suprasternale) döş sümüyünün 
vidaci oymasından 2 – 3 sm yuxarıya qədər 
davam edir. Bu sahə öndən döş – körpücük 
məməyəbənzər  əzələ, arxadan boyunun 
üçüncü fassiyası  və  aşağıdan körpücük sü-
müyünün arxa səthi ilə hüdudlanmış qapalı 
kisəciklə (Qruberin kor cibi – saccus caecus 
retrosternocleidomastoideus)  əlaqədə olur. 
Burada ön vidaci venanın distal hissəsi, lim-
fa damarları  və limfa düyünləri yerləşir. 
Aponevrozlararası döş sümüyüstü toxuma 
sahəsi bu kisəcikdən başqa heç bir boşluqla 
birləşmir. Ona görə  də, burada baş verən 
irinli proseslər zamanı irin yalnız bu 
boşluqda və Qruberin kor cibində toplanır. 
Bu zaman döş – körpücük – məməyəbənzər 
əzələnin kənarları arasında döyük diaqnostik 
əhəmiyyət kəsb edən  şişkinlik  əmələ  gəlir. 
Bu şişkinlik «iltihabi yaxalıq» adlanır.  
 
Jerdi qabarı qalça – qamış yolunun qa-
mış sümüyünə bağlanan yerində olan hün-
dürlükdür.  
 
Jimbernat və ya sahə bağı (lig.Gim-
bernati seu lacunare) xarici çəp  əzələnin 
vətər liflərindən  əmələ  gəlmiş bağ olub, 
aşağı  və bayıra doğru gedərək, qasıq sümü-
yünün darağına bağlanır və damarlar sahə-
sini içəri tərəfdən əhatə edir (
şək.75,3
). Bud 
yırtıqlarının ləğvi münasibətilə aparılan cər-
rahi əməliyyatlar zamanı yırtıq möhtəviyya-
tını qarın boşluğuna qaytarmaq üçün bud kana-
lının daxili həlqəsinin genişləndirilməsi sahə 
bağının kəsilməsi hesabına həyata keçirilir.  
 
Jober çuxuru  ətrafın diz oynağında 
yarımbükülmüş  vəziyyətində dizin içəri 
səthində, budun içəri kondilusundan bir 
Şəkil 75. Çanaq qurşağı bağları 
 
1 – discus interpubicus; 2 – tuberculum pubicum;  
3 – lig.lacunare (Gimbernati); 4 – foramen obturatum;  
5 – lig.pectineum (Kuper bağı); 6 – spina iliaca anterior 
superior.  
Şəkil 76. Baldırın içəri səthinin xarici oriyentirləri 
 
1 – m. sartorius; 2 – tendo m.gracilis; 3 –  m.semi-
membranosus; 4 – tendo m.semitendinosi; 5 – condylus me-
dialis tibiae; 6 – lig. patellae; 7 – tuberculum adductorium; 
 8 – condylus medialis femoris; 9 – fossa  supracondylaris  
(Joberti); 10 – patella; 11 – m. vastus  medialis. 


47 
qədər yuxarıda  əmələ  gələn  əzələlərarası 
çökəklikdir (
şək.76,9
). Bu çuxur öndən budu 
yaxınlaşdıran böyük əzələnin vətəri, arxadan 
dərzi  əzələsi, yarıvətərli, yarızarlı  və nazik 
əzələlərin vətərləri ilə, aşağıdan bud sümü-
yünün içəri kondilusu və baldırın üçbaşlı 
əzələsinin içəri başı, yuxarıdan dərzi  əzələ-
sinin ön – bayır kənarı ilə hüdudlanmışdır.  
Cərrahi praktikada Jober çuxurundan 
keçməklə qamış sinirinə və oynaq kapsuluna 
toxunmadan dizaltı arteriya və vena əldə 
edilir. Irinli – iltihabi proseslər zamanı bu 
çuxur nahiyəsində irin toplana bilər. 
 
Kalo üçbucağı (trigonum Calloti) – öd 
kisəsinin çıxarılması məqsədilə aparılan cər-
rahi əməliyyat zamanı öd kisəsi arteriyasının 
əldə olunaraq bağlanılması bəzən çətinliklər 
və təhlükəli fəsadlar törədə bilir, çünki onun 
sağ qara ciyər arteriyasından başlandığı yer 
çox vaxt qara ciyər axacağının sağ kənarı ilə 
örtülmüş olur. Bu səbəbdən də, arteriyanın 
əzəzinə səhvən qara ciyər arteriyası sapa gö-
türülərək bağlanılır və  nəticədə qara ciyərin 
sağ payının qan təchizatı pozulur və onun 
nekrozu baş verir. Qeyd olunan fəsadın 
qarşısının alınması üçün Kalo üçbucağının 
topoqrafiyasından istifadə olunur (
şək.77,16
). 
Bu üçbucağın sağ  tərəfini öd kisəsi axacağı, 
sol tərəfini qara ciyər axacağı, əsasını isə öd 
kisəsi arteriyası  (a.cystica) təşkil edir. Ona 
görə  də, öd kisəsi arteriyasının bağlanılması 
zamanı  cərrah ilk növbədə ümumi qara ciyər 
və öd kisəsi axacaqlarının bir – birilə birləşdiyi 
səviyyəni müıəyyənləşdirir, sonra ümumi qara 
ciyər axacağı ilə yuxarıya qalxaraq, öd kisəsi 
arteriyasını tapır və bağlayır.   
 
«Kamança yayı»  cərrahi  əməliyyatlar 
zamanı  səthi və böyük uzunluğa malik xətti 
kəsiklərin icra olunması üçün neştərin  əldə 
tutulması üsuludur (
şək.78
). 
 
Kambalayabənzər  əzələ (m.soleus), bal-
dırın üçbaşlı əzələsinin başlarından biri olub 
digər iki başın altında yerləşir (
şək. 2
). Qa-
mış sümüyü cisiminin arxa səthində olan 
eyniadlı  xəttdən, incik sümüyünün başından 
və cisimindən başlayaraq baldır  əzələsi ilə 
Səkil 77. Kalо (Callоt) üçbucağı. 
 
1 – vеsica fеllaе; 2 – lоbus hеpatis dеxtеr; 3 – ramus 
dеxtra a. hеpatica prоpria; 4 – ductus hеpatis dеxtеr;  
5 – ductus hеpatis sinistеr; 6 – ramus sinistra a. hеpatica 
prоpria; 7 – lоbus hеpatis sinistеr; 8 – a. hеpatica prоpria; 
9 – a. gastrica dеxtra; 10 – a. hеpatica cоmmunis; 11 – a. 
gastrоduоdеnalis; 12 – ductus chоlеdоchus; 13 – ductus 
hеpaticus cоmmunis; 14 – ductus cysticus; 15 – a. cystica;  
16 – Kalо üçbucağı. 
Şəkil 78. Neştərin əldə tutulmasının “kamança yayı” 
üsülü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə