Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları



Yüklə 27,34 Kb.
Pdf görüntüsü
səhifə1/57
tarix26.03.2018
ölçüsü27,34 Kb.
#33785
  1   2   3   4   5   6   7   8   9   ...   57


 
 
Onkologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 
 
1) Mədə xərçəngi daha çox hansı yaşlarda təsadüf edir? 
 
A) 51-70 yaş arası 
B) Bütün yaş qruplarında eyni 
C) 21 yaşdan 50 yaşa kimi 
D) 20 yaşa kimi 
E) 70 yaşdan yuxarı 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
2) Mədənin xərçəngönü xəstəliyinə aid deyil : 
 
A) Mədənin polipozu 
B) Mədə xorası 
C) Xroniki qastrit 
D) Pilorospazm 
E) Atrofik qastrit 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
3) Mədə xərçəngi mədənin aşağıda göstərilən hissələrinin hansında daha çox rast 
gəlir? 
 
A) Kiçik əyrilik 
B) Böyük əyrilik 
C) Mədənin arxa divarı 
D) Mədə dibi 
E) Mədənin ön divarı 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
4) “Virxov metastazı” termini altında anlaşılan metastaz hansıdır? 
 
A) Yumurtalıqlara 
B) Sol körpücüküstü limfa düyününə 
C) Ağciyərlərə 
D) Pararektal toxumalara 
E) Göbəyə 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
5) Mədə xərçəngi üçün metastaz vermənin hansı yolu daha çox xarakterikdir? 
 


 
 
A) Hematogen 
B) Implantasion 
C) Implantasion + limfogen  
D) Limfogen 
E) Hematogen + implantasion 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
6) Mədə xərçənginin endoskopik diaqnostikası üçün daha çox  hansı çətindir? 
 
A) Yuxarıda sadalanmış bütün lokalizasiyalarda mədə xərçənginin diaqnostikası 
çətindir 
B) Mədənin cismi 
C) Mədənin çıxacaq hissəsi 
D) Mədənin kardial hissəsi 
E) Mədənin dibi 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
7) Hansı lokalizasiyalı mədə xoraları daha çox hallarda maliqnizasiyaya 
uğrayır? 
 
A) Böyük əyrilik 
B) Mədənin çıxacaq hissəsi 
C) Xoranın maliqnizasiya ehtimalı lokalizasiyadan asılı deyil 
D) Kiçik əyrilik 
E) Mədənin cismi 
 
Ədəbiyyat: Клименков А.А. «Опухоли желудка» - Москва, 1998, 168 с. 
 
8) Mədə xərçəngi zamanı “Virhov metastazı” necə anlaşılır? 
 
A) Reqionar limfogen metastaz kimi 
B) Uzaq ortoqrad limfogen metastaz kimi 
C) Uzaq retroqrad limfogen metastaz kimi 
D) İmplantasion metastaz kimi 
E) Uzaq hematogen metastaz kimi 
 
Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» -  Москва, 2004, 516 с. 
 
9) Mədənin poliplərində mualicə taktikası necədir? 
A) Polipin cərrahi üsulla kəsib götürülməsi 
B) Mədənin pazvari rezeksiyası 
C) Bütün onkoloji prinsiplərinə riayət etməklə mədənin distal subtotal rezeksiyası 
D) Mədənin polipektomiyası, mukozektomiya ilə 
E) Endoskopik polipektomiya 


 
 
 
Ədəbiyyat: Блохин Н.Н. «Клиническая онкология, том II» - Москва, 1971, 440 с. 
 
10) Mədənin proksimal subtotal rezeksiyası hansı halda göstərişdir? 
 
A) Mədənin kardial hissənin şişində, inkişaf tipindən asılı olmayaraq 
B) Mədənin subkardial hissənin ekzofit şişində 
C) Mədənin kardial hissənin kiçik ölçülü ekzofit şişində 
D) Sadalananların hamısı göstərişdir 
E) Mədənin kardial hissənin infiltrativ şişində 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
11) Mədə xərçənginin histolojı quruluşuna görə daha çox rast gəlinəni hansıdır? 
A) Qarışıq vəzili-yastıhüceyrəli xərçəng 
B) Yastı-hüceyrəli xərçəng 
C) Qaşlı üzük hüceyrəli xərçəng 
D) Sadalananların hamısı eyni tezlikdə rast gəlinir 
E) Vəzili xərçəng 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
12) Mədə xərçənginin TNM-təsnifatına görə şişin  ətraf üzvlərə sirayəti hansı 
simvolla göstərilir? 
 
A) Т4 
B) Т2 
C) Т1 
D) Тis 
E) Т3 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
13) Mədə xərçənginin TNM-təsnifatına görə şişin intraepitelial yayılması hansı 
simvolla göstərilir? 
 
A) Т4 
B) Тis 
C) Т2 
D) Т3 
E) Т1 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 


 
 
14) Mədə xərçənginin TNM – təsnifatına görə şişin subseroz qatına kimi sirayəti 
hansı simvolla göstərilir? 
 
A) Т3 
B) Т1 
C) Тis 
D) Т4 
E) Т2 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
15) Mədənin distal subtotal rezeksiyası hansı halda göstərişdir ? 
 
A) Mədənin distal hissəsinin ekzofit xərçəngində 
B) Mədə dibinin infiltrativ xərçəngində 
C) Mədə cisminin infiltrativ xərçəngində 
D) Mədənin multisentrik xərçəngində 
E) Mədənin kardial hissəsinin ekzofit xərçəngində 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
16) Mədə xərçəngi zamanı “Şnitsler” metastazı altında nə başa düşülür ? 
 
A) Göbəyə metastaz 
B) Düz bağırsaq ətrafı toxumalarına metastaz 
C) Sol körpücüküstü limfa düyünlərinə metastaz 
D) Yumurtalıqlara metastaz 
E) Dalağa metastaz 
 
Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 
2004, 1536 с. 
 
17) Menetriye xəstəliyi necə anlaşılır? 
 
A) Mədənini polipozu 
B) Hiperasid qastrit 
C) Mədənini xroniki xorası 
D) Nəhəng xroniki hipertrofik qastrit 
E) Xroniki atrofik qastrit 
 
Ədəbiyyat: Əmiraslanov  Ə.T. “ Abdominal onkologiya” – Bakı , 2004 , 320 s. 
 
18) Mədə xərçənginin TNM – təsnifatına görə şişin seroz qişasına sirayəti hansı 
simvolla göstərilir? 
 


Yüklə 27,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə