Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   2   3   4   5   6   7   8   9   ...   34

14 
nahiyəsində yerləşirlər
  (şək. 19 
– 
A, B). 
Bu 
ciblərin divarları beyinin sərt qişasının birləşdi-
rici toxuma səfhəsindən və intima qatından 
təşkil olunmuşdur. Intima qatı bir qat 
boylama elastik liflərdən ibarətdir və üzəri 
daxildən təkqat endotel hüceyrələri ilə 
örtülmüşdür. Sərt qişa ciblərinin qapaqları 
yoxdur. Onlar boylama və ya köndələn 
istiqamətdə yerləşirlər. Bu ciblərdə qanın 
axın istiqaməti öndən və yuxarıdan arxaya 
doğrudur. Ciblərin bir qismi kəllə qapağında, 
digər qismi isə kəllə əsasında yerləşir. 
Sərt qişanın venoz cibləri qanın cərəyanını 
mükəmməl yaradılmış  sərt birləşdirici to-
xumadan təşkil olunmuş divarlar hesabına xa-
rici və daxili təzyiqdən mühafizə edir və beyin 
qan dövranının aramsızlığını təmin edir. 
Bu ciblərə: 1) yuxarı sagital cib; 2) aşağı 
sagital cib; 3) düz cib; 4) köndələn cib; 5) ma-
ğaralı cib; 6) ənsə cibi; 7,8) yuxarı  və  aşağı 
daşlıq cibləri; 9) əsas – təpə cibi; 10) S - ə bən-
zər cib aiddir. 
Yuxarı sagital cib (sinus sagittalis supe-
rior)  tək ciblərdən olub, böyük beyin orağının 
yuxarı kənarı boyunca yerləşir 
(şək. 19 
– 
A, B)

Kor dəlikdən bir neçə millimetr arxada 
xoruz piyindən başlayır, yuxarı  və arxaya 
doğru gedir. Daxili ənsə protuberansına 
çatdıqda bir qədər sağa meyl edərək köndə-
lən cibə keçir. Bu hissədə ciblər qovuşması – 
confluens sinuum adlanan bir genişlik yerlə-
şir (
şək. 19 
– 
A
). Ciblər qovuşması, adətən, 
daxili ənsə protuberansının sağ tərəfində yer-
ləşir və önə doğru dönərək köndələn cibə ke-
Şəkil 19. Beyinin sərt qişasının venoz cibləri və beyin venaları 
 
A: 1 – confluens sinuum; 2 – sinus rectus; 3 – incisura tentorii; 4 – v.magna cerebri; 5 – vv.cerebri superiores; 6 – sinus petrosis 
superior sinister; 7 – sinus petrosis inferior; 8 – falx cerebri; 9 – sinus sagittalis superior; 10 – sinus sagittalis inferior; 11 – infun-
dibulum; 12 – a.carotis interna; 13 – n.opticus; 14 – crista galli; 15 – sinus intercavernosus; 16 – sinus sphenoparietalis;  
17 – vv.cerebri media superficiales; 18 – diaphragma sellae; 19 – sinus intercavernosus; 20 – dorsum sellae; 21 – sinus caverno-
sus; 22 – plexus basilaris; 23 – sinus petrosus superior dexter; 24 – bulbus superior v.jugularis internae;  25 – sinus sigmoideus;  
26 – tentorium cerebelli; 27 – vv.cerebri inferiores; 28 – sinus transversus. 
B: 1 – v.cerebralis anterior; 2 – vv.thalamostriate et choroidea; 3 – v.anastomotica superior; 4 – sinus sagittalis superior; 5 – sinus 
sagittalis inferior; 6 – v.cerebri interna; 7 – v.cerebri magna (Galen venası); 8 – v.basilaris; 9 – sinus rectus; 10 – v.anastomotica 
inferior; 11 – sinus transverses; 12 – sinus occipitalis; 13 – sinus sigmoideus; 14 – sinus petrosus inferior; 15 – sinus petrosus su-
perior; 16 – sinus cavernosus; 17 – v.cerebri media profundus; 18 – v.cerebri media superficialis 


15 
çir. Yuxarı sagital cibin diametri öndə çox 
kiçik olur, arxada isə 1 sm – ə çatır. O, kön-
dələn kəsikdə  əsası yuxarıya çevrilmiş üç-
bucağa  bənzəyir. Daxili səthində beyinin 
yuxarı venalarının dəlikləri, araxnoid dənə-
ciklər (Paxion dənəcikləri) və yan venoz sa-
hələr yerləşir. Yan sahələr – lacunae later-
ales  adətən hər tərəfdə 3 ədəddir: a) kiçik 
alın sahələri; b) orta ölçülü ənsə sahələri və 
c) geniş  təpə sahələri. Yaşlı  şəxslərdə bu 
lakunalar bir – biri ilə birləşərək hər tərəfdə 
uzunsov formalı geniş bir sahə əmələ gətirir. 
Yuxarı sagital cib beyinin yuxarı venalarını, 
kəllə sümüklərinin sümüküstlüyündən gələn 
venaları (təpə  dəliklərindən keçir), burun 
boşluğundan kor dəlik vasitəsilə keçən 
emissar venaları, sahələr vasitəsilə diploe və 
beyinin sərt qişa venalarını qəbul edir.   
Aşağı sagital cib (sinus sagitalis infe-
rior) böyük beyin orağının arxa 2/3 hissəsi-
nin aşağı sərbəst kənarı boyunca arxaya doğ-
ru gedir və düz cibə açılır
  (şək. 19 
– 
A, B). 
Arxaya doğru getdikcə diametri artır. Aşağı 
sagital cib böyük beyin orağından, döyənək 
cisimin üst qismindən və bəzən beyin yarım-
kürələrinin içəri səthindən gələn venaları qə-
bul edir. 
Yuxarı daşlıq cibi (sinus petrosus su-
perior) kiçik və ensiz cib olub, mağaralı cibi 
köndələn ciblə birləşdirir. Mağaralı cibdən baş-
layaraq eyniadlı şırımla arxaya və bayıra doğru 
gedir və köndələn cibə açılır 
(şək. 19 
– 
A, B). 
Bu cib beyincik, böyük beyinin aşağı və təbil 
boşluğu venalarını qəbul edir. 
Aşağı daşlıq cibi (sinus petrosus infe-
rior) mağaralı cibi daxili vidaci vena ilə bir-
ləşdirir
  (şək. 19 
– 
A, B). 
Belə ki, hər bir 
aşağı daşlıq cibi öz tərəfinin mağaralı ci-
bindən başlayıb, eyniadlı  şırımla arxaya və 
aşağıya doğru gedərək daxili vidaci venanın 
yuxarı soğanağına açılır. Bu cib labirint 
venalarını, uzunsov beyindən, körpüdən və 
beyinciyin aşağı  səthindən gələn venaları 
qəbul edir.  
Daşlıq – pullu cib (sinus pertosquamo-
sa) gicgah sümüyünün daşlıq və pullu hissə-
lərinin birləşdiyi yerdə  əmələ  gələn eyniadlı 
şırımla (bəzən şırım əvəzinə kanal olur) arxaya 
doğru gedir və köndələn cibə açılır. Bu cib 
bəzən olmur və ya çənəarxası venaya açılır. 
Düz cib (sinus rectus) böyük beyin ora-
ğı ilə beyincik çadırının birləşdiyi yerdə sagital 
istiqamətdə yerləşmişdir
 (şək. 19 
– 
A, B). 
Kön-
dələn kəsikdə üçbucaq formasında olan bu 
cib arxaya və  aşağıya doğru gedərək, 
köndələn cibə açılır. Düz cibə Qalen venası, 
aşağı sagital cib və beyinciyin yuxarı 
venaları açılır. 
Ənsə cibi (sinus occipitalis) venoz cib-
lərin  ən kiçiyi olub beyincik çadırının arxa 
Şəkil 20. Mağaralı cib (frontal kəsik) 
 
1 – a.communicans posterior; 2 – n.oculomotorius;  
3  – n.trochlearis; 4 – n.ophthalmicus; 5 – n.maxillaris;  
6 – n.abducens; 7 – hypophysis; 8 – pars nasalis pharyn-
gea; 9 – sinus sphenoidalis; 10 – sinus cavernosus;  
11 – a.carotis interna; 12 – chiasma opticus. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə