Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   2   3   4   5   6   7   8   9   ...   34

16 
kənarı boyunca yerləşir. Böyük ənsə  dəliyi 
yaxınlığında bir neçə kiçik venaların birləş-
məsindən əmələ gəlir

Öndə S-ə bənzər cibin 
arxa ucu ilə, arxada isə köndələn ciblə birlə-
şir 
(şək. 19 
– 
B)
. Ənsə cibi həmçinin onurğa-
nın daxili venoz kələfi ilə birləşir.  
Əsas – təpə cibi (sinus sphenoparieta-
lis)  əsas sümüyün kiçik qanadlarının arxa 
kənarı boyunca sümüküslüyünün altı ilə içə-
riyə doğru gedir və mağaralı cibin ön hissə-
sinə açılır. Sərt qişadan gələn kiçik venaları 
və beyin qişasının səthi orta venasından bir-
ləşdirici şaxələri qəbul edir. 
Köndələn cib (sinus transversus) digər 
venoz ciblərdən geniş olub, daxili ənsə hün-
dürlüyündən sağ  tərəfdə yerləşir. Köndələn 
kəsikdə üçbucağa bənzəyir. O, ənsə sümü-
yünün pullu hissəsi üzərində olan köndələn 
cib  şırımı ilə önə  və bayıra tərəf gedir, gic-
gah sümüyünün daşlıq hissəsinin arxa – ba-
yır ucunda aşağıya doğru dönür və S– ə bən-
zər cibə keçir
 (şək. 19 
– 
A, B). 
Köndələn cib 
yuxarı daşlıq cibini, böyük beyinin və beyin-
ciyin aşağı venalarını, diploe və anastomotik 
venaları qəbul edir. 
 
Mağaralı cib (sinus cavernosus) kəllə-
nin orta çuxurunda əsas sümüyün cisiminin 
yan tərəflərində, öndə göz yuvasının yuxarı 
yarığı və arxada gicgah sümüyü piramidinin 
zirvəsi arasında yerləşir
 (şək. 20). 
Uzunluğu 
2 sm, eni 1 sm – dir. Mağaralı cibin adı onun 
daxili quruluşu ilə əlaqədardır. Belə ki, cibin 
periferik hissəsində onun köklərinin açılan 
yerində bir neçə trabekula – atmalar vardır. 
Meyitdə cib büzüşür, onun divarlarında olan 
sinirlər və horümçək torunabənzər dənəcik-
lər cibin içərisinə doğru qabarır və ona ma-
ğaralı toxuma görüntüsü verir. Ona görə də, 
cibə mağaralı cib deyilir. Mağaralı cibin 
içəri divarı üzrə simpatik kələflə  əhatə 
olunmuş daxili yuxu arteriyası keçir. Bunun 
aşağı – bayır tərəfində Dorello kanalının da-
xilində uzaqlaşdırıcı sinir təzahür edir. Cibin 
bayır divarında isə yuxarıdan aşağıya doğru 
gözün hərəki siniri, blok siniri, üçlü sinirin 
şaxələri olan göz və  əng sinirləri yerləşir. 
Mağaralı cibə yuxarı göz venası, aşağı göz 
venasının  şaxəsi, böyük beyinin səthi orta 
venası, böyük beyinin aşağı venaları, əsas – 
təpə cibi, torlu qişanın mərkəzi venası  və 
beyin qişasının orta venasının alın kökü 
açılır. Mağaralı cib yuxarı daşlıq cibi 
vasitəsilə köndələn ciblə, aşağı daşlıq cibi 
vasitəsilə isə daxili vidaci vena ilə  əlaqələ-
nir. Bu cib həmçinin oval, cırılmış  və  əsas 
dəliklərin emissar venaları vasitəsilə qanada-
bənzər kələflə, yuxarı göz venaları vasitəsilə 
üz venası sistemi ilə anastomozlaşır. Sağ və 
sol mağaralı ciblər bir – biri ilə ön və arxa 
mağaraararsı ciblər vasitəsilə birləşirlər və 
vahid mağarali cib sistemini və ya Ridleyin 
həlqəvi cibini (sinus circularis Ridleyi) 
əmələ gətirirlər. Bütün bu birləşmələr qapaq-
sızdır və qan cərəyanı  hər iki istiqamətdə 
mümkündür. Qanın mağaralı cibdən təkanı 
qismən daxili yuxu aryeriyasının pulsasiyası, 
başın vəziyyəti və həçinin ağırlıq qüvvəsinin 
təsiri altında baş verir.  
Mağaralı cib göz venasının kökləri və 
bucaq venası arasındakı anastomoz vasitəsilə 
üz venası ilə  əlaqələnir. Bu əlaqənin böyük 
praktik əhəmiyyəti vardır. Belə ki, üzdə baş 
verən irinli – iltihabi proseslər bu venalar va-
sitəsilə mağaralı cibə keçərək onun trombo-


17 
zuna  və  kəllədaxili absesin baş verməsinə 
səbəb ola bilir.  
S-ə bənzər cib (sinus sigmoideus) kön-
dələn cibin davamı olub, eyniadlı  şırımla 
aşağı  və içəriyə doğru gedir və vidaci 
çuxurun arxa hissəsində daxili vidaci vena-
nın yuxarı soğanağına açılır
 (şək. 19 

 A, B). 
 
Beyincik  çadırı (tentorium cerebelli), 
beyinin sərt qişasından əmələ gəlmiş törəmə 
olub beyinciyi çadır kimi yuxarıdan örtür 
(
şək. 19 
– 
A, 26
). Beyinciklə beyin yarım-
kürələrinin ənsə paylarının arasında üfiqi bir 
vəziyyətdə yerləşərək kəllə boşluğunu 
çadırüstü və çadıraltı hissələrə bölür. Onun 
basıq və azad olan ön kənarı  əsas sümüyün 
türk yəhərinin arxasından çadır oyması – 
incisura tentorii  (ya Paxion dəliyi) vasitəsi-
lə ayrılmışdır. Bu oymada orta beyin və be-
yincik soxulcanının ön hissəsi yerləşir. 
Orağın arxa qabarıq kənarı    ənsə pulunun 
üzərində olan köndələn cibin dodaqlarına və 
təpə sümüklərinin məməyəbənzər bucağına 
bağlanır. Yan tərəflərdə beyincik çadırı gic-
gah sümüyünün daşlıq hissəsinin yuxarı 
kənarına bağlanaraq yuxarı daşlıq cibini, 
öndə isə gicgah sümüyünün daşlıq hissəsinin 
zirvəsinə  və  əsas sümüyün kiçik qanadları-
nın arxa ucundan əmələ  gəlmiş ön mail çı-
xıntıya bağlanaraq mağaralı cibin yuxarı 
divarını  əmələ  gətirir. Beyincik çadırı be-
yinin və beyinciyin kəllə boşluğunda təsbi-
tini təmin edir. Çadırüstü  şişlər, beyin ödemi 
və hemorragiyalar zamanı  kəllədaxili təzyiq 
artdığından beyinin müəyyən hissəsi beyincik 
çadırının oymasından keçərək həyat üçün təh-
lükəli olan çadır yırtığına səbəb olur. Bəzən 
isə  kəllənin arxa çuxurunun şişləri zamanı 
böyümüş şiş kütləsi beyin kötüyünü beyincik 
çadırı oymasına doğru sıxaraq onun köndə-
lən istiqamətdə  sıxılmasına və qan dövranı-
nın pozulmasına gətirib çıxarır.  
 
Beyincik orağı (falx cerebelli) beyinin 
sərt qişasından  əmələ  gəlmiş törəmə olub, 
beyincik çadırının altında və beyincik yarım-
kürələrinin arasında sagital istiqamətdə yer-
ləşir 
(şək. 21, 7)
. Onun əsası yuxarıya çevril-
mişdir və orta xətt boyunca beyincik çadırı-
nın aşağı  səthinə birləşir. Daxili ənsə dara-
ğına bağlanan arxa kənarı ənsə cibini əmələ 
gətirir. Beyincik orağının zirvəsi (aşağı ucu) 
çox vaxt iki hissəyə bölünür və böyük ənsə 
dəliyinin kənarlarında itir. 
 
Bilək kanalı (canalis carpalis) – bükü-
cüləri saxlayan bağ – retinaculum flexorum 
mil və dirsək hündürlükləri arasında çəkilə-
rək biləyin sümük – fibroz kanalını – canalis 
carpi əmələ gətirir. Bilək kanalından orta si-
Şəkil 21. Beyinin sərt qişa törəmələri 
 
1 – dura mater; 2 – falx cerebri; 3 – sinus rectus; 4 – sinus 
transversus; 5 – confluence siniium; 6 – sinus sigmoideus;  
7 – falx cerebelli; 8 – sinus occipitalis; 9 – diaphragma sellae; 
10 – tentorium cerebelli; 11 – sinus sagittalis inferior;  
12 – sinus sagittalis superior; 13 – cranium. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə