Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

24 
tən, az möhkəmliyə malik olduğundan daha 
çox sınıqlara məruz qalır və cərrahi əməliy-
yatlar bu hissədə aparıldığından cərrahi bo-
yun adlandırılır. Cərrahi boyun dördtərəfli 
dəliyin bayır tərəfini  əmələ  gətirir və ona 
görə də, sınıqları zamanı həmin dəlikdən ke-
çən damar və sinir (qoltuq siniri və bazu sü-
müyünü dolanan arxa arteriya) zədələnir. 
 
Cərrahi düyün düyünlü damar 
tikişlərinin bir növü olub, tikişin birinci  həl-
qəsində sapın uclarının iki dəfə çarpazlaşma-
sı yolu ilə  əldə olunur (
şək. 35
). Bu düyün, 
digər düyünlərə nisbətən, daha etibarlıdır. 
 
Çarkot arteriyası beyinin orta arteriya-
sından ayrılan bayır mərciyəbənzər – zolaqlı 
cisim arteriyasının ən böyük şaxəsi olub, qa-
bığı, daxili kapsulun yuxarı hissəsini, ona 
uyğun  şüalı tacı, quyruqlu nüvənin çox qis-
mini qidalandırır. Bu şaxə  təzyiqin yüksəl-
məsinə qarşı daha davamsız olduğundan qa-
naxmalara səbəb olur və ona görə də, beyin 
qanaxması arteriyası da adlandırılır. 
 
Çerni tikişi çirkli seroz – selikli və se-
likli – seroz Albert və aseptik sero – seroz 
(seroz – əzələ) Lamber tikişlərinin müştərək 
tətbiqi ilə yaradılmış ikicərgəli tikiş növüdür 
(
şək. 36, 37,α
).  
Albert tikişi bağırsaq tikişlərinin bir no-
vüdür (
şək. 36,2
). Onun fasiləsiz və düyünlü 
formalarından istifadə edirlər. Tikişin fasilə-
siz forması, adətən, mədə – bağırsaq yolu-
nun uc və ya yan yaralarının qapadılması, 
Şəkil 34. Bazu sümüyü (cərrahi boyn ox ilə 
göstərilmişdir) 
Şəkil 35. Cərrah (a) və dənizçi düyün (b) 
Şəkil 36. Çerni tikişi 
 
1 – Lamber tikişi; 2 – Albert tikişi 
Şəkil 37. İkicərgəli α və β – tikişləri 
 


25 
yaxud anastomoz yaradarkən onun ön divarı-
nın tikilməsi məqsədilə tətbiq olunur. Tikişin 
icrası zamanı tikiləcək yaranın uclarından bi-
ri tikildikdən sonra sapın sərbəst ucu düyün-
lənir. Sonra isə o biri uzun ucu ilə yara kə-
narlarına adi fasiləsiz tikiş qoyulur. Əvvəlcə 
iynə  kəsik yarasının bir kənarında seroz qi-
şadan sancılıb, selikli qişa tərəfdə çıxarılır və  
hər dəfə tikiş ilgəyi xaricdən dartılır. Bu yol-
la lazım olan hissə bütün yara boyunca ti-
kilib qurtardıqdan sonra axrıncı ilgək yara-
nın digər ucunda düyünlənir. Bu üsulla tikil-
miş yara kənarlarının seroz səthləri bir – bi-
rinə söykənmir, amma kəsik kənarlarının se-
likli qişaları sıx təmasda olurlar. Ona görə də
bu yolla qoyulmuş tikiş  xəttini sero – seroz 
tikişlərlə örtdükdən sonra həmişə β  – tikiş alı-
nır (
şək. 37
).  
Tikişin düyünlü formasında anastomo-
zun arxa divarını tikən zaman sap tikilən or-
qanın divarından  «selikli – seroz, seroz – 
selikli» istiqamətlərində keçrildiyindən ideal 
α  – tikişi alınır (
şək. 37
). 
Qeyd etmək lazımdır ki, «fitil effekti» ver-
diyinə görə Albert tikişi Lamber tikişi ilə ör-
tülmədiyi halda sərbəst üsul kimi istifadə 
olunmur.  
Periton boşluğu tərəfdən (yəni bağırsa-
ğın seroz qatından) bir bağırsaq ucunun 
mənfəzinə keçirilən, oradan da əksinə tikilə-
cək digər ucun mənfəzindən bağırsağın xari-
cinə (yəni periton boşluğuna) çıxardılan sap 
boyunca bağırsaq möhtəviyyatının (mikro-
floranın) periton boşluğuna ötürülməsi «fitil 
effekti» adlanır. Bu zaman cərrahlığın  ən 
təhlükəli ağırlaşması – peritonit baş verir.
 
 
Lamber tikişi (sero – seroz və ya se-
roz–  əzələ tikişi) aseptik tikiş növüdür. Bu 
zaman hər bir tikiş ilgəyində iynənin sancıl-
ması və çıxarılması seroz və əzələ qişalarından 
keçilməklə icra edilir. Tikiş ipək sapla qoyulur. 
Iynə bağırsağın kəsik kənarından 3 – 5 mm 
aralı sancılır, yara kənarına 1 – 2 mm qalmış 
isə  çıxarılır.  Əks tərəfdə iynə bağırsaq yarası-
nın kənarından 1 – 2 mm aralı sancılır və 3 – 5 
mm məsafədə xaric edilir. Tikişə yalnız se-
roz və əzələ qatları cəlb olunur. tikişlər bağ-
lanarkən periton örtükləri bir  – birinə sıx bi-
tişirlər
 (şək.36,1). 
 
Çessinak qabarcığı
 
(yuxu qabarcığı – 
tuberculum caroticum) VI boyun fəqərəsi-
nin köndələn çıxıntısının ön qabarcığıdır 
(
şək. 38,3
). Yuxu arteriyası birbaşa onun 
önündə yerləşdiyindən, üzdə qanaxmalar za-
manı yuxu arteriyası bu qabarcığa sıxılır. 
 
 
Səkil 38. VI boyun fəqərəsi 
 
1 – köndələn çıxıntının arxa qabarcığı; 2 – onurğa beyini 
siniri; 3 – yuxu qabarcığı (köndələn çıxıntının ön qabar-
cığı); 4 – onurğa beyini siniri düyünü; 5 – köndələn dəlik.  


26 
Çəkic sümüyü (malleus) orta qulaq sü-
mükcüklərindən olub, təbil boşluğunda yer-
ləşir. Onun təbil pərdəsi ilə birləşən dəstəsi, 
zindanla birləşən başı, həmçinin, uzun və qı-
sa çıxıntıları vardır (
şək. 39
). Bu ad ona xari-
ci görünüşünə görə verilmişdir. 
 
Çənəgələbənzər vəzi və ya timus 
(glandula thymica) immun sistemin mərkə-
zi orqanı olub döş sümüyünün arxasında ön 
orta divarın yuxarı hissəsində yerləşir (
şək. 40
).  
Qədim anatomlar bu vəzini kəklikotu yar-
pağına bənzətdikləri üçün ona timus adı 
vermişlər. Timus «tiiyme» sözündən götrü-
lüb «kəklikotu» deməkdir. Lakin onun sağ və 
sol payları bir – birinə paralel yerləşərək 
çəngəli xatırlatdığı üçün çəngələbənzər vəzi 
də adlandırılır. 
 
Çılpaq sahə (area nuda) qara ciyərin 
üzərində peritonla örtülməmiş üçbucaq for-
malı bir sahədir (
şək. 41
). Bu sahə tac bağın 
ön və arxa səfhələri və sağ üçbucaq bağ ilə 
əhatə olunmuşdur.  
Şəkil 40. Çəngələbənzər vəzi 
 
1 – timusun sağ və sol payları; 2 – döş qəfəsinin daxili 
arteriyası və venası; 3 – ürək kisəsi; 4 – sol ağ ciyər;  
5 – sağ və sol bazu – baş kötükləri. 
Şəkil 42. Daban kanalı 
 
1 – tendo m.tibialis posterior; 2 – tendo m.flexor digitorum 
longus; 3 – tendo m.flexor hallucis longus; 4 – retinaculum 
flexorum; 5 – daban kanalı; 6 – m.abductor hallucis. 
Şəkil 41. Qara ciyərin arxadan görünüşü (çılpaq sahə 
oxla göstərilmişdir). 
Şəkil 39. Çəkic sümüyünün öndən (A), yandan (B)  
və arxadan (C) görünüşü  
 
1 – çəkicin başı; 2 – çəkicin boynu; 3 – oynaq səthi;  
4 – uzun çıxıntı; 5 – çəkicin dəstəyi; 6 – qısa çıxıntı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə