Last variant of the book pub


Başlı sümük (os capitatum)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   2   3   4   5   6   7   8   9   ...   34

11 
 
Başlı sümük (os capitatum) bilək sü-
müklərinin distal cərgəsinin mil tərəfdən üçün-
cü ən böyük sümüyüdür (
şək.14,8
). Uzunluğu 
25 – 29 mm – dir. Sümüyün xarakter xüsusiy-
yəti onun yuxarıya doğru baxan ucunun – 
başının yuvarlaq və hamar olmasıdır (ona 
görə başlı sümük adlanır). Onun başı aypara 
və qayığabənzər sümüklə, mil tərəfdən tra-
pesiyayabənzər, dirsək tərəfdən qarmaqlı sü-
müklə  və  həmçinin, III daraq sümüyü ilə 
birləışir.  
 
Bauhin qapağı  və ya qalça – kor 
bağırsaq qapağı (valvula Bauhini seu 
valvula ileocaecalis) qalça – kor bağırsaq 
dəliyini qapayır və ilk dəfə Bauhin Kaspar 
tərəfindən təsvir edilmişdir. O, yuxarı  və 
aşağı dodaqlardan təşkil olunmuşdur. Do-
daqlar öndə və arxada bir – biri ilə birləşərək 
Səkil 15. Süd  vəzisinin limfa sistеmi. 
A – limfa damarları və rеgiоnar limfa düyünləri; B – kvadrantlar üzrə limfanın daşınma yоlları 
 
1 – süd vəzisiyanı limfa düyünləri: a – Bartеls düyünü; b – Sоrqius düyünü: 2 – bayır qоltuq limfa düyünləri; 3 – mərkəzi 
qоltuq limfa düyünləri; 4 – kürəkaltı limfa düyünləri; 5 – körpücükaltı limfa düyünləri; 6 – körpücüküstü limfa düyünləri 
(Virxov düyünü); 7 – döş sümüyüyanı limfa düyünləri; 8 – döş əzələləriarası limfa düyünləri (Rоttеr düyünü); 9 – döş sü-
müyüarxası limfa düyünləri; 10 – qarınüstü nahiyəyə gеdən limfa düyünləri; 11 – arеоlaətrafı limfa damarları tоru (Sap-
pey kələfi). 
Şəkil 16. Ön divarı açılmış qalça – kor bağırsaq 
nahiyəsi 
1 – tenia libera; 2 – appendices epiploicae; 3 – plica se-
milunaris; 4 – valva ileocaecalis; 5,8 – appendix; 6 – il-
eum; 7 – mezoappendix; 9 – ostium appendix; 10 – cae-
cum; 11 – frenilum valve ileocaecalis; 12 – haustra coli. 


12 
yüyənlər əmələ gətirir (
şək. 16,11
).  
Bauhin qapağı nazik bağırsaq möhtəviy-
yatının yoğun bağırsağa keçməsini təmin 
edir və eyni zamanda yoğun bağırsaq möhtə-
viyyatının nazik bağırsağa keçməsinin qarşı-
sını alır. Onun müxtəlif zədələnmələrinə, 
spazmına, lipomatozuna, selikli qişasının il-
tihablaşmasına tez – tez rast gəlinir və bu 
xəstəliklər  əksər hallarda cərrahi müdaxilə 
tələb edir. 
 
Bennel tikişi (adaptasion tikiş) vətər ti-
kişlərindən olub iki formada  (Bennel – I və 
Bennel – II) istifadə olunur. Bennel – I üsulu 
ilə tikiş qoyduqda əvvəlcə vətərin proksimal 
ucu zədələnmə səviyyəsindən 1,5 sm yuxarı-
da vətər liflərinə şaquli istiqamətdə düz iynə 
vasitəsilə  məftil və ya sapla tikilir. Saplar 
vətərdən çəp istiqamətdə keçrildikdən sonra 
hər iki ucu bir – birinə paralel olaraq vətərin 
distal ucundan keçrilir və xaricdə  təsbit et-
mək üçün dəri səthinə çıxarılır. Sapın ucları-
nı bağlamazdan  əvvəl ilgəyin altına digər 
sap (bu sap vətər bitişdikdən sonra adapta-
sion tikişi çıxarmaq üçündür) keçrilir və ya-
radan proksimal tərəfdə dəri səthinə çıxarılır. 
Bennel – II üsulu ilə vətər tikişi zamanı zə-
dələnmiş  vətərin proksimal ucu uzun tantal 
məftil və ya kapron sapla köndələn istiqa-
mətdə tikilir. Bu tikişin altında ikinci bir li-
gatura qoyulur və yaranın yuxarı  kənarında 
dəri səthində xüsusi düymə üzərinə  təsbit 
olunur. Birinci köndələn tikişdən başlamaqla 
vətərin proksimal ucuna Kuneo tikişi qoyu-
lur, liqaturanın ucları yaradan 2 – 3 sm kə-
narda dəri üzərinə çıxarılır. Onun dartılması 
nəticəsində proksimal və distal ucları tam 
adaptasiya olunur. Adaptasiya olunmuş vətər 
uclarına 2 – 3 ədəd düyünlü tikiş qoyulur 
(
şək. 17
). 
 
Berqman dördbucaqlısı Kronleyn – 
Bryusova sxeminin ön – aşağı dördbucaqlısı 
olub daxili yuxu arteriyasının mağaralı his-
səsinin proyeksiyasına uyğun gəlir (
şək. 81
). 
Orta kəllə çuxurunun orta qulaq mənşəli 
irinliklərini açmaq üçün oriyentir kimi isti-
fadə olunur.  
 
Berri bağı  və ya qalxanabənzər vəzi-
nin asılan bağı (lig. Berry seu suspenso-
rum glandula thyroidea) boyunun dördün-
cü fassiyasının visseral səfhəsinin qalxana-
bənzər vəzin arxa səthində qalınlaşmasından 
Şəkil 17. Bennelin vətər tikişi 


13 
əmələ  gələn və  vəzinin paylarını üzüyəbən-
zər qığırdağın qövsünə bağlayan bağdır. Ud-
ma aktı zamanı qalxanabənzər vəzinin qırt-
laqla bərabər yuxarı hərəkət etməsinin səbə-
bi bu bağdır.  
Qalxanabənzər vəzinin asılan bağı qayı-
dan qırtlaq siniri ilə sıx təmasdadır. Ona gö-
rə  də, qalxanabənzər vəzin cərrahi  əməliy-
yatları zamanı onu səfərbər etmək məqsədiy-
lə bu bağı kəsərkən qayıdan qırtlaq siniri də 
kəsilə bilər. Bu, isə səsin xırıltılı olması (dis-
foniya) ilə nəticələnə bilər. 
 
Bertini bağı (qalça – bud bağı – lig.ilio-
femorale, Biqilou və ya Fik bağı) insan bədə-
ninin  ən möhkəm bağıdır. Qalınlığı 1 sm 
olub, 300 kq ağırlığı saxlamağa qadirdir.  O, 
ön – aşağı qalça tinindən başlayır, çətir şək-
lində yayılaraq, oynaq kapsulunun ön – bayır 
səthi ilə gedir, bud sümüyünün böyük burma-
sına və burmalararası xəttə bağlanır (
şək. 18,4
). 
Bud – çanaq oynağını möhkəmləndirməklə 
yanaşı, onun açılmasını  və bayıra hər-
lənməsini məhdudlaşdırır. Məhz, bu bağın 
gücü hesabına bud – çanaq oynağının ön 
çıxıqları nadir hallarada baş verir.  
 
Beyin orağı (falx cerebri) sərt qişadan 
əmələ gəlmiş orağabənzər formalı, sagital is-
tiqamətdə yerləşmiş möhkəm törəmə olub 
xoruz pipiyindən başlayaraq daxili ənsə pro-
tuberansına qədər davam edir. Yarımkürə-
lərin arasına (beyinin sagital yarığı) girərək 
onları bir – birindən ayırır (
şək. 19 

 A,8
). 
Beyin orağı ön hissədə dar, arxa hissədə isə 
enli olub beyincik çadırı ilə birləşir. Orağın 
qabarıq yuxarı kənarı orta xətt boyunca kəllə 
sümüklərinin (alın, təpə  və  ənsə) daxili 
səthlərində olan yuxarı sagital cib şırımının 
dodaqlarına birləşərək, eyni adlı cibi (yuxarı 
sagital cibi) əmələ  gətirir. Onun aşağı basıq 
sərbəst kənarı boyunca aşağı sagital cib 
keçir. Sərt qişanın digər törəmələri ilə 
birlikdə beyinin təsbitində  iştirak edir, 
yarımkürələrin yerdəyişməsinin qarşısını 
alır, eyni zamanda, yuxarı  və  aşağı sagital 
ciblərin formalaşmasında iştirak edir.  
 
Beyinin sərt qişa cibləri (sinus durae 
matris) - kəllə boşluğunda beyinin sərt qişa-
sının daxili səfhəsi beyinin böyük yarıqlarına 
doğru büküşşəkilli çıxıntılar verərək, xarici
 
səfhədən xeyli aralanır və  nəticədə venaları 
əvəz edən sərt qişanın venoz
 
cibləri adlanan 
yollar əmələ gətirir. 
Sərt qişanın venoz cibləri, adətən, kəllə 
sümüklərinin daxili səthlərində olan şırımlar 
Şəkil 18. Bud – çanaq oyanğının bağları 
 
1 – oyanaq kapsulu; 2 – qapayıcı zar; 3 – qasıq – bud 
bağı; 4 – qalça – bud bağı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə