Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   2   3   4   5   6   7   8   9   10   ...   34

18 
nir, barmaqları bükən əzələlərin (səthi və də-
rin) və baş barmağı bükən uzun əzələnin və-
tərləri keçir (
şək. 22
). Uzunluğu, orta hesab-
la, 2,5 sm olan bu kanal əsası proksimal tə-
rəfə çevrilmiş  kəsik konus formasındadır. 
Onun girəcək hissəsinin eni 2,0 – 2,5 sm, çı-
xacaq hissəsinin eni isə 1,8 – 2,0 sm – dir. 
Bilək kanalının divarları ilə  əzələ  vətərləri-
nin fassial örtüyü arasında kövşək toxuma 
sahələri yerləşir. Bu toxuma sahələrindən 
praktik baxımdan  ən  əhəmiyyətlisi bükücü 
əzələlərin vətərlərinin arasında yerləşən və 
50% hallarda Paron – Piroqov toxuma sahəsi 
ilə birləşən dərin toxuma yarığıdır. Bu 
sahədə yerləşən sinovial kisələrin və 
vətərlərin irinli iltihabı
 
zamanı irin Paron – 
Piroqovun toxuma sahəsinə keçə bilir. 
Bilək kanalında orta sinir baş barmağı 
bükən uzun əzələ ilə barmaqları bükən səthi 
və dərin əzələlərin sinovial vətər yataqlarının 
arasında yerləşdiyindən barmaqların intensiv 
hərəkətləri tələb olunan peşə sahiblərində 
(makinaçılarda, piano və qarmon ifaçıların-
da)  əzələlərin yorulması  nəticəsində  sıxılır 
və  ağrılara səbəb olur. Buna «bilək kanalı 
sindromu» deyilir. 
 
Biş tоxuması (yanağın piy cismi – cor-
pus adiposum buccae) yanaq əzələsi ilə 
çeynəmə  əzələsi arasında nazik fassial səf-
hənin daxilində yerləşir
  (şək. 23)
. Yanağın 
piy cisminin üç çıxıntısı vardır: a) gicgah çı-
xıntısı – almacıq qövsünün altından göz yu-
vasının bayır divarına keçir; b) göz yuvası 
çıxıntısı – üzün dərin nahiyəsində yerləşir və 
Şəkil 22. Bilək kanalı 
 
1 – radius; 2 – tendo m.palmaris longus; 3 – a.radialis;  
4 – r.palmaris superficialis a.radialis; 5 – tendo m. flexor 
carpi radialis; 6 – n.medianus; 7 – tendo m.flexor pollicis 
longus; 8 – aponeurosis palmaris; 9 – tuberculum ossis sca-
phoidea; 10 – tuberculum ossis trapezii; 11 – retinaculum 
flexorum; 12 – hamulus ossis hamati; 13 – r.palmaris profun-
dus a.ulnaris; 14 – r.profundus n.ulnaris; 15 – os pisiforme;  
16 – tendines m.flexor digitorum superficialis; 17 – tendines 
m.flexor digitorum profundus; 18 – tendo m.flexor carpi ul-
naris; 19 – n.ulnaris; 20 – a.ulnaris; 21 – membrana in-
terossea; 22 – ulna. 
Şəkil 23.  Biş toxuması (yanağın piy cismi) 
1 – processus orbitalis; 2 –  göz yuvasıaltı toxuma;  
3 – köpək çuxuru toxuma sahəsi; 4 – processus pterygopa-
latinus; 5 – corpus adiposum buccae; 6 – əzələarası toxuma 
sahəsi; 7 – çeynəmə əzələaltı toxuma sahəsi; 8 – qulaqaltı 
vəzi yatağı; 9 – textus parapharyngealis anterior; 10 – textus 
interpterygoidea; 11 – textus temporopterygoidea;  
12 – processus temporalis corpus adiposum buccae.  


19 
göz yuvasının aşağı yarığı vasitəsilə göz yu-
vası ilə əlaqələnir; c) qanad – damaq çıxıntı-
sı eyniadlı çuxura daxil olur. Bəzən qanad – 
damaq çıxıntısı kəllə boşluğuna keçərək ma-
ğaralı cibə söykənir,  bu, isə üzdə olan fleq-
monoz proseslərin kəllə boşluğuna keçərək 
mağaralı cibə yayılmasına səbəb ola bilər. 
Yanaqdakı irinli proseslər piy cisminin gic-
gah çıxıntısı boyunca üzün dərin nahiyəsinə, 
buradan gicgah nahiyəsinin dərin toxuma sa-
həsinə, göz yuvası çıxıntısı boyunca isə göz 
yuvasına yayıla bilər. 
Yanağın piy cisminin fizioloji əhəmiy-
yəti də vardır. Belə ki, uşaqlarda yanağın piy 
cismi daha yaxşı inkişaf edir. Bu, isə yanağa 
girdəlik verir və  ağız boşluğunda atmosfer 
təzyiqinin azalmasına səbəb olaraq əmmə 
prosesini təmin edir. 
 
Bizəbənzər çıxıntı (processus styloi-
deus) mil, dirsək və gicgah sümükləri üzə-
rində yerləşir (
şək. 24
). Pinəçi bizinə bənzə-
diyi üçün belə adlandırılır. Bu termin gicgah 
sümüyünün biz çıxıntısı üçün daha uyğun-
dur. Gicgah sümüyünün biz çıxıntısından 
əzələlər və bağlar başlanır və onlar hamısı 
birlikdə gül dəstəsi adlanır. Mil sümüyünün 
biz çıxıntısı daha çox sınıqlara məruz qalır.  
Bu  zaman sınıq nahiyəsinə yandan baxdıqda 
ətraf süngüyə  bənzəyir,  əl öz yerini milə 
doğru dəyişir,  ətraf isə supinasiya vəziyyəti 
alır. Digər tərəfdən, sınan zaman mil sümü-
yünün biz çıxıntısı proksimal tərəfə yerini 
dəyişdiyindən dirsək sümüyünün biz çıxın-
tısı ilə eyni səviyyədə yerləşir (normada mil 
sümüyünün biz çıxıntısı dirsək sümüyünün 
eyniadlı  çıxıntısından aşağıda yerləşir). Bu-
nun adı çəkilən sınığın diaqnostikasında bö-
yük praktik əhəmiyyəti vardır. Həmçinin
mil və dirsək sümüklərinin biz çıxıntıların-
dan mil – bilək oynağının dəri üzərində pro-
yeksiyasını təyin etmək üçün xarici oriyentir 
kimi də istifadə edilir. 
 
Blelok – Meşalkin tikişi çevirici damar 
tikişi olub, damarların tikiləcək uclarının çox 
qısa olduğu hallarda, damarın arxa divarını 
tikmək üçün istifadə olunur. Damarın arxa 
divarına çevirici tikiş qoyan zaman onun 
daxili qişasının maksimum adaptasiyasına 
Şəkil 24. Mil, gicgah və dirsək sümüklərinin 
bizəbənzər çıxıntısı (1) 
Şəkil 25. Blelok 

 
Meşalkin tikişi 


20 
nail olunur. Bu, fasiləsiz  П – vari və ya 
döşək tikişləri qoymaqla əldə olunur. Bu növ 
tikiş, damar kənarlarını maksimum adaptasi-
ya etməklə və damarın mənfəzində yad ma-
terialların qalmasının qarşısını almaqla bə-
rabər, çox vaxt anastomoz nahiyəsində da-
ralmanın əmələ gəlməsinə səbəb olur (
şək. 25
).  
 
Boxdalek yarığı (bel – qabırğa üçbu-
cağı – trigonum lumbocostalis) hər iki tə-
rəfdə diafraqmanın bel hissəsi ayaqcıqlarının 
bayır dəstəsi ilə qabırğa hissəsi arasında 
əmələ gələn üçbucaqşəkilli sahədir (
şək. 26
). 
Bu üçbucaq nahiyəsində əzələ lifləri yoxdur 
və o, döş boşluğu tərəfdən döşdaxili fassiya, 
qarın boşluğu tərəfdən isə qarındaxili fassiya 
ilə ortülmüşdür. Ona görə də, digər hissələrə 
Şəkil 26. Diafraqma 
 
1 – diafraqmanın bel hissəsi; 2 – aşağı boş vena ; 3 – qida borusu; 4 – aorta; 5, 11 – sağ və sol bel qabırğa üçbucaqları 
(Boxdalek yarığı); 6 – vətərli mərkəz; 7 –  sağ döş – qabırğa üçbucağı (Morqan yarığı); 8 – diafraqmanın döş hissəsi;  
9 – sol döş – qabırğa üçbucağı (Larrey yarığı); 10 – diafraqmanın qabırğa hissəsi.  
Şəkil 27. Ürəyin öndən görünüşü (Botal axacağı oxla 
göstərilmişdir). 
 
1 – aorta; 2 – ağ ciyər kötüyü 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə