Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   26   27   28   29   30   31   32   33   34

95 
 
yerləşir. Aponevrotik hissəsinin başlanğıcını 
kanalın yuxarı dəliyi təşkil edir. Yuxarı dəlik 
bud sümüyünün içəri kondilusu üzərində 
yerləşən yaxınlaşdırıcı qabarcıqdan 15 – 16 
sm yuxarıda yerləşir. Kanalın başlanğıc hissə-
sində aponevrotik səfhə üzərində yaxınlaş-
dıran böyük və ya dərzi əzələlərin arteriyala-
rına məxsus dəliklər olur. 
Yossel kanalının vətər – əzələ hissəsinin 
ön – içəri divarını budu yaxınlaşdıran böyük 
əzələnin vətəri, arxa – bayır divarını isə içəri 
enli əzələ təşkil edir. Burada damarlar 1,0 – 1,5 
sm dərində yerləşdiyindən görünmürlər. Da-
marların kiçik bir sahədə dərində və əzələlər 
arasında yerləşməsi cərrahi əməliyyatın apa-
rılmasını  çətinləşdirir. Yossel kanalı daxi-
lində bud arteriyası öndə  və içəridə, bud 
venası isə arxada və bayırda yerləşir. Apo-
nevrotik səfhə üzərində iki ön dəlik olduqda, 
yuxarı dəlikdən diz oynağına məxsus damar-
lar, aşağı dəlikdən isə gizli sinir xaric olur.  
Yossel kanalının aşağı  dəliyi yarıq  şək-
lindədir və buradan bud arteriyası dizaltı çu-
xura, dizaltı vena isə bud nahiyəsinə keçir. 
Aşağı dəlik çox vaxt içəri enli əzələ ilə budu 
yaxınlaşdıran böyük əzələnin lifləri arasında 
yerləşir.  
 
Yuxarı  əzələ   incik kanalı (canalis 
musculoperoneus superior) baldırın yuxarı 
1/3 hissəsində, incik sümüyü ilə uzun incik 
əzələsinin arasında yerləşir. Bu kanaldan sət-
hi incik siniri keçir. 
 
Yuxu cibi (sinus caroticum) daxili yu-
xu arteriyasının başlanğıc hissəsində yerlə-
şən genişlikdir 
(şək. 142,6)
. Burada damarın 
daxili qişası nazikdir və  əzələ elementləri 
azdır, xarici qişası isə,  əksinə, qalındır, 
elastik liflər, reseptorlar, dil – udlaq və azan 
sinirlərdən gələn liflərlə zəngindir. 
Yuxu cibi arterial təzyiqin dəyişməsinə 
həssas olan baroreseptor zona kimi fəaliyyət 
göstərir. Təzyiqin yüksəlməsi və ya yuxu ci-
binin sıxılması ürək vurğularının sayının 
azalmasına, arterial təzyiqin qəflətən düşmə-
sinə, beyinin işemiyasına və bayılmaya sə-
bəb olur.   
 
Yuxu cisimi (corpus caroticum) 2 – 7 
mm ölçülü paycıqlı anatomik törəmə olub 
ümumi yuxu arteriyasının daxili və xarici 
yuxu arteriyalarına haçalandığı yerin arxa – 
içəri tərəfində yerləşir 
(şək.142,5)
. Yuxu 
cisimi xaricdən kapsul ilə örtülmüşdür və bu 
kapsuldan daxilə doğru atmalar gedərək onu 
Şəkil 142. Yuxu cibi və yuxu cismi 
 
1 – efferent sinir lifi; 2 – yuxu cibi reseptorları; 3 – yuxu 
cismi reseptorları; 4 – ümumi yuxu  arteriyası; 5 – yuxu 
cisimi; 6 –  yuxu cibi; 7 – ganglion cervicalis superior;  
8 – a.carotis interna; 9 – azan sinir qanqlionu. 


96 
paycıqlara bölür. Paycıqlar epitelial yumaq-
cıq hüceyrələrindən, dayaq hüceyrələrdən və 
sinusoidlərdən təşkil olunmuşdur. Yuxu ci-
simi xemoreseptor zona olub, oksigenin sə-
viyyəsinin azalmasına, karbon qazının və 
hidrogen ionlarının konsentrasiyasının art-
masına reaksiya verir. Yuxu cisiminin şişləri 
cərrahi əməliyyatın gedişi zamanı qanaxma-
lar törədə bilər. 
 
Zaxarçenko qan dovranı (circulus 
arteriosus Zakharchenko) uzunsov beyinin 
ön səthi üzərində yerləşmiş romb formalı 
arterial  şəbəkədir. Belə ki, hər iki onurğa 
arteriyasından (aa.vertebrales) ayrılan onur-
ğa beyini şaxələri – rr.spinales (2 ədəd) 
üzunsov beyinin ön səthi ilə  aşağıya doğru 
gedərək bir – biri ilə birləşir və orta xətt bo-
yunca yerləşmiş ön onurğa beyini arte-
riyasını – a.spinalis anterior əmələ  gətirir. 
Nəticədə, yuxarıda  əsas arteriya, aşağıda ön 
onurğa arteriyası  və yanlarda isə onurğa 
beyini şaxələri arasında romb formalı arterial 
dövran əmələ gəlir (
şək. 143,6
). Bu dövran, 
Villizin qan dövranı kimi, həyati vacib 
mərkəzlərə (ürək – damar, tənəffüs, öskürmə 
və s. mərkəzlər) malik olan uzunsov beynin 
fasiləsiz qan təchizatını təmin edir. 
 
Zindan sümüyü (incus), qulaq sümük-
cüklərindən olub, uzun və  qısa ayaqcıqlar-
dan, cəkicin başı ilə birləşməyə  məxsus ci-
simdən ibarətdir. Onun uzun ayaqcığı üzəngi 
başı ilə birləşir (
şək. 144
). 
 
Zinn həlqəsi görmə kanalını və göz yu-
vasının yuxarı yarığının içəri yarısını  əhatə 
edən və göz almasının düz əzələlərinin bağ-
lanması üçün istinad təşkil edən vətər həl-
qəsidir 
(şək. 145)
. Buradan gözün hərəki 
Şəkil 143. Zaxarçenko qan dövranı (oxla 
göstərilmişdir) 
 
1 – a.communicans anterior; 2 – a.basilaris; 3 – a.vertebralis; 
4 – a.spinalis anterior; 5 – r.spinalis; 6 – Zaxarçenko qan 
dövranı; 7 – a.cerebri posterior; 8 –a.communicans posterior; 
9 – a.cerebri media; 10 – a.cerebri anterior. 
Şəkil 144. Zindan sümüyü 
 
1 – corpus incudis; 2 – crus breve; 3 – facies articularis;  
4 – crus longum; 5 – crus longum 
 


97 
Şəkil 145.  Göz yuvası  
 
1 – v.ophthalmica superior; 2 – n.lacrimalis; 3 – .frontalis;  
4 – n.trochlearis; 5 – m.rectus superior; 6 – m.levator palpe-
brae superioris; 7,12 – n.oculomotorius; 8 – a.ophthalmica;  
9 – m.obliquus superior; 10 – n.opticus; 11 – m.rectus me-
dialis; 13 – v.ophthalmica inferior; 14 – m.rectus inferior;  
15 – m.obliquus inferior; 16 – fissura orbitalis inferior;  
17 – n.abducens; 18 – m.rectus lateralis; 19 – n.nasociliaris; 
20 – fissura orbitalis superior. 
siniri, burun – kirpik siniri, uzaqlaşdırıcı 
sinir, görmə siniri və göz arteriyası keçir. 
Qeyd olunan vətər həlqəsi buradan keçən 
törəmələrin sıxılmasının  qarşısını alır. 
 
Zimmerinq venası  və ya qapı venası 
(v. Soemmerringi seu vena portae) qara 
ciyər – onikibarmaq bağının səfhələri arasın-
da, ümumi öd axacağı ilə xüsusi qara ciyər 
arteriyasının arxasında yerləşir 
(şək.146)

Uzunluğu 2 – 8 sm - dir. Yuxarı çöz və dalaq 
venalarının birləşməsindən  əmələ  gəlir və 
periton boşluğunun bütün tək orqanlarından 
venoz qanı qara ciyərə daşıyır. Bunlardan 
əlavə, qapı venasına yuxarı  mədəaltı  vəz – 
onikibarmaq bağırsaq, mədə  çıxacağıönü, 
sağ  və sol mədə venaları açılırlar. Bəzən 
qapı venası kötüyünün əmələ  gəlməsində 
aşağı çöz və köndələn çənbər bağırsağın orta 
venası da iştirak edir. Bədənin boylama 
oxuna münasibətinə görə qapı venasının və-
ziyyəti 80% hallarda çəp olur. Belə vəziyyət 
qapı venasının sol tərəfdə formalaşması  və 
ya qara ciyərin  əhəmiyyətli dərəcədə böyü-
məsi ilə əlaqədardır. 
Klinik cərrahlıqda qapı venası ilə mədə-
altı  vəzin bir – birinə münasibəti mühüm 
əhəmiyyət kəsb edir. Orta hesabla, 35% hal-
larda qapı venası mədəaltı vəz başının arxa-
sından keçir, 42% hallarda vəz üzərindəki 
şırımda və 23% hallarda isə  vəzin parenxi-
ması daxilində yerləşir. Mədəaltı  vəzin  şiş-
ləri zamanı qapı venasının sonradan portal 
hipertenziyanın inkişaf etməsi ilə tez sıxıl-
ması məhz bununla izah olunur. 
Cərrahliq təcrübəsində qapı venası  və 
onun şaxələrinin aşağı boş vena ilə münasi-
bətlərinin süni porto – kaval anastomozların 
yaradılması zamanı böyük əhəmiyyəti var. 
Çox vaxt bu damarların mərkəzi oxları iti bu-
caq altında kəsişirlər. Qara ciyərin vəziyyəti, 
ölçüləri və qapı venasının müxtəlif mənbə-
lərdən əmələ gəlməsi onunla aşağı boş venanın 
topoqrafo – anatomik münasibətlərinin dəyiş-
məsinə səbəb olur. Belə ki, qara ciyərin nisbə-
tən aşağı vəziyyəti zamanı bu damarların bir – 
birinə toxunan səthlərinin çox qısa olması ilə 
əlaqədar porto – kaval anastomozların yaradıl-
ması üçün əlverişli şərait yaranır.  Bəzən əlavə 
qapı venasına da rast gəlinir. Belə halda o, qapı 
venasının əsas kötüyünə paralel keçir.  
Qapı venası qara ciyər qapısına 1,0 – 1,5 
sm qalmış və ya bilavasitə onun daxilində sağ 
və sol şaxələrə bölünür. Onun bölünmə səviy-
yəsi XI döş və I bel fəqərələri arasında dəyişə 
bilər. Belə dəyişkənlik sirroz zamanı qara ciyə-


98 
Səkil 147. Qapı vеnası sistеmi (öndən, sxеm) 
 
1 – v.cava infеriоr; 2 – оеsоphagus; 3 – vv.оеsоphagеaе; 4 – r. sinistеr v. pоrtaе; 5 – v.gastrica sinistra; 6 – v. gastrica 
dеxtra; 7 – vеntriculus; 8 – v.gastrica sinistra və v. gastrica dеxtra arasındakı anastоmоz; 9 – liеn; 10,12 –  vv.gastricaе 
brеvеs; 11 –  v.liеnalis; 13 – v.gastrоеpiplоica sinistra; 14 – piylik vеnaları; 15 –  rеn sinistеr; 16 – v.rеnalis sinistra;  
17 – v.cоlica mеdia və v. cоlica sinistra arasındakı anastоmоz; 18 – jеjunum; 19 – v.cоlica sinistra;  20 – v.mеsеntеrica 
infеriоr; 21– cоlоn dеscеndеns; 22 – intеstinum tеnuе; 23 – v. cоlica sinistra et v. sigmоidеa arasında anastоmоz; 24 – vv. 
sigmоidеaе; 25 – v.rеctalis supеriоr; 26 –  cоlоn sigmоidеum; 27 – v.iliaca еxtеrna; 28 – v.iliaca intеrna; 29 – vv.rеctalеs 
mеdiaе; 30 – vv.rеctalеs infеriоrеs; 31– plеxus vеnоsus rеctalis; 32 – rеctum; 33– appеndix vеrmifоrmis; 34 – caеcum;  
35 – v.appеndicularis; 36– ilеum; 37 – v.iliaca cоmmunis dеxtra; 38 – v. ilеоcоlica; 39 – vv.жежunalеs еt ilеi; 40– v. cava 
infеriоr; 41 – v.cоlica dеxtra; 42 – cоlоn ascеndеns; 43 – rеn dеxtеr; 44 – v.mеsеntеrica supеriоr; 45 – v. rеnalis dеxtra;  
46 – v.cоlica mеdia; 47,51 – v.pancrеaticоduоdеnalis; 48 – çənbərbağırsağın оrta və sağ vеnalarının birləşdiyi yеr;  
49 – pancrеas; 50 – duоdеnum; 51 – v. pancrеaticоduоdеnalis;  52 – v.gastrоеpiplоica dеxtra;  53 – vv. paraumbilicalеs;  
55 – r. dеxstеr v. pоrtaе; 56 – qara ciyərin vеnоz kapilyarları; 57 – hеpar; 58 – vv.hеpaticaе. 
rin ölçülərinin kiçilməsi, bağırsaqların sallan-
ması  və s. səbəblər ilə  əsaslandırılır. Qapı 
venasının sağ  və sol şaxələrə bölünməsi çox 
vaxt 90 – 100
o
 – lik bucaq altın-da baş verir. 
Sağ şaxənin uzunluğu 1,5 – 3,5 sm, solunku isə 
2,0 – 5,0 sm təşkil edir. Sağ şaxənin diametri, 
soldakına nisbətən, bir qədər böyük olur. Sağ 
pay  şaxəsinə öd kisəsi venası, sol şaxəyə isə 
göbək venası açılır. Qapı venasının  şaxələrə 
bölünməsinin səpələnmiş, keçid və magistral 


99 
formaları ayırd edilir. Səpələnmiş forma 
zamanı venanın kötüyü  uzunluğu 0,2 – 2,0 sm 
olan iki qisa şaxəyə, onların da hər biri, öz 
növbəsində, 2 – 5 şaxəyə bölünür. Magistral 
formada sağ  və sol şaxələr ikinci və üçüncü 
sıra  şaxələrə bölünürlər. Keçid formaya qapı 
venasının səpələnmiş və magistral formalarının 
əsas əlamətləri xasdır. 
Qapı venası çoxsaylı anastomozlar vasi-
təsilə yuxarı  və  aşağı boş venalarla əlaqələ-
nir. Porto – kaval anastomozlar adlanan bu 
əlaqələr: a) mədə venaları ilə yemək borusu 
venaları arasında; b) düz bağırsaq venaları 
arasında; c) göbəkətrafı venalarla qarının ön 
divarının venaları arasında; ç) qapı venasının 
mənbələri ilə peritonarxası sahənin venaları 
(böyrək, böyrəküstü vəzi, xaya və ya yumur-
talıq venaları  və s.)  arasınada  əmələ  gəlir. 
Bu anastomozlar qapı venası sistemində baş 
verən durğunluqlar və qan cərəyanının po-
zulması zamanı kollateral qan dövranının 
əmələ gəlməsində mühüm rol oynayırlar. Belə 
ki, portal hipertenziyalar zamanı qanın qara 
ciyərdən boş vena sisteminə ötrülməsində qida 
borusu venaları ilə anastomozlaşan diafraqma 
venaları da iştirak edir. Porto – kaval anasto-
mozlar düz bağırsaq nahiyəsində daha yaxşı 
inkişaf etmişdir. Qida borusu nahiyəsində 
mədənin sol venası  və qida borusu venaları 
arasındakı əlaqələr vasitəsilə qapı venası ilə tək 
vena, yəni yuxarı boş vena sistemi arasında 
anastomoz yaranır. Qara ciyər sirrozu zamanı 
qapı venası sistemində baş verən pozğunluqlar 
periton boşluğuna mayenin toplanmasına 
(qarın hidropsu) səbəb olan portal hipertenziya 
yaradır. Portal hipertenziya zamanı göstərilən 
anastomozlar səviyyəsində  təzyiqin həddən 
çox artması  mədə – qida borusu venalarının 
varikoz genişlənməsinə və təhlükəli qanaxma-
lara gətirib çıxarır. Digər tərəfdən, qarının ön 
divarında yerləşən göbəkətrafı venaların geniş-
lənməsi göbək ətrafında qıvrılmış ilan yumağı-
na bənzəyir və  cərrahlıqda  «meduza başı» 
sindromu adlandırılır (
şək. 117
). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


100 
 


101 
Chaurasia B.D., Human Anatomy, 3 
volumes, Delhi, India, 1998. 
1.  Məmmədov L.A., Baş və boyunda cərrahi 
əməliyyatların topoqrafo – anatomik əsasla-
rı, Bakı, 1997. 
2.  Məmmədov L.A., Bel və peritonarxası 
sahənin topoqrafiyası  və  cərrahi  əməliy-
yatları, Bakı, 2001. 
3.  Məmmədov L.A., Döş nahiyəsinin topoq-
rafiyası  və  cərrahi  əməliyyatları, Bakı, 
2003. 
4.  Məmmədov L.A., Hüseynov L.M., 
Yaqubov S.N.,  İnsan  ətraflarının cərrahi 
anatomiyası, Bakı, 2002. 
5.  Məmmədov L.A., Qarın nahiyəsinin 
topoqrafiyası və cərrahi əməliyyatları, Bakı, 
2004. 
6.  Məmmədov L.A., Ümumi operativ 
cərrahlıq,  ətraflarda cərrahi  əməliyyatlar, 
Bakı, 2003. 
7.  Peter Williams L., Roger Warwick, 
Mary Dyson, Lawrence H. Bannister
Gray’s anatomy, 37
th
 ed., Churchill Living-
stone, Edinburgh, London, Melbourne and 
New York, 1989. 
8.  Putz R. , Pabst R. , Sobotta, Atlas of Hu-
man Anatomy, 13
th
 ed., 2 volumes, Lippin-
cott Williams & Wilkins.  
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYATLAR 
9.  Ranganatan T.S., Textbook of Human 
Anatomy, S. Chand & Company Ltd., Ram 
Nagar, New Delhi, 2004. 
10.  Золотко Ю.Л., Атлас топографической 
анатомии человека, М.,ч.1, 1967.  
11. Кованов  В.В.  и  др.  Оперативная  хи-
рургия и топографическая анатомия, М., 
Медицина, 1978. 
12. Кованов  В.В.,  Бомаш  Ю.М.,  Практи-
ческое руководство по топографической 
анатомии, М., 1963. 
13. Лубоцкий  Д.Н.,  Основы  топографи-
ческой анатомии, М. Медгиз, 1953. 
14.  Николаев  А.В.,  Топографическая  ана-
томия и оперативная хирургия, Москва, 
2007. 
15. Островерхов  Г.Е.,  Лубоцкий  Д.Н.,  
Бомаш  Ю.М.,  Курс  оперативной  хи-
рургии  и    топографической  анатомии, 
М., 1978. 
16. Синельников Р.Д., Синельников Я.Р.
Атлас  анатомии  человека,  в 4 -х  томах, 
М., Медицина, 1996.  
17. Топоров Г.Н., Эпонимические термины 
в  клинической  анатомии  человека, 
Словарь. –К.:  Выща  шк.  Головное  изд. 
1988. 


102 
Abbot arteriyasi  
Adamkieviç arteriyası  
Adəm alması  
Axilles vətəri  
Albert tikişi  
Alkоk kanalı  
Amantini büküşü  
Ammon buynuzu  
Anatоmik tənbəki qabı  
Aranti axacağı  
Aranti düyünləri  
Armudu əzələ  
Armudu əzələaltı dəlik  
Armudu əzələüstü dəlik  
Astley – Kuperin asılan bağı  
Aşoff – Tavar düyünü   
At quyruğu  
Atlant  
Auerbax kələfi  
Ayaqaltı arterial qövslər  
Ayaqaltı kanallar  
Aypara sümük  
Bartels düyünü  
Başlı sümük   
Bauhin qapağı  
Bennel tikişi  
Berqman dördbucaqlısı  
Berri bağı  
Bertini bağı  
Beyin orağı  
Beyincik  çadırı  
Beyincik orağı  
Beynin sərt qişa cibləri  
Bilək kanalı  
Biş tоxuması  
Bizəbənzər çıxıntı  
Blelok – Meşalkin tikişi  
Boxdalek yarığı  
Botal axacağı  
Boumen kapsulu  
Boyun ilgəyi  
Breşe venaları  
Brodies kisəciyi  
Broke qırışığı  
Bud kanalı  
Cərrahi boyun  
Cərrahi düyün  
Çarkot arteriyası  
Çerni tikişi  
Çessinak qabarcığı  
Çəkic sümüyü  
Çənəgələbənzər vəzi  
Çılpaq sahə  
Daban kanalı  
Daşıyıcı bucaq  
Denonvil – Salişev aponevrozu  
Dənizçi düyünü  
Dərzi əzələsi  
Dimdiyəbənzər çıxıntı  
Dizaltı çuxur  
Dorello kanalı  
Dördtərəfli dəlik  
Duqlas boşluğu  
Ənsəaltı üçbucaq  
Fallopi boruları  
Fallopi kanalı  
Farabef  üçbucağı  
Fater məməciyi  
Gerota fassiyası  
Giraldes bağı 
Girdi bağı  
Göbək həlqəsi  
Gözəllik çuxuru  
Guyon kanalı  
Günəş kələfi  
Haçayabənzər bağ  
Hallerin üçayağı  
Hartman cibi  
Hartmanın böhran nöqtəsi  
Haymor cibi  
Henle bağı  
Hesner qapağı  
Hesselbax bağı  
Hesselbax üçbucağı  
Heşle qırışığı  
Heyster qapağı  
Hirtl kanalı  
Hiss bucağı   
Hiss dəstəsi  
Holden xətti  
Horner əzələsi  
Hörümçək torunabənzər qişa  
Huebnerin qayıdan arteriyası  
Hünter kanalı  
Hüter üçbucağı  
Xaçabənzər anastomoz  


103 
 Xaçabənzər bağlar  
Xəlbir sümüyü 
Xəlbirəbənzər fassiya və ya Hesselbax 
fassiyası  
Xış sümüyü  
Xoruz pipiyi  
Iltihabi yaxalıq  
Jerdi qabarı  
Jimbernat və ya sahə bağı  
Jober çuxuru  
Kalo üçbucağı  
Kamança yayı 
Kambalayabənzər əzələ  
Kamper fassiyası  
Kanavellin qadağan zonası  
Karrel – Marozova tikişi  
Killian üçbucağı  
Kiss – Flak düyünü  
Kisselbax zonası  
Kleland bağı  
Kloke fassiyası  
Koles və ya Krauze fassiyası  
Krоnleyn  – Bryusova sxemi  
Kubabənzər sümük  
Kuperin daraq bağı  
Kuznetsov – Penski tikişi  
Küneo tikişi  
Qalen venaları  
Qarmaqlı sümük   
Qasıq kanalı  
Qayığabənzər sümük  
Qaz ayaqları  
Qəzəb venası  
Qıfabənzər fassiya  
Qlissоn kapsulu  
Qodmanın əzələ – vətər manjeti  
Qrassinin «böhran» şaxələri   
Qruber kanalı  
Labbe venası  
Lamber tikişi  
Langer xətləri  
Larrey üçbucağı  
Lesqaft – Qrinfelt rombu, üçbucaqlısı  
Lesqaft xətti  
Lisfrank qabarcığı  
Lisfrank oynağı  
Loveri qabarcğı  
Lund düyünü  
Luşka dəlikləri  
Lüdviq bucağı və ya Luis bucağı  
Lyeto üçbucağı  
Majandi dəliyi  
Mak – Kenrod və ya Koks bağı  
Marsel gölü  
Marşall venası  
Masevan üçbucağı  
Maydl yırtığı  
Mekkel boşluğu  
Mekkel divertikulu  
Messi fassiyası  
Meyo venası  
Meysner kələfi  
Məməyəbənzər çıxıntı  
Mətbəx bıçağı 
Mixaelis rombu  
Mili bayıra hərləndirən əzələ kanalı  
 Monro dəliyi  
Morano dəliyi  
Morenheym çuxuru  
Morison çalası  
Morqan cibi  
Morqan dəliyi  
Morqan yarığı  
Morris dördbucaqlısı  
Müller əzələsi   
Noxudabənzər sümük  
Nuk  divertikulu  
Oddi sfinkteri 
Orağabənzər bağ  
Orağabənzər kənar  
Oval dəlik  
Ölüm qapısı  
Ölüm tacı  
Оvuc arterial qövsləri  
Paxion dənəcikləri  
Paxion dəliyi 
Paron – Pirоqоv tоxuma sahəsi  
Pazabənzər sümüklər  
Peti üçbucağı və ya bel üçbucağı  
Piroqovun fassiyası  
Pirоqоv üçbucağı  
Pupart bağı və ya qasıq bağı  
Reyl adacığı  
Ridleyin venoz həlqəsi 
Rixter yırtığı  
Riоlan qövsü  


104 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Roland şırımı  
Rotter düyünləri  
Rozenmüller – Piroqov düyünü  
Rozenmüller çuxuru  
Sappey kələfi  
Sappey venaları  
Silvi su kəməri  
Silvi şırımı 
Simon üçbucağı  
Sioni siniri və ya Hofer siniri  
Sirkə kasası  
Skarp və ya bud üçbucağı  
Spense quyruğu  
Spigel xətti  
Spiral kanal  
Stenson axacağı  
Süvari kisəsi  
Şah vena  
Şipo üçbucağı  
Şopar oynağı  
Tac bağ  
Tenon kapsulu  
Tənəyəbənzər kələf  
Told fassiyası  
Tompson səfhəsi  
Topuq kanalları  
Torel dəstəsi  
Trapesiyaşəkilli sümük  
Trapesiyayabənzər sümük  
Treyts bağı  
Treyts cibi  
Treyts yırtığı  
Trolar venası  
Türk yəhəri  
Ulduzabənzər qanqlion  
Üçbucaq bağlar  
Üçkənarlı sümük  
Üçtərəfli dəlik  
Üzəngi sümüyü  
Üzüyəbənzər qığırdaq  
Valdeyerin limfa – epitelial həlqəsı  
Valsalva cibi  
Varton axacağı  
Veber bağı  
Velpo üçbucağı  
Venkebax dəstəsi  
Vidaci venoz qövs  
Vidi siniri  
Villizin qan dövranı  
Vinslov – Burje bağı 
Vinslоv dəliyi  
Virxov düyünü  
Vitnall qabarcığı 
Voyniç – Syanojeskinin təhlükəsizlik 
üçbucağı  
Vrizberq siniri  
Yaxınlaşdırıcı kanal  
Yakobson anastomozu  
Yazı qələmi  
Yevstax borusu  
Yevstax qapağı  
Yossel kanalı  
Yuxarı əzələ – incik kanalı  
Yuxu cibi  
Yuxu cisimi  
Zaxarçenko qan dövranı 
Zimmerinq venası  
Zindan sümüyü  
Zinn həlqəsi  


105 
 


106 
 


107 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə