Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
  1   2   3   4   5   6   7   8   9   ...   34



 
 
 
 
 
L.A. MƏMMƏDOV, E.Ç. ƏKBƏROV, H.Ə. ƏKBƏROV 
 
 
 
 
 
 
 
 
İNSAN ORQANİZMİNİN XÜSUSİ ADLAR  
DAŞIYAN TÖRƏMƏLƏRİ  
VƏ  
ONLARIN ƏHƏMİYYƏTİ 
(
İZAHLI MƏCMUƏ

 
 
 
 
 
 
 
BAKI - 2012 
 



Mövcud  ədəbiyyat mənbələrində in-
san оrqanizminin hər bir nahiyəsində xüsusi 
adlar daşıyan müxtəlif xarakterli çоxsaylı 
törəmələrə rast gəlinir. 
 
Əslində bunların bəziləri yaranışdan 
çоx mükəmməl fоrmalaşdırılmış intakt  in-
san  оrqanizminin qüsursuz fəaliyyət gös-
tərməsini təmin etmək üçün xüsusi anatоmо – 
fiziоlоyi  əhəmiyyətə malik ayrılmaz bir 
hissəsi kimi  müxtəlif tоxumalardan (fassiya, 
əzələ, sinir,  vətər, bağlardan və s.) adsız оla-
raq yaradılmışlar. Bəziləri isə, bu və ya digər 
törəmənin, nahiyənin praktik əhəmiyyətini 
daha aydın açıqlamaq məqsədilə ayrı – ayrı 
müəlliflər tərəfindən şərti оlaraq tərtib оlun-
muşlar. 
 Bu 
törəmələrin bir qismi оnları ilk dəfə 
təsvir və  tərtib etmiş, yaxud öyrənmiş 
şəxslərin  şərəfinə (məsələn, Meyо venası, 
Paxiоn dənəcikləri, Pupart bağı, Villizin qan 
dövranı, Piraqоv üçbucağı, Sоrqius düyünü 
və s.), bir qismi оnların оxşadıldıqları əşya-
ların (оraq, xəlbir, çəkic, qalxan və s.), digər 
qismi isə  bənzədildikləri həndəsi fiqurların 
(üçbucaqlı, qövs, kanal, həlqə, rоmb və s.) 
adları ilə əlaqəli adlandırılmışlar. 
 Ümumiyyətlə, bu cür törəmələr hədsiz 
dərəcədə  çоxsaylıdırlar və müxtəlif xarak-
terli ədəbiyyat mənbələrində təsvir оlunmuş-
lar. Tərtib etdiyimiz bu izahlı məcmuədə tо-
pоqrafik anatоmiya və  оperativ cərrahlıq 
fənni ilə sıx əlaqəsi оlan xüsusi adlı törəmə-
lər tоplanılıb, xarakterizə edilmişlər. 
Kitabda verilmiş məlumatların daha an-
laşıqlı olması və asanlıqla qavranılması üçün 
onun mətni çoxsaylı yüksək keyfiyyətli sə-
killərlə əyaniləşdirilmişdir. Bu sahədə ilk də-
fə belə  tərtibatda azərbaycan dilində yazıl-
mış istifadənizə  təklif etdiyimiz kitabımız 
tibb üzrə bütün mütəxəssislər, tibb təhsili tə-
ləbələri və geniş oxucu kütləsi üçün nəzərdə 
tutulmuşdur. Onun azca da olsa yararlı olma-
sı  zəhmətimizə verilmiş  ən yüksək qiymət 
olacaqdır.  
 
Müəlliflərdən 
ÖN SÖZ 



Abbot arteriyasi kiçik anomal arteriya 
olub enən aortanın döş hissənin proksimal 
ucunun arxa – içəri səthindən başlayır. Arte-
riya aorta daralmasının (koarktasiya) aradan 
qaldırılması məqsədilə aparılan cərrahi əmə-
liyyat zamanı nəzərə alınmalıdır ki, bilinmə-
dən kəsilib, gizli qanaxmaya səbəb olmasın. 
 
Adamkieviç arteriyası  və ya onurğa 
beyini arteriyası (a.Adamkiewicz seu 
a.spinalis)  bel arteriyasının şaxəsidir, bəzən 
isə qabırğaaltı arteriyadan başlayıb, onurğa 
beyininin bel – oma qalınlaşmasını qidalan-
dırır. 
 
Adəm alması (pomum Adami)  qırtla-
ğın skeletini təşkil edən qalxanabənzər qığır-
dağın qədim adıdır. O, öndə bir – biri ilə bir-
ləşərək, kişilərdə 90
o
, qadınlarda isə 120

– li 
bucaq əmələ gətirən dördbucaq formalı sağ və 
sol səfhələrdən təşkil olunmuşdur (
şək. 1a
). Bu 
bucaq kişilərdə gözlə daha yaxşı görün-
düyündən «Adəm alması» adlandırılır. 
Mövcud mənbələrdə qırtlağın «Adəm al-
ması» adlandırılması haqqında iki məlumat 
vardır. Birinci məlumata görə,  ərəblər insan 
bədənində olan bütün hündürlüklərə «alma» 
adı vermişdilər. Bu hündürlüklərdən biri – 
qalxanabənzər qığırdaq hündürlüyü yalnız 
kişilərə  məxsus olduğundan və «adəm» kişi 
mənasında işlədildiyindən onu «kişi alması – 
adəm alması» adlandırırdılar. Digər məlumat 
Bibliyaya  əsaslanır: ilk insan – Adəm cən-
nətdə qadağan olunmuş meyvəni  yeyərkən 
boğazında ilişib qalıb və bir günah işlətmə 
rəmzi kimi xaricdən göründüyündən  «Adəm 
alması» adlandırılmışdır. O, boyunda apa-
rılan cərrahi  əməliyyatlar zamanı oriyentir 
kimi istifadə olunur. 
 
Axilles vətəri (tendo Achillis seu tendo 
calcanea) baldırın üçbaşlı  əzələsinin daban 
qabarına bağlanan vətəridir (
şək.2
). Vətərin 
belə adlandırılması  əfsanəvi qədim yunan 
qəhrəmanı Axillesin adı ilə bağlıdır.  Əfas-
nəyə görə, çox iti axına malik olan müqəd-
dəs Stiks çayının möcüzəvi xüsusiyyəti var-
mış: onda çimənin bədəni qılıncla kəsilməz
oxla, nizəylə deşilməz olurmuş. Ona görə də, 
Axillesin anası Fetida oğlunu gələcəkdə 
məğlubolunmaz etmək məqsədilə  uşaq ikən 
onu bədənin ən əlçatmaz, gözdən uzaq yerin-
dən – baldırın üçbaşlı  əzələsinin vətərindən 
Şəkil 2. Axilles vətəri  
1- tendo Achillis (tendo calcaneus) 
Şəkil.1. 

 qalxanabənzər qığırdaq; b 

 üzüyəbənzər 
qığırdaq 



tutaraq başıaşağı Stiks çayına sallayıb 
çimizdirir. Doğurdan da sonralar bunun 
sayəsində Axilles yenilməz olaraq məhşuq 
qəhrəmana  çevrilir. Lakin oğlu ilə daim 
öyünən anası  təsadüfən bir dəfə Axillesin 
belə  qələbələrinin onun Stiks çayında 
çimizdirilməsi ilə əlaqəli olması sirrini açmış 
və çimizdirən zaman barmaqları ilə tut-
duğundan çayın suyu ilə  təmasda olmayan 
baldırın üçbaşlı  əzələsinin vətərinin zəif yer 
olduğunu söyləmişdir. Bundan xəbər tutan 
düşmən tərəf Troya müharibəsi zamanı Axil-
lesi mühasirəyə salmışlar və Paris zəhərli 
oxla məhz həmin zəif yerdən onu ölümcül 
yaralamışdır. 
 
Alkоk kanalı (cinsiyyət kanalı – cana-
lis pudendalis) – daxili qapayıcı əzələni ör-
tən fassiyanın səfhələri arasında əmələ gələn 
kanaldır (
şək. 3,9
). Uzunluğu  3 – 4 sm olan 
bu kanal oturaq – düz bağırsaq çuxurunun 
yan divarında yerləşir və buradan daxili 
cinsiyyət damar – sinir dəstəsi keçir.  
Qapayıcı fassiyanın üzərində Alkok ka-
nalının ön ucuna sidik – cinsiyyət diafraq-
ması bitişir. Buna görə, cinsiyyət damar – 
sinir dəstəsini  əhatə edən toxuma bilavasitə 
oturaq – düz bağırsaq çuxurundan keçmir və 
sidik – cinsiyyət diafraqmasının toxuma yarıq-
ları ilə birləşmir. Cinsiyyət damar – sinir dəs-
təsi və onun ətrafındakı toxuma irinli – iltihabi 
proseslərin yayılmasında  əlaqə yolu kimi 
iştirak etmir, çünki Alkok kanalı oturaq – düz 
bağırsaq çalası toxumasından təcrid olunmuş-
dur. Daxili cinsiyyət damarları və siniri Alkok 
kanalı ilə oturaq – düz bağırsaq çuxuruna 
girmədən birbaşa sidik – cinsiyyət diafraq-
masının orta aponevrozunun altına keçirlər. 
 
Amantini büküşü (plica Amantini), 
bud sümüyünün kiçik burması  səviyyəsində 
yerləşir. Bud – çanaq oynağının kapsulunun 
bud sümüyünün boynuna keçən hissəsində 
əmələ gəlir. Bu büküşün daxilində bud sümü-
yü başına məxsus damarlar keşir (
şək. 4,2
). 
Şəkil 3. Aralıq nahiyəsi 
 
1 – m.transversus perinea superficialis; 2 – a. et v. pudenda inter-
na; 3 – daxili qapayıcı əzələ fassiyasının dərin səfhəsi; 4 – daxili 
qapayıcı əzələ fassiyasının səthi səfhəsi; 5 – m.sphincter ani ex-
terna; 6 – anus; 7 – m.levator ani; 8 – daxili qapayıcı əzələ fassi-
yası;  9 – canalis pudendalis (Alckok); 10 – ig.sacrotuberale;  
11 – a. v. et n.perinealis.  
Şəkil 4. Bud–çanaq oynağı 
 
1 – membrana synovialis; 2 – plica synovialis; 3 – tuber 
ischi; 4 – membrana obturatoria; 5 – lig. teres; 6 – a. liga-
menti teretis; 7–r.acetabularis a.obturatoria; 8 – pubis;  
9 –tuberculum pubicum; 10 – a.obturatoria.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə