Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

30 
qrup  əzələlərin arası ilə baldırın dərin 
toxuma sahəsinə yayıla bilər.    
 
Dorello kanalı gicgah sümüyünün daş-
lıq hissəsində beyinin sərt qişası ilə  aşağı 
daşlıq cib şırımı arasında  əmələ  gəlir, daxi-
lindən uzaqlaşdırıcı sinir və mağaralı cibə 
açılan venalar keçir. 
 
Dördtərəfli dəlik (foramen quadrila-
terum) yuxarıdan kürəkaltı  və kiçik girdə 
əzələ, aşağıdan böyük girdə  əzələ, içəridən 
üçbaşlı əzələnin uzun başı, bayırdan isə bazu 
sümüyünün cərrahi boynu ilə  əhatə olunur 
(
şək.48,A
). Bu dəlikdən qoltuq siniri və bazu 
sümüyünü dolanan arxa arteriya keçir
 (şək. 
48,B)
. Bazu sümüyünün cərrahi boyununun 
sınıqlarında bu damar – sinir dəstəsi zədələ-
nə bilər. Həmçinin,  dördtərəfli dəlik irinli – 
iltihabi proseslərin yayılmasında mühüm rol 
oynayır. Belə ki, irinli – fleqmonoz proseslər 
zamanı irin dördtərəfli dəliyin fassial arakəs-
məsini dağıdaraq qoltuq nahiyəsinin arxa 
divarının dərisi altına və deltayabənzər  əzə-
ləaltı nahiyəyə keçir. 
 
Duqlas boşluğu – kişilərdə düz bağırsaq – 
sidiklik çalası – excavatio rectovesicalis, qa-
dınlarda isə düz bağırsaq – uşaqlıq çalası – 
excavatio rectouterina adlanır (
şək. 49
). Ki-
şilərdə periton sidik kisəsinin arxa səthi ilə 
aşağıya doğru enərək, sidikliyin arxa səthini, 
toxumdaşıyıcı axacaq ampulunun içəri kəna-
rını  və toxum kisəciklərinin zirvəsini örtüb 
Səkil 48. Üçtərəfli və dördtərəfli dəliklər və bu dəliklərdən keçən damar –  sinir dəstələri 
 
A: 1 – dördtərəfli dəlik; 2 – üçtərəfli dəlik; B: 1 – m.infraspinatus; 2 – m.teres minor; 3 – m.teres major;  
4 – a.brachialis;5 – r.muscularis a.brachii profundus; 6 –  n.cutaneus brachii medialis; 7 – caput longum m.tripitis brachii;  
8 – r.muscularis n.radialis; 9 – caput laterale m.triceps brachii; 10 – caput mediale m.tricipitis brachii; 11 – tendo 
m.tricipitis brachii; 12 – n.radialis et a.collateralis ulnaris superior; 13 – n.cutaneus antebrachii posterior; 14 – a.collateralis 
mediana;15 – m.anconeus; 16 – m.flexor carpi ulnaris; 17 – m.trapezius; 18 – scapula; 19 – m.deltoideus; 20 – n.axillaris 
et a.circumflexa brachii posterior; 21 – a.circumflexa scapulae; 22 – humerus; 23 – n.radialis et a.brachii profundus.  


31 
düz bağırsağın üzərinə keçir. Bunun sayə-
sində düz bağırsaqla sidiklik arasında düz 
bağırsaq – sidiklik çalası adlanan bir çökək-
lik  əmələ  gəlir. Bu çalaya kəskin appen-
disitlər zamanı iltihabi ekssudat, mədə xora-
sının deşilməsi və parenximatoz orqanların 
zədələnmələri zamanı qan toplana bilər. 
Qadınlarda düz bağırsağın ön səthi ilə 
uşaqlığın arxa səthi arasında peritondan 
əmələ  gəlmiş çökəklik isə düz bağırsaq – 
uşaqlıq çalası (arxa Duqlas boşluğu) adlanır 
və klinik baxımdan böyük əhəmiyyət kəsb 
edir. Belə ki, arxa Duqlas boşluğu uşaqlıq 
yolunun arxa tağından palpasiya edilir və 
burada toplana bilcək patolo-ji mayenin olub – 
olmaması yoxlanılır. Həmçinin, arxa Duqlas 
boşluğu uşaqlıq yolunun arxa tağından keçil-
məklə punksiya olunur və burada olan pato-
loji mayenin xarakteri aydınlaşdırılır. Hətta 
zərurət yaranan zaman uşaqlıq yolunun arxa 
tağı  kəsilərək açılır (kolpotomiya) və arxa 
Duqlas boşluğuna toplanmış patoloji  maye 
boşaldılır. 
 
Ənsəaltı üçbucaq (trigonum subocci-
pitalis) boyunun arxa səthində yerləşir. Bu 
üçbucaq yuxarıdan və bayırdan başın yuxarı 
çəp əzələsi, aşağıdan başın aşağı çəp əzələsi, 
yuxarıdan və içəridən isə başın arxa düz əzə-
ləsi ilə əhatə olunmuşdur (
şək. 50,6
). Üçbu-
cağın hüdudları daxilində onurğa arteriyası, 
ənsəaltı sinir, II və III boyun sinirlərinin arxa 
şaxələri keçir.
 
Şəkil 49. Qadın (A) və kişi  (B) çanağının sagital kəsiyi  
 
1 – uşaqlıq borusu, 2 – yumurtalıq; 3 – uşaqlıq; 4 – düz bağırsaq; 5 – düz bağırsaq – uşaqlıq çalası (arxa Duqlas boşluğu); 
6 – uşaqlıq yolu; 7 – sidik kanalı; 8 – qasıq bitişməsi; 9 – sidik kisəsi 10 – sidiklik – uşaqlıq şalası (ön Duqlas boşluğu);  
11 – sidiklik – düz bağırsaq çalası. 
Səkil 50. Ənsəaltı üçbucaq 
 
1 – n.suboccipitalis; 2 – II boyun sinirinin arxa şaxəsi;  
3 – III boyun sinirinin arxa şaxəsi; 4 – m.obliquus inferior 
capitis; 5 – a.vertebralis; 6 – trigonum suboccipitalis;  
7 – m.rectus posterior capitis;  8 – m.obliquus superior 
capitis. 


32 
Fallop boruları (uşaqlıq boruları – tu-
bae uterinae) uzunluğu 10 – 12 sm boru-
şəklli cüt üzvlərdən olub, uşağlığın yan tə-
rəflərində, enli bağın yuxarı  kənarında yer-
ləşmişdir (
şək. 51,3
). Vəzifəsi yumurta hü-
ceyrəsini qəbul etmək, mayalandırmaq və 
uşaqlıq borusuna ötürməkdir. Divardaxili, 
boğaz, ampul və qıf hissələrdən təşkil olun-
muşdur. Uşaqlıq boruları vasitəsilə kiçik ça-
naq boşluğu xarici mühitlə əlaqələndiyindən 
infeksion və irinli iltihabı proseslər asanlıqla 
xaricdən periton boşluğuna keçə bilər. 
 
Fallop kanalı (üz siniri kanalı – cana-
lis n.facialis) gicgah sümüyünün daşlıq his-
səsində olan ən uzun və geniş kanal olub da-
xili qulaq keçəcəyinin dibindən başlayır. Əv-
vəlcə üfiqi istiqamətdə arxadan önə, sonra 
isə bayıra doğru gedir. Böyük daşlıq siniri ka-
nalı  səviyyəsində yuxarı dizcik – geniculum 
superius canalis nervi facialis adlanan genişlik 
və əyrilik əmələ gəlir. Daha sonra bir qədər 
geriyə dönərək, təbil boşluğunun içəri diva-
rında olan üz siniri hündürlüyü səviyyəsində 
aşağı dizciyi (geniculum inferius canalis 
nervi facialis) əmələ gətirir və biz – məmə-
yəbənzər dəliklə sona çatır (
şək. 52,9
). Biz – 
məməyəbənzər dəlikdən bir qədər yuxarıda 
üz siniri kanalında təbil teli kanalcığının də-
liyi yerləşir və buradan eyni adlı sinir keçir. 
 
Farabef  üçbucağı yuxu üçbucağının 
bir hissəsini təşkil edir və yuxarıdan dilaltı 
sinirlə, yanlardan isə daxili vidaci vena və 
üzün ümumi venası ilə hüdudlanır (
şək. 53,5
). 
Bu üçbucaqdan xarici yuxu arteriyasını əldə 
Şəkil 51. Uşaqlıq və uşaqlıq boruları 
 
1 – isthmus tubae uteri; 2 – ovarium; 3 – tuba uterina;  
4 – fimbriae tubae ; 5 – lig.latum uteri; 6 – a.uterina;  
7 – lig.ovarii proprium 
Şəkil 52. Üz siniri kanalı (Fallop kanalı) 
 
1 – məməyəbənzər mağara; 2 – məməyəbənzər hücrələr; 3 – 
biz – məməyəbənzər dəlik; 4 – girdə pəncərə;  
5 – hündürlük; 6 – yuxu kanalı; 7 – üçlü sinir qanqlionuna 
məxsus basıqlıq; 8 – ilbizəbənzər çıxıntı; 9 – üz siniri kanalı. 
Şəkil 53. Başın və boyunun venaları və arteriyaları 
 
1 – v.facialis; 2 – n.hypoglossus; 3 – a. carotis communis;  
4 – v.jugularis interna; 5 – Farabef üçbucağı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə