Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

27 
Daban kanalı bayırdan daban sümüyü 
və içəridən ayaq baş barmağını uzaqlaşdıran 
əzələ ilə hüdudlanmışdır (
şək. 42,5
). O,  
baldırın dəri fassiyalararası toxuma sahəsi ilə 
ayaqaltının toxuna sahələri arasında  əlaqə 
yaradır. Daban kanalı yuxarıda içəri topuq 
kanalı ilə birləşir.  
 
Daşıyıcı bucaq saidi dirsək oynağında 
tam açdıqda və bayıra hərləndirdikdə 
(supinasiya) bazunun boylama oxu ilə saidin 
boylama oxu arasında bayıra doğru açılmış 
163
0
 – li bir bucaqdır (
şək. 43
). Bucağın 
əmələ  gəlməsinə  səbəb bazu blokunun içəri 
çıxıntısının, bayır çıxıntısına nisbətən, 6 mm 
öndə yerləşməsi və  həmçinin kondilusları 
birləşdirən boylama oxun çəp olmasıdır. 
Daşıyıcı bucaq qadınlarda daha yaxşı nəzərə 
çarpır. Bucağın belə adlandırılmasına səbəb 
ağır yük daşıyarkən dirsəyin həmin hissəsi-
nin gövdəyə təmas etdirilməsidir. 
 
Denonvil – Salişev aponevrozu (apo-
nevrozis peritoneoperinealis) – kiçik çanaq 
orqanları öndən qasıq sümükləri, arxadan 
oma və büzdüm sümükləri və yanlardan isə 
çanaq fassiyasının səfhələri ilə  əhatə olun-
muş boşluqda yerləşirlər. Bu sahə sidik – 
cinsiyyət diafraqması  və periton kisəsinin 
dibi arasında frontal istiqamətdə yerləşmiş 
xüsusi arakəsmə vasitəsilə ön və arxa hissə-
lərə bölünür. Bu arakəsmə birincili peritonun 
ikiləşməsindən  əmələ  gələn periton – aralıq 
aponevrozu və ya Denonvil – Salişev apo-
nevrozu adlanır (
şək. 44,9
).  İki səfhədən 
ibarət olan Denonvill – Salişev aponevrozu, 
həmçinin, kişilərdə düz bağırsaq – sidiklik 
fassiyası  (fascia rectovesicalis) və ya ara-
kəsmə  (septum rectovesicalis), qadınlarda 
isə düz bağırsaq – uşaqlıq fassiyası  və ya 
arakəsməsi (fascia rectovaginalis seu septum 
rectovaginale) də adlanır. Beləliklə, periton – 
aralıq aponevrozu düz bağırsağı kişilərdə 
sidik kisəsi və prostat vəzidən, qadınlarda isə 
Şəkil 43. Daşıyıcı bucaq 
Şəkil 44. Çanağın fassiyaları və toxuma sahələri 
 
1 – qasıq bitişməsi; 2 – fascia pelvis parietalis; 3 – fascia 
prevesicalis; 4 – sidik kisəsi; 5 – m.obturatorius internus;  
6 – spatium laterale; 7 – fascia pelvis visceralis;  
8 – spatium retrovesicalis; 9 – aponeurosis peritoneoperin-
ealis (Denonvil – Salişev aponevrozu); 10 – rectum;  
11 – fascia rectalis; 12 – spatium retrorectalis;  
13 – spatium pararectale. 


28 
uşaqlıq yolundan ayırır. Çanaq fassiyası və De-
nonvil – Salişev aponevrozu hesabına bütün 
kiçik çanaq orqanları fassial yataq əldə edir.    
 
Dənizçi düyünü fasiləsiz tikişlər zamanı 
istifadə olunan sadə düyünün bir növüdür və 
sapalrın uclarının bir dəfə çarpazlaşması yo-
lu ilə əldə edilir
 (şək. 35,b).  
 
Dərzi  əzələsi (m.sartorius) budun ön 
qrup  əzələlərindən  ən uzunu olub ön yuxarı 
qalça tinindən başlayır, liflərinin bir qismi 
qamış qabarıqlığına və digər hissəsi baldır 
fassiyasına bağlanır (
şək. 45
). Yığılması za-
manı budu bükür və bayıra hərləndirir, baldı-
rı bükərək içəri hərləndirir. Ayaqları bir – 
birinin üzərinə aşırmaq hərəkətinə kömək edir. 
Belə bir vəziyyət «dərzi vəziyyəti» adlandırılır 
(dərzilər paltar tikərkən ayaqlarını bir – birinin 
üzərinə  aşırdıqları üçün). Dərzi  əzələsi 
yaxınlaşdırıcı kanalın ön divarının  əmələ 
gəlməsində iştitrak edir. 
 
Dimdiyəbənzər çıxıntı (processus co-
racoideus) kürək sümüyünün boyunundan 
öndə və bayırda yerləşən çıxıntıdır (
şək. 46
). 
Ədəbiyyat məlumatlarına  əsasən, çıxıntının 
belə adlandırılmasının səbəbi onun qarğa 
dimdiyinə  bənzəməsidir. Bu çıxıntıya kiçik 
döş əzələsi bağlanır, ondan isə dimdik – ba-
zu əzələsi və bazunun ikibaşlı əzələsinin qısa 
başı başlayır. Dimdiyəbənzər çıxıntını Mo-
renheym çuxurunun dibində  əlləmək müm-
kündür. 
 
Dizaltı çuxur (fossa poplitea) dizin 
arxa nahiyəsində yerləşən rombşəkilli bir sa-
hədir (
şək. 47
). Bu çuxur yuxarı və içəri tə-
rəfdən yarıvətərli və yarızarlı əzələ ilə, yuxa-
rıdan və bayırdan budun ikibaşlı  əzələsi ilə, 
aşağı – içəri və aşağı – bayır tərəfdən isə bal-
dırın üçbaşlı əzələsinin içəri və bayır başları 
ilə  əhatə olunmuşdur. Onun dibini bud sü-
müyünün kondiluslarından yuxarıda bud sü-
müyünün dizaltı  səthi, kondiluslar səviyyə-
sində diz oynağı kapsulu, çəp və qövsü diz-
Şəkil 45. Budun ön qrup əzələləri 
1 – dərzi əzələsi 
Şəkil 46. Kürək sümüyü 
 
1 – çiyin çıxıntısı; 2 – dimdik çıxıntısı 


29 
altı bağlar,  kondiluslardan aşağıda isə dizaltı 
əzələ, proksimal qamış – incik oynağı  və 
qamış sümüyünün proksimal ucu təşkil edir. 
Dizaltı çuxur piy toxuması, damar, sinir, 
limfa düyünləri ilə tutulmuşdur və arxadan 
xüsusi fassiya ilə örtülmüşdür. Çox vaxt diz 
oynağının irinli xəstəlikləri, baldırın və aya-
ğın irinli yaraları və piodermitləri nəticəsin-
də dizaltı çuxurda yerləşən limfa düyünləri-
nin irinləməsi hallarına təsadüf edilir. 
Dərin limfa düyünlərinin irinli – iltihabı 
zamanı nahiyədə gözlə görünən əlamətlər ol-
mur, diaqnoz yalnız başqa  əlamətlərə (bük-
mə kontrakturası, toxumalara təzyiq etdikdə 
ağrı və s.) əsaslanır. Orta qrup limfa düyün-
lərinin fleqmonalarında dizaltı nahiyədə ya-
rımkürə formalı şişkinlik və bəzən flüktasiya 
qeyd olunur. Səthi limfa düyünlərinin irinlə-
məsi hallarında irin xüsusi fassiyanın üzərin-
dəki dəliklərdən keçən damarlar boyunca 
dərialtı qata keçir və  dərialtı absesin əmələ 
gəlməsinə səbəb olur. Dizaltı çuxurun toxu-
ma sahələri qonşu nahiyələrin toxuma sahə-
ləri ilə geniş  əlaqələrə malik olduğundan 
irinli – iltihabi proseslər buradan müxtəlif is-
tiqamətlərdə yayılır. Oturaq sinirinin gedişi 
boyunca irinli proses budun arxa nahiyəsinə, 
dizaltı damar – sinir dəstəsi boyunca yaxın-
laşdırıcı kanala, budu dolanan içəri və bayır 
arteriyalar boyunca budun ön səthinə, dizaltı – 
baldır kanalı vasitəsilə baldırın arxa 
nahiyəsinə, fassiyanın dərin səfhəsi və  dərin 
Şəkil 47 Dizin arxa nahiyəsinin dərin türəmələrinin topoqrafiyası. 
A – fassiya, kövşək toxuma, damar və sinirlər; B – damar–sinir dəstəsi 
  
1 – v. saphena parva; 2 – m. popliteus; 3 – n. cutaneus surae medialis; 4 – caput mediale m. gastrocnemii; 5 – tendo m. 
semitendinosi; 6 – m. semimembranosus; 7 – a. et v. poplitea; 8 – n. peroneus communis; 9 – n. tibialis; 10 – tendo m. 
bicipitis femoris; 11 – n. cutaneus surae lateralis; 12 – r. muscularis n. tibialis (ad caput laterale m. gastrocnemii); 13 – r. 
muscularis n. tibialis (ad m. soleum); 14 – m. plantaris; 15 – m. soleus; 16 – caput laterale m. gastrocnemii; 17 – rami n. 
cutanei surae lateralis; 18 – a. genus inferior medialis; 19 – lig. popliteum obliquum; 20 – a. genus superior medialis; 21 – 
fascies  poplitea femoris; 22 – tendo m.adductor magni; 23 – m.vastus medialis; 24 – r.anasomoticus v.saphena parvae et  
v. saphena magna; 25 – m.adductor magnus; 26 – m.biceps femoris; 27 – a.genus superior lateralis; 28 – aa.genus mediae; 
29 – a.genus inferior lateralis. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə