Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   26   27   28   29   30   31   32   33   34

89 
liflərindən  əmələ  gəlmişdir.  İlgək kimi bud 
sümüyünün boynunu əhatə edərək bud başını 
sirkə kasasına təsbit edir və yuxarıda ön 
aşağı qalça tininə bağlanır (
şək. 132,3
).  
 
Velpo üçbucağı kürək nahiyəsində yer-
ləşir. O, bayırdan və yuxarıdan rombabənzər 
əzələ, aşağıdan və bayırdan arxanın  ən enli 
əzələsi, içəridən isə trapesiyayabənzər  əzələ 
ilə əhatə olunmuşdur 
(şək. 133,a)
. Bu üçbu-
cağın hüdudları daxilində qeyd olunan əzələ-
lərin fassiyaları bir – biri ilə birləşərək, döş 
qəfəsinin arxa səthinin fassial düyününü 
əmələ gətirirlər. 
 
Venkebax dəstəsi və ya orta yol (trac-
tus Venkebachi seu medianus) ürəyin apa-
rıcı sisteminə aid olub, cib – qulaqcıq düyü-
nündən xaric olan üç aparıcı yoldan biridir 
və qulaqcıqlararası arakəsmə ilə gedərək qu-
laqcıq – mədəcik (atrioventrikulyar) düyü-
nündə qurtarır. 
 
Vidaci venoz qövs (arcus venosus ju-
guli) aponevrozlararası döş sümüyüstü toxu-
ma sahəsində, döş sümüyünün vidaci oyması 
üzərində  və qalxanabənzər vəzin aşağı 
kənarında  ön vidaci venaların bir – biri ilə 
birləşməsindən  əmələ  gəlir 
(şək. 134,13)

Boyunda icra olunan traxeotomiyalar və ya 
traxeostomiyalar zamanı bu qövsün zədələn-
məsi qanaxmalara səbəb ola bilər. 
 
Vidi siniri (qanadabənzər kanal siniri – 
n.canalis pterigoideus) üz sinirinin kəlləda-
xili şaxəsi olan böyük daşlıq siniri (parasim-
parik) ilə daxili yuxu kələfindən çıxan dərin 
daşlıq sinirinin (simpatik) birləşməsindən 
əmələ  gəlir (
şək. 135,1
). O, qanadanənzər 
kanaldan keçərək qanadabənzər – damaq 
çuxuruna daxil olur, eyniadlı qanqlionun 
simpatik və parasimparik köklərini  əmələ 
gətirir.  
 
Villizin qan dövranı (böyük beyinin 
arterial dövranı – circulus arteriosus ce-
rebri) daxili yuxu arteriyalarının  şaxələri 
olan beyinin ön arteriyaları ön birləşdirici ar-
teriya vasitəsilə bir – biri ilə birləşirlər. Da-
xili yuxu arteriyalarının digər şaxələri – arxa 
birləşdirici arteriyalar isə körpücükaltı arteri-
yaların  şaxələri olan onurğa arteriyalarının 
birləşməsindən əmələ gəlmiş əsas arteriyanın 
uc  şaxələri – beyinin arxa arteriyaları ilə bir-
ləşərək qapalı bir dövran əmələ  gətirir (
şək. 
136
). Buna böyük beyinin arterial dövranı  və 
Şəkil 133. Arxa əzələləri:  
oxlarla Velpo (a) və Peti (b) üçbucaqları 
göstərilmişdir. 
 
1 –  m.trapezius; 2 – m.rhomboideus major;  
3 – m.latissimus dorsi; 4 – m.obliquus external abdominis; 
5 – crista iliaca.  


90 
ya 1664 – cü ildə onu təsvir etmiş Tomas Villi-
zin şərəfinə Villizin qan dövranı deyilir. Subar-
axnoidal boşluqda,  əsas sümüyün yəhəri 
ətrafında yerləşərək, beyin əsasında görmə çar-
pazını, hüdudi səfhəni, boz qabarı, qıfı, hipo-
fizi, məməciyəbənzər cisimləri, arxa dəlik-
lənmiş maddəni və böyük beyin ayaqcıq-
larının bir hissəsini əhatə edir. O, beyinin fa-
siləsiz və  bərabər surətdə qidalanmasını  tə-
min edən bütöv anastomoz – kollateral döv-
randır. Köklərdən birinin tutulması  və ya 
bağlanılması zamanı beyin qan dövranı digər 
damarlar hesabına bərpa olunur.  
 
Şəkil 134. Boyunun venaları 
 
1 – a.facialis; 2 – n.hypoglossus; 3 – v.occipitalis; 4,21,23 – v.facialis; 5,19 – v.thyroidea superior; 6 – v.jugularis interna;  
7 – isthmus glandula thyroidea; 8,18,20 – v.jugularis externa; 9 – v.jugularis anterior; 10 – v.cephalica; 11 – v.thoracoac-
romialis; 12 – v.axillaris; 13 – arcus venosus juguli; 14 – v.thyroidea inferior; 15 – v.cercicalis transverses; 16 – v.cervicalis su-
perficialis; 17 – a.carotis communis; 22 – v.retromandibularis; 24 – v.submentalis; 25 – v.jugularis anterior; 26 – m.digastricus. 
Şəkil 135. Üz siniri və onun əlaqələri 
 
1 – n.canalis pterygoidei (Vidi siniri); 2 – n.petrosus 
profundus; 3 – n.petrosus major; 4 – plexus sympathicus 
a.carotis interni; 5 – ganglion geniculi; 6 – n.facialis;  
7 – n.petrosus minor; 8 – ganglion oticum;  
9 – n.glossopharyngeus. 


91 
Vinslоv dəliyi (piylik dəliyi – foramen 
epiploicum) periton boşluğunu piylik kisəsi 
ilə birləşdirən dəlik olub, yuxarıdan qara ci-
yərin quyruqlu payı, öndən qara ciyər – 
onikibarmaq bağırsaq bağı, arxadan qara 
ciyər – böyrək bağı, aşağıdan isə böyrək  – 
onikibarmaq bağırsaq bağı ilə  əhatə 
olunmuşdur (
şək. 137,1
). 
Qara ciyər, öd kisəsi və öd yollarında ic-
ra edilən əməliyyatlar zamanı piylik dəliyin-
dən keçməklə ümumi öd axacağını, mədəaltı 
vəzin başını palpasiya etmək mümkündür. 
Həmçinin, bu əməliyyatlar zamanı baş verə 
biləcək qanaxmanı saxlamaq üçün qara ciyər – 
onikibarmaq bağırsaq bağı sol əlin iki 
barmağı (baş və şəhadət) arasında sıxılır. Bu 
zaman  şəhadət barmaq piylik dəliyinə 
yeridilir, baş barmaq isə bağın üzərinə qo-
yulur. Bəzən iltihabi proses nəticəsində 
piylik dəliyi tutulur. Digər tərəfdən, mədənin 
və onikbarmaq bağırsağın arxa divarının xo-
ralarının  deşilməsi zamanı mədə – bağırsaq 
möhtəviyyatı piylik kisəsinə tökülür. Belə 
halda möhtəviyyat piylik dəliyi vasitəsilə as-
pirasiya olunur. 
  
Vinslov – Burje bağı  və ya çəp dizaltı 
bağ (lig. Winslow – Bourgery seu lig.popli-
teum obliquum) yarızarlı  əzələ  vətərinin bir 
hissəsidir. Qamış sümüyünün içəri kondilu-
sundan başlayır, çəp istiqamətdə yuxarı  və 
bayıra doğru gedərək diz oynağının oynaq 
 
Şəkil 136. Beyinin arterial qan dövranı 
  
1 – r.orbitofrontalis medialis; 2 – a.communicans anterior; 3 – aa.cerebri anteriores; 4 – a.frontobasalis lateralis; 5 – a.carotis interna;  
6 – aa.insulares; 7 – a.cerebri media; 8 – a.choroidea anterior; 9 – a.communicans posterior; 10,11 – a.cerebri posterior; 12 – a.basilaris; 
13 – n.trigeminus; 14 – n.abducens; 15 – a.cerebri posterior  (pars temporalis); 16 – n.intermedius; 17 – n.facialis;  
18 – n.vestibulocochlearis;19 – a.occipitalis lateralis; 20 – a.occipitalis medialis; 21 – n.glossopharyngeus; 22 – n.vagus;  
23 – a.vertebralis sinister; 24 – a.spinalis anterior; 25 – r.tonsillae cerebellae; 26 – a.cerebelli inferior posterior; 27 – n.hypoglossus;  
28 – n.accessorius; 29 – a.cerebelli inferior anterior; 30 – flocculus; 31 – plexus choroideus ventriculi quarti; 32 – aa.pontis;  
33 – a.cerebelli superior; 34 – n.oculomotorius; 35 – tractus opticus; 36 – infundibulum; 37 – chiasma opticum; 38 – trigonum olfacto-
rium; 39 – tractus olfactorius; 40 – bulbus olfactorius; 41 – aa.cerebri anteriores.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə