Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   26   27   28   29   30   31   32   33   34

86 
pariyetal periton izərində onikibarmaq bağır-
sağın acı bağırsağa keçən yerində olan çö-
kəklikdir. Bəzən periton boşluğu orqanları 
bu cibə keçərək boğula bilir.  
 
Treyts yırtığı  və ya peritonarxası  yır-
tıq (hernia Treitzi seu hernia retro-
peritonealis)  daxili peritonarxası  yırtıqlara 
aid olub, periton boşluğu orqanlarından biri-
nin onikibarmaq – acı bağırsaq cibinə (Treyts 
cibi) keçməsi nəticəsində əmələ gəlir. 
 
Trolar venası (yuxarı anastomotik ve-
na – v.anastomotica superior) orta beyin 
venalarını köndələn və yuxarı sagital ciblə 
birləşdirir 
(şək. 19 

 
B,3)

 
Türk yəhəri (sella turcica) əsas sümü-
yü cisiminin yuxarı  səthində yerləşmiş çö-
kəklikdir 
(şək. 104,2)
. Ondən yəhər qaşı 
deyilən hündürlüklə – yəhər qabarıcığı ilə, 
arxadan isə yəhər arxası ilə hüdudlanmışdır. 
Eni 17 – 26 mm arasında dəyişir. Burada 
hipofiz vəzisi yerləşdiyindən, onu bəzən 
hipofiz çuxuru da adlandırırlar. Yəhərin 
üzəri sərt qişadan  əmələ  gəlmiş  yəhər 
diafraqması ilə örtülür. Yəhər qabarcığından 
öndə görmə siniri çarpazına məxsus  şırım 
keçir. Ona görə  də,  şişləri zamanı ölçüsü 
böyüdüyündən hipofiz vəzisi görmə 
çarpazını  sıxır və görmə pozğunluqlarının 
meydana çıxmasına səbəb olur. Həmçinin
türk yəhərinin dibi əsas sümüyü cibinə  
söykənir və buradan hipofiz vəzi üzərində 
əməliyyatlar zamanı cərrahi yol kimi istifadə 
olunur. Yəhərin yanlarında yuxu arteriyasına 
məxsus  şırım yerləşir və  bu hissədə o, 
mağaralı cibin divarlarına söykənir.
 
 
Ulduzabənzər qanqlion (ganglion stel-
latum)  aşağı boyun simpatik düyünü ilə I 
döş düyününün birləşməsindən  əmələ  gəl-
mişdir 
(şək. 129,1)
. O, pilləli – onurğa üçbu-
cağının hüdudları daxilində, VII boyun 
fəqərəsinin köndələn çıxıntısı  və I qabırğa 
boynu arasında onurğa arteriyasının 
arxasında yerləşir. Adı xarici görünüşü 
(ulduza bənzəyir) ilə  əlaqədardır. Düyünün 
çox hissəsi körpücükaltı arteriya ilə 
örtülmüşdür, aşağı qütbü plevra günbəzinə 
söykənir. Körpücükaltı  və onurğa 
arteriyalarından qabırğa – plevra və onurğa – 
plevra bağları vasitəsilə ayrılmışdır. Bu dü-
yündən körpücükaltı  və onurğa arteriyaları-
na, ürəyə, boyundaxili orqanlara, ağ ciyərlə-
rə, azan sinirə, aorta – ürək kələfinə, həmçi-
Şəkil 128. Treyts bağı və ya əzələsi 
 
1 – v.cava inferior; 2 – oesophagus; 3,4 – crus dextrum 
diaphragmatis; 5 – crus sinistrum diaphragmatis;  
6 – truncus coeliacus; 7 – m.suspensorius duodenum
(Treyts bağı); 8 – flexura duodenojejunalis; 9 – a.mesen-
terica superior; 10 – pars horizontalis duodeni; 11 – pars 
descendens dodeni. 


87 
nin, gözün saya əzələlərinə  məxsus  şaxələr 
ayrılır. 
Yuxarı  ətrafların yaralanmaları zamanı 
yaranan ağrıların aradan qaldırılması  və  ət-
rafların magistral damarlarının bağlanılması 
zamanı baş verə biləcək qanqrenanın 
qarşısını almaq üçün bu qanqlion blokada 
olunur. 
 
Üçbucaq bağlar (lig. triangulare si-
nistrum et dextrum) qara ciyərin sağ və sol 
kənarlarında tac bağın haçalanması  nəticə-
sində əmələ gələn bağlardır 
(şək. 108– 1,4)

Sol üçbucaq bağ diafraqmanın alt səthi ilə 
qara ciyərin sol payının qabarıq səthi arasın-
da yerləşir. Qara ciyəri aşağıya və sağa çək-
dikdə  və qabırğa qövsünü bir qədər yuxarı 
qaldırdıqda bu bağ daha yaxşı görünür. Sol 
üçbucaq bağ qida borusunun qarın hissəsin-
dən 3 – 4 sm öndə yerləşmişdir. O, ön və ar-
xa səfhələrdən təşkil olunmuşdur. Ön səfhə 
orağabənzər bağın sol səfhəsinə keçir. Sağ 
üçbucaq bağ diafraqmanın aşağı  səthi ilə 
qara ciyərin sağ payının yuxarı  səthi 
arasında çəkilmişdir. O, sol üçbucaq bağa 
nisbətən, zəif inkişaf etmişdir.  
 
Üçtərəfli dəlik (foramen trilaterum) 
yuxarıdan kürəkaltı və kiçik girdə əzələ, aşa-
ğıdan böyük girdə əzələ, bayırdan isə üçbaşlı 
əzələnin uzun başı ilə  əhatə olunur. Bu də-
likdən  kürəyi dolanan arteriya qoltuq nahi-
yəsindən kürək nahiyəsinin tinaltı çuxuruna 
keçir 
(şək. 48). 
Qoltuq boşluğunun adeno-
fleqmonaları zamanı irinli proses kövşək 
toxuma qatı vasitəsilə bu dəlikdən kürək 
nahiyəsinə yayıla bilir. 
 
Üçkənarlı sümük (os triquetrum) üçtə-
rəfli qısa piramidaya bənzəyir və bayır tərəf-
dən biləyin proksimal cərgəsinin üçüncü sü-
müyüdür 
(şək. 14,3)
. Ön – arxa ölçüsü 15 – 
16 mm – dir. Ovuc səthində noxudabənzər
öndə qarmaqlı, bayırda aypara sümüklərlə  
birləşməyə məxsus oynaq səthləri vardır. Sü-
müyün arxa ucunun üzərindəki oynaq səthi 
mil – bilək oynağının əmələ gəlməsində işti-
rak edir. 
 
Üzəngi sümüyü (stapes) qulaq sümük-
cüklərindən olub, təbil boşluğunda yerləşir. 
Sümüyün zindanın uzun çıxıntısı ilə birləşən 
başı, üzəngi  əsası ilə birləşən ön və arxa 
ayaqcıqları vardır. Üzənginin əsası təbil boşlu-
ğunun içəri divarında olan dəhliz pəncərəsini 
qapayır. Onun ayaqcıqları ilə  əsası arasında 
qalan sahə üzəngi zarı ilə tutulur
 (şək. 130).  
 
Şəkil  129. Ulduzabənzər və ya  
boyun-döş qanqlionu  (1) 


88 
Üzüyəbənzər qığırdaq (cartilago cri-
coidea)  qırtlağın tək qığırdaqlarından olub, 
onun əsasını təşkil edir.  Onun üzərində qal-
xanabənzər və çalovabənzər qığırdaqlar yer-
ləşir və  aşağıda üzük – nəfəs borusu bağı 
vasitəsilə  nəfəs borusu ilə birləşir. Qığırda-
ğın nazik olan ön hissəsi qövs – arcus carti-
lago cricoidea, enli olan arxa hissəsi isə 
onun səfhəsi – lamina cartilago cricoidea 
adlanır 
(şək. 1b)
. Qığırdağın belə adlandırıl-
ması onun xarici görünüşünün üzüyə bənzə-
məsi ilə əlaqədardır. 
 
Valdeyerin limfa – epitelial həlqəsı im-
mun sistemin periferik orqalarına aid olub, ud-
lağın burun və  ağız boşluğu ilə hüdudunda 
yerləşən  bir ədəd udlaq, iki ədəd boru, bir 
ədəd dil və iki ədəd damaq badamcıqlarından 
ibarət limfoid törəmələr dəstidir 
(şək.131)
.  
 
Valsalva cibi (aorta cibləri – sinus 
aortae) aorta divarı ilə onun aypara qapaq-
ları arasında  əmələ  gəlir. Sağ  və sol aorta 
ciblərində ürəyi qidalandıran sag və sol tac 
arteriyaların dəlikləri yerləşir (
şək. 8,12
).   
 
Varton axacağı  çənaltı  ağız suyu vəzi-
sinin axacağıdır. Uzunluğu 3 – 5 sm–dir. Və-
zin ön – içəri tərəfindən başlayaraq, önə 
doğru gedir və dilaltı  ətcik üzərində xüsusi 
ağız boşluğuna açılır (
şək. 123,3
). 
 
Veber bağı və ya həlqəvi məntəqə (lig. 
Weberi seu zona orbicularis) bud – çanaq oy-
nağı kapsulunun fibroz təbəqəsinin həlqəvi 
Şəkil 131. Valdeyerin limfaepitelial həlqəsi 
 
1 – tonsilla pharyngea; 2 – tonsilla tubaria; 3 – tonsilla 
palatine; 4 – tonsilla lingualis. 
Şəkil 132. Bud – çanaq oynağı  
 
1 – spina ischiadica; 2 – tuber ischiadicum; 3 – zona or-
bicularis; 4 – trochanter minor; 5 – crista intertrchanterica; 
6 – trochanter major; 7 

 membrana synovialis; 8 

 margo 
acetabularis; 9 

 os ilium. 
Şəkil 130. Üzəngi sümüyü : A – yuxarıdan,  
B – aşağıdan, C – yandan görünüşü 
 
1 – caput stapedis; 2 – crus posterius; 3 – crus anterius;  
4 – membrana stapedis; 5 – basis stapedis. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə