Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   26   27   28   29   30   31   32   33   34

81 
runun içəri tərəfindən başlayaraq, yuxarıya 
doğru gedir və bazunun ikibaşlı  əzələsinin 
içəri  şırımına keçərək bazu venasına açılır 
(şək.123,7)
. Bazu səviyyəsində bu vena fas-
siyanın səfhələri arasında  əmələ  gəlmiş ka-
nalda yerləşir. 
 
 Şipo üçbucağı  və ya trepanasion üç-
bucaq gicgah sümüyünün məməyəbənzər çı-
xıntısının ön hissəsində olan üçbucaqşəkilli 
bir sahədir 
(şək. 124)
. Bu üçbucaq öndən xa-
rici qulaq keəcəyinin arxa kənarı  və spina 
suprameatum, arxadan məməyəbənzər daraq 
(crista mastoidea), yuxarıdan isə almacıq 
qövsünün davamı olan xəyali xətt ilə hüdud-
lanmışdır. Bu üçbucağın hüdudları daxilində 
sümüyün içərisində  məməyəbənzər mağara 
(antrum mastoidea) yerləşir. Məməyəbənzər 
mağara girəcəyi – aditus ad antrum vasitə-
silə təbil boşluğu ilə birləşir.  Məməyəbənzər 
mağaranın arxa divarına S – ə bənzər venoz 
cib proyeksiya olunur. Şipo üçbucağı neyro-
cərrahlıq praktikasında böyük əhəmiyyətə 
malikdir. İrinli mastoiditlər zamanı bu üçbu-
cağın hüdudları daxilində trepanasiya icra 
olunur. Cərrahi  əməliyyatlar zamanı  Şipo 
üçbucağının hüdudlarından kənara çıxmaq 
olmaz. Bu zaman xarici oriyentir kimi xarici 
qulaq keçəcəyinin yuxarı  kənarına və keçə-
cəküstü tinə əsaslanmaq lazımdır. Xarici qu-
laq keçəcəyinin yuxarı  kənarından çəkilmiş 
üfiqi xətdən yuxarıda məməyəbənzər çıxın-
tının boşluğunu açmaq olmaz, bu zaman orta 
kəllə çuxuru açılar və infeksiya kəllənin orta 
çuxuruna yayıla bilər. Bu boşluğu təbil – mə-
məyəbənzər yarıqdan öndə  də açmaq olmaz
çünki üz siniri kanalının  şaquli hissəsi açıla 
Şəkil  123. Böyük ağız suyu vəziləri və onların axacaqları 
 
1 – ductus parotideus2 – ductus sublingualis;  
 3 – ductus submandibularis; 4 – glandula submandibularis; 
5 – glandula parotis. 
Şəkil 123. Yuxarı ətrafın səthi venaları 
 
1 – fossa infraclavicularis; 2 – clavicula; 3 – m.pectoralis 
major; 4,9,11 – v.cephalica; 5 – fascia pectoralis; 6 – cu-
tis; 7 – v.basilica; 8 – vas anastomoticum; 10 – fascia 
brachialis; 12 – m.deltoideus; 13 – fascia deltoidea.  


82 
bilər. Həmçinin, məməyəbənzər çıxıntının 
trepanasiyasını onun darağının ön kənarın-
dan arxada da aparmaq məsləhət görülmür, 
bu zaman S – ə bənzər cib zədələnə bilər.      
 
Şopar oynağı (ayaq daraqarxasının 
köndələn oynağı – articulatio tarsi trans-
versa) – aşıq – qayığabənzər və daban – ku-
babənzər oynaqlar cərrahi praktikada ayağın 
bu səviyyədə ekzartikulyasiyası zamanı va-
hid bir oynaq kimi götrülür və fransız cərrahı 
Fransua  Şoparın  şərəfinə  Şopar oynağı 
adlandırılır (
şək. 59,7
). Bu oynaq dəri üzərində 
içəri topuqdan 2,5 – 3,0 sm, bayır topuqdan isə 
4 – 5 sm distal tərəfdə çəkilmiş xəyali xətt üzrə  
proyeksiya olunur. Bu oynağın bir hissəsi olan 
daban – kubabənzər oynaq haçayabənzər bağla 
(lig. bifurcatum) möhkəmlənir 
(şək.59,9).
 
 
Tac bağ (ligamentum coronarium he-
patis) diafraqmanın aşağı səthi ilə qara ciyə-
rin diafraqma səthi arasında köndələn istiqa-
mətdə 
(tac kimi)
 yerləşmiş  və peritondan 
əmələ gəlmiş bağdır 
(şək. 108,3)
. Uzunluğu 15 
– 20 sm – dir. Qara ciyərin sağ və sol kənarla-
rında tac bağ qara ciyərin üçbucaq bağlarına 
keçir. Tac bağın yuxarı  səfhəsi qara ciyər – 
diafraqma bağı adlandırılır. 
 
Tenon kapsulu (yataq qişası – vagina 
bulbi) göz alması yatağını əmələ gətirən sərt 
fibroz səfhə olub, göz almasının piy cismini 
göz almasından ayırır 
(şək.125,14)
. Bu 
kapsul ağlı qişa ilə boş birləşmişdir və bun-
lar arasında qalan yarıq Tenon boşluğu və ya 
skleraüstü (episkleral) boşluq adlanır. Tenon 
kapsulu göz alması üçün, sanki, oynaq çalası 
rolunu oynayaraq onun hərəkətliliyini təmin 
edir.  
 
Tənəyəbənzər kələf (plexus pampini-
formis) geniş damarlar şəbəkəsindən ibarət 
kələf olub, xayanın orta divarından başlayan 
venaların birləşməsindən  əmələ  gəlmişdir 
(şək. 126,1)
. Bu kələf toxum ciyəsinin gedişi 
boyunca ona tənək kimi sarmaşdığı üçün be-
lə adlandırılmışdır. O, xayalarda temperatur 
tənzimini həyata keçirən mühüm törəmədir. 
Xayaları qidalandıran arteriyaları əhatə edə-
rək onlardan keçən qanı soyudur və sperma-
tozoidlərin əmələ gəlməsini tənzimləyir. Di-
gər tərəfdən tənəyəbənzər kələfin genişlən-
məsi kişi sonsuzluğuna və ya xayalarda ağrı-
lara səbəb olan varikosele ilə nəticələnir. 
 
Told fassiyası (fascia retrocolica), peri-
tonarxası toxuma sahəsində birincili perito-
nun səfhələrinin qalınlaşmasından əmələ gə-
lərək, qalxan və enən çənbər bağırsağın arxa 
divarını örtür (
şək

55,13
). 
 
Tompson səfhəsi qarının ön – yan diva-
rının səthi fassiyasının qarının aşağı şöbəsini 
Şəkil. 124 Şipo üçbucağı 
 
1 – linea temporalis; 2 – cellulae mastoideae 
(proyeksiyası); 3 – spina suprameatum; 4 – üz sinirinin 
proyeksiyası; 5 – crista mastoidea; 6 – foramen mas-
toideum; 7 – sinus sigmoideus (proyeksiyası). 


83 
örtən dərin səfhəsidir. Bu səfhə fibroz liflərlə 
zəngin olduğu üçün ondan altda yerləşən 
xarici çəp əzələnin aponevrozundan qalındır 
və  bəzən təcrübəsiz cərrah kəsik icra edən 
zaman onu xarici çəp  əzələnin aponevrozu 
hesab edir. Dərin səfhə aşağıda qasıq bağına 
və qalça darağının xarici dodağına bağlanır, 
içəri tərəfdə isə xayalığın, cinsiyyət üzvünün 
və aralığın səthi fassiyasına keçir. Ona görə 
də, dərin toxuma qatında yerləşən irinli 
proseslər, hematomalar qasıq bağına qədər 
davam edir və budun ön səthinə keçmir. 
 
Topuq kanalları (canales malleolares
2  ədəddir: içəri topuq kanalı – canalis 
malleolaris medialis, və bayır topuq kanalı – 
canalis malleolaris lateralis adlanır 
(şək. 127)

Şəkil 125. Görmə orqanının topoqrafiyası 
 
1 – fornix conjunctivae superior; 2 – n.supraorbitalis; 3 – corpus vitreum; 4 – m.obliquus superior; 5 – excavatio disci;  
6 – m.levator palpebrae superioris; 7 – corpus adiposum orbitae; 8 – m.rectus superior; 9 – a.centralis retinae;  
10 – n.opticus; 11 – a.ophthalmica; 12 – m.rectus inferior; 13 – v.centralis retinae; 14 – fascia bulbi (Tenon fassiyası);  
15 – sclera; 16 – choroidea; 17 – retina; 18 – membrana vitrea; 19 – periorbita; 20 – m.obliquus inferior; 21 – fornix con-
junctivae inferior; 22 – septum orbitale;  23 – m.tarsalis inferior; 24 – tunica conjunctivae bulbi; 25 – tunica conjunctivae 
palpebrarum; 26 – tarsus inferior; 27 – corpus ciliare; 28 – rima palpebrarum; 29 – zonula ciliaris; 30 – cornea; 31 – lens; 
32 – tarsus superior; 33 – iris; 34 – m.orbicularis oculi; 35 – m.tarsalis superior; 36 – septum orbitale.  
Şəkil 126. Xayanın daxili quruluşu 
 
1 – plexus pampiniformis; 2 – lobuli epididymidis;  
3 – caput epididymidis; 4 – tunica albuginea; 5 – tunica 
vaginalis testis (lamina visceralis); 6 – tunica vaginalis-
lamina  testis (lamina parietalis); 7 – lig.epididymidis 
inferior; 8 – lobuli testis; 9 – mediastinum testis;  
10 – sinus epididymidis; 11 – corpus epididymidis;  
12 – ductus deferens; 13 – a.ductus deferentis 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə