Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   26   27   28   29   30   31   32   33   34

92 
 
kapsulu ilə birləşir. Bu bağ, oynaq kapsu-
lunu möhkəmləndirməklə yanaşı dizaltı çu-
xurun dibinin əmələ  gəlməsində  iştirak edir 
(
şək

138,1
).  
 
Virxov düyünü, körpüçüküstü limfa dü-
yünlərinin səthi qrupuna aid olub, süd vəzisi 
xərçənginin metastazı zamanı ən erkən zədə-
lənməyə məruz qalır. Metastazın mövcudlu-
ğu zamanı Virxov düyünü körpücük sümü-
yünün üzərində döş – körpücük – məməyə-
bənzər əzələnin bayır kənarının arxasında və 
ya bu əzələnin ayaqcıqları arasında bərk, nis-
bətən hərəkətli törəmə  şəklində  əllənir 
(şək. 
15 

 
B,6)
. Ona görə, bu düyünə «keşikçi» və 
ya «işarə verən» limfa düyünü deyilir. 
Qida borusunun aşağı hissəsinin və mə-
də xərçənginin metastazları zamanı böyümüş 
bu düyün sol döş – körpücük – məməyə-
bənzər  əzələnin bayır kənarında və ya 
ayaqcıqları arasında  əllənir (bu topoqrafo - 
anatomik xüsusiyyət, həmçinin, orqanlardan 
Şəkil 137. Periton boşluğunun yuxarı mərtəbəsinin topoqrafiyası 
 
1 – Vinslov dəliyi (mil yeridilmişdir); 2 – hepar; 3 – lig.hepatoduodenale; 4 – lig.hepatogastricum; 5 – lobus caudatis 
hepatis; 6 – recessus superior bursae omentalis; 7 – lobus sinister hepatis; 8 – plica gastropancreatica; 9 – pancreas;  
10 – gaster; 11,15 – mesacolon transversum; 12 – recessus splenicus bursae omentalis; 13 – lig.gastrosplenicum; 14 – splen; 
 16 – jejunum; 17 –  flexura duodenojejunalis; 18 –  pars ascendens duodeni; 19 

 recessus inferior omentalis; 20 

 pylorus. 
Şəkil 138. Diz oynağı bağları  
 
1 – lig.popliteum obliquum; 2 – lig.popliteum arcuatum;  
3 – m.semimembranosus 


93 
 
limfanın döş  qəfəsi limfa axacağına və sol 
venoz bucağa açılması ilə əlaqədardır). 
 
Vitnall qabarcığı (almacıq qabarcığı – 
tuberculum zygomaticum) bayır göz qapa-
ğı bağının (lig. palpebrale laterale) bağlan-
masına məxsus, almacıq sümüyünün alın çı-
xıntısının göz yuvası səthində, əsas sümüyün 
boyük qanadlarının önündə yerləşən hündür-
lükdür. 
 
Voyniç – Syanojeskinin təhlükəsizlik 
üçbucağı perikardın döş sümüyünə, qabırğa 
qığırdağına söykənən və plevra ilə örtülmə-
yən hissəsidir. Bayır tərəfdən plevranın ön 
sol hüdudu, içəri tərəfdən döş sümüyünün 
sol kənarı (VI – VII qabırğa qığırdaqlarının 
birləşdiyi yer) və  aşağı  tərəfdən perikardın 
aşağı hüdudu ilə əhatə olunmuşdur. Perikar-
dın bu hissəsinin klinik əhəmiyyəti vardır, 
çünki burada plevranı açmadan perikard boş-
luğunu punksiya etmək və ürəyə operativ yol 
icra etmək mümkündür. 
 
Vrizberq siniri (ara sinir – n.inter-
medius) üz siniri ilə birlikdə öyrənilir, XIII 
sinir də adlandırılır. Davamı  təbil teli adla-
nır, tərkibində dilin ön 2/3 hissəsindən dad 
impulslarını daşıyan hissi və kiçik ağız suyu 
vəzilərinə, çənəaltı və dilaltı ağız suyu vəzi-
lərinə  məxsus preqanqlionar parasimpatik 
(sekretor) liflər vardır. Sinirin zədələnməsi 
dilin ön 2/3 hissəsində dad hissiyyatının 
itməsinə, çənəaltı  və dilatı  ağız suyu 
vəzilərinin hipofunksiyasına səbəb olur.   
 
Yakobson anastomozu dil – udlaq sini-
rinin aşağı qanqlionu ilə qulaq qanqlionu 
arasındakı  anastomozdur. Belə ki, təbil sini-
ri dil – udlaq sinirinin aşağı qanqlionundan 
başlayaraq təbil boşluğunda təbil kələfini 
əmələ gətirir, davamı kiçik daşlıq siniri adı ilə 
qulaq qanqlionunda tamam olur və beləliklə, 
iki qanqlionu bir – biri ilə əlaqələndirir. 
 
Yaxınlaşdırıcı kanal (canalis adducto-
rius) budun ön şırımı ilə  dərzi  əzələsi ara-
sında  əmələ  gələn kanaldır (dərzi  əzələsialtı 
kanal – canalis subsartorius da adlandırılır). 
Kanal içəri tərəfdən budu yaxınlaşdıran uzun 
və böyük əzələlər, bayır tərəfdən içəri enli 
əzələ ilə əhatə olunmuşdur. Onun ön divarını 
budun orta hissəsində dərzi əzələsinin fassial 
futlyar yatağının arxa səfhəsi, aşağı 1/3 his-
səsində isə  lamina vastoadductoria adlanan 
vətərli səfhə  təşkil edir. Yaxınlaşdırıcı 
kanalın yuxarı hissəsi Hünter kanalı, aşağı 
hissəsi isə Yossel kanalı adlanır
(şək. 69)

 
Yazı  qələmi (calamus scriptorius) 
toxumaları deşmək, ayırmaq və uzunluğu 
dəqiq məlum olan qisa kəsiklər aparmaq 
üçün neştərin  əldə tutulması üsuludur 
(şək. 
139)
. Anatomiyada IV mədəciyin aşağı ucu 
qələmə oxşadığından onu da «yazı  qələmi» 
adlandırırlar. 
 
Şəkil 139. Neştərin əldə tutulmasının “yazı qələmi” 
vəziyyəti 


94 
 
Şəkil 141 .Yaxınlaşdırıcı kanal (Yossel kanalı) 
 
1 – Yossel kanalı; 2 – a. və v.femoralis;  
3 – lamina vastoadductoria. 
Yevstax borusu (eşitmə borusu – tuba 
auditiva)  uzunluğu 30 – 35 mm, diametri 2 
mm olan və udlağın burun hissəsini təbil 
boşluğu ilə birləşdirən kanaldır 
(şək. 140,1)

Sümük  (1/3 hissə) və  qığırdaq (2/3 hissə) 
hissələrdən təşkil olunmuşdur. Onun vasi-
təsilə hava təbil boşluğuna keçərək təzyiqlər 
fərqini bərabər-ləşdirir və təbil pərdəsini gə-
rilmədən qoruyur. 
 
Yevstax qapağı  və ya aşağı boş vena 
qapağı  (valva Eustachii seu venae cava 
inferior),  aşağı boş venanın sağ qulaqcığa 
açılan yerində endokarddan əmələ  gəlmiş 
büküş olub, oval çuxurun haşiyəsi ilə birlə-
şir. Bu qapaq embrional dövrdə  aşağı boş 
vena ilə  gələn qan axınını sağ qulaqcıqdan 
sol qulaqcığa yönəldir. 
 
Yossel kanalı,  yaxınlaşdırıcı kanalın 
aşağı hissəsi olub, budun ön nahiyəsinin 
aşağı 1/3 hissəsində yerləşir 
(şək. 141,1)

Uzunluğu orta hesabla 6 – 7 sm, dərinliyi isə 
1,5 – 1,7 sm – dir. Dizaltı çuxura açıldığı 
üçün bud – dizaltı kanal (canalis femoropop-
liteus) da adlandırılır. Öndən içəri enli 
əzələni yaxınlaşdıran böyük əzələ ilə bir-
ləşdirən və lamina vastoadductoria adlanan 
aponevrotik səfhə, bayırdan içəri enli əzələ, 
içəridən isə budu yaxınlaşdıran böyük əzələ 
və yaxınlaşdıran uzun əzələnin vətərinin 
distal hissəsi ilə  əhatə olunmuşdur. Kanalın 
yan divarları bud sümüyünün üzərində 
yerləşir, onun iki hissəsi – aponevrotik və 
vətər – əzələ hissələri ayırd edilir. Aponev-
rotik hissə kanalın uzunluğunun, təqribən, 
yarısını  təşkil edir. Burada bud damarları 
aponevrotik səfhəyə söykənirlər və vizual 
olaraq ğörünürlər: öndə bud arteriyası, arxada 
bud venası  və onların arasında isə gizli sinir 
Şəkil 140. Yevstax borusu (eşitmə borusu) 
 
1 – tuba auditiva; 2 – ostium pharyngeum tube auditivae; 
 3 – porus acusticus externus 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə