Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

42 
yunca dərin fassiya ilə möhkəm birləşməsi 
nəticəsində  əmələ  gələn xəttdir. Bu xətt qa-
sıq qabarcığından bir qədər bayırdan başla-
yaraq 8 sm –ə  qədər bayıra doğru davam 
edir. Holden xətti klinik əhəmiyyətə malik-
dir. Araliq nahiyəsində sidik kanalı zədələn-
dikdə sidik zarlı qatın altına toplana bilər. 
Buradan sidik qarının ön divarına, daha son-
ra isə budun yuxarı hissəsinə keçə bilər, la-
kin zarlı qatın dərin fassiya ilə möhkəm bir-
ləşdiyi bu yer sidiyin aşağı şöbələrə enməsi-
nin qarşısını alır. 
 
Horner  əzələsi (gözün həlqəvi  əzələsi-
nin göz yaşı hissəsi) göz yaşı kisəsinin arxa-
sında yerləşir və ondan göz yaşı fassiyası ilə 
ayrılır. Arxa göz yaşı darağından və göz yaşı 
fassiyasından başlayır,  əzələ lifləri aşağı  və 
yuxarı göz qapaqlarını sərbəst kənarı boyunca 
gedir. Onların bir qismi göz qapaqlarının  tar-
sus adlanan birləşdirici toxuma qalınlaşmasına, 
digər qismi isə bayır göz qapağı tikişinə bağla-
nır. Əzələnin yığılması göz qapaqlarını içəriyə 
doğru çəkir və göz yaşı kisəsini genisləndirir. 
Bu, isə göz yaşının normal axınını təmin edir. 
 
Hörümçək torunabənzər qişa (arach-
noidea encephali) nazik, şəffaf, damarsız və  
beyini hər tərəfdən əhatə edən birləşdirici to-
xuma səfhəsidir (
şək. 68
). Yumşaq qişadan 
fərqli olaraq, o, beyinlə boş birləşmişdir, 
beyin  şırımlarına daxil olmur, onların 
üzərindən körpü kimi çəkilir və altda 
yerləşən yumşaq qişadakı damarlar 
göründüyündən hörümçək torunu xatırladır. 
Beyinin sərt qişası ilə kövşək birləşdirici 
toxuma ilə, buradan keçən venalar və 
xovşəkilli atmalar və paxion dənəcikləri 
vasitəsilə əlaqələnir, yumşaq qişadan isə su-
baraxnoidal boşluqla ayrılır. Subaraxnoidal 
boşluq beyin – onurğa beyni mayesi, qan 
Şəkil 68. Hörümçək torunabənzər qişa  (A) və Paxion dənəciyi (B); şəkildəki B  A –dakı Paxion dənəciyinin 
böyüdülmüş variantıdır. 
 
A: 1 – tela subcutanea; 2 – galea aponeurotica; 3 – vv.diploicae; 4 – aponevrozaltı toxuma sahəsi; 5 – pericranium;  
6 – sümüküstlüyüaltı toxuma sahəsi; 7, 13 – Paxion dənəcikləri; 8 – dura mater; 9 – spatium subdurale; 10 – arachnoidea 
encephali; 11 – spatium subarachnoidale; 12 – encephalon; 14 – falx cerebri; 15 – sinus sagittalis;  
16 – vv.cerebri; 17 – v.subcutanea, v.emissaria. 


43 
damarları  və incə hörümçək torunabənzər 
toxuma ilə tutulmuşdur. Bəzi nahiyələrdə bu 
boşlüq genişliklər – sisternalar əmələ gətirir. 
Hörümçək torunabənzər qişanın xarici sət-
hində yuxarı sagital və köndələn ciblər nahi-
yəsində Paxion dənəcikləri deyilən  törəmə-
lər vardır (Paxion dənəciklərinə bax). 
 
Huebnerin qayıdan arteriyası (a.re-
current Huebneri) beyinin ön arteriyasının 
yuxarı şaxəsindən ayrılan ən iri şaxə olub, quy-
ruqlu nüvənin başının ön – aşağı hissəsini, 
mərciyəbənzər nüvənin qabıq hissəsini və da-
xili kapsulun ön ayaqcığını qidalandırır.  
 
Hünter kanalı yaxınlaşdırıcı kanalın 
yuxarı hissəsi olub, budun ön – içəri səthinin 
orta 1/3 hissəsində yerləşir (
şək. 69
). Kana-
lın bayır divarını içəri enli əzələ, içəri divarı-
nı budu yaxınlaşdıran uzun və qısa əzələlər, 
ön divarını  dərzi  əzələsinin fassial futlyarı-
nın arxa səfhəsi, dibini isə bud sümüyü təşkil 
edir. Uzunluğu, orta hesabla, 14 – 17 sm, də-
rinliyi (dərzi əzələsinin fassial futlyarının ar-
xa səthindən bud sümüyünə  qədər məsafə) 
isə 5 – 6 sm – dir.  Kanalda ön və arxa şöbə-
lər ayırd edilir. Ön və ya səthi şöbə üçtərəfli 
piramidaya bənzəyir, onun zirvəsini budun 
damar – sinir dəstəsinin fassial futlyarı, di-
varlarını içəri  əzələlərarası arakəsmə  və bu-
du yaxınlaşdıran uzun əzələnin fassial futl-
yarının birləşməsi,  əsasını isə  dərzi  əzələsi-
nin fassial futlyarının arxa səthi təşkil edir. 
Kanalın yuxarı və aşağı dəlikləri vardır. Yu-
xarı dəlik bud üçbucağı zirvəsinin qıfabınzər 
şəkildə daralmış hissəsi olub, öndən dərzi 
əzələsinin arxa səthi ilə hüdudlanmışdır. Bu 
dəlikdən bud damarları bud üçbucağından 
yaxınlaşdırıcı kanala daxil olur. Kanalın 
içində bud arteriyası öndə, bud venası isə ar-
xada və bayırda yerləşir. Aşağı dəlik Yossel 
kanalının başlanğıc hissəsini təşkil edir. 
Hünter kanalının arxa və ya dərin şöbəsi 
içəri enli, budu yaxınlaşdıran uzun və  qısa 
əzələlərin distal uclarının bir – birinə söy-
kənən səthləri arasında yerləşən yarıqşəkilli 
bir sahədir. Onun ön divarını budun damar – 
sinir dəstəsi yatağının arxa divarı təşkil edir. 
Bu  şöbənin yuxarı hissəsindən budun dərin 
Şəkil 69. Hünter kanalı (oxla göstərilmişdir) 
 
1 – m. gracilis; 2 – m. adductor magnus; 3 – m. semitendino-
sus; 4 – m. semimembranosus; 5 – m. vastus medialis;  
6 – m. rectus femoris; 7 – m. sartorius; 8 – m. adductor 
longus; 9 – a. et v. femoralis; 10 – m. pectineus;  


44 
arteriyası, venaları və dələn arteriyalar keçir-
lər, aşağı hissəsi isə budu yaxınlaşdıran uzun 
əzələnin vətəri arxasında yerləşir və kövşək 
toxuma ilə tutulmuşdur. 
 
Hüter üçbucağı dirsək oynağının düz 
bucaq altında bükülməsi vəziyyətində bazu 
sümüyünün epikondilusları  və dirsək çıxın-
tısının zirvəsini birləşdirən xəttlər hesabına 
əmələ gələn üçbucaqdır (
şək. 70
). Bu üçbu-
cağın böyük klinik əhəmiyyəti vardır. Belə 
ki, dirsək çıxıntısının qopması zamanı bazu-
nun üçbaşlı  əzələsinin yığılması  nəticəsində 
çıxıntı yuxarıya doğru öz yerini dəyişir və 
üçbucağın normal halda aşağıya baxan 
zirvəsi yuxarıya çevrilmiş olur.  
 
Xaçabənzər anastomoz yanlardan budu 
dolanan içəri və bayır arteriyaların köndələn 
şaxələri, yuxarıdan aşağı sağrı arteriyasının 
enən şaxəsi, aşağıdan isə budun dərin arteri-
yasının birinci dəlici şaxəsindən ayrılan qal-
xan  şaxə arasında  əmələ  gələn anastomoz 
olub budu yaxınlaşdıran əzələnin yuxarı kə-
narı ilə budun kvadrat əzələsinin aşağı kəna-
rı arasında yerləşir.  
Xaçabənzər bağlar (ligg.cruciatae) xa-
ça bənzədikləri üçün belə adlandırılmışlar. 
Bu bağlar diz oynağının (ön və arxa 
xaçabənzər bağlar) və orta atlas – ox fəqərə 
oynağının  əsas möhkəmləndirici bağların-
dandırlar (
şək.71
).  Diz oynağının ön xaça-
bənzər bağı bud sümüyünün bayır kondilu-
sunun içəri səthindən başlayıb qamış sümü-
yünün ön kondiluslararası meydanına 
bağlanır. Bu bağ diz oynağını  həddən artıq 
açılmağa qoymur. Arxa xaçabənzər bağ bud 
sümüyünün içəri kondilusunun bayır sət-
Şəkil 70. Normada  (A) və dirsək çıxıntısının  sınığı 
zamanı (B) Hüter üçbucağının vəziyyəti 
Şəkil 71. Atlas –  ox fəqərə (A) və diz (B) oynaqları  
 
A: 1 – lig.alare; 2 – lig.cruciforme; 3 – axis; 4 – processus 
transverses atlantisB: 1 – lig.cruciatum anterior;  
2 – lig.cruciatum posterior; 3 – lig.transversum genus;  
4 – lig.patellae 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə