Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

33 
etmək üçün istifadə edilir. Onun hüdudları 
daxilində xarici yuxu arteriyasından dil, üz 
və ənsə arteriyaları ayrılır.  
 
Fater məməciyi (onikibarmaq bağır-
sağın böyük məməciyi – papilla duodeni 
major) onikibarmaq bağırsağın enən şöbəsi-
nin arxa içəri hissəsində yerləşən 
hündürlükdür, üzərində  mədəaltı  vəzin və 
ümumi öd axacağının müştərək dəliyi 
yerləşir (
şək. 54
). Bu nahiyədə mədəaltı vəz 
və ümumi öd axacağının topoqrafo – 
anatomik münasibətlərinin böyük praktik 
əhəmiyyəti vardır. Müəyyən olunmuşdur ki, 
əksər hallarda mədəaltı  vəzin  əsas axacağı 
onikibarmaq bağırsağa açıldığı yerdən 0,5 – 
2,0 yuxarıda ümumi öd axacağı ilə birləşir 
və onların birləşən yerində qara ciyər – 
mədəaltı  vəz ampulu əmələ  gəlir. Bu halda 
öd daşı  xəstəliyində daş  həmin ampulu 
qapayaraq mədəaltı vəzin axacaq sistemində 
durğunluq yaradır. 20 % hallarda isə bu 
axacaqlar onikibarmaq bağırsağa ayrı – 
ayrılıqda açılırlar və bu zaman durğunluq 
yaranmır. Fater məməciyi Oddi sfinkteri ilə 
əhatə olunmuşdur.  
 
Gerota fassiyası (böyrək fassiyası – fas-
cia renalis) peritonaltı fassiyanın – fascia sub-
peritonealis bir hissəsi olub böyrəkləri xaricdən 
Şəkil 54. Оnikibarmaq bağırsağın böyük məməciyinin 
frоntal kəsiyində Оddi sfinktеrinin quruluşu. 
 
1 – ductus chоlеdоchus; 2 – öd axacağının sfinktеri;  
3 – ductus pancrеatici; 4 – mədəaltı vəz axacağının sfink-
tеri; 5 – оnikibarmaq bağırsağın divarı; 6 – qara ciyər – 
mədəaltı vəz axacaqlarının ampulyar hissəsinin ümumi 
sfinktеri (Oddi sfinkteri). 
Şəkil 55. Peritonarxası sahəsinin fassiyaları və toxuma 
qatları 
 
1 – XII qabırğa; 2 – fascia thoracolumbalis; 3 – fascia 
endoabdominalis; 4 – m.quadratum lumborum; 5 – fascia 
retrorenalis (Zukerkandl fassiyası); 6 – m.errector spinae;  
7 – lamina profunda fasciae thoracolumbalis; 8 – spatium 
retroperitoneale; 9 – fascia iliaca; 10 – m.iliacus; 11 – a. et 
v.iliaca communis; 12 – processus vermiformis; 13 – fas-
cia retrocaecalis (Told fassiyası); 14 – paracolon; 15 – pa-
raureter; 16 – paranephron; 17 – peritoneum; 18 – fascia 
prerenalis; 19 – böyrək; 20 – glandula suprarenalis; 21 – he-
par; 22 – fascia diaphragmatica; 23 – diafraqma; 24 – pleura 
diaphragmatica. 


34 
örtür və 2 səfhədən təşkil olunmuşdur: a) 
böyrəkönü səfhə – lamina prerenalis; b) böy-
rəkarxası  səfhə – lamina retrorenalis qalındır 
və Zukerkandl fassiyası adlanır (
şək. 55 -18,5
). 
 
Giraldes və ya süd vəzisinin asılan ba-
ğı (ligamentum Giraldes seu suspensorum 
mammae) döşün səthi fassiyasının körpücük 
sümüyü ilə süd vəzisinin yuxarı yarımçevrə-
si arasındakı hissəsinin qalınlaşmasından 
əmələ  gəlir. O, təbii büsthalter (məməlik) 
rolunu oynayan xüsusi təsbit sistemi yaradır 
və bunun da  cərrahi praktikada böyük əhə-
miyyəti vardır. Belə ki, süd vəzisi ilə 
körpücük sümüyü arasındakı nahiyədə 
aparılan cərrahi  əməliyyatlar və yaralanma-
lar zamanı bağın tamlığının pozulması  və 
bərpa olunmaması vəzin təsbitinin pozulma-
sına, onun sallanmasına və funksiyasının po-
zulmasına gətirib çıxarır. 
 
Girdi bağı və ya qoltuğun asılan bağı 
(lig. Girdy seu suspensorium axillaris) 
körpücük – döş fassiyasının bir hissəsi olub, 
böyük döş  əzələsinin aşağı  kənarı boyunca 
qoltuğun xüsusi fassiyasına bağlanır və onun 
gümbəzini yuxarı  tərəfə dartaraq nahiyəyə 
çuxur forması verir.  
 
Gözəllik çuxuru və ya yuxarı mil çu-
xuru (fossa pulchrutudinus seu fovea ra-
dialis superior) qolun açılmış vəziyyətində 
saidin arxa səthində dirsək çıxıntsından bayır 
tərəfdə yerləşən uzunsov formalı  və bir 
qədər də bayıra doğru  əyilmiş çökəklikdir 
(
şək. 56,4
). Qadınlarda yaxşı  nəzərə çarpdı-
Şəkil 56. Bazunun və dirsəyin arxa nahiyəsinin xarici 
oriyentirləri  
 
1 – m. deltoideus; 2 – caput laterale m.tricipitis brachii;  
3 – tendo m.tricipitis brachii; 4 – fovea radialis superior 
(gözəllik çuxuru); 5 – epicondylus lateralis; 6 – olegranon;  
7 – caput longum m.tricipitis brachii. 
Şəkil 57. Göbək həlqəsi (oxla göstərilmişdir) 


35 
ğından və daha çox diqqəti cəlb etdiyindən 
bu çökəklik gözəllik çuxuru adlandırılır. Bu-
rada mil sümüyünün başını, bir qədər ondan 
yuxarıda isə bazü sümüyünün başcığını 
əlləmək mümkündür. 
 
Göbək həlqəsi (anulus umblicalis) qa-
rının ağ xəttinin aponevrotik lifləri ilə əhatə 
olunmuş, xəncərəbənzər çıxıntı ilə qasıq bi-
tişməsi arasındakı  məsafənin ortasında, III 
və IV bel fəqərələri arasındakı discus inter-
vertebralis səviyyəsində yerləşən çapıq toxu-
ması ilə qapanmış bir dəlikdir (
şək. 57
). Xa-
ricdən dəri və  səthi fassiya ilə, daxildən isə 
göbək fassiyası  və onunla sıx birləşmiş pa-
riyetal peritonla örtülmüşdür.  
Bətndaxili dövrdə göbək həlqəsindən 
möhtəviyyatı bir göbək venası, iki göbək ar-
teriyası və ilk vaxtlar allantois, cift qan döv-
ranı fəaliyyətə başladıqdan sonra onun obli-
terasiya olunmuş bağşəkilli rudimentar qalı-
ğı, obliterasiya olunmadığı anomal hallarda isə 
sidik yolu (urachus)  olan göbək ciyəsi keçir.  
Göbək həlqəsi göbək yırtıqları, həmçinin 
sidik və  nəcis fistulları üçün çıxacaq qapısı 
rolunu oynayır. 
 
Guyon kanalı (biləyin dirsək kanalı – 
canalis carpi ulnaris) mil – bilək oynağının 
ön səthində  noxudabənzər sümüyün bayır kə-
narı səviyyəsində biləyin ovuc bağının və bü-
kücüləri saxlayan bağın bir – birindən aralan-
Şəkil 58. Dalağın damar və sinirləri 
 
1 – glandula suprarenalis sinistra; 2 – ren sinister; 3 – ventriculus; 4 – a.epiploica sinistra; 5 – diafraqma; 6 – 12 –lien; 13 – colon 
transversum; 14 – nodi lymphathici pancreaticolienalis; 15 – v.lienalis; 16 – pancreas; 17 – a.lienalis et plexus lienalis; 18 – ple-
xus coeliacus (günəş kələfi); 19 – nodi lymphathici coeliaci; 20 – truncus coeliacus; 21 – a.gastrica sinistra.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə