Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

36 
ması nəticəsində əmələ gələn kanaldır. Bu ka-
nal dirsək  şırımının davamını  təşkil edir və 
içərisindən dirsək damar – sinir dəstəsi keçir. 
 
Günəş kələfi və ya qarın kələfi (plexus 
solaris s.coeliacus) qarın boşluğunda olan 
ən böyük kələfdir. Aortanın ön səthində qa-
rın kötüyü ətrafında yerləşir (
şək. 58
). Onun 
əmələ gəlməsində sağ və sol qarın qanqlion-
ları, daxili orqanların böyük və kiçik sinir-
ləri, simpatik bel qanqlionları, azan sinirin 
arxa mədə  kələfindən çıxan qarın kələfi  şa-
xələri, S
3
– S
5
 onurğa beyini sinirlərinin 
qanqlionlarından, döş aortası  kələfindən və 
sağ diafraqma sinirindən çıxan  şaxələr 
iştirak edirlər. Günəş kələfindən ikinci dərə-
cəli kələflər  əmələ  gələrək müvafiq damar-
ların üzəri ilə gedir və qarın boşluğu üzvlə-
rini innervasiya edirlər. Kələfin belə 
adlandırılması haqqında  ədəbiyyatlarda iki 
məlumat mövcuddur. Bir məlumata görə, bu 
kələfin şaxələri günəş şüası kimi bütün isti-
qamətlərdə yayıldığı üçün belə adlandırılır. 
Digər məlumata görə, kələfin belə adlan-
dırılması onun proyeksiya nahiyəsinə güclü 
zərbə zamanı insanın huşunun itməsi ilə 
əlaqədardır.  
 
Haçayabənzər bağ (ligamentum bifur-
catum) daban – kubabənzər oynağın kap-
sulunu möhkəmləndirən bağ olub iki hissəyə 
haçalanır: a) daban sümüyündən başlayıb 
kubabənzər sümüyə bağlanan daban – kuba-
bənzər bağ – lig.calcaneocuboidea; b) daban 
sümüyündən başlayaraq qayığabənzər sümü-
yə bağlanan daban – qayığabənzər bağ – lig. 
calcaneonavicularis və buna görə  də, haça-
yabənzər bağ adlanır (
şək. 59,9
). Ayağı 
Şopar oynağı  səviyyəsində ekzartikulyasiya 
etmək üçün mütləq bu bağ  kəsilməlidir, 
çünki, digər bağların kəsilməsinə baxma-
yaraq, o, kəsilmədikdə sümüklər öz vəziyyə-
tində qalırlar. Yalnız bu bağın kəsilməsindən 
sonra qayığabənzər və kubabənzər sümüklər 
Şəkil 59. Ayağın oynaqları və bağları 
 
1 – articulationes digiti III (cavum); 2 – articulatio metatarso-
phalangea (cavum);  3 – ligg. metatarsea interosseum; 4 – os 
cuboideum; 5 – lig. cuneocuboideum interosseum; 6 – lig. 
cuboideonaviculare dorsale; 7 –articulatio tarsi transversa 
(Choparti);   8 – articulatio calcaneocuboidea; 9 – lig. bifurca-
tum  (ligg. calcaneonaviculare et calcaneocuboideum); 10 – lig. 
talocalcaneum interosseum; 11 – articulatio subtalaris (ca-
vum); 12 – lig. talofibulare posterius; 13 – fibula; 14 – tibia; 
15 – articulatio talocruralis (cavum);  16 – lig. deltoideum 
(pars tibiotalaris et pars tibionavicularis); 17 – articulatio 
talonavicularis; 18 – os naviculare; 19 – articulatio cuneo-
navicularis (cavum); 20 – lig. intercuneiforme interosseum; 
21 – os cuneiforme mediale; 22 – os cuneiforme intermedia; 
23 – os cuneiforme laterale; 24 – articulatio tarsometatarsea 
(Lisfranci); 25 – lig. cuneometatarseum interosseum;  
26 – ligg. collateralia. 


37 
ayağın distal hissəsi ilə  bərabər aşıq və 
daban sümüklərindən ayrılırlar. Ona görə də
haçayabənzər bağ  Şopar oynağının «açarı» 
adlandırılır. 
Hallerin üçayağı (tripus coeliacus Hal-
leri)  qarın kötüyünün mədənin sol arteriya-
sına – a.gastrica sinistra, qara ciyərin ümu-
mi arteriyasına – a.hepatica  communis və 
dalaq arteriyasına – a. lienalis haçalanma 
yerinə deyilir (
şək. 60
).  
 
Hartmanın böhran nöqtəsi (Zudekin 
böhran nöqtəsi) S – ə bənzər çənbər bağır-
sağın axırıncı damar arkadası (a.sigmoidea 
ima) ilə düz bağırsağın yuxarı arteriyasının 
anastomozlaşdığı yeridir (
şək. 61,6
). Bu 
nahiyə  cərrahi praktikada xüsusi əhəmiyyət 
kəsb edir. Belə ki, düz bağırsağın yuxarı 
şöbəsində yerləşmiş  şişlərin xaric edilməsi 
zamanı düz bağırsağın yuxarı arteriyasının 
«böhran nöqtəsindən» yuxarıda bağlanılması 
onun yuxarı hissəsinin qan təchizatını 
pozmur, qan a.sigmoidea ima vasitəsilə S – ə 
bənzər çənbər bağırsaq arteriyasından düz 
bağırsağın yuxarı hissəsinə axır. Düz 
bağırsağın yuxarı arteriyasının böhran nöqtə-
sindən aşağıda bağlanılması isə qeyd olunan 
anastomozun aradan çıxmasına, düz bağır-
sağın yuxarı hissəsinin qan təchizatının kəs-
kin pozulmasına və onun nekrozuna səbəb 
olur.  
 
Hartman cibi və ya kisəciyi
 
öd kisəsi 
boyununun mənfəzinin sağ divarında bir ge-
nişlikdir (
şək. 62,2
). Bu cib nahiyəsində öd 
daşları əmələ gəlir və onlar öd kisəsi axaca-
ğının sıxılmasına səbəb olurlar.  
 
Şəkil 60. Qarın kötüyü (oxla göstərilmişdir) 
 
Şəkil 61. Yoğun bağırsağın qan təchizatı 
 
–  a. colica  sinistra; 2 – a. mesenterica  infеriоr; 3 –  aa.  
sigmoideae; 4 – a. rectalis media; 5 – a. rectalis inferior;  
6 – a. rectalis superior; 7 – a. ileocolica; 8 – a. colica dextra;  
9 – a. mesenterica superior; 10 – a. colica media; 11 – Riolan – 
Drammond qövsü. 


38 
Haymor cibi və ya mağarası və ya əng 
cibi (sinus Higmori s. sinus maxillaris) əng 
sümüyü cisiminin daxilində yerləşir (
şək. 63
). 
Tutumu 3– 5 sm³ – dən 30 – 40 sm³ – ə qədər 
ola bilər. Çox vaxt asimmetrik yerləşir. 
Zirvəsi  əng qabarına baxan piramidaya 
bənzəyir. Beş divarı vardır.
 
Selikli qişanın 
ikiləşməsindən əmələ gəlmiş dördbucaq for-
masında olan içəri divar burun boşluğunun 
bayır divarını  təşkil edir. Orta burun 
keçəcəyi nahiyəsində içəri divar çox nazik 
olur (buna deqissensiya deyilir); burada 
selikli qişa üzərində əng cibi dəliyi – hiatus 
sinus maxillaris  yerləşir. Bu dəlik  əng 
cibinin dibindən yuxarıda yerləşir. Buna gö-
rə  də, burada toplanan möhtəviyyat tam xa-
ric ola bilmir. Bu, klinik praktikada nəzərə 
alınmalıdır. 
Ön – yan divar üçbucaq formasındadır. 
Orta hissəsində bir basıqlıq – köpək çuxuru 
yerləşir. Bu hissədə divar çox nazikdir və 
buradan əng cibi punksiya olunur.  
Arxa – yan divar qeyri – düzgün dörd-
bucaqlı formasındadır. Bu divarın arxa 
yuxarı bucağı əsas və xəlbir cibinə söykənir. 
Yuxarı divar nisbətən nazikdir, üçbucaq 
formasındadır. Yuxarı divarda göz yuvasıaltı 
şırım yerləşir, bu da öndə eyniadlı kanala 
keçir. Bu kanal əng cibinə doğru qabarır və 
rentgenoloji olaraq asanlıqla görünür. Aşağı 
divar və ya dibi əng sümüyünün alveol 
çıxıntısından əmələ gəlmişdir.  
Bəzən köpək və kiçik azı dişlərinin kök-
ləri əng cibinə doğru qabarır. Bu, da odonto-
gen haymoritlərin əmələ gəlməsinə səbəb ola 
bilər. Digər tərəfdən, bu dişləri yonarkən və 
ya çıxararkən əng cibi süni surətdə açıla bilər 
və buraya infeksiya keçə bilər. Bütün bunlar 
stomatoloji praktikada nəzərə alınmalıdır.  
 
Henle bağı və ya qasıq orağı (lig.Henle 
seu falx inguinalis) qasıq kanalının arxa di-
varının içəri hissəsində düz əzələnin bayır 
kənarı boyunca gedən köndələn əzələnin və-
Şəkil 62. Od kisəsi və öd axacaqları 
 
1 – fundus vesicae felleae; 2 – Hartman cibi; 3 – ductus 
hepaticus communis; 4 – ductus cysticus; 5 – ductus 
choledochus 
Şəkil 63. Əng sümüyünün burun səthi (Haymor cibi 
oxla göstərilmişdir) 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə