Last variant of the book pub



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix29.05.2018
ölçüsü5,01 Kb.
#46513
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

39 
 
Səkil 64. Qasıq kanalı 
 
A – qasıq kanalının səthi həlqəsi; B – sağda qarının xarici çəp əzələsinin aşağı şöbələri kəsilib, yana çəkilmişdir, 
sоlda qarının düz əzələ yatağının ön divarı kəsilib açılmış və yana çəkilmişdir; C – sağda qarının xarici və daxili çəp 
əzələləri kəsilmiş və yanlara qaldırılmışlar; qasıq kanalının dərin həlqəsinin divarları görünürlər, sоlda tоxum 
ciyəsi xaric еdilmişdir; qasıq kanalının səthi həlqəsi görünür; 
Ç – sağda köndələn fassiya və qasıq kanalının dərin həlqəsi görünür. 
 
1 – v. saphena magna; 2 – margo falciformis (cornu  inferius); 3 – fascia lata (lamina superficialis); 4 – v. femoralis;  5 – hiatus 
saphenus; 6 – a. femoralis; 7 – margo falciformis (cornu superius); 8 – nodus lymphaticus; 9 – anulus inguinalis superfici-
alis; 10 – crus mediale (yana çəkilmişdir); 11 – lig. inguinale; 12 – lig. lacunare; 13 – crus laterale; 14 – funiculus spermaticus 
(qismən xaric еdilmişdir); 15 – lig. reflexum; 16 – m. cremaster; 17,25 – crus mediale; 18 – lig. inguinale reflexum; 19 – aponeu-
rosis m. obliqui externi abdominis; 20 – m. obliquus internus abdominis; 21 – m. obliquus externus abdominis; 22 – m. rectus 
abdominis; 23 – vagina m. recti (lamina anterior); 24 – m. pyramidalis; 26 – fibrae intercrurales; 27 – falx inguinalis; 28 – fascia 
transversalis; 29 – m. transversus abdominis; 30 – anulus inguinalis profundus; 31 – m. interfoveolaris; 32 – falx inguinalis 
(tendo conjunctivus); 33 – vagina m. recti abdominis (lamina posterior); 34 – linea arcuata; 35 – a. et v. epigastrica inferior. 


40 
tər lifləridir (
şək. 64
). Qövsvari formada ol-
duqlarına görə qasıq orağı adlandırılan bu 
liflər qasıq kanalının arxa divarının içəri his-
səsini möhkəmləndirir. 
 
Hesner qapağı (valvula Hesneri) burun– 
göz yaşı axacağının burunun aşağı keçəcəyi-
nə açılan yerində selikli qişadan  əmələ  gəl-
miş ayparaşəkilli büküşdür
 (şək. 65).  
 
Hesselbax bağı  və ya çuxurcuqlararası 
bağ (lig.Hesselbachi seu interfoveolare) qa-
rının daxili çəp və köndələn  əzələlərinin və-
tərlərinin liflərindən  əmələ  gəlmiş bağ olub 
qasıq kanalının daxili həlqəsini içəri tərəfdən 
əhatə edir (
şək. 66
). Qarının ön divarının arxa 
səthində içəri və bayır qasıq çuxurları arasın-
da yerləşir və qasıq kanalının arxa divarının 
bayır hissəsini möhkəmləndirir.  
 
Hesselbax üçbucağı və ya qasıq üçbu-
cağı (trigonum Hesselbachi seu inguinalis) 
qarının ön divarının arxa səthinin aşağı his-
səsində yerləşən sahə olub, içəridən qarının 
Şəkil 65. Burun boşluğunun yan divarı (aşağı və orta 
burun balıqqulaqları kəsilmişdir), Hesner qapağı oxla 
göstərilmişdir.  
Səkil 66. Qarının ön divarının daxili səthi (Hesselbax üçbucağı oxla göstərilmişdir) 
 
1 – m. rectus abdominis; 2 – qarının düz əzələ yatağının arxa divarı; 3 – lig. umbilicale laterale; 4 – a. et v. epigastrica in-
ferior; 5 – anulus inguinalis profundus; 6 – a. et vv. testiculares; 7 – a. iliaca externa; 8 – v. iliaca externa; 9 – ductus defer-
ens; 10 – ureter; 11 – vesica urinaria; 12 – m. levator ani; 13 – fossa supravesicalis; 14 – fossa inguinalis medialis; 15 – m. iliop-
soas;  16 – fossa inguinalis lateralis; 17 – lig. pubicum; 18 – plica umbilicalis lateralis (plica epigastrica); 19 – plica um-
bilicalis media; 20 – plica umbilicalis mediana; 21 – lig. umbilicale medianum; 22 – linea alba. 


41 
düz  əzələsinin bayır kənarı, bayır tərəfdən 
aşağı qarınüstü arteriya və  aşağıdan qasıq 
bağı ilə əhatə olunmuşdur (
şək. 66
). Üçbuca-
ğın dibini parietal periton, peritonönü toxu-
ma və köndələn fassiya təşkil edir. Göbək 
arteriyasının mənfəzinin tutulmasından əmə-
lə gəlmiş bayır göbək bağı  bu üçbucağı çar-
pazlayaraq içəri və bayır hissələrə bölür. 
Içəri hissə qarının köndələn  əzələsinin 
aponevrozundan ayrılan və Henle bağı (falx 
aponeurotica inguinalis) adlanan vətər lifləri 
vasitəsilə möhkəmlənir. Bayır hissə isə nisbə-
tən zəifdir və burada düz qasıq yırtıqları əmələ 
gəlir. 
 
 
Heşle qırışığı (gyrus Heshle) beyin ya-
rımkürələrinin gicgah payında yuxarı gicgah 
qırışığının bayır  şırıma baxan hissəsindəki 
köndələn gicgah qırışıqlarıdır və  eşitmənin 
qabıq mərkəzidir (
şək. 32,b
). Qırışığın ikitə-
rəfli zədələnməsi karlığa səbəb olur. 
 
Heyster qapağı öd kisəsi axacağının se-
likli qişasındakı spiral büküşlərdir (
şək. 62,4
). 
Bu büküşlər qapaq rolunu oynayırlar və 
Heysterin spiral qapaqları adlanır. 
 
Hirtl kanalı (aşağı əzələ incik kanalı – 
canalis musculoperoneus inferior) incik 
sümüyü ilə arxa qamış  əzələsi və ayaq baş 
barmağını bükən uzun əzələnin arasında yer-
ləşir. Yuxarı  və içəri tərəfdə dizaltı baldır 
kanalı ilə birləşir. Buradan incik arteriyası və 
venası keçir. 
 
Hiss bucağı  (girəcək oyması – incisu-
ra cardiaca) qida borusunun qarın şöbəsinin 
mədəyə açılan hissəsi ilə mədə dibi arasında 
əmələ  gələn bucaqdır (
şək. 67
). Qida kütlə-
sinin mədəyə keçmə sürəti bu bucağın öl-
çüsündən asılıdır. 
 
Hiss dəstəsi  ürəyin keçirici sisteminə 
aid olub, qulaqcıq – mədəcik düyününün 
davamıdır. Mədəciklərarası arakəsmədə yer-
ləşir (
şək.10,3
). Uzunluğu 15 – 20 mm – dir. 
Bu dəstənin başlanğıc hissəsi sərt birləşdirici 
toxuma ilə  əhatə olunduğundan çox nadir 
hallarda zədələnir. 1893 – cü ildə Hiss tərə-
findən tapıldığına görə onun şərəfinə Hiss 
dəstəsi adlandırılmışdır. O, sağ və sol ayaq-
cıqlardan ibarətdir. Bu ayaqcıqlar ön və arxa 
dəstələrə bölünür. Hiss dəstəsinin ayaqcıq-
ları Purkinye liflərinə keçir. Hiss dəstəsində 
dəqiqədə 25 – 45 impuls yaranır. İmpulsların 
yayılma sürəti 100 – 150 sm/san – dir. 
 
Holden xətti
 
– budun səthi fassiyasının 
zarlı qatının qasıq bağına yaxın üfiqi xətt bo-
Şəkil 67. Mədənin öndən görünüşü (Hiss bucağı oxla 
göstərilmişdir). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə